Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | "YÜZ İL İNQİLAB" Adalet.az | "YÜZ İL İNQİLAB" Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

"YÜZ İL İNQİLAB"

Kamalə ABIYEVA

16649    |   2014-12-06 01:29
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Bu dünyadan dörd alçağı azaltdığım üçün sevinirdim. Ayaq səsləri otağıma tərəf yaxınlaşırdı. Günəş çıxmışdı. Xomeyninin də şəklini divardan çıxarıb arxası üstə mizimin üstünə atdım. Pəncərənin qabağında dayanıb "Sultan Yaqub" dağına göz dikdim və tapançanı gicgahıma apardım". Bu "yüz il inqilab"ın sonudu. Ömrünü meyit kimi yaşayıb son günlərdə İNSAN olan Seyidin insan kimi öləndən sonra danışmaq haqqıdır. Cünki o elə bir acı, dağıdıcı həqiqət yaşayır ki, insan kimi ölməkdən başqa çıxış yolu görmür.
Çünki hərdən anlamalısan "həqiqətlə üz-üzə gələndə, onun murdar iyini hiss eliyəndə, burnunu dəsmalınla tutma, o murdar iyin hamısını çək içinə. Başa düş ki, bu iy dünyanın pisliyi deyil, ədalətsizliyin iyidir dünyanı götürüb..." Və elə həqiqətlər var ki, görmək azdı, onu öldürmək lazımdı. Bununçünsə qəti hərəkət etməlisən". Siyirməmi açıb tapançamı götürdüm" - "Yüz il inqilab"da Seyid insanı yaşamağa qoymayan, həyatını alt-üst edən, azadlığını əlindən alan iyrənc həqiqətlə üz-üzə gəlir və anlayır ki, bu həqiqəti öldürmək lazımdı. Yaxşı düşünsək, həqiqət həmişə sevgili, dost deyil, bəzən ən qəddar düşməndi. Və onu bağışlamaq, qabağından qaçmaq, görməzdən gəlmək olmaz. Anındaca məhv etmək lazım, yoxsa o səni məhv edəcək. 7-8 yaşlarından Raziyyəni sevir, amma ayrı düşür, təsadüfü, mənasız ailə qurur. Bu ailədə həbsxanadakı, səbəbinə varmadan tutulanlara işgəncə vermək, dar ağacına göndərmək işiylə sakitcə yaşayan Seyid bir gün elə həbsxanada Raziyyəylə üz-üzə gəlir. Raziyyə kimdi? Raziyyə sevginin ucalığıdı. Raziyyə sakitcə, rahatca gəzən həyatdan bixəbərlərin başına düşən daşdı. Raziyyə azadlıqdı, həbsxanadı. Raziyyə din pərdəsi altında gizlənən çirkinliklərin qurbanıdı. Raziyyə pozğunluq edib namaz qılanların içində namaz qılmayan bakirəlikdi. Raziyyə öz dilində danışmaq yanğısıdı. Raziyyə Azərbaycan dərdidi. ...Və Raziyyə görmək istəmədiyimiz, ya görməzdən gəldiyimiz həqiqətdi. Əslində anlamadığımız azadlıqdı: "Dar ağacı bar vermişdi. Özü də Raziyyə kimi ağır və dəyərli bir bar. Gözləri açıq idi. Uzaq bir yerə göz dikmişdi. Bilmirəm bu uzaqda nə var ki, hamının gözü ordadı? Bəlkə azadlıq uzaqda olur deyə insanlar uzağa baxırlar. "Təkcə sevdiyinə yox, sadəcə tərtəmiz bir insanın dar ağacından azadlığı görən gözlərinə baxan biri nə düşünə bilər ki? Və onunla nəfəs-nəfəsə dayanan həqiqətin dəhşətindən ürpənməyə bilməz-ölməyə, öldürməyə bilməz. "Hacı salavat çevirib, əlindəki şirniyyat qutusunun ağzını açıb, ordakılara paylamağa başladı. Hamı salavat çevirib bir-birini təbrik edirdi. Azadlığın ölümü münasibətiylə şadyanalıq edirdilər. Yadıma gələndə ki, mən onlardan biri olmuşam, özümə tüpürməyim gəlirdi". Seyid Raziyyənin sözlərini unuda bilmirdi yəqin: "Millətimizin allahı sənə rəhm eləsin. Raziyyə düz deyirdi... Hər millətin öz allahı var. Allah insanın düşüncə, həyat tərzi və istəklərindən doğan bir məhfumdu. Sənin Allahının gücünü sənin zəifliyinin dərəcəsi bəlli edər".
Mən Sayman Aruzun "Yüz illik inqilabının son səhifələrindən başladım yazıya. Amma romanı əvvəlindən oxumuşam. Sadəcə sona çatanda hadisələr məni dəhşətə gətirdi: Cənubi Azərbaycanda bu gün də yaşananlarla üzbəüz qalmaq ağlımı, ürəyimi sarsıtdı. "Bəzən faciə o qədər böyük olur ki, sən onu başa düşə bilmirsən. Özün də bir kiçik faciəyə çevrilirsən. "Və bu hissi mən də yaşadım. İnanmaq olmur ki, sadəcə ruhu azad olduğu üçün cavan bir qızı dar ağacından asırlar. İnanmaq olmur ki "Bakirə qızları edamdan qabaq hicləyə göndərirlər, bakirə gedib cənnətə düşməsin deyə, bir gecəlik siğə eləyir, səhəri edam edirlər. "Bunu oxuyanda, bunu düşünəndə ağıl keyləşir... Özü də bu ötən əsrlərdə baş verməyib. Yaşadığımız illərin hadisələridi. Əslində adam nə deyəcəyini düşünə bilmir. Və bunu öyrənən Seyidin "Dünya həqiqətən də ədalətsizliyin məkanıdı. Ədalət ölənlərin xülyasıdı. Məncə ədalətdən gülməli bir şey yoxdu. Mən bu zibillikdə ədalət uğrunda döyüşənləri də, ədalətə tüpürənləri də yaxından gördüm. "Düşünməsi təbiidi: "Dəli olmağıma az qalırdı. Həyat güzgü kimidi. Hər tərəfə baxırsan özünə rast gəlirsən. Öz əməllərinə rast gəlirsən. Nə qədər qaçmaq istəsən, o qədər dərinə batırsan. "Mən də belə düşündüm. Bir xalq olaraq başımıza gələnləri düşündüm. "Yüz il inqilab"ın ilk səhifəsində roman haqqında yazılan ilk cümləni düşündüm: Roman Güney Azərbaycanın indiki durumuna güzgüdür. Amma biz bu güzgüyə yaxşı baxmırıq. Sonra Sayman Aruzun əllərini, daha doğrusu çəkilmiş dırnaqlarını, qollarındakı kəsilmiş yerlərin getməyəcək izlərini xatırladım. Saymanın duruşunda, qamətində, hərəkətlərində qəribə kədər var. Hətta gülüşündə də. Adama elə gəlir o heç vaxt ürəkdən gülmür, qolundakı kəsiklər ürəyindədi. Dırnaqları vətən torpağındadı. Sayman bütün olayları gözləriylə görüb, bunları yaşayıb: Mən xain deyiləm. Mən öz dilimdə yazıb oxumaq istəmişəm. Milli haqlarımı istəmişəm. ...Azadlığı qandalla ölçməzlər. Milləti dilindən öldürərlər cismindən yox. "Və sənin bu qədər sadə arzun səni "xain" edirsə, kimsəsiz hiss edərsən özünü, bütün dünyanı: başa düşülmədiyin zamanlar özünü tənha hiss eləyirsən. İnsanlar dağlar kimidirlər, bir-birinin yanında yaşayırlar. Amma hərəsi öz tənhalığını və yükünü öz çiynində çəkir, hərəsinin öz dünyası var.
"Yüz il inqilab"da bilmədiyimiz, bilməli olduğumuz, ya bildiyimizi etiraf etməkdən qorxduğumuz çox mətləblər var. Öz dilində təhsil almayan, bu dili yalnız şifahi danışıqla öyrənən, qoruyan minlərlə güneylidən biridi Sayman Aruz . Ona görə də bəzən redaktəyə ehtiyac hiss olunur. Amma bu dili bizim kimi məktəbdə hərif-hərif öyrənməyib Sayman və o qədər dərdi, ağrını elə aydın, elə sadə yazıb ki, öz dilində. Öz dilimizdə... Elə yazıb ki, oxuyan kimi anlayaq: "Cahil özünə ziyan vurur, ağıllı düşməninə..." Və bunu anlamaq üçün "Yüz il inqilab"ı oxuyun. Mütləq...



İmza:

YAZARIN ARXİVİ

2015-02-21 : BEZDİM
2014-12-13 : CAN BORCU
2014-07-19 : ELƏ SEVİNİRƏM
2014-07-05 : CEYHUN olmasaydı
2014-05-09 : Möhtəşəm gün
2014-04-19 : Eyibdi axı
2014-02-22 : ALİK-ALEKO-ƏLİ
2014-02-08 : NƏ DEYİRSİZ
SON XƏBƏRLƏR
2019-09-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Məktəbli formalarının qiymətlərindən razısınızmı?

Hə (25%)
Yox (75%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK