deneme bonusu viagra sipariş bahis siteleri viagra satış kacak bahis viagra fiyatları viagra fiyatı kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal deneme bonusu hacklink yobit.net Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | "ATALAR-OĞULLAR" ƏDƏBİYYATDA HƏMİŞƏ ÜZLƏŞİBLƏR Adalet.az | "ATALAR-OĞULLAR" ƏDƏBİYYATDA HƏMİŞƏ ÜZLƏŞİBLƏR Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

"ATALAR-OĞULLAR" ƏDƏBİYYATDA HƏMİŞƏ ÜZLƏŞİBLƏR

23618    |   2007-10-06 04:46
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Həmsöhbətim Afaq Məsuddur.
   
   - Azərbaycan ədəbiyyatının bugünki durumu sizi qane edirmi?
   
   - Ədəbiyyat deyəndə, nədənsə, biz belə öyrəşmişik, gözümüzün qarşısına ilk növbədə çoxlu əsər - üst-üstə qalanmış cild-cild romanlar, poemalar gəlir... Ədəbiyyat - bizlərin təsəvvüründə nədənsə kəmiyyətlə canlanır. Biz düşünürük ki, əgər yazıçı, şair dayanmadan yazırsa, yaxud onun on-iyirmi cildlik əsərlər külliyatı varsa, demək, əsl yazıçı, yaxud ən böyük şair həmin bu zəhmətkeş qələm sahibidi. Bəzən həmin bu qələm sahiblərinin özləri də belə düşünürlər və nəfəs dərmədən, elə hey yazırlar, sanki hansısa sirli yarışda kimlərdənsə geridə qalmamaqdan ötrü bir ucdan kitab nəşr etdirir, qaranəfəs bu kitabların prezentasiyalarını keçirir və görünür belə düşünürlər ki, nə qədər çox yazıb nəşr olunsalar, ədəbi fikir tarixində bir o qədər çox qalacaqlar... Lakin dünya ədəbiyyatı tarixinə nəzər salanda, biz görürük ki, ədəbiyyatda kəmiyyət heç bir vaxt keyfiyyəti əvəz eləməyib. Əsərləri bu gün də insan ruhuna toxunmağa, onu oyatmağa qadir olan Füzulinin, yaxud Anton Pavloviç Çexovun, yaxud Selencerin və Borxesin, Platonovun və Kortasarın və bu kimi neçə-neçə dahinin bədii söz dünyasına miras qoyub getdiyi həcmcə çox az, bədii-ruhi təsir qüvvəsi ilə bütün zaman və məkan ölçülərinin fövqündə dayanan əsərlərini xatırladıqca, Ədəbiyyat deyilənin - sözlər və süjetlər yığımı ilə dolu qalaq-qalaq yazı yox, müəyyən energetik sirayət diapazonuna malik Diri Söz - kiçicik bir şer, yaxud esse və hekayə, yaxud qalın romanı nəfəsə gətirən bircə cümlə olduğunu anlamalı oluruq... Bu gün Azərbaycanda bircə diri şer, yaxud insan hisslərində kiçicik də olsa, nəyisə dəyişə bilən balaca bir esse yara-nırsa, deyə bilərik ki, bu məmləkətdə bu gün də Ədəbiyyat yaranır... Və bu baxımdan tam səmimiyyətlə deyə bilərəm ki, bu gün Azərbaycanda böyük ədəbiyyat yaranır. İstər poeziyada, istərsə də nəsrdə. Sadəcə bu ədəbiyyatı, ondan həcmcə xeyli artıq dərəcədə yaranan öldürücü ədəbi makulatura okeanından seçmək oxucu üçün bir o qədər asan iş deyil...
   
   - Bu gün Azərbaycan ədəbiyyatı qo-calara və cavanlara bölünüb. Sizin bu parçalanmaya münasibətiniz necədir?
   
