bahis siteleri deneme bonusu canlı bahis bahis siteleri bahis siteleri canlı bahis kacak bahis https://www.warezm.com kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal Adalet.az | FATEH, YOXSA XİLASKAR?!... Adalet.az | FATEH, YOXSA XİLASKAR?!... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

FATEH, YOXSA XİLASKAR?!...

19963    |   2008-01-27 11:52
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

...Yenə o filmi verirdilər. Yenə Onu gördüm. Dişlərinəcən qana (başqalarının qanına) bulaşmış İsgəndəri. Tarixdə və bəşəriyyətin yaddaşında Makedoniyalı kimi tanınan və qalan İsgəndəri.Ancaq O, təkcə Makedoniyalı olaraq qalmaq istəmirdi, bütün dünyaya sahib olmaq istəyirdi. Niyə?! Nəyinə lazımdı onun bütün dünya?! Axı, insan cismən əbədi yaşamır. İnsanı əbədi yaşatmayan dünyada heç olmasa, adını əbədiləşdirmək istəyirdi, yoxsa? Yox, deyəsən, o, heç bü barədə düşünmürdü də. Düşünməyə vaxtı da yoxdu.Çoxlarının yaxınlaşmağa cürət eləmədiyi vəhşi atı minib üzü Günəşə çapanda şöhrətmi yada düşərdi?! Geri qayıdanda Busefalın qulağına pıçıldayırdı: " Kölgəni tapda, kölgəni tapda..." Və sonralar nə qədər adamları, qoşunları tapdadı o atla. O adamları ki, onlar İsgəndərin nə kölgəsiydi, nə köləsi. O adamları kölgə eləmək mümkün deyildi, amma kölə eləmək olurdu. Bəlkə, bu lazımdı ona? Deyəsən, bu da deyildi, axı.... Bəs, nə idi?!
   
   ...Baxdıqca gözün qaralır, başın hərlənir. Çöllər, düzlər dolusu qarışqa kimi adamlar döyüşür- qılınclar, qalxanlar cingildəyir,oxlar, nizələr vıyıldayır. Hərəsi də bir ürəyə, bir cana tuşlanıb. Qan fəvvarə kimi fışqırır... İlahi, axı, bunlar insandı. Bü tökülən qanların, kəsilən başların, dirənən gözlərin ( o gözləri qapayan da yoxdu), ağrıyan canların yiyəsi var, axı... Bundan ötrümü gəlmişdilər işıqlı dünyaya?! Tanrının hökmüylə doğulanlar niyə kimlərinsə hərisliyi, tərsliyi, ehtirası, şıltaqlığı ucbatından qarışqa kimi qırılır, qarğa-quzğunlara yem olurlar?! Hələ üstəlik, vaxt olanda bü cəsədləri yığıb yandırırlar da ki, sağ qalanlar xəstəliklərə tutulmasın...
   
   O da dünyaya insan gəlmişdi. Necə də sevimliydi. " Qədim dünya tarixi"ndəki divara həkk olunmuş şəklinə baxmaqdan doymazdım. Elə bilirdim ki, bütün vücudu oddan-alovdan yoğrulub. Gərək ki, Çernışevskinin sözləridi: " Onun daxili enerjisi özünü partlatdı..." Onda dərk edə bilmirdim şəkil sahibinin kimliyini. Sadəcə, vurğunluqla baxırdım. İndi də dərk eləmirəm ki, O və onunkimilər bu dünyadan nə istəyirdilər. Amma daha vurğun da deyiləm. Yenə də nifrət eləmirik belələrinə. Əlinə qələm götürənimiz pafosla yazır Ondan və onunkimilərdən. Bizdən əvvəlkilər şöhrətləndirdilər onları. Hətta əfsanələşdirdilər. Qərbin Aleksandr Makedonskisi Şərqin Makedoniyalı İsgəndəri oldu...
   
   Çingiz xan, Əmir Teymur, Napoleon Bonapart haqqında oxuyanda, filmlərə baxanda da bu türlü duyğularla yaşamışam həmişə. İstəmişəm anlayam onların bu dünyadan nə istədiklərini. Anlaya bilməmişəm...
   
   Bizə Xilaskar lazımdı, onlarsa Fatehdilər hamısı. İstəyirdilər ki, Məğribdən Məşriqəcən hər kəs qılınclarının altından keçsin. Bəs, niyə sonda yazıq oldular və yazıq öldülər?! Niyə ölümlərinin gizlədilməsini istədilər? Bəzisi sirli şəkildə dəfn olundu, bəzisinin qəbri bu gün də bəlli deyil. Çingiz xan dünyanın üçdə birini tutmuşdu. İyirmicə il də yaşasaydı, bəlkə də bütün dünyanı fəth edəcəkdi. Amma ulduzlu bir gecədə öz çadırında sakitcə can verdi.Romanda onun ölümünü təsvir edən səhnə çox təsirləndirmişdi məni. Mistik xəyallara qapılmışdım. Dünyaya lərzə salanların axırı budurmu? Niyə heç birinin divanı başa yetmir? Kim qoymur, kim istəmir bunu?!İnsan ömrü arzuların, iddiaların müqabilində çox qısadı. Çox şeyləri sübut eləmək olardı, əgər ömür vəfa qılsaydı. Görünür, hər şey elə hesablanıb ki, bütün işlər yarıda kəsilməlidi...
   
   Napoleon Bonapart haqqında oxuduğum sənədli əsərdə dahi sərkərdənin son saatlarının təsviri məni elə tutmuşdu ki, gündəliyimə də köçürmüşdüm... "... Napoleon dodağının ucunda qımıldanırdı, lakin demək olar ki, aydın bir şey eşitmək olmurdu; həmin gün okeanda ağacları kökündən qoparan, adadakı evlərin bir neçəsini yıxıb uçuran və bütün Lanqvud malikanəsini sarsıdan son dərəcə dəhşətli fırtına tüğyan edirdi...
   
   Yatağın yanında duranların eşidə bildikləri axırıncı sözlər bunlar idi: "Fransa... ordu... avanqard..."
   
   Qulluqçu Marian ağlaya-ağlaya Napoleonun 1800-cü il iyunun 14-də Marenqo yaxınlığındakı vuruşma günü əyninə geydiyi və bu vaxtacan saxladığı köhnə şineli gətirib onun üstünə çəkdi..."
   
   Adam lap hissə də qapılır: Ey gidi dünya! Etibarsız ömür... Bəlkə də o şinel əynində şəstlə neçə-neçə əsgəri hissənin qarşısından keçmişdi, parad qəbul eləmişdi... Dünyaya gələndən "mənəm-mənəm" deyənlərin, insanları yedirib-geyindirən müqəddəs torpaqları atının dırnağıynan şumlayanların sonu bu imiş, deməli... Bəlkə həyatın ən böyük qanunauyğunluğu da elə budu? Axı, bunların hansısa öz işini başa vursaydı, dünya bir fatehin bayrağı və tapdağı altında qalardı.Hamı bir rəngdə, bir biçimdə olar, bir dildə danışardı. Döyüş meydanlarında leş-leşə qalananda düşünürsən: bu nə zülümdü, İlahi, bu dünyanın yiyəsi yoxdurmu? Fatehlərin çöküşünü, sonunu görəndə anlayırsan: deməli, dünya sahibsiz deyil, onun yiyəsi var və O, heç bir şərik istəmir. Ancaq bu Sahib niyə belə gec qarışır bəndələrin işdəklərinə?!...
   
   Bir də ki,g mistikaya nə hacət? Axı, onların heç biri Babək kimi ölə bilməzdi!!!
   
   
   
   ***
   
   Bir zamanlar Yer üzündə qan-qadanın kəsiləcəyinə inanırdım. İnandıra bilmişdilər məni. "SSRİ bütün dünyada sülhün möhkəm və etibarlı dayağıdır!" şüarına şəkk-şübhəm yox idi.Gün gəldi, gözlərimdən qəflət pərdəsi götürüldü. Qəlbimdəki inam da o pərdəyə qoşulub getdigBir qocadan soruşdum: " Bu qan-qadanın kökü nə vaxt kəsiləcək?" Cavab verdi: " Heç vaxt. Çünki bu dünyada ilk dəfə qardaş qardaşın qanını töküb..."
   
   tən ilki Qələbə günündə ANS-in maraqlı bir qonağı vardı. Yaşı səksəni ötmüş müharibə veteranı hər şeyi elə sadə, təbii dillə anladırdı ki, ...Aparıcı müharibənin onda necə bir fikir, qənaət formalaşdırdığını soruşanda cavabına belə başladı: "Bilirsənmi, qızım, müharibələr də Allahın işidig" Düzü, bu sözlər məni yerdən-yerə vurdu, xəyaldan-xəyala saldı. Qədim yunan mifologiyasına görə, bütün təbiət hadisələrinin, elə cəmiyyətdə baş verənlərin də öz Allahı vardı. Həmçinin müharibənin də. Bəlkə, bu sözdə doğrudan da, bir həqiqət var?! Bəlkə insanlara qalsaydı, çoxdan müharibələrin kökü kəsilərdi? İnsanlara qalsaydıg Əgər bu insanların arasında zaman-zaman fatehlik iddiasına düşənlər, özünü Yer üzünün allahları sayanlar yaranırsa?! Yaranırlar da, dünyanı qana çalxalayırlar da. Axırda da səssiz-səmirsiz bu dünyadan köçüb gedirlər. Zülmü, əzabı isə sadə adamlar çəkir...
   
   
   
   Dünyanın işləri keçib gedəcək,
   
   Hər şeyi sahmana salacaq həyat!
   
   Yerin allahları köçüb gedəcək,
   
   Qalacaq insanlar, qalacaq həyat!
   
   Şeirin müəllifi Fikrət Qocadı...


