hacklink Adalet.az | PAYIZ DÜŞÜNCƏLƏRİ Adalet.az | PAYIZ DÜŞÜNCƏLƏRİ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

PAYIZ DÜŞÜNCƏLƏRİ

49599    |   2014-11-22 01:44
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Yenə min bir rəngli payız gəldi. Yazda yaşıl don geyinən təbiətin vaxtı ötüb, qocalan yarpaqları birbəbir saralıb-solmağa və Tanrı tərəfindən müvəqqəti yerləşdirildiyi budağından qopub torpaqla qucaqlaşmağa başladı. Meşəliklər isə indilərdə ayrı bir havadadır. Sarılı, qırmızılı, yaşıllı, bənövşəyi əlvan rəngləriylə insanı özünə valeh edir. Payızla bağlı istənən qədər hekayələr, romanlar və şeirlər oxudum, ancaq Ahmət Haşimin şeiri mənə görə daha gözəldir.

"Ağır ağır çıkacaksın bu mərdivənləri
Ətəklərində günəş rəngi bir yığın yaprak
Və bir zaman bakacaksın səmaya ağlayarak
Sular sarardı, yüzün pərdə pərdə solmakta
Kızıl havaları səyrət ki, akşam olmakta".

Ahmət Haşim, Osmanlı İmperatorluğunun son vaxtlarda yetirdiyi ən gözəl şairlərdən və Sərvəti Fünun adlanan cərəyanın ən görkəmli nümayəndələrindən biri, daha düzü birinci şəxsidir. Bu şeirində təbiətin payız fəslini və insan ömrünün son dönəmlərini çox gözəl əks etdirib.
Sərvəti Fünun (bu cərəyan, adını eyni adlı jurnaldan götürüb), Osmanlı ziyalıları içində 1860-cı illərdən başlayan Şərq-Qərb mübarizəsinin məhsuludur. Bu mübarizədə axırda Qərb udub. Sosioloji qanundur, boş olan yerə hər bir şey, zir-zibil də dolabilər. Ulu babalarımızın elm və texnoloji sahəsindəki məğlubiyyəti Osmanlı ziyalılarının ruhunda, mənəviyyatında böhran yaratmışdı. Onlar bu böhrandan çıxışı qərblə zahiri inteqrasiya ilə həll edəcəklərini zənn etdilər.
Öncələri dəqiq elmlərlə bağlı yazılar yayımlanan Sərvəti Fünun jurnalının baş redaktorluğuna Tovfiq Fikrətin gətirilməsiylə jurnal yönünü tamamilə ədəbiyyata sarı dönüb və II Əbdülhamidlə mübarizədə öncü rol oynamağa başlayıb. Sərvəti Fünunçulara "Ədəbiyyatı Cədidəçilər" də deyilib. Bu cərəyanı mənimsəyən ziyalılar, Osmanlı dövründə hakim olan Divan ədəbiyyatını qəbul etməyən və qərbdəki, xüsusilə də Fransız ədəbiyatından təsirlənərək o mühitdə yaranan yenilikləri Osmanlı ziyalıları arasına gətirməyi yəganə məqsəd götürüb. Sərvəti Fünunçuların əsl xüsusiyyəti "sənət üçün sənət" fikrindən bərk-bərk yapışmalarıdır, əslində mənə görə onlara aristokrat ədəbiyyatçıları deyilsə, yerinə düşərdi. Onlar, danışıq dilindən tamamilə uzaqlaşıb ərəbcə və farscanın dil qaydalarına daha çox fikir verərək dilimizdə olmayan fars və ərəb tərkiblərini ədəbiyyatımıza sırıyıblar. Sarayın ərəb-fars-türk qarışıq qəribə hibrid dili kifayət etmirmiş kimi, bu yandan da yenilikçi ziyalılar dilimizi yazıq vəziyyətə salmaq cəhdinə yönəliblər. Müqəddəs dilimizi qoruyub-saxlayan isə Anadolunun cəfakar və vəfakar xalqı olub, yəni avam xalq, xüsusilə də ələvilər.
Sərvəti fünunçular şeirlərini əruzla yazsalar da əruza o qədər də fikir verməyiblər. Bir yandan qərbliləri yamsılasalar da ərəb və fars tərkiblərini işlədərək, Ziya Göyalp demişkən, ağzımızda anamızın südü kimi ağ olan dilimizə böyük zərbə vurublar. Tısbağanın qınından çıxıb qınını bəyənmədiyi kimi, Osmanlının yəniyətməsi olan Sərvəti Fünunçular da həmin duyğularla çıxış edərək öz kökümüzdən bəhrələnməyin əvəzinə ayrı mədəniyyətlərin bulağından su içməyin ziyalılıq, müasirlik, öncüllük nə bilim "nəlik, nəlik..." olduğunu zənn ediblər.
Atalar, yük əyəndə daş da qəribliyə düşər deyib. Osmanlı dövlətinin payız fəsli başlayanda onun ziyalı nümayəndələrinin öz köklərindən ilham almaq əvəzinə Qərbin dəyərlərinə üz tutmasına nə deyək? Onlar, qərblilər kimi geyinib-kecinmək, süfrədə onlar kimi oturub-durmaq, qərblilər kimi hekayələr, romanlar, şeirlər yazmaqla Osmanlı dövlətini məruz qaldığı tənəzzüldən xilas edəbiləcəklərini zənn ediblər. Nə deyəsən?..
Öncə xarici qüvvələrin təzyiqi ilə Tənzimat, sonra Məşrutiyyət elan olundu. Qərbin siyasi təzyiqinin xofu ədəbiyyatı Cədidə kimi axımları Osmanlı ziyalılarının fikrine soxdu. Bu və buna oxşar cərəyanlar, Osmanlı ziyalısında müşahidə olunan mənəvi boşluğu aradan götürmə psixozundan yaranan axtarışların nəticəsidir. Bəli, bu axımlardan müdafiə edən böyüklərimiz, tənəzzülün astanasında olan Osmanlı dövlətindəki məğşuşluğun yaratdığı dumanlı-çənli atmosferdə, dənizə düşən saman çöpündən yapışar misalında olduğu kimi hərəkət etdilər. Ancaq problemin kökünün harda olduğunu isə o qalmaqallı atmosferdə təbii olaraq nəzərlərindən yayındırdılar, ya da ayrı bir yolu sınamağa imkan tapmadılar. Türkiyənin milli himnini yazan Məmməd Akif Ərsoy da Osmanlı yetirməsidir, ancaq o özgələrini yamsılayanlardan deyil, əyilməz, bükülməz, sınmaz bir şəxsiyyətdi.

"Zulmü alkışlayamam, zalimi asla səvəməm;
Gələnin keyfi için geçmişə kalkıp sövəməm
Biri əcdadıma saldırdı mı, hatta boğarımg
-Boğamazsın ki!..
-Hiç olmazsa yanımdan kovarım.
Üç buçuk soysuzun ardında zağarlık yapamam
Hələ hak namına haksızlığa ölsəm tapamam.
Doğduğumdan bəridir aşıkım istiklalə,
Bana hiç tasmalık etmiş dəğil altın lalə
Yumuşak başlı isəm, kim dədi uysal koyunumə
Kəsilir, bəlki, fakat çəkməyə gəlməz boyunum.
Kanayan bir yara gördüm mü yanar ta cigərim,
Onu dindirmək için kamçı yerim, çiftə yerim.
Adam aldırma da geç git, diyəməm, aldırırım.
Çiynərim, çiynənirim, hakkı tutar kaldırırım."

Osmanlının tənəzzülü dövründə yetişən və Türkiyə Cümhuriyyətinin mənəviyyat özülünü qoyan ziyalılardan biri olan Məmməd Akif Ərsoyun yuxarıdakı şeirini məncə bugünkü nəsil də, xüsusilə idarəçilər də papaqlarını qabaqlarına qoyaraq dönə-dönə oxumalı və gərəyini həyata keçirməlidi. Vətənpərvərlik, millətsevərlik sadəcə olaraq uca kürsülərdən nitq irad etməklə olmur. Allahı, Peyğəmbəri, Quranı bir yerə yığıb, hər cümə məscidə yüyürüb, haşa Allahı aldatmaq kimi bir əda ilə namaz qılıb, sonra da mün cürə qoz qırmaqla həqiqi müsəlman olunmur. Yaddan çıxartmayaq ki, Ulu Peyğəmbərimizin, Əhli-Beytin əzizi, imamımız Həzrət Hüseynin mübarək başını Kərbəlada kəsənlər də müsəlman idi, hətta o gün oruc da tutmuşdular...g
Osmanlı dövlətinin son dövründə elmdən uzaq düşmə, rüşvət, yerlibazlıq, məzhəbçilik, təriqətçilik nə bilim nəçilik-nəçiliklər birləşincə altı əsr yarım yaşayan o böyük imperiya ömrünü başa vurub tarixin qaranlıq qəbiristanlığında dəfn olundu. Osmanlının mirasçısı yox, Türklüyün mirasçısı olanlar Türkiyə Cümhuriyyətini yaratdılar. Başda Atatürk olmaq şərtilə hamısı müqəddəs bir əqidəyə malikdilər, ona görə də zalımın qarşısında Məmməd Akif demişkən əyilmədilər, yeddi düvəl onlara hücum çəksə də işğalçılara layiq olduqları cavabı verdilər, ayağı çarıqlı kəndlini millətin əfəndisi elan etdilər, torpaqlarını qara kotanla sürən xalqın oğullarının təyyarə zavodu tikməsinə və buraxdıqları təyyarələri avropalılara satmalarına nail olaraq yağıları çaşbaş saldılar. Atatürk dünyasını dəyişəndən sonra isə küləklər tərsinə əsməyə başladı. O vaxtdan əsməyə başlayan küləklər nəinki dayanıb, daha da sürətlənib. Cibimiz qovut doludur, ovcumuzu doldurub ağzımıza atırıq, ancaq arxadan əsən o küləklər ağzımıza heç nə girməsinə icazə vermir. Ölkəmizin sərvətləri və xalqımızın qazancı qərbli imperialistlərin küləkləri tərəfindən sümürülüb aparılır, biz qalırıq piyada.
İndi də ölkədə ayrı bir hava əsir. Atatürkün silahdaşlarıyla birlikdə yaratdığı demokratik cümhuriyyətdə, onların ölkəyə gətirdikləri demokratiyanın azadlığından istifadə edən, ancaq Atatürkü bəyənməyən ağzıgöyçəklər törəyib. Hətta bu yazıq məxluqatlar Atatürkün adını tarixdən biryolluq götürmək fikrinə də düşüb. Sən Allah işə bax, çaqqal, şir ilə döyüş üçün qılınc-qalxan götürüb meydana çıxıb...g
Allah sən xalqımızın könül gözünü aç, onları oyat, oyat ki, dövlətimiz, xalqlarımız və ölkəmiz çağdaş fironların, dağyanusların şərrindən xilas olsun.


YAZARIN ARXİVİ

2019-02-26 : SALAMLARLA
2018-06-01 : SON ZƏNG
2018-04-28 : YALANÇININ ŞAMI
2018-02-24 : TARİXİ ADDIM
2017-10-21 : NƏ YAZIM?
2017-03-10 : XOCALI-DӘNİZLİ
2017-03-04 : XOCALI-DӘNİZLİ
2016-12-17 : Etimad, kimə???
2016-11-12 : TANRININ DOSTLARI
2016-09-24 : Salam, Dostlar
2016-05-28 : ATA YURDUMUZDA
2016-03-05 : XOCALI HƏFTƏSİ
2015-12-30 : YENİ İL
2015-12-26 : BİZİM DÜNYAMIZ
2015-12-05 : KÜLƏK ƏKƏN...
2015-11-28 : ÜÇ GÖMRÜK
2015-10-31 : SEÇKİLƏRİMİZ
2015-10-17 : KÖÇÜMÜZ
2015-08-29 : ALTAYDAN QAFQAZA
2015-06-20 : KİMDİR QATİL?!
2015-06-06 : LÜKSEMBURQDAN
2015-05-02 : 24 NİSAN
2015-03-14 : 8 MARTIN ARDINDAN
2015-03-07 : XOCALINI ANLAMAQ
2014-12-27 : BODUN
2014-11-29 : XƏZƏRİN MEHİ
2013-10-26 : XƏYALİ
2013-10-05 : ZEHTABİNİ ANDIQ
2013-09-28 : SAĞ OL, BAKI
2013-08-17 : KEÇƏN GÜNLƏR
2013-08-03 : BELƏ DÜNYANIN
2013-03-30 : BAYRAMIN ƏZABI
2013-03-16 : XOCALI HƏFTƏSİ
2013-02-02 : ADIMIZLA BAĞLI
2012-11-21 : VAXT
2012-11-17 : VAXT
2012-09-01 : TİFLİS-BAKI
2012-04-07 : İNGİLİS OYUNU
2012-02-25 : XOCALI DƏRDİ
2011-10-29 : VƏHHABİLİK
2011-10-08 : VƏHHABİLİK
2011-09-17 : ELƏ GÜVƏNMƏK
2011-09-10 : ALTAY BİLİK
2011-08-13 : NƏJDƏT QOÇAQ
2011-06-04 : 28 MAYI ANLAMAQ
2011-05-28 : YALANÇININ ŞAMI
2011-04-16 : SİZ NƏSİNİZ?
2011-04-09 : ANA - OĞUL
2011-03-12 : ONLAR VƏ BİZ
2011-02-26 : XOCALI SOYQIRIMI
2011-02-05 : QURULTAYIMIZ
2011-01-29 : MAŞA SARKİSYAN
2010-10-30 : BAKI QEYDLƏRİ
2010-10-02 : AXTA-MAR
2010-07-10 : 35 QURUŞ
2010-05-15 : ZİDDİYYƏT
2010-04-24 : BAYQUŞLAR
2010-02-27 : TÜRKÜN ANALARI
2010-02-13 : ÇİÇİ
2009-11-27 : TÜRK MİLLƏTİ
2009-10-31 : BAYRAQ
SON XƏBƏRLƏR
2019-11-15
2019-11-14


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.33%)
Pullsuz (6.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK