hacklink Adalet.az | YERİNİ TAPMAYANDA... Adalet.az | YERİNİ TAPMAYANDA... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

YERİNİ TAPMAYANDA...

21085    |   2008-04-26 00:36
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

... Onunla çox şeylərdən danışa bilirik. Az qala iyirmi beş ilin tanışıyıq. Ortaq xatirələrimiz, bölüşə biləcəyimiz dərdlərimiz, qay- ğılarımız çoxdu. Dar ayaqda bir-birimizə kömək etmək imkanımız da var. Sözün qısası, o, mənim kimi hər yetənlə söhbəti alınmayan, ətrafa qapalı birisiynən uzun illərdən bəri ünsiyyət saxlamağı bacarıb. Gündə olmasa da, günaşırı mənə baş çəkir. Oturmağıynan əlini stolun üstündəki qəzetlərə aparmağı bir olur. Deyir, bura baş çəkməsəm, ürəyimdəkiləri sənnən bö-lüşməsəm, bir də bu qəzetlərin qoxusunu udmasam rahat ola bilmirəm. Yazı-pozuya həvəsi var. Elə tanışlığımız da burdan başlanıb...
   ... Kürqırağı kəndlərin birində dünyaya göz açıb. Evləri çaya o qədər yaxın olub ki, gecələr əl-ayaq yığışıb kəndə sakitlik çökəndə qurbağaların, böcəklərin ara verməyən səsləri arasından belə suların pıçıltısını eşidə bilirmiş. Çoxuşaqlı ailənin ilk qız övladı kiçik yaşlarından tez-tez naxoşlayan anasının hər işinə əl yetirib. İnək sağıb, təndirə çörək yapıb, balaca bacı-qardaşlarının əyin-başına baxıb, ata qulluğunda durub. Dərslərini də yaxşı oxuyub. İlk inşasını tərifləyən ədəbiyyat müəllimi yazı-pozuya marağını bir az da artırıb. Ağlı kəsəndən ətrafda baş verən hər şeyə diqqətli olub. Baş verənləri ağlının süzgəcindən keçirməyi, lazım gələndə müdaxilə etməyi bacarıb. İlk dəfə gülüş ustası Arif Quliyevin kolxoz əməkçilərinə qonaq olması barədə "Azərbaycan gəncləri" qəzetinə xəbər yazıb. Məktubu dərc olunub. Bundan ruhlanaraq rayon qəzetinə "Briqadamızın ulduzları" adlı bir yazı göndərib. Beş-altı gün keçəndən sonra bir məktub alıb. Onu fəhlə və kəndli müxbirlərin rayon qəzeti redaksiyasında keçiriləcək seminara dəvət edirdilər...
   - Həmin gün mənimçin dünyada o məktubu gətirən poçtalyondan əziz adam yox idi. Gecə gözümə yuxu getmədi, sabahı diri açdım...
   Səhəri gün rayon mərkəzinə gələrkən başına gələn qəribə, həm də məzəli əhvalatları dönə-dönə mənə danışıb. Deyirəm, niyə bunları qələmə alıb bir yerdə çap elətdirmirsən. Fikrim var, deyir, amma hələ hazır deyiləm...
   O gün redaksiyamıza gələn arıq, ucaboylu, bilək yoğunluqda xurmayı hö-rüyü kürəyində qıvrılan o qızı indi də yaxşı xatırlayıram. Çox fəaldı. Kəndlərində qələmə alınası heç bir şey diqqətindən yayınmırdı. Yolların bərbadlığı, məktəbin köhnəliyi, işgüzar kənd adamları, sadə peşə sahibləri əsas mövzularıydı. Qəzetimizin bu fərqlənən ştatdankənar müxbiri haqqında o zaman "Müxbir" jurnalına məqalə yazmışdım. Deyir, hələ saxlayıram jurnalın o nömrəsini...
   Çox keçmədi, rayonda əllə pambıq yığımı ustası kimi tanınmağa başladı. Tezliklə onu pambıqçılıq briqadiri qoydular.
   - Başçılıq etdiyim briqadanın qabaqcıllar sırasında olmasıyçın bütün ailəmiz mənə kömək edirdi. Xüsusən, atam can qoyurdu. O, ümumən çox işlək, torpağa bağlı adamdı. Briqadanın bütün işlərinə əl yetirirdi. Tarla suvarırdı, alaq vururdu, pambıq qurudurdu. Həyətimizin toyuq-cücəsini, qoyun-quzusunu da kəsib briqadamızın pambıqçılarına yedirirdi ki, yaxşı işləsinlər. Bizə lağ eləyənlər də vardı. Bunlara baxın ey, deyirdilər, daha ev-eşikdə bir şey qoymayıblar, hamısını daşıyıblar tarlaya. Briqadir olsam da, qızlara qoşulub pambıq yığırdım. Vaxt itirməməkçin belimə beş-altı döşlük taxır, hər gün qapana 200-250 kiloqram pambıq