YAZARIN ARXİVİ

2015-01-10 : ƏN UZUN GECƏ
2014-11-15 : QIRMIZI İP
2014-07-12 : GEC OLMAYAN
2014-07-05 : SAMAN ÇÖPÜ
2014-06-21 : GÜNAHSIZ
2014-06-14 : GÜNAHSIZ
2014-06-07 : GÜNAHSIZ
2014-05-31 : GÜNAHSIZ
2014-05-24 : GÜNAHSIZ
2014-05-17 : GÜNAHSIZ
2014-05-09 : GÜNAHSIZ
2014-05-03 : GÜNAHSIZ
2014-04-26 : GÜNAHSIZ
2014-03-15 : SONUNCU YARPAQ
2014-03-08 : MONMARTR, 18-40
2014-03-01 : Marsa da uçsaq
2014-02-22 : DƏRD ZİRVƏSİ
2014-02-15 : GEC DƏ OLSA...
2014-01-25 : GÜNDƏLİK
2014-01-18 : XİLASKAR
2013-10-12 : NƏNNİ
2013-09-21 : PAYIZ GƏLİR...
2013-08-17 : ADSIZ DUYĞULAR
2013-08-03 : ƏHYA GECƏLƏRİ
2013-07-06 : Sən dönsən...
2013-06-22 : KÖYNƏK
2013-05-25 : ÖZGƏ DƏRDİ
2013-02-09 : AĞILDAN BƏLA
2013-01-26 : DARIXAN ADAMLAR
2013-01-19 : DƏLİLİK ZAMANI
2013-01-12 : ƏSKİ YARALAR
2012-12-01 : SUSUZ DƏNİZ
2012-09-22 : GƏLDİN...
2012-09-15 : BİR QUCAQ SABAH
2012-09-08 : ANGEDONİYA
2012-08-18 : "DÜBEYTİ"
2012-06-30 : O TƏNHA AĞAC...
2012-06-02 : AĞ QARANQUŞ
2012-02-18 : HARMONİYA
2012-01-14 : QONŞU QIZ
2011-12-31 : TƏLƏSİRİK...
2011-12-10 : AYAQYALIN
2011-11-19 : XƏZAN YELİ
2011-10-15 : TƏSƏLLİ
2011-08-06 : DƏYİRMAN
2011-07-16 : ÇOX AZ ŞEY
2011-06-25 : SAVAŞIN 70 YAŞI
2011-05-14 : "QARA QUTU"
2011-03-19 : VƏDƏ KÜLƏYİ
2011-03-05 : KİŞİSİZ...
2011-02-26 : YAZA NƏ QALDI?!.
2011-02-19 : ADİ HƏYAT
2010-12-31 : İL KEÇDİ...
2010-11-06 : İMTİNA
2010-08-21 : KİBRİT FALI
2010-07-24 : YEL DƏYİRMANI
2010-05-08 : XİLASKAR
2010-04-10 : QİYAMƏT
2010-03-20 : XINAYAXDI
2010-02-27 : BOŞLUQ
2010-01-09 : KARVAN GETDİ...
2009-12-26 : YUXU KİMİ...
2009-12-19 : DARIXANDA...
2009-12-12 : İMTAHAN
2009-12-05 : QUYU
2009-10-17 : ELDƏN AYRI...
2009-10-10 : GÖZÜ YOLDA...
2009-10-03 : TARAZLIQ
2009-09-26 : ...YALVARMA!
2009-09-12 : İLĞIM
2009-09-05 : BİR STƏKAN ÇAY
2009-08-08 : QIRMIZI
2009-08-01 : SƏKKİZ SAAT
2009-07-11 : AĞIRLIQ
2009-04-25 : SIĞINACAQ
2009-04-11 : SÖZ VAXTI
2009-02-14 : ÜÇÜNCÜ YOLÇU
2009-01-31 : BİXƏBƏR
2009-01-24 : QIRMIZI VƏ QARA
2009-01-17 : BAŞQA ADAM
2009-01-10 : 3 SAATLIQ NƏFƏS
2008-12-31 : QUM SAATI
2008-12-13 : QURBANSIZ
2008-11-22 : CİDDİ MÖVZU
2008-11-15 : ÜMİD VƏ QORXU
2008-11-01 : AĞ YOL
2008-10-18 : AG VƏ QARA
2008-10-11 : KÜTLƏ
2008-09-20 : TƏSƏLLİ
2008-09-06 : YAZIQLIQ
2008-08-23 : ATA EVİ
2008-08-02 : ÇAY PULU
2008-07-05 : YADDAŞ AĞRISI
2008-06-14 : ÇƏRÇİVƏ
2008-04-19 : SÖZ ARDINCA...
2008-03-30 : İRƏVANLILAR
2008-03-20 : YAZA ÇIXDIQ...
2008-03-08 : UTANCAQ
2008-02-23 : BOZ AY
2007-12-15 : DARIXAN ADAMLAR
2007-12-01 : BİZƏ QALSA...
2007-11-24 : İŞIQSIZ DÜNYA
2007-10-27 : ETİRAF
2007-10-06 : GÜNLƏR VARDI...
SON XƏBƏRLƏR
2019-06-26
2019-06-25


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (37.5%)
İşdə (62.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK