Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | Dədə Qorqud istefaya gedib Adalet.az | Dədə Qorqud istefaya gedib Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Dədə Qorqud istefaya gedib

Vəziyyətdən istifadə edənlər gözəllik mərkəzinə Xətainin adını veriblər

22879    |   2008-04-12 09:35
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Belə qarmaqarışıqlığa Dədə Qorqud dözər? Hərənin ağzından bir avaz gəlir, kim haranı necə istəyir, eləcə də adlandırır. Şairi Vüqar Əhməd olan xalqın Dədə Qorqudu vəzifəsində çalışmaq heç kimə asan gəlməsin.
   Dünyagörmüş adam idi, anladı ki, belə vəziyyətdə işləmək heç cür mümkün deyil. Abrına qısılıb istefa ərizəsini yazdı. Çünki saçının sayı qədər olay görmüşdü, nə qədər məsələdən hali idi. Çox yaxşı zamanlarda yaşamışdı, vəzifəsinin hörməti, dəyəri vardı. Nəhəng bir buğanı toğlu kimi yerə çırpana Beyrək adı verirdi, bununla da məsələ tamamlanırdı. Kim idi Dədə Qorqudun verdiyi ada alternativ fikirləşən? Bir qurtum içib deyirdi ki, camaat, ayrana doyran demək olmaz. Deməli, demək olmaz...
   Belə baxanda Dədə Qorqudun istefası sıradan bir hadisə sayılmamalıdı. İndi adicə MİS müdirini işdən çıxarmaq əsl qəhrəmanlıq hesab edilir. Nazir demirəm, hansısa bir məktəb direktorunun istefa verdiyini eşitmisinizmi? Şəxsən mən lap çoxdandır belə məzmunlu xəbər eşitmirəm. Bəlkə sizlərdən kimsə eşidib?
   Çox məşhur bir deyim var, yeri düşəndə deyirlər ki, müqəddəs yer boş qalmır. Mən də razı. Boş qalmağına boş qalmır, amma baxır o müqəddəs yerdə kim gəlib oturur. İndi bu, əsas məsələdi. Dədə Qorqudun istefa verdiyini görən bəziləri özlərini rahat hiss edirlər. Ağına-bozuna baxdı yoxdu. Nə fikirləşirlərsə onu da həyata keçirirlər. Bunu aydın görmək üçün Amerikaya, İngiltərəyə, Monqolustana, Zelandiyanın nə köhnəsinə, nə də yenisinə getmək vacib deyil. Hər şey buralardan onsuz da aydın görünür.
   Əsgərlik illərində qazandığım dostum o gün mobil telefonuma zəng vurdu. BMT baş katibinin Rusiya səfərini, Serj Sarkisyanın andiçmə mərasimi zamanı dediyi fikirlərin kulturoloji aspektlərini elə telefondaca müzakirə etdik. Dostumun təklifi ilə görüş vaxtı təyin olundu. Dedi ki, Koroğlu hamamının qarşısındakı Babək çayxanasında oturub həm çay içək, həm də domino vuraq. Çarəm nə idi, getdim Koroğlu hamamının qarşısına...
   Günlərlə efirdən çəkilməyən bir müğənni xanım var, adını demirəm, xalqdan ayıbdı. tən gün təsadüfən rastlaşdıq. zünə baxan kimi başa düşdüm ki, həkimlər yaxşıca zəhmət çəkiblər. Naz-qəmzəylə "Qələmini götürüb məndən də yaz. Təzə əməliyyatdan gəlirəm, Xətai Gözəllik Mərkəzində özümü verdim bıçaq altına. İndi hamıdan gözəl mənəm"- dedi. Sənətdəki rəqiblərinin hamısına meydan oxuyan həmin müğənni xanım onu da söylədi ki, hər gün "Həcər" saunasına gedir.
   Toy mövsümünün şıdırğı zamanıdı. Göz dəyməsin, dəvətnamə bilirsiz necə yağır? Elə bilin ki, əlimikrofonlulardan kimsə klip çəkdirir, yağış əvəzinə suyu yanğınsöndürən maşınla səpirlər düz başının ortasına. Belə dəvətnamələrdən birini də dünən uzaq tanışım verdi. Sözün açığı, heç adı da yadımda qalmayıb, biz Yasamalda kirayə qalanda o, maşınını məhlədəki pullu dayanacaqda saxlayardı. Sevinc hissiylə məni yeganə qızının toyuna dəvət etdiyini bildirdi. Dedi ki, toy "Leyli və Məcnun" şadlıq evində olacaq. Dəvətnaməni verib sürətlə uzaqlaşdı. Elə mən özüm də tələsirdim, tıxacın bol vaxtı küçənin tən ortasında durub ona ədəbiyyat dərsi keçəsi deyildim. Amma ona qısaca da olsa deyəcəkdim ki, nə Leyli, nə Məcnun diri vaxtı öz sevgilərinə qovuşmayıblar. Yalnız öləndən sonra...
   Ad qoyanda bizim camaat bilmirəm nə fikirləşir? İndi görün ki, Dədə Qorqud belə hadisələrlə nə qədər rastlaşıb ki, axırda vəzifəsindən istefa verib. Biz də qalmışıq naşılarla üz-üzə. Bilmirik dərdimizi kimə deyək...


YAZARIN ARXİVİ

2018-09-14 : Bizi deyirlər...
2018-07-04 : İftixarımız
2018-04-07 : Fəxri Zakir
2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2018-12-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Neftçi"?

"Qarabağ" (79.38%)
"Neftçi" (20.62%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

- Ay Ənvər səni niyə əsgərliyə aparmadılar?
- Gözüm zəif görür, ona görə. Bax misal üçün sən o divara vurulmuş xırda mismarı görürsən?
- Hansı mismar?
- Bax o sarı divara vurulmuş mismar.
- Hardadı, mən görmürəm.
- Əşşi, yaxşı bax da. Düz bax görəcəksən .
- Hə,hə indi gördüm .
- Ay sağ ol. Amma mən o mismarı görmürəm.




digər lətifələr
ARXİV
FACEBOOK