qoyurdum. Zəhmət haqqımızı da briqadanın əyər-əskiyinə sərf edirdik. Konfranslara, qurultaylara nümayəndə seçilirdim. Yazı-pozuya həvəsim burada da dadıma yetirdi. Çıxışlarımı özüm hazırlayırdım. Hamı bəyənirdi: alqışlayırdılar, "Afərin! Çox sağ ol!" deyirdilər... Qazandığım da elə bu üç-dörd söz oldu. Ağır zəhmət, aran yerinin qızmar günəşi öz işini görürdü. Gözlərim sürətlə zəifləyirdi. Bakıda xeyli müalicə alsam da xeyri olmadı. İkinci qrup əlil oldum. Həkimlər dönə-dönə "sənə ağır iş görmək olmaz" deyib tapşırsalar da kəndə qayıdan kimi özümü tarlaya çatdırdım...
   Gülüb cadar-cadar olmuş əllərini göstərir:
   - Eşitmişəm ki, o dünyada insanın əzaları üzünə durur, bizi çox yorub, deyə şikayətlənirlər. Bilmirəm, mən bu əllərimə nə cavab verəcəyəm.
   Susub köksünü ötürür, qalın şüşəli eynəyin arxasından güclə görünən gözləri yol çəkir.
   - O illərin səs-küyü, şan-şöhrəti çox tez unuduldu. Bizə qalan ancaq xatirələr oldu. Ağrıdan, göynədən xatirələr...
   O, haqlıdı. Dediklərinə şahidəm. Tər tökənlərin çoxu əsl qiymətini almadı. Qızıl ulduzları, deputat nişanlarını əlləri pambığa dəyməyən ağ biləklilərin sinəsinə taxdılar... Kolxoz dağılandan sonra fermer təsərrüfatı yaratdı. Ancaq imkansızlıqdan inkişaf etdirə bilmədi. Təsərrüfat qurmağa çoxlu pul lazımdı, deyir, o da məndə yoxdu.
   - Kəsilə-kəsilə qalmışam. Hərdənbir kəndə yolum düşür. Ayağımnan gedib qarnımnan dərd gətirirəm. Ömrümün ən gözəl çağlarını - gəncliyimi, sağlamlığımı, gözlərimin işığını qurban verdiyim o torpaqları nə günə qoyublar. Bizi yaşadan, yedirən, geyindirən torpağın başına əsl mənada oyun açırlar. Bir vaxt şoran torpaqları duzdan yumaq, zinə sularını axıtmaqçın azı beş metr dərinliyində kollektorlar atılmışdı. İndi fermerlər, pay torpaqlarının sahibləri həmin kollektorların öz ərazilərində olan hissələrini doldurublar, zinə sular çıxıb torpağın üstünə. Orada necə məhsul yetişdirəcəklər? İşi bacarana yox, bacarmayana tapşırırlar. Torpağı əkib-becərənə yox, pulu olana verirlər. Pulu olan da məhsul yetişdirmir, özünə şan-şöhrət gətirəcək işlər görür. Bundan da xalqa nə fayda?
   Atam öz bostanımızda necə qarpız yetişdirirdi. Əvvəlcə bir metr dərinliyində kiçik çalalar qazırdıq, başqa yerdən maşın-maşın xam torpaq gətirib peyinə qarışdırır, çalalara doldururduq. Deyirdi, qoy qarpız tağının zoğları nə qədər dərinə işləsə, münbit torpaqdan qidalansın. O qədər məhsul yetişirdi ki, yığıb-yığışdıra bilmirdik.
   Kolxozda işləyə-işləyə rayonumuzdakı Kənd Təsərrüfatı Texnikumunu bitirdi. Taleyi onu kənd həyatından, torpaqdan ayırdı. Rayon mərkəzinə gəlin köçdü.
   Yenə də dinclik bilmir. Bir qadın kimi də əlindən gəlməyən iş yoxdu. Arvadlar demiş, hər barmağında on mərifət var. İşləmək, ictimai işlərdə çalışmaq istəyir. Hələ ki üzünə qapı açan yoxdu. Yenə qələmdən ayrılmır. Rayon qəzetlərində yazıları dərc olunur. Qohum-qonşunun, dost-tanışın nə problemi olsa, onu axtarırlar. "Bizim dərdimizi qələmə al", deyirlər. Bir arzusu da var: sahibkarlıqla məşğul olmaq istəyir... Bir də...
   - Hələ ümidimi üzməmişəm. Elə bilirəm ki, hökumətimiz mənim kimi torpağa can qoyub adsız-sansız qalanları da bir gün yada salacaq, qiymətlərini verəcək...
   Bu yazıda iki səbəbdən ad çəkmək istəmirdim. Birincisi, ona görə ki, belələri məmləkətimizdə çoxdu. Lap çox. İkincisi də, bizim tərəflərdə bu yazını oxuyan kimi hamı onu tanıyacaqdı. Ancaq düşündüm: bu qəzet ölkəmizin çox yerlərini dolaşırsa, onda qoy bilsinlər ki, onun adı Şamama, familiyası Əbilovadı.
   
   


YAZARIN ARXİVİ

2015-01-10 : ƏN UZUN GECƏ
2014-11-15 : QIRMIZI İP
2014-07-12 : GEC OLMAYAN
2014-07-05 : SAMAN ÇÖPÜ
2014-06-21 : GÜNAHSIZ
2014-06-14 : GÜNAHSIZ
2014-06-07 : GÜNAHSIZ
2014-05-31 : GÜNAHSIZ
2014-05-24 : GÜNAHSIZ
2014-05-17 : GÜNAHSIZ
2014-05-09 : GÜNAHSIZ
2014-05-03 : GÜNAHSIZ
2014-04-26 : GÜNAHSIZ
2014-03-15 : SONUNCU YARPAQ
2014-03-08 : MONMARTR, 18-40
2014-03-01 : Marsa da uçsaq
2014-02-22 : DƏRD ZİRVƏSİ
2014-02-15 : GEC DƏ OLSA...
2014-01-25 : GÜNDƏLİK
2014-01-18 : XİLASKAR
2013-10-12 : NƏNNİ
2013-09-21 : PAYIZ GƏLİR...
2013-08-17 : ADSIZ DUYĞULAR
2013-08-03 : ƏHYA GECƏLƏRİ
2013-07-06 : Sən dönsən...
2013-06-22 : KÖYNƏK
2013-05-25 : ÖZGƏ DƏRDİ
2013-02-09 : AĞILDAN BƏLA
2013-01-26 : DARIXAN ADAMLAR
2013-01-19 : DƏLİLİK ZAMANI
2013-01-12 : ƏSKİ YARALAR
2012-12-01 : SUSUZ DƏNİZ
2012-09-22 : GƏLDİN...
2012-09-15 : BİR QUCAQ SABAH
2012-09-08 : ANGEDONİYA
2012-08-18 : "DÜBEYTİ"
2012-06-30 : O TƏNHA AĞAC...
2012-06-02 : AĞ QARANQUŞ
2012-02-18 : HARMONİYA
2012-01-14 : QONŞU QIZ
2011-12-31 : TƏLƏSİRİK...
2011-12-10 : AYAQYALIN
2011-11-19 : XƏZAN YELİ
2011-10-15 : TƏSƏLLİ
2011-08-06 : DƏYİRMAN
2011-07-16 : ÇOX AZ ŞEY
2011-06-25 : SAVAŞIN 70 YAŞI
2011-05-14 : "QARA QUTU"
2011-03-19 : VƏDƏ KÜLƏYİ
2011-03-05 : KİŞİSİZ...
2011-02-26 : YAZA NƏ QALDI?!.
2011-02-19 : ADİ HƏYAT
2010-12-31 : İL KEÇDİ...
2010-11-06 : İMTİNA
2010-08-21 : KİBRİT FALI
2010-07-24 : YEL DƏYİRMANI
2010-05-08 : XİLASKAR
2010-04-10 : QİYAMƏT
2010-03-20 : XINAYAXDI
2010-02-27 : BOŞLUQ
2010-01-09 : KARVAN GETDİ...
2009-12-26 : YUXU KİMİ...
2009-12-19 : DARIXANDA...
2009-12-12 : İMTAHAN
2009-12-05 : QUYU
2009-10-17 : ELDƏN AYRI...
2009-10-10 : GÖZÜ YOLDA...
2009-10-03 : TARAZLIQ
2009-09-26 : ...YALVARMA!
2009-09-12 : İLĞIM
2009-09-05 : BİR STƏKAN ÇAY
2009-08-08 : QIRMIZI
2009-08-01 : SƏKKİZ SAAT
2009-07-11 : AĞIRLIQ
2009-04-25 : SIĞINACAQ
2009-04-11 : SÖZ VAXTI
2009-02-14 : ÜÇÜNCÜ YOLÇU
2009-01-31 : BİXƏBƏR
2009-01-24 : QIRMIZI VƏ QARA
2009-01-17 : BAŞQA ADAM
2009-01-10 : 3 SAATLIQ NƏFƏS
2008-12-31 : QUM SAATI
2008-12-13 : QURBANSIZ
2008-11-22 : CİDDİ MÖVZU
2008-11-15 : ÜMİD VƏ QORXU
2008-11-01 : AĞ YOL
2008-10-18 : AG VƏ QARA
2008-10-11 : KÜTLƏ
2008-09-20 : TƏSƏLLİ
2008-09-06 : YAZIQLIQ
2008-08-23 : ATA EVİ
2008-08-02 : ÇAY PULU
2008-07-05 : YADDAŞ AĞRISI
2008-06-14 : ÇƏRÇİVƏ
2008-04-19 : SÖZ ARDINCA...
2008-03-30 : İRƏVANLILAR
2008-03-20 : YAZA ÇIXDIQ...
2008-03-08 : UTANCAQ
2008-02-23 : BOZ AY
2007-12-15 : DARIXAN ADAMLAR
2007-12-01 : BİZƏ QALSA...
2007-11-24 : İŞIQSIZ DÜNYA
2007-10-27 : ETİRAF
2007-10-06 : GÜNLƏR VARDI...
SON XƏBƏRLƏR
2019-12-05


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (86.36%)
Pullsuz (13.64%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK