warez script warez forum Leaks Forum orkide Link kısaltma sitesi shell indir mavi orkide Link kısalt PHP Scriptler Ataşehir kadın kuaförü Warez forumu hacklink satın al cialis yorumları Adalet.az | BİR GECƏ "SEMAŞKO"DA Adalet.az | BİR GECƏ "SEMAŞKO"DA Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

BİR GECƏ "SEMAŞKO"DA

Yaşadığım gerçəkliyin bəzi fraqmentləri

16803    |   2014-11-22 01:37
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

...İndiki kimi yadımdadı, 9-cu sinifdə oxuyurdum. Dekabr ayının 25-də qəflətən qızdırma, titrətmə yaxaladı məni. Özü də dərsin gedişində... Əvvəlcə sinif yoldaşlarım elə bildilər ki, bəhanə edirəm, ancaq xasiyyətimə bələd olan mərhum tarix müəllimimiz Səyarə xanım əlini alnıma qoydu və dərhal da sinif nümayəndəsini direktorun otağına göndərdi ki, həkim çağırsın. Aləm qarışdı və bir də onda gözümü açdım ki, kənd xəstəxanasında... çarpayıda... və başımın üstündə müəllimim, qohumlarım və sinif yoldaşlarım...
Doğrudu, dərs pozulmuşdu. Bu, sinifdəki uşaqların bir neçəsinin ürəyindən olan məsələ idi. Amma mən həqiqətən dərsin pozulmasından çox narahat oldum və əllərimlə üzümü müəllimimdən gizlətməyə çalışdım. Rəhmətlik nə etdiyimi və ümumiyyətlə, niyə belə etdiyimi dərhal anladı. Ailədə övladı olmayan bu müəlliməm məktəbin bütün uşaqlarını, xüsusən qızları son dərəcə ciddi bir nəzarətlə idarə edir, onlara bəlkə də anadan artıq istiqanlılıq göstərirdi. Bunu elə-belə deyirəm, sözgəlişi. Yəqin bu gün də belə müəllimlər var və yaxud da yoxdu, deyə bilmərəm... Amma həyat davam edir və yaxşılar da heç vaxt bütünlüklə ölüb qurtarmırlar. Onlar da ürəklərdə, ətrafımızda hər gün göyərirlər. Nə isə...
Deməli, ad günüm ərəfəsində, yəni dekabrın 29-u axşamı yatdığım palata bir xəstə gətirdilər. Uzundraz bir erməni idi. Azərbaycan dilində tək-tük sözlər bilirdi. Ancaq bizim kənddə böyük əksəriyyət ermənicə anlayırdı da, danışa da bilirdi. Çünki məktəbimiz elə tikilmişdi ki, siniflər bir-birinə qonşu... həyət bir... uşaqlıq eyni... dövlətin də adı Sovetlər Birliyi!.. Bax, mənimlə bir otağa yerləşdirilmiş həmin erməni hərəkətlərindən, danışığından məni həm güldürürdü, həm də təəccübləndirirdi. Gecə saat 11-də erməni yerindən qalxdı, yastığını götürüb uzandığı çarpayının ortasına qoydu, adyalı onun üstünə çəkdi və mənim də yastığımı alıb öz yastığının yerində rahatladı. Sonra pəncərəni açdı və ermənicə mənə:
- Ürəyim sarımsaq şorabası istəyir, bir də tut arağı. Gedirəm evə, gələndə sənə çoxlu alma-armud da gətirəcəm. Növbətçi tibb bacısı gəlib soruşsa, qoyma işığı yandırsın, denən elə indicə yatıb - deyib, elə xəstəxana paltarında pəncərədən düşüb getdi...
İnanın k, gecənin o vaxtı hansısa bir yeməyə görə 7 kilometrlik məsafədəki kəndə (həmin erməni qonşu kənddən bizim xəstəxanaya gətirilmişdi - Ə.M.) getmək itin də ağlına gələ bilməzdi, ancaq erməninin ağlına gəlmişdi. Erməni çıxıb gedəndən təqribən yarım saat sonra tibb bacısı otağa gəldi. İşığı yandırmaq istəyəndə etiraz etdim. Bu da onun xoşuna gəlmədi. İşığı yandırdı və gördü ki, erməni yerində deyil. Onu da xatırladım ki, tibb bacısı da erməni idi və bu da öz dilində başladı zəvzəməyə. Məlum oldu ki, sən demə bu xəstə erməni bizim kənd xəstəxanasının daimi qeydiyyatında imiş. Ayda bir-iki dəfə onu əsəb pozğunluğu ilə gətirib burda müalicə edirlərmiş. Əslində isə bu dığanın heç bir xəstəliyi yox imiş. Özünü xəstəliyə vururmuş ki, onu əsgərliyə aparmasınlar. Bunu öz-özünə zəvzəyən tibb bacısının dilindən eşitdim. Təbii ki, bunun mənə heç bir dəxli yox idi. Əksinə, biləndə ki, erməni heç də ciddi xəstə deyil, indi ondan ehtiyat etməyi yadımdan çıxartdım. Necə deyərlər, arxayınlaşdım və həqiqətən də bir neçə saatdan sonra erməni əlində sarımsaq şorabası, tut arağı, soyutma toyuq və xeyli meyvə, üstəlik bir salxım da üzüm gətirmişdi. Gecənin yarısı süfrə açdı, məni yuxarı başda əyləşdirdi, həmin o zəvzəyən tibb bacısını da dəvət elədi, oturduq... Daha ardını yazmağa zənnimcə ehtiyac yoxdu...
Hə, bu xatirə yarpağı həmin gecə yaddaşımda təzələndi və mən həmin gecə bir vaxtlar Semaşkonun adına olan xəstəxanada səhəri açmağa məhkum idim. Elə o məhkumluq da bir gecənin yaşantılarını yazıya çevirdi...
Səhər erkənə təyin olunmuş əməliyyat uzun çəkdi. Bütün xəstə sahibləri kimi mən də əqrəblərindən daş asılmış zamanın sıxıntısını yaşadım. Var-gəl etməkdən, saata baxmaqdan, telefon zənglərinə cavab verməkdən, bir sözlə, yaşadığım bu həyəcanlı anlardan cana doymuşdum. Mənə elə gəlmişdi ki, saat dayanıb, zaman donub, həkimlər xəstəni unudub, cərrahın və onun yanındakıların çöldəki xəstə sahiblərinə qarşı "soyuqqanlılıqları", "etinasızlıqları" hər şeyi üstələyib... bir sözlə, mən və digər xəstə sahibləri ümumiyyətlə yoxdu...
Nəhayət ki, xəstəni arabada gətirdilər... rəngi solmuşdu... gözlərini güclə açıb baxdı və sonra göz qapaqlarını saxlamağa canının heyi olmadığından gözləri qapandı. Bütün bu zaman kəsiyində, bütün yaşantıların içərisində baş verənlərin hər bir anı o qədər mürəkkəb və o qədər mükəmməl bir insan dünyası, insan hisslərinin şaxələri idi ki, onu bir yerə yığmaq, onu sıralamaq, ona təqdim etmək... şəxsən mən indinin özündə də o anı yaşayıb, onu anı yazmaq gücündə deyiləm. Çünki o elə bir an idi - məhz həmin an idi!
Axşama yaxın xəstə yavaş-yavaş üzü bizlərə tərəf dönüş etdi. Biz nəhayət ki, onun kirpiklərinin ucundakı damlanın işartısında bir təbəssüm də gördük. Həmin vaxt həkim də otağa daxil oldu. İçəri girən kim də "hə, necədi, oyandımı bizim xəstəmiz" - dedi. Mən həkimin bu dəqiqliyi qarşısında məəttəl qaldım. Yaşca məndən xeyli cavan olan, amma hər kəsin ərklə, xüsusilə ümid və inamla müraciət etdiyi həkim gözümdə bir az da böyüdü, bir az da ucaldı. Sən demə, onun barəsində eşitdiklərim, bildiklərim əslində bütün gerçəklərin çox cüzi bir hissəsi imiş. Sizin qarşınızda tam səmimiyyətimlə etiraf edirəm ki, məhz həmin an bu cavan həkimlə fəxr etdim, onunla olan münasibətimin bütövlüyünə, gücünə baş əydim...
Artıq saat 22:00-dı. Xəstəxananın dəhlizlərində bir seyrəlmə, bir sakitlik yavaş-yavaş özünü göstərir. İndi buradakı ağ xalatlıların da sayı azalıb. Daha doğrusu, gecə növbəsində qalanlar və bir də öz xəstəsindən hansısa bir səbəbdən nigaran olan həkimlər, tibbi personal diqqəti çəkir və bir də xüsusi icazə ilə xəstələrinin yanında qalanlar. Mən də axırıncıların arasındayam. Dəhlizi gəzə-gəzə foyeyə yaxınlaşıram. Buradakı pəncərədən əvvəlcə həyətə, sonra göy üzünə baxıram. Həyətdə də adamlar qaynaşır, xüsusilə üzbəüz təcili yardım şöbəsində az qala bir toyun adamı var. Kimisi bərkdən danışır, kimisi başına-gözünə döyür, kimisi Allaha yalvarır, kimisi "həkim, kömək et" - deyə qışqırır. Tibb bacılarından birisi söyləyir ki, dəhşətli avtomobil qəzası olub, yaralılar cavan uşaqlardı, yanlarında qız da olub. (Bu yerdə "qadıninform"un necə sürətlə işlədiyinə heç bir şübhəm qalmadı - Ə.M.) Özü də bu sözləri söyləyən tibb bacısının səsində bir az kədər, bir az da qəzəb var idi. Mən onu anlayırdım, cavanlar üçün təəssüflənirdi... mən onu anlayırdım, cavanların harınlıqlarına qəzəblənirdi... mən onu anlayırdım, o həm də qadın idi axı...

Sən bir səhər oyanıb
Yanını boş görəndə
Bir kənara atılmış
Balışı daş biləndə -
hönkürmə...
Soyutduğun hissləri
Öldürdüyün ümidi
Sakit qoyub qarşına
Dindirməyin yeridi! -
hönkürmə...

Üz çevirib yatdığın
Gecələri xatırla...
Varlığın unutduğun
Sevən əri xatırla -
hönkürmə...

Sən özünü toparla
Başdan başlamaq üçün...
Sənə sevgi gərəkdi
Sevgi! - Yaşamaq üçün -
hönkürmə...

Göy üzünə baxıram. Ulduzlar uzaq olduqları qədər də soyuqdular. Nə qədər istəyirəm ki, onlara baxa-baxa azacıq da olsa isinim. Amma bu son payızın nəfəsi aramızı elə kəsib ki, isinə bilmirəm. Doğrudu, xəstəxanının dəhlizi də, otaqları da normal qızdırılıb. Lakin nədənsə mən üşüyürəm... Birdən o nədənsəni gözümün önündə görürəm. Gecə saat 24:00 olsa da foyedəki divanda 25-28 yaşlı cavan bir oğlan oturub. Onun da yanında 3-4 yaşında bir oğlan uşağı. Həmin oğlan uşağı bir əliylə gözünü ovuşdurur, bir əlində isə atasının mobil telefonu. Elə bil ki, bu uşaq hardansa zəng gözləyir. Gah telefona baxır, gah da yumulmaqda olan gözlərini ovuşdurur. Onlara yaxınlaşıb yanlarında əyləşirəm.
- Yəqin xəstənizi gözləyirsiniz?
- Hə! - deyir cavan oğlan.
- Bəs bu uşaq indiyə qədər niyə yatmayıb? Onu burda niyə saxlamısan?
Cavan oğlan cavab verməmiş həmin uşaq gözləmədiym bir çılğınlıqla atasını qabaqlayır:
- Mən mamamı gözləyirəm. İndi həkim onun yanından çıxıb gedəcək, sonra mən qaçıb onun qucağında yatacam - deyir.
Uşağın hərəkətinə, cavabına təəccüblü qaldığım həmin o məqamda cavan oğlan da yavaşca mənə tərəf əyilib pıçıldayır:
- Anasından ayrı dura bilmir, bütün gününü burda keçirib. İndi də elə bilir ki, hələ əməliyyat qurtarmayıb, həkim buradadı. Gözləyirəm ki, oturduğu yerdə yuxulasın, sonra götürüb aparım maşına...
Bəli, çox maraqlı və çox kövrək bir məqam idi. Mən uşaqların ana qucağı üçün necə təşnə olduqlarını çox görmüşəm, amma beləsini görməmişəm. Vallah, elə özüm də bu yaşımda anamın qolları üstündə bir ömürlük yuxuya gedərdim. Amma neyləyim ki...
Hə, adama elə gəlir ki, xəstəxana və bütövlükdə dəhlizində olduğum bu korpus yavaş-yavaş yuxuya gedir. Amma sən demə, belə deyilmiş. Ağrılardan, problemlərdən yuxusu qaçan xəstələr... ümidsiz xəstələr... xəstəsi üçün narahat həkimlər... vicdanı qarşısındakı məsuliyyətini dərk edən xəstələr... vaxtını, gecəsini qeybətlə, dedi-qoduyla, lap primtiv desəm, "laqqırtıyla" keçirmək istəyən adamlar. Bir sözlə, bu rəngarənglik "Semaşko"nun bir gecəsidi... Mən həmin gecənin qonaqlarından biri...
Doğrudu, deyirlər ki, qonaq ev sahibinin iradəsindən asılı olmalıdı. Amma mən bir az üzlülük etdim. Yəni keşiyində dayanmalı olduğum xəstənin yuxuya getdiyini görüb həyətə düşdüm. Hələ də gediş-gəliş, hələ də yanıb-sönən işıqlar və necə deyərlər, Bakının sağlamlıq ocaqlarından birinin gerçək mənzərələrindən fraqmentlər... Bütün bunlar yaşanırdı və bütün bunları mən də yaşayırdım. Özü də necə deyərlər, könüllü. Çünki gördüklərimin hamısı gerçəklik idi. Gerçəkliyi görməmək, onda yan keçmək isə nadanların işidi və...
Bu yazını həmin o gecə yazdığım, daha doğrusu, mobil telefonun diktafonuna pıçıldadığım misralarla bitirmək istəyirdim və elə ona da köklənmişdim. Ancaq həmin misraları yazıb, daha doğrusu, sizə təqdim edib bilgisayardan ayrılmaq istəyəndə şahidi olduğum məqamı yazmaya bilmədim. Odur ki, öncə şeiri sizlərə çatdırım.

Eh,
yenə də
alınmadı səndə
doğulmadı
vaxtında, vədəsində...
eləcə
bəlli günlər qalmış
öldü bətnində

doğum kağızı əvəzinə
ölüm kağızına
dərd atası kimi
yazıldı
adım mənim də!..
başımız sağ olsun...

İndi həmin o məqama gəlirəm - bəstəboy, əslində yoğun boynu hələ burulmamış bir tibb işçisi dirsəyiylə liftin düyməsini basır. Çünki bir əlində telefon var, o birində də çox iri bir almanı ilk dəfə görürmüş kimi, ifadəmə görə üzr istəyirəm, vəhşi kimi gəmirir... Belə bir məqamda liftin qapısının gec açılması onu deyəsən hövsələdən çıxarır və dözməyib qapını təpikləyir... Bu yerdə yadıma kənd xəstəxanısındakı həmin o dığa düşür...
Hə, bu da mənim "Semaşko"dakı bir gecəmin proloqu olur, özü də mən istəmədən.



YAZARIN ARXİVİ

2018-11-18 : DOYMUŞ MƏHLUL
2018-10-23 : YARIMÇIQ MƏKTUB
2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
SON XƏBƏRLƏR
2019-05-18
2019-05-17
16:07 CAZİBƏ


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Kubokun sahibi kim olacaq?

"Qarabağ" (71.43%)
"Qəbələ" (14.29%)
"Sumqayıt" (7.14%)
"Zirə" (7.14%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

- Xanım, sizin sumkanızın ağzı açıqdır!

- Oy, sağ olun! Yaxşı ki, sizin kimi adamlar hələ ki, vardır. Başqası olsaydı indi pulu götürüb qaçmışdı.

- Yaxşı görək sən də, 2 manat 50 qəpik nə puldu ki?





digər lətifələr
ARXİV
FACEBOOK