Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | ORALARDA KİMLƏR VAR: BLENT ECEVİT və RAHŞAN ECEVİT Adalet.az | ORALARDA KİMLƏR VAR: BLENT ECEVİT və RAHŞAN ECEVİT Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

ORALARDA KİMLƏR VAR: BLENT ECEVİT və RAHŞAN ECEVİT

14816    |   2008-03-05 04:58
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Hər şey baş redaktorumuz Elçin Yahşinin təklifi ilə başladı: Bu səfər Rahşan Ecevitlə görüşün.
   
   Ancaq çətin bir məsələ vardı. Daha doğrusu bir yox, iki. Birincisi, Rahşan Ecevit son dönəmlərdə heç kimə müsahibə vermək istəmirdi. Onu arayan qəzetçilərin hərəsini bir bəhanə ilə qəbul etmək istəmirdi. İkincisi isə, mənim də qəzetçi olduğumdan xəbəri vardı. Amma Bülent Ecevitin vəfatından sonra axtardığımızda özümü necə təqdim edəcəkdim: adımı necə deyəcəkdim. Rahşan Ecevit adımı eşitdiyində nələr yaşayacağını düşündüm. Bu nədənlə birbaşa Rahşan Ecevitin Orandakı çalışma evini aramaq əvəzinə DSP-nin Mətbuat Bürosundakı dostlardan yardım istədim. Heç gözləmədiyim bir halda telefon açıldı və: "Rahşan xanım əfəndi reportaj təklifinizi qəbul etdi", - dedilər.
   
   Fotoqrafçı dostum Tijen Burultayla Oran Sitesindəki evə getdiyimizdə Rahşan Ecevit bağçadaydı. Ecevit ikilisinin ən böyük keyfləri salondaki iki adamlıq mavi kresloda çay içərkən bağçanı seyr etməkmiş. Reportajın məni ən çox kədərləndirən hissəsi də məhz bu MAVİ KRESLO ilə bağlı oldu. Reportaja başlamadan öncə Tijen işıq problemi üzündən Rahşan Ecevitdən mavi kresloya oturmasını rica etdi. Ancaq Rahşan Ecevit "MƏN O KRESLOYA OTURMASAM OLARMI?- dedi tutula-tutula. Artıq o kresloda oturub çay da belə içmirmiş. Ancaq reportajın sonunda bu dəfə özü fotoqraf çəkimi üçün mavi kresloya oturdu:
   
   
   
   Türk xalqının böyük oğlu Ailə məzarlığına köçürüləcəkmi?
   
   Bu barədə Rahşan Ecevit nə düşünür və Rahşan Ecevitin Bülentsiz günləri
   
   
   
    - Amma fotoqrafı sizinlə birlikdə çəkdirim, - dedi.
   
   
   
   BLENTSİZ GNLƏR ÇOX ZOR KEÇİR.
   
   
   
   - Ərinizin cənazəsinin Dövlət Məzarlığında dəfn edilməsinə könülsüz yanaşdınız?
   
   - Mən bu vəziyyəti gözləmirdim. Heç şübhəsiz, bir yerə basdırılacaqdı. Bir dövlət adamı kimi Dövlət Məzarlığına basdırıldı. Amma bizim də hər ailə kimi BİR AİLƏ MƏZARLIIMIZ olacaq irəlidə. Bülenti də ailə məzarlığına gətirəcəyik.
   
   - Yəni Dövlət Məzarlığından çıxaracaqsınız...
   
   - Bəli. 60 il onunla birlikdə yaşamışım, öldükdən sonra o bir yerdə, mən başqa bir yerdəmi olacağıq!
   
   - Ailə məzarlığınız hazırmı?
   
   - Hazırlığa başlamışam. Ailə məzarlığı üçün bir-iki yer bəyəndim. Amma hansını seçəcəyimizə hələ qərar verməmişəm.
   
   - Bülent Bəylə eşqinizin, sevginizin simvolu və Bülent Bəyin 12 Avqust çevrilişindən sonra cəza evinə girdiyi dönəmdə aldığınız iki şam var. Bildiyimiz bu ki, Bülent Bəy cəza evindən çıxdıqdan sonra hər il başında şamları yandırırdınız. Keçən il başında bunu elədinizmi?
   
   - Yandırdım, ikisini də yandırdım. Bülentsiz günlər çox zor keçir. Vaxt hər şeyi yoluna qoyacaq deyirlər, amma zaman keçdikcə ağırlaşır. Bu haqda daha artıq danışa bilmirəm!
   
   
   
    QOVLUQLARIN STNDƏ
   
   ECEVİTİN FOTOQRAFI
   
   
   
   - İndi günləriniz necə keçir?
   
   - Bülentin 60 illik arxivi var. Çıxışlar, məlumatlar, sənədlər və görüşmələr toplanıb. Bu arxivi sahmana salıram. Bütün arxivin hər sənədi üstündə əsirəm, demək olar ki. 1979-cu ilə qədər sahmana salmışam. Səhifə-səhifə baxıram və tarixlərinə görə sıralayıram. Dosyaları axtarıram. Bir bölümünü də Kipr üçün ayırdım. Kiprlə bağlı görüşmələr, yazışmalar, sənədlər var bunların içində. Hələlik çox kiçik bir hissəsini sahmanladım. Səhv etmirəmsə, bir il çəkər. Qovluqların üzünə də Bülentin rəsmini qoyacağam. Günlər beləcə keçir, demək olar ki...
   
   - Kitab yazmaq fikriniz varmı?
   
   - Bülentin Osmanlı tarixi üzərinə hazırladığı bir kitab vardı. Yazıb qurtarmışdı, amma çapa verə bilmədi. Onun çap olunması üçün çalışırıq. Çıxışlarını da bir kitaba yığacağıq. Amma arxivdəki 60 illik tarixi necə dəyərləndirəcəyimizə qərar verməmişəm. Xüsusilə, hər bir çıxış o günün hadisələri barədədir. Hamısını kitab halına gətirməyi düşünürəm, amma iş çoxdur.
   
   - Bülent Ecevit vəfat etməzdən qabaq kontrgerilla haqqında bir kitab yazacağını açıqlamışdı. Başlamışdımı bu işə?
   
   - Başlamadı. Bir tək Osmanlı tarixiylə bağlı kitabı tamamladı.
   
   - Siz belə bir kitab barədə düşünürsünüzmü?
   
   - Xeyr. Amma Bülentin bu vaxta qədər çap olunmuş bütün kitablarını bir yerə yığıb yenidən yayınlamaq fikrim var. Bir nəşriyyatla əlaqə saxlamışıq. Bir redaksiya heyəti yaratdıq. Təbii ki, bu iş çox vaxt aparacaq. Ayrıca, arxivlərdən yeni məlumatlar çıxır. Məsələn, 12 Avqustla bağlı altı-yeddi dosya çıxdı. Bunlardan ikisi ayrıca olaraq Bülentin özünümüdafiə sənədləridir. Qalanları isə tarix üçün yararlı ola biləcək yazılardır. Bülent cəza evində olanda özünü müdafiə etmək üçün sənədlər hazırlanarkən mən də ona kömək edirdim azadlıqda. Bütün bunlar çox çətindir, çox çətin.
   
   
   
   Ecevitdən orijinal şeirlər
   
   Sərhəd
   
   
   
   Dur, yolçu, bura sərhəddir
   
   O tərəfə keçmək yasaqdır
   
   Burada çiçəkləri ayırd etmək zor
   
   Qoxuları, rəngləri bir.
   
   Quşdan pasport soruşulmaz
   
   Qarışqalar gömrük haqqı verməz yükləri üçün
   
   Dur, yolçu, bura sərhəddir
   
   Sən keçə bilməzsən
   
   Dərələr axıb gedər...
   
   O tərəfdə çeyran içən bu suyu
   
   Bu tərəfdə bir quş içər
   
   Dur, yolçu, bura sərhəddir
   
   Sən keçə bilməzsən.
   
   Dur, yolçu, bura sərhəddir
   
   nə xətt çəkilib, nə yazılı
   
   amma, nə silə bilərsən, nə keçə bilərsən
   
   dərindir qazısı...
   
   (1976)
   
   
   
   Yarın
   
   
   
   Bir şeylər olacaq yarın
   
   bu havadan bəlli
   
   çöldəki atların havasından
   
   göydəki buludların uçuşundan bəlli
   
   pıspısaların torpağda qaçışından bəlli
   
   qarışqaların həyəcanından bəlli
   
   bir şeylər olacaq yarın
   
   bəlkə bir tumurcuq
   
   bəlkə bir ağacın düşən yarpağı
   
   yenidən canlanacaq
   
   bəlkə də bir uşaq doğulacaq
   
   Bir o qədər də görə bilməsək uzaqları
   
   quşların uçuşundan bəlli
   
   bir şeylər olacaq yarın
   
   o biri gündən önəmsiz
   
   bu gündən vacib.
   
   
   
   (1975)
   
   
   
   ELİF ŞAFAK
   
   ELİF ŞAFAKDAN TRKCƏYƏ TƏRİFLƏR
   
   
   
   
   
   ABŞ-da bir konfransa qatılan məhşur Türk yazarı Elif Şafak (daimi oxucularımız onu artıq tanımalıdır. O, adı Nobel mükafatına hallanan türk yazarıdır) "ingiliscə riyazi bir dil, türkcə isə duyğusal dildir, ən sonunda mənim anamın anasının, nənəmin dilidir" - deyib.
   
   Yazar Elif Şafak Nyu-Yorkda amerikalı yazar Carles Baxter üçün keçirilən bir gecəyə qatılmışdır. Şafak Unterberg Şeir Mərkəzi tərəfindən düzənlənən həmin gecədə son kitablarından olan "ATA VƏ BİC" romanından bir bölüm oxumuşdur. O, Nyu-Yorkun bir az da İstanbulu xatırlatdığını, böyük şəhərlərdə yaşamağın çətin olduğunu, ancaq belə şəhərlərin sənətçilər üçün böyük üfüqlər açdığını anlatmışdır.
   
   Oxucuların suallarını cavablandıran Şafak roman yazarkən çox zaman musiqi dinlədiyini, səssizlikdən xoşu gəlmədiyini söyləmiş və yazı yazarkən həyatdakı bir çox şeydən təsirləndiyini, sadəcə "ciddi" yazılar deyil, populyar mədəniyyətə aid olan şeyləri də oxuduğunu, hər şeydən bir şeylər öyrəndiyini bildirmişdir. Yazarların yaxşı dinləyicilər olmasının vacib olduğunu bildirən Şafak "yazarlar uşaq kimi öyrənməyə də hazır olmalı" - deyərək davam etmişdir.
   
   İngiliscənin ana dili olmadığını və bu dili sonradan öyrəndiyini anladan Şafak dilin (Elif Şafak bir diplomat ailəsində böyümüş və son romanlarından birini - ARAF romanını ingilis dilində yazmış və həmin roman türk dilinə çevrilmişdir) insanları bir növ tərbiyə etdiyini, insanların fərqli dilləri fərqli səs tonlarıyla danışdıqlarını və o dili danışarkən məhz o dilə xas insanlar olduğunu izah etmişdir.
   
   "İngiliscə mənə riyazi gəlir, amma sözlərin çoxluğu baxımından təbii ki, zəngindir. Türkçə isə daha duyğusal, sonucda mənim anamın anasının, nənəmin dili son dərəcə yaradıcı bir dil"dir,- demişdir.
   
   
   
   DEPRESYONDAN "SİYAH SD"LƏ ÇIXDIM
   
   
   
   Elif Şafak zarafatla yazdığı yazıları inciliscə yazmayı sevdiyini, amma işdən çəkdiklərini və duyğularını anlatdığı yazılarda Türkcəni daha münasib, - demişdir. Şafak romanlarında həm əski, həm yeni Türkcə sözlərdən istifadə etməyi sevdiyini, bunun "daha sürətlə işləmək" anlamına gəldiyini də sözlərinə əlavə etmişdir. Yazar ana olmağın yazarlığa nə qədər təsir etdiyini soruşanlara isə qızının doğumunun ardından qısa bir vaxt depresyon keçirdiyini, 10 ay yazı yazmadığını, çox çətin bir dönəm yaşadığını deyərək bütün bunlara baxmayaraq, həmin vaxt ərzində "Siyah Süd" isimli romanını yazdığını söyləmişdir. Şafak "Ana deyildiyində cəmiyyətdə bir gözəl ovqat yarandığını bildirərək "ana olmağın da öz zorluqları var, önəmli olan qadınların bu məsələlərdən danışmaqdan çəkinməmələridir".


YAZARIN ARXİVİ

2008-03-20 : FİNİŞ
2007-04-04 : BUQƏLƏMUNLUQ
2007-03-28 : VİDA-2
2007-03-14 : VİDA
2007-02-13 : ?OBURCUBUR YAZI?
2006-12-23 : ONLAR?BUNLAR?
2006-12-16 :
2006-12-15 : ONLAR?BUNLAR?
2006-10-07 :
2006-09-30 :
2006-09-25 : DANÜZÜ YAZILARI
SON XƏBƏRLƏR
2019-10-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK