Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | ORALARDA KİMLƏR VAR? NİHAT DAĞLI Adalet.az | ORALARDA KİMLƏR VAR? NİHAT DAĞLI Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

ORALARDA KİMLƏR VAR? NİHAT DAĞLI

İYUNDA ÖLMƏK ƏZABDIR

14815    |   2007-11-14 03:44
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

ÇOCUQLUĞUM kitabın olmadığı bir evdə keçdi.Kitab olaraq sadəcə, iki ildə bir bizə qardaş doğuran anamın yastığının altında olan Quranı bilirdim. İbtidai məktəbi bitirdiyimdə bir yazını zar-zor oxuyurdum.
   
   Oxuduğumu da anlayırdımmı?
   
   Xeyr!
   
   Türkcə bilmirdim ki!..
   
   Nə Kemalettin Tuğcu, nə də Jül Vern adında kimsələrin olduğunu bilmirdim bu dünyada. Ancaq gəlin görün ki; litseyi oxumaq üçün Diyarbakırdan Adanaya gedən tifil bir məktəblinin, yəni mənim çantamda; Seyyid Kutupun "İslam Düşüncəsi", Bennanın kitabları, Salih Gürdalın "Tevhid və Şirk"i", Ali Ünalın "Məkkə Rəsulların Yolu" kitabları vardı. Türkcə bir mətni oxuyub ancaq anlaya bilən çocuk bir zehin, insan olaraq özüylə və həyatla qarşılaşmadan həm özünə, həm də həyata aid bir çox şeyləri öyrənmişdi amma.
   
   
   
   "Ədalət" qəzetinin baş redaktoru və yazar AQİL ABBAS növbəti səfərlərindən birində Türkiyədən gəldiyi günlərdə bir yazar haqqında çox maraqla danışmağa başladı və mən bilən hətta onun bir hekayəsini oxuduqdan sonra maraqlanıb kitabını aldığını da söylədi məncə və söhbətinin içinə sıxışdıraraq mənə dedi ki, sən necə, tanıyırsanmı o yazarı? Mən onun adını çəkdiyi yazarı şəxsən tanımırdım və internet saytlarında gəzərkən onun adına rast gəlmişdim və necə olmuşdusa,onun çox lakonik və qısa hekayələrini seçib arxivimə almışdım.Uzun müddət həmin hekayələr arxivimdə ilişib qaldı,başqa yazılar araya girdi və sonra yavaş-yavaş mən onları bizim türkcəyə uyğunlaşdırmağı və oxuculara təqdim etməyi vacib bildim.Və üstəlik də necə olursa-olsun, uzun zamandan bəri yazılar yazdığım və heç zaman da sifariş yazısı almadığım bir məqamda Aqil bəyin bu xahişinə əməl etmiş olurdum.
   
   
   
   BU BİZİM
   
   HEKAYƏMİZ
   
   
   
   Günəşini doğdurmadığımız, yağmurunu yağdırmadığımız bir dünyaya doğulduq.
   
   Gözlərimizi açdığımızda torpaq bizlər üçün minlərcə nemət hazırlamşdı, hələ minlərcəsini də verəcəkdi.
   
   Ağaclar göyə doğru əllərini açıb yağmur istəyir, budaqlarda min bir meyvə yetişirdi.
   
   Quşlar bir yerdən başqa yerlərə uçarkən qanad səslərindən bir simfoniya səslənirdi qulaqlarımızda.
   
   Daşların üzərindən səkərək və dağlardan aşağılara doğru tökülərək axan sular dənizlərə qarışırdı.
   
   Dəniz içində saxladığı nağıla qulaq verəcək, sahillərdə istirahət edəcək yolçuları gözləyirdi.
   
   Həyət-baca gözlənən qonaqlara təqdim edəcəkləri xidmətlərə hazırlanırdı.Ulduzlarla bəzənmiş göy üzü bu hazırlığa şahid olur, min bir işıq oyunuyla o da qatılırdı bu hazırlığa.
   
   İnsan... Yəni biz...
   
   Günəşini doğdurmadığımız, yağmurunu yağdırmadığımız bir dünyaya doğulduq.
   
   Gözlərimizi açdığımızda ehtiyac duyduğumuz hər şey ətrafımızda boldan bol idi.Günəş bizim üçün doğur, yağmur bizim üçün yağırdı.
   
   Quş səsləri şərqi kimiydi...
   
   Könlümüz uzanıb gedən göy üzünün üfüqlərində sonsuzluğa açılırdı.
   
   Hər şey bizim üçündü...
   
   Əfəndi olmuşduq dünyaya...
   
   Hər şeydən istifadə edir, amma qarşılığında bir şey vermirdik.
   
   Biz kimdik?
   
   Neyçin yaradılmışdıq?
   
   Bütün bunların, bizə verilən xidmətlərin mənası nəydi?
   
   Doğan günəş, yağan yağmur, bitirən torpaq, göyə doğru yüksələn ağac... nə demək istəyirdi bizə?
   
   Bu seyrəngah boş-boşunaydımı?
   
   İnsan tarixi, yəni tariximiz, bu sualların cavabını arama(ma)qla yarandı.
   
   Sualların ardına düşüb varlığın sirrini, pərdə arxasında gizlədiyi mənanı fərq etdiyimizdə bir yabançı olmaqdan qurtardıq.
   
   Bizi əhatə edən varlıqla bir əqrəbalıq hiss etdik.
   
   Müqəddəs mətnlər oxuduq; anladıq, inandıq və yaşadıq... Belə bir dünyaya neyçin göndərildiyimizi, həyatın burada bitmədiyini bildik. Yaradılmışların ən önəmlisi olduğumuzu öyrəndik.
   
   Qəlbimiz dirildi bu dönəmlərdə; vicdanın aydınlığında yaşadıq...
   
   Bir çiçəyə gülümsədik, bir kəpənəyin qanadında budaqlara qonduq. İrmağın axışında qəlbimizin ağrılı şərqilərini dinlədik. İçimizdəki "pislik" susdu, yaxşılıqlar elədik.
   
   Çox şey yaşandı sonra...
   
   Aradan uzun zamanlar keçdi...
   
   İnsana bir şeylər oldu.
   
   zünə və həyata dair sualları unutdu. Maraqlanmadı ki, mən kiməm ... Qəlbi susdu... Vicdanının işığı söndü... Ağlına güvəndi, onu dinlədi. "Mən" dedi daima. Şişdi. Qürrələndi...
   
   zünü dünyanın mərkəzində hiss etdi. Hər şeyə sahib olmaq, hökm etmək istədi.
   
   Silahlar daha da təkmilləşdi.
   
   Quşları vurdu, ormanlara qıydı, dənizləri kirlətdi, yanğınlar çıxardı...
   
   Daha çox qazanmaq, daha çox böyümək üçün çalışdı...
   
   Bütün bir varlığı özününkü bildi; dənizləri, ormanları, göy üzünü, bütün bir toprağı...
   
   Üstünlüyünü, böyüklüyünü vurğuladı həmişə...
   
   Savaşlar çıxardı!
   
   lkələri, coğrafiyaları, insanları atəşə verdi...
   
   Bir çox qövm, bir çox rəngdə insan kölələşdirildi, istimar olundu, yox edildi.
   
   Xirosimalar, Naqasakilər çıxdı ortaya.
   
   Dünyanın gözü önündə bir divar dibinə sığınan çocuk üzlərə güllələr yağdırıldı.
   
   Atalar dəli oldu,analar ağı söylədi...
   
   Varlığın və həyatın sehri pozuldu, ləzzəti qaçdı.
   
   Rəvanlıq xaosa çevrildi.
   
   Dənizin mavisinə qaranlıq düşdü. Göy üzünün sonsuzluğuna qorxular bulandı. Çiçəklər saçlarını yoldu, dəryalar çölə döndü...
   
   İnsan "pisliyə" əsir oldu...
   
   Nifrət, kin, qəzəb, dava-dalaş, acgözlük bir afət kimi qitələri, ölkələri qucağına aldı...
   
   "Yaxışılıq"dan yana çalışmağı adət etmiş torpaqları da...həmçinin...
   
   Nə olmuşdu?
   
   Əksik olan nəydi ki, insan qeyb olmuşdu?
   
   Nəyi itirmişdi insanlıq?
   
   Bu sualların cavablarını axtarmağa çalışanlar, dəyərlərin qədrini bilənlər, itib gedən insanın hekayəsinə diqqət çəkənlər bunu deyirlər:
   
   Hər şey insanla mənalıdır.İnsan olmayınca, insan qeybedincə anlamsızlıq hər şeyə bulaşır?..
   
   
   
   Evimizə nə zaman gətirildiyini xatırlamıram.
   
   Əhvalatını da bilmirəm; həyatını başladan səbəbləri, ortamı təxminən bilsəm də, bunlara dair daha başqa şeylər öyrənməyə şansım olmadı.
   
   Ana və atasını, doğulduğu ortamın həsrətini çəkirmi? Bu suala cavab da yox.
   
   Bizdə qonaq qalmaqdan, həyatımıza qarışmaqdan, bizim özüylə maraqlanmağımızdan razıydımı?
   
   Cavabsız qalan bir sual da bu.
   
   Onun bizdəki həyatı, ona münasib gördüyümüz yaşamaq yeri - insanı zindana atmaq, balığı akvariumda yaşatmaq, çiçəyi dibçəkdə məhkum etmək kimi gəlmişdi mənə. Yaşadığı qəfəsdə oxumalarından qəlbimə incə bir hüzn axardı; sanki xoşbəxt deyildi. O bir "qərib"di; özünü yad hiss elədiyi bir dünyada yaxınlarından uzaq yaşayırdı. Başqa şansı varmıydı, onu da bilmirəm.
   
   Həyatımıza necə bir rəng, bir coşqu gətirdiyini demirəm. Ancaq ona yaxşıca alışdığımızı da deməliyəm; evimizi tamamlayan, bizi mehribanlaşdıran nəsə olmuşdu. Ehtiyaclarını ödəyir,vəziyyəti ilə maraqlanırdıq; yeri dəyişdirilir, altı təmizlənir, qabağına su qoyulur, üstü örtülürdü. Bütün bunlara baxmayaraq o elə bil ki, günahkardı.
   
   Əslində o bizim yox, ancaq qardaşım Ezbihanın quşuydu; onunla qardaşım maraqlanırdı.
   
   Qərib artıq yox!
   
   ldü!...
   
   Bir məhəbbət quşu neçə il yaşayar sualının cavabını öyrənmədən.
   
   Bir axşam işdən qayıdanda öyrəndim bu xəbəri. Ezbihanı keyfsiz gördüm. "Nə oldu?"- dedim.
   
   Gözləri yaşardı, başqa bir otağa keçdi.Anam dedi: "Qərib öldü. Sabahdan bəri beləcə, gözləri yaşlı.. ağzına tək bir loxma şey qoymayıb qardaşın".
   
   Ayaq üstə baxa-baxa qaldım.
   
   Bir ölü vardı evimizdə... Bir az da biz ölmüşdük; uzun bir zamandır bizim içimizə dolan,bizimlə bir olan bir parça qopmuşdu bizdən. Sanki əlimiz, gözümüz dəyişmişdi. Ezbihana başsağlığı verdim... Bir şey söyləmədi, bir təqvim vərəqi uzatdı mənə. Qəribin öldüyü günün yazıldığı vərəq idi.Hər günə bir cümləlik not yazan Arif Təqvimi, üç İyun üçün bunu uyğun görmüşdü: İYUNDA LMƏK ƏZABDIR...
   
   Qardaşımı ağladan nəydi? Axı o bir quş idi.Belə olmazdı.
   
   İnsanı həyata bağlayan şey nədir? Bir şeyin böyüklüyümüdür onu önəmli eləyən?
   
   "Böyük"lüyü gözlərimizə soxa-soxa vurğulayan, onu gözümüzə soxan bir dövranın içində BİR QUŞUN LÜMÜ bir kəz daha "böyüklük" vurğunluğunu heç etdi. Qocaman yalan bir boşluqdu, bir çırtmayla dağıldı.
   
   Quş balaca bir şeydi, amma onun ötüşlərindəki, səsindəki o böyüklük nəydi bəs? Diri bir şeydi bu.
   
   Deyəsən, biz diriliyi itirdik. Heç bir şey artıq qəlbimizi ağrıtmaz. lümlər, ayrılıqlar...
   
   Həyat min bir qılafın arxasında olan qəlbimizə bir çox şeyləri yaxın qoymur. O qədər alışdıq ki hər şeyə...
   
   Həyatımıza doluşan onca şeyin olduğuna baxmırıq, həyatımızdan qopan onca parçanın acısını hiss etmirik. Süfrəmizə gələn təzə bir qaysının meyxoş dadı bizi sərxoş etmir, bir hüzn mövsümündə budaqlarında qızaran "günəş rəngi bir yığın yarpaq" qəribliyimizi xatırlatmır...
   
   


YAZARIN ARXİVİ

2008-03-20 : FİNİŞ
2007-04-04 : BUQƏLƏMUNLUQ
2007-03-28 : VİDA-2
2007-03-14 : VİDA
2007-02-13 : ?OBURCUBUR YAZI?
2006-12-23 : ONLAR?BUNLAR?
2006-12-16 :
2006-12-15 : ONLAR?BUNLAR?
2006-10-07 :
2006-09-30 :
2006-09-25 : DANÜZÜ YAZILARI
SON XƏBƏRLƏR
2019-10-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK