Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | ALİK-ALEKO-ƏLİ Adalet.az | ALİK-ALEKO-ƏLİ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

ALİK-ALEKO-ƏLİ

20073    |   2014-02-22 06:29
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Onu tanıyanda heç bir yazısını oxumamışdım.Sadəcə həmişə tələsən,işgüzar,nəsə etməyə can atan,hökmən yenilik etmək istəyən bir görkəmi vardı mənimçün.Və sadəcə bilirdim ki,maraqlı yazılar yazır.Özü də maraq oyadır insanda.Sonra maraqlı yazılarını oxudum:onun istedadlı olduğunu gördüm. Onun haqqında söz demək keçdi ürəyimdən.
Necə yazmağa başlayıb? Nə vaxt yazmağa başlayıb? Bəlkə"Mən necə yaşamağa başladım" deyəndə."Başımın üstündə göy,ayağımın altında torpaq,içimdə arzular elə peşəkarcasına sərilmişdi ki..."Bəlkə bunu hiss edəndə, anlayanda."19 yaşında atamı itirdim və onun əvəzinə kişi olmağa başladım"Bəlkə onda- dünyaya böyük kişi gözü ilə baxmağa başlayanda? Düşünərsiz ki, kişi olmaq üçün 19 yaş az deyil.Amma ətrafında olanları,qalanları duymaq üçün elə də çox deyil.Amma 35 cümlədən ibarət kiçik hekayədə səkkiz insan həyatını məharətlə vermək üçün də çox deyil.Bu "Belə"di.Bütün bunları -səkkiz nəfərin həyatını doqquzuncu-baş qəhrəman rəssam kimi yaradıb bircə tabloda."Belə"-də. Əslində mən də dəqiq deyə bilmərəm:necə və nə vaxt yazmağa başlayıb.Bəlkə heç kəs deyə bilməz, heç özü də. Amma anlayır Alik yaşadığını, yaşayanları,yaşamayanları. Anlayır ki,
"Ümiddi insan yaşayan evlər.Harda insan nəfəsi varsa, ordan ümid qoxusu gəlir."
Həyatı, ölümü, sevgini,sevinci,günahı,daha nələri...anlayır özü kimi-gözəl anlayır.Onun hekayələri həcmcə kiçikdi. Amma elə "kiçik"diki, böyük insan faciəsini göstərə bilir":Ev və qadın","Jaket", "Həyat fraqmentləri","Günahkar" və s.
"Küçəyə baxan dəmir barmaqlıqlar o qədər yuxarıda idi ki, azadlığı görmək mümkün deyildi..Adamların arasında qaldı, bir az da kiçildi. Kiçildi və yanından yüzlərcə o cür gözəl və əxlaqsız qadınlar keçdi.Bayaq yatağında olduğu qadın yanından ötən yadların sayı qədər yadlaşdı."Təbiiki qadın əxlaqsızlığından danışmır Alik. Adamın adamlar arasında kiçilməyindən, yəni bir-birimizi önəmsəmədiyimizdən, yadlaşmağımızdan, bəzən əxlaqsızlığa gözəl don geyindirməyimizdən, bəzən də əksinə, gözəlliyə dəyər verməməyimizdən,onu çirkaba bulaşdırmaq həvəsindən söz açır.Və "Günahkar"da məhv olan insan cəmiyyətindən, insanların-adamların günahından danışır":-Onu şəhərdən qovun, əxlaqsızdır. Bir gün hamını yoldan çıxaracaq.
Amma kim idi o? Heç kim bilmirdi...Hamı bir-birinə nifrətlə baxır, hamı həmin əxlaqsızı bir-birinin içində, bir-birinin gözlərində görürdü".Məncə özümüzə baxmağa, özümüzü görməyə yetərli bir çağırışdı. Burda bu gəncə-bu yaradıcı gəncə təşəkkür etməyə bilmirəm.Ən azından bir nəfərin bunu anladığına əminlik yaratdığı üçün. "Gəncliyin üsyanı" şeirində hamıya ünvanladığı misralar da bu əminliyin davamıdı:
Nə çox kiçik, nə çox böyük...
Insan boydaca olaq, İNSAN boyda.
Əslində biz elə insan boyda olmalıyıq-sadəcə insan olmalıyıq.Alikin dediyi kimi"içimizdə ölüb qalan doğmalıq"olduqca "üzümüzdə kədər, içimizdə qorxu" olacaq. Heç kim qarçısındakının, yanından ötüb keçənin onu öldürməyəcəyinə inanmayacaq.Və hamımız günahkar olacağıq. Hamımız. ADNA terrorunun qurbanlarına yazdığı "Sabah olamyacaq" da yazısında olduğu kimi "günahsız görünsək də:
"Insanların günahları biz onları günahlandırdığımız ölçüdədi.
...Bu gün hamı günahsız görünürdü.
O inandı.İnandı ki, bu gün hamı günahsızdı, hamı tərtəmizdi, hamı məsumdu..."
İnandı və sabah olmadı...Yəqin insanlara günahsız olmağı arzulayır Alik.
Və bunu anlasaydıq bir gündə bu qədər gənc bir terrorun qurbanı olmazdı...Müharibələrə,dini cəkişmələrə "Dur" deyə bilərdik. Çünki Alikin "Həyat fraqmentləri"ndəki kimi "Analar yazıqdılar. Ölənlərin də, öldürənlərin də anası yazıqdı" .Hər gün bir-birimizi məhv etməzdik.Və"QADIN VƏ S" şeirində dediyi kimi bir sual dayanmazdı qarşımızda:.
Bütün dustaqların bir mövzusu var
Yeni həyata necə başlamaq
Harada kiminlə...
Və özümüzü bu doğma torpaqda, bu doğma şəhərdə "Yad ŞƏHƏRDƏ" sanmazdıq.Və ağrılı bir ehtiyac yaşamazdıq:
Elə doğma adam gəlməlidir ki,
Onu öpmək yox, qoxlamaq istəyəsən .
Yanında olduğuna əmin olmaq üçün
əlini üzünə qoyub yoxlamaq istəyəsən.
Və sən bu doğmalığı -bu doğma adamı gözləyirsən əmin olduğun, içinə çəkmək istədiyin doğmalığı "günlər uzanır və heç kəs gəlmir,sən bir-bir ölürsən.
Gözləmək ümiddi sonucda:