   - Bilirsiniz ki, tarix boyu cavanlar heç vaxt özlərindən əvvəlkiləri - yəni, belə deyək, "qocaları" bəyənməyib və bu proses tək bir ədəbiyyatda və tək Azərbaycanda getmir. Bu, İngiltərədə də belədir, XV əsrdə də belə olub. Məlum "atalar və oğullar" konflikti bu gün də öz aktuallığındadır. Bu da təbiidir. Axı zaman keçdikcə hər şey dəyişir. Hətta iqlimin özü də... Bu dəyişikliklər mənə ayarlamanı andıran hansısa kimyəvi reaksiyanı xatırladır. Düşünürəm ki, bu, amansız və qəddar, bununla yanaşı, taleyüklü və faydalı bir prosesdir. Həm bizim, özünütənqidi bir xeyli kasadlaşan, yaxud heç yerli-dibli olmayan yaşlı nəsil üçün, həm də iddiaları müqabilində ortaya əsər qoymaq məcburiyyətində qalan cavanlarımız üçün. O ki qaldı parçalanmaya, düşünürəm ki, burda ilk növbədə ağsaq-qallar güzəştə getməlidirlər, ilk addımı onlar atmalıdırlar. Ən azı, xırda hisslərdən, insana qıcıq və narahatlıq gətirən yersiz ədavətlərdən uzaq olmaqdan ötrü. Babalarımız demişkən: "öz böyüklüklərini göstərməkdən ötrü"... Lakin mən heç də bununla cavanlara haqq qazandırmaq fikrində deyiləm. Yaşı ötmüş, fikir və duyğuları səngimiş, lakin vaxtı ilə ədəbiyyatımızın, bədii fikir və dil tariximizin zənginləşməsi yolunda əlindən gələni əsirgəməyən, bu yolda ömürlərini çürüdən ədiblərimizin lağa qoyulması, təhqir olunması, əlbəttə ki, heç bir çərçivəyə sığmır. Və ən əsası, zahirən guya ədəbiyyat zəminində gedən, təhqirlər və söyüşlərlə müşayiət olunan bu mübarizə - Böyük Ədəbiyyata aparan yol deyil. Bəzən bu nifrət və qıcıq dolu yazıları oxuyanda bu gənc insanların, həmin bu kin-küdurətlə necə yaşadıqlarını, necə yazdıqlarını düşünürsən. Mənim barəmdə də dəfələrlə belə yazılara rast gəlmişəm, açığı, xeyli məyus olmuşam. Cavanlarda yaratdığım bu izaholunmaz qıcığın səbəbini dönə-dönə özümdə də, yazılarımda da çox axtarmışam və çalışmışam bu qıcığı necəsə aradan qaldıram. Əsasən az yazam, daha doğrusu, mətbuatda az görünəm... Lakin bəzən elə əsassız mülahizələrə - "irad" və "tənqidlərə" rast gəlirsən ki, orda daha nə isə düşünməyə, hansısa tədbir tökməyə ehtiyac qalmır. Bir neçə ay bundan əvvəl hansısa qəzetdə gənc bir qız bizim "Xəzər" jurnalı barədə yazır ki, "bu jurnalda dünya ədəbiyyatından heç nə yoxdur". Burda gülməyəsən, neyləyəsən?.. Düşünürsən ki, özünə dünya ədəbiyyatı jurnalı haqqında fikir demək hüququ verən bu qızın, sən demə, heç bu sahədən məlumatı yoxdu... 2004-cü ildən jurnalda nəşr edilən az qala yüzəcən ingilis, fransız, yapon, ispan, bolqar, italyan, polyak, alman, ərəb və sair və ilaxır ədiblər əgər dünya ədəbiyyatını təmsil etmirlərsə, bəs hansı ədəbiyyatı təmsil edirlər?... Əlbəttə, bunu da mən cavanlıq şıltaqlığı kimi qəbul edirəm və düşünürəm ki, dediyiniz o parçalanmanı aradan qaldırmağın, yaxud heç olmasa, səngitməyin ən qısa yolu budur. Yəni bu çılğınlıq dolu, çox vaxt əsassız, ötəri sıçramaları, hansısa ciddi mətləbə aparıb çıxara biləcək təhlükə kimi qəbul etməmək... Və imkan daxilində bu emosional və istedadlı adamlarla ümumi dil tapmağa çalışmaq. Əlbəttə, əgər bu mümkündürsə...
   
   - Mən sizin televiziyada çıxışınıza qu-laq asdım. İctimai Televiziyada "Yeni gün" proqramının qonağı idiniz. Avstri-yaya səfərinizlə bağlı danışırdınız. Mənə çox ləzzət elədi ki, Azərbaycan yazıçısı-nı o cür qəbul edirlər, o cür dəyərləndi-rirlər. Mən istərdim ki, o barədə bir neçə kəlmə oxucularımız üçün də deyəsiniz.
   
   - Mən bu barədə artıq dəfələrlə demi-şəm. Və daha utanıram. Deyəcəklər, bu mövzuda nə qədər danışmaq olar?.. Qısaca olaraq deyim ki, 2001-ci ildə Vyana-da mənim yaradıcılığımla bağlı doktorluq işi müdafiə olundu. Azərbaycan ədəbiyyatı tarixində bu, Məshəti Gəncəvinin rübailəri barədə alman alimi, doktor Frits Meyerin 1963-cü ildə nəşr etdirdiyi "Gözəl Məshəti" doktorluq işindən sonra ikinci hadisədir. "Avropa şərqşünaslığında qadın yazarlar" adlı bu elmi işin müəllifi - Sena Doğan, 1997-ci ildə Xarici Dillər İnstitutunun dəvəti ilə Azərbaycana gəlmişdi və bir neçə il burda qalıb Azərbaycan ədəbiyyatı üzrə material toplayırdı. Mənim əsərlərimlə də həmin bu tədqiqat vaxtı tanış oldu. Sonra mənimlə tanış oldu. Müdafiədən bir qədər sonra, 2003-cü ildə Sena məni Vyanaya dəvət etdi. O həm də mənim bir neçə əsə-rimi - "Azadlıq" romanımı, bir neçə heka-yəmi - "Dahi"ni, "Sərçələr"i, "Duyğular imperiyası"nı alman dilinə tərcümə etmişdi. Vyananın bir neçə mədəniyyət mərkəzləri "Amerlinqhauz", "Vuq", eləcə də Vyana Universiteti o il bir neçə silsilə tədbirlər təşkil etdi. Əsərlərimdən alman dilində parçalar oxundu, "Sərçələr" və "Dahi" hekayələri səhnələşdirilmişdi, mətbuat konfransları və görüşlər təşkil olunmuşdu... Və mən düşünürdüm ki, elə bir ölkədə ya-şayıram ki, bu ölkənin akademiyası var, müxtəlif elmi mərkəzləri, yaradıcı təşkilatları, bir sözlə, müvafiq qurumları var ki, belə bir hadisəni nəzarətdə saxlayırlar. Axı həqiqətən bu, elə bir hadisədi ki, mən istədim-istəmədim, fiksə olunmalıdı. Axı burda söhbət tək bir Afaq Məsuddan getmir. Bu, bütövlükdə Azərbaycan ədəbiyyatının nailiyyətidir ki, Avropanın ən nüfuzlu elm və mədəniyyət qurumları bu ədəbiyyata, yəni Azərbaycanın yazıçısına, Azərbaycan düşüncəsinə bu boyda diqqət yetirir, bu ədəbiyyatı tədqiq edir, öz ölkəsində təbliğ edir, Azərbaycanı tanıdır. Sena da, bu tədbirlərin bir sıra iştirakçıları da - Vyana Uni-versitetinin, adları çəkilən həmin o mədəniyyət mərkəzlərinin əməkdaşları da hələ də çaşqınlıq içindədirlər ki, Azərbaycanda bu hadisəyə heç bir reaksiya verilmədi... Axı mədəni ölkələrdə belə məsələlərlə aidiyyatı qurumlar məşğul olur, bu işdə təşəbbüsdə bulunan müəlliflər, tədqiqatçı-alimlər ölkəyə dəvət olunur, elmi iş arxivə salınır, elmi müzakirələrə verilir və sair və ilaxır. Bizdə isə əfsuslar olsun ki, hələ də belə bir mexanizm, yaxud ənənə yoxdur. Şəxsən mənə qalanda, bu iş artıq yazılıb və artıq dünya ədəbi fikir tarixinə köçürülüb. Və bu yaxınlarda mən Vyanaya növbəti dəvət almışam...
   
   Təxminən həmin mövzuda elmi işlər üzərində işləyən iki gənc alim - o Sevil və Raminə xanım Məmmədəliyevaların uzun müddətli inadkar təkidləri olmasaydı, olsun ki, mənə 2001-ci ildə Vyanada ikən təqdim olunan bu iş hələ də Mərdəkandakı evimizdə, tozlu arxiv materiallarının arasında yatıb qalacaqdı. Bu, gənc, lakin sözün əsl mənasında fədakar alimlər alman dilində yazılmış bu 300 səhifəlik ağır elmi materialı öz vəsaitləri hesabına dilimizə tərcümə elətdirdilər, onun kiçicik bir hissəsini mətbuatda dərc etdilər.
   
   Heç şübhə etmirəm ki, belə bir hadisə Gürcüstanda, yaxud ayrı bir qonşu ölkənin ədəbiyyatında baş versəydi, o ölkənin əlaqədar qürumları bu hadisəylə bağlı tamamilə ayrı bir rezonans yaradacaqdı. Bizdə isə bu sahə digər bir çox mədəniyyət sahələri kimi, hələ də dərin sular altındadı. Sonra da məyus oluruq ki, musiqimizi oğurlayırlar, bəstəkarlarımıza şərik çıxırlar...
   
   - Siz Tərcümə Mərkəzinə rəhbərlik edirsiniz. Bu gün Azərbaycanda tərcü-mə işinin vəziyyəti nə yerdədir?
   
   - Mübaliğəsiz deyim ki, bərbad vəziyyətdədir. O səbəbdən ki, əvvəla bizdə tərcü-mə sahəsi uzun illər, yəni sovet dönəmindən, ədəbiyyatı və bədii tərcüməni sözün əsl mənasında idarə edən böyük ideoloji qurumun - "Dövlətnəşrkom" deyilən siyasi aparatın nəzarəti altında olub və bu səbəbdən tərcüməsinə icazə verilən dünya ədiblərinin və onların əsərlərinin seçimində ilk növbədə ideoloji yönüm əsas götürülüb. Bədii tərcümə tariximizin ikinci bəlalı tərəfi - seçilmiş əsərlərin ikinci dildən, yəni rus dilindən çevrilməsi, üçüncü və ən faciəvi dərd - tərcümələrin, bədii istedadı, ədəbi ifadə qabiliyyəti olmayan naşı tərcüməçilər tərəfindən edilməsidir. Bu barədə mən dəfələrlə demişəm və yenə deyirəm: bədii tərcümə - təkcə hansısa dili bilmək, bir mətni bir dildən, o biri dilə çevirmək demək deyil. Bəlkə də məhz bu səbəbdən, hələ 80-cı illərdə mərhum prezidentimiz Heydər Əliyev dünya ədəbiyyatının dilimizə, Azərbaycan ədəbiyyatının dünya xalqları dillərinə çevrilməsi və beynəlxalq aləmdə təbliği məqsədi ilə Azərbaycanda bədii tərcümə ədəbiyyatını yüksək peşəkar səviyyədə həyata keçirəcək, koordinə edəcək bir Mər-kəzin yaradılması barədə məsələ qaldırmışdı. Lakin həmin illər Heydər Əliyevin vətəndən getməsi bu məsələni açıq saxladı və bu məsələni bir müddətdən sonra, başda mərhum türkoloq-alim Aydın Məmmədov olmaqla, bir qrup ziyalı qaldırdı. Beləliklə, bu cür genişəhatəli, ölkəəhəmiyyətli bir işi həyata keçirəcək bir qurumun ya-ranma tarixi xoşagəlməz bir dövrə - 1988 -1989-cu illərə - SSRİ-nin dağılması, Azərbaycanda siyasi hakimiyyətin hər iki ildən bir dəyişdiyi, müharibələr və inflyasiyalar dövrünə düşdü və 1989-cu ildə anormal bir nizamnamə ilə bu təşkilat yaradıldı... Nizamnaməyə görə, beynəlxalq əhəmiyyətli belə bir ciddi, ensiklopedik işi həyata keçirməli olan Mərkəz təsərrüfathesablı, yəni öz istehsalatı hesabına yaşamalı müəsissə kimi fəaliyyət göstərməli idi. Siz bir özünüz təsəvvür edin, maddi bazası, kağızı, hətta kitab nəşr etməsi üçün qrifi belə olmayan bir təşkilat öz nəşrləri ilə, yəni dediyim həmin müharibə vəziyyətində - camaatın yeməyə çörək tapmadığı ağır dövrlərdə öz nəşrləri hesabına yaşamalı idi... Bu illər ərzində başımız çox bəlalar çəkdi. Nə zülmlə saxladıq bu təşkilatı... Yalnız 2004-cü ilin may ayında hörmətli prezidentimiz İlham Əliyevin göstərişi ilə Mərkəzə dotasiya ayrıldı. Bu dotasiya ilə biz maddi imkansızlıq ucbatından nəşrinə ara verdiyimiz "Xəzər" dünya ədəbiyyatı jurnalının fəaliyyətini bərpa etdik. Neçə illərdən bəri dünya dillərindən tərcümə etdiyimiz əsərləri kitab halında nəşr etməyə isə, hələ ki, maddi imkanımız yoxdur. Bu yaxınlarda, mədəniyyətə, ədəbiyyata xüsusi qayğı ilə yanaşan prezidentimizin dünya ədəbiyyatının Azərbaycan dilində nəşrinə dair imzaladığı sərəncam düşünürəm ki, bədii tərcümə sahəsinin inkişafına, dünya ədəbiyyatının Azərbaycanda layiqli şəkildə təmsil olunmasına əsaslı təkan olacaq. Dünyaya az qala hər sahədə inteqrasiya edən ölkəmizin ən zəruri ünsiyyət sahəsi sözsüz ki, onun mədəniyyəti və ilk növbədə ədəbiyyatıdır. Bu gün biz "Xəzər"in hər sayında Nobel mü-kafatı laureatlarının mühazirələrinin, müsahibələrinin, onların seçilmiş əsərlərinin orijinaldan tərcümələrini veririk. Mükafatın təqdimolunma mərasimində səslənən bu unikal çıxışların hər biri fikrimcə, oxucuya dünya, insanlıq, ilahiyyat barədə bəlkə də bir institutun verə biləcəyi informasiyanı verir. Dünyanın müxtəlif qitələrində, müxtəlif zaman kəsiklərində yazıb-yaradan bu seçilmiş qələm sahiblərinin fikir və duyğuları, əsərləri və gündəlikləri bu gün bizlər üçün - xırda məişət və sosial qayğılar bataqlığında çabalamadan özünü, ruhunu, mənəviyyatını itirib, az qala şərti inistinktlərlə yaşamağa alışmış insanlar üçün əvəzsiz, şəfqətli qidadır...
   
   - Afaq xanım, siz inkişafdan danışan-da mənəviyyata da toxundunuz. Amma mənəviyyatımız bu gün çürümədədir...
   
    - Səbəbi bizim özümüzdədir. Bunu hələ ötən əsrdən - Sabirin, C.Məmmədquluzadənin, Ə.Haqverdiyevin, digər ədiblərimizin, Allah onlara rəhmət eləsin, bizlər barədə yazdığı acı həqiqətlər dolu əsərlərindən də görürük... İllər ötsə də, başımız çox bəlalar çəksə də, bizlər yenə rahatlığa, maddiyyata meylli, məsləkimizi, əqidəmizi asanlıqla kiçicik xeyrimizə dəyişən həmin insanlarıq... Son illər ölkədə baş vermiş ağır faciələr - müharibə, insan və torpaq itkilərimiz də bizlərin bu xislətini dəyişə bilmədi. Hər bir millətin yaddaşında göynərtili damğa kimi yaşayacaq bu qorxunc həyat dərsləri belə bizlərdə heç nəyi dəyişmədi... Çətinliklərin səngiməyi ilə, sevinib çırtma çalmağımız, daxıllarımızın tozunu alıb "güzəranımızı düzəltməyə" girişməyimiz bir oldu... Tarixə nəzər salsaq, görərik ki, dünyanın əksər xalqları müharibələrə, açıq epidemiyalara, ağır keçid dövrlərinə, mürəkkəb formasiya dəyişikliyinə uğrayıb və bu hadisələrdən onların da sənət və ədəbiyyatları, tarixi abidələri, mənəvi özünüdərki hardasa, necəsə zədələnib, ləngiyib, hansısa deformasiyalara uğrayıb. Bu baxımdan hələ bəlkə də daha rahat və əziyyətsiz tale bizim qismətimizə düşüb.
   
   - Bizlərə isə heç bir müharibə, epidemiya-filan lazım deyil. Biz elə durduğumuz yerdə öz-özümüzə çürüyürük...
   
   -İlk növbədə "yaşamaq" adlanan həyat yolunun, yaxşı yeyib-içmək, "qazanıb qabaq düşmək" olduğunu biz hamıdan yaxşı bilirik və bütün canımızla, qanımızla bu yolda ən çətin mübarizələrə girişirik. Dünya xalqları hər cəhətdən inkişaf etdikcə və bu inkişafın köməyi ilə dünyanın qaçılmaz dəyərlərinə - Bədii Sözə, Sənətə tapındıqca, bizlər yenə mal-dövlət yarışlarına girişirik, başlarımızı yüngül əyləncələrlə, bizləri ən əsası, əziyyətə salmayacaq nələrləsə qatırıq. Təki bircə dərinə getməyək, dərindən düşünməyək, beynimizə, özümüzə əziyyət verib, bəlkə həmin o dərinliklərdə nə isə yeni olan bir şey anlamayaq. Əsas odu ki, gözəl yaşayaq...
   
   - Lakin gözəl yaşamaq - gözəl şəhərlərdə, abad evlərdə yaşamaq, dəbli geyimlər geyinib bahalı maşınlarda gəzmək deməkdimi?..
   
   Bu gün "bizləri gözəlləşdirməkdən ötrü" dövlətimiz çox işlər görür. Kəndlər salınır, yollar, körpülər çəkilir... İnsan yaşayışı üçün dünyada yaxşı olan nə varsa, bu gün ölkəyə şamil edilir. Bütün bu işlər bizlərin həyat səviyyəmizin yüksəldilməsi, sosial rifahımızın yaxşılaşdırılması üçün görülür. Lakin bu görülənlər - bizlərin özümüzü - bizim mahiyyətimizi, xislətimizi dəyişə biləcəkmi?..
   
   - Bəs çıxış yolu nədədir, xilas yolu hardadı?..
   
   - Çıxış yolunu biz daim dövlətdən gözləməyə adətkərdəyik. Sözsüz ki, bir çox qayğılarımıza dayaq olan dövlətimiz bizi, addım-addım sürükləndiyimiz bu qorxunc mənəvi iflasdan qurtarmaq üçün də nə isə edə bilər və əslində edir də. Elm və sənət adamlarına, ümumilikdə, mədəniyyətə, yaradıcı birliklərə olan qayğı buna əyani sübutdur. Burda mən mütləq H.Əliyev Fondunun elm, təhsil və mədəniyyət sahəsində gördüyü fantastik işləri də qeyd etmək istəyirəm... Bütün bu işlər əlbəttə ki, gedir. Lakin dediyiniz o çürümənin qarşısının tək bir dövlət qayğısıyla, yaxud dediyim vahid ideoloji mexanizmin yaradılmasıyla alınacağına inansaq, düşünürəm ki, yanılmış olarıq. Baxın, bu il tədris mövsümünün açılışına uşaqlarımıza nə qədər yeni tikilmiş, yaxud təmir olunmuş gözəl məktəblər, dərs ləvazimatları və sair verildi. Yəni zahirən uşaqlarımızın təhsil alması üçün dövlət əlindən gələni etdi. Lakin həmin bu yaraşıqlı məktəblərdə uşaqlara bilik verəcək müəllimlər?.. Onları ki təmir eləmək mümkün deyil. Yaxud dərs vəsaitlərimizin keyfiyyəti?!. Bu barədə, yəni orta məktəblərdə istifadə olunan dərs vəsaitlərinin bərbad vəziyyəti ilə bağlı dəfələrlə yazmışam, əvəzində söyüş və təhqirlər qazansam da yenə deyirəm: əgər övladlarımız, sözün əsl mənasında, bu qorxunc "Əlifba"larla təhsil alacaqlarsa, IX siniflərdə keçilən rus dilində "Ədəbiyyat müntəxabatı" (Xrestomatiya) kitabında C.Məmmədquluzadənin məşhur "Danabaş kəndinin əhvalatları"nı "İstoriya sela telyaçaya başqa" kimi oxuyub öyrənəcəklərsə, vay bizim halımıza...
   
   Görünür ki, biz bir xalq kimi mahiyyətcə dəyişməliyik. zümüzü tanımalı, bizləri tarixin bütün mərhələlərində xar edən zəifliklərimizi, eyib və nöqsanlarımızı dərk etməliyik. Xislətimizdəki cahilliyi, mənəvi-ruhi təkamülə şüurlü, ya şüursuz müqavimətimizi, tənbəlliyimizi, dünya malına aşiqliyimizi, gördüyümüz işlərdə başdansovduluğumuzu, hər bir şeydə, hətta ən müqəddəs toxunulmaz dəyərlərimizdə belə, mənafe axtarmaq adətimizi, kiçicik xeyrimiz naminə mümkün alçaqlığa qədər alçala bilmək istedadımızı axır ki tərgitməliyik. Bu, əlbəttə ki, bir ilin, beş ilin işi deyil və bu işdə, yeri gəlmişkən, ciddi ədəbiyyatın və bu ədəbiyyatın təbliğinin rolu əvəzsizdir...
   
   
   
   


YAZARIN ARXİVİ

2018-11-18 : DOYMUŞ MƏHLUL
2018-10-23 : YARIMÇIQ MƏKTUB
2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
SON XƏBƏRLƏR
2019-07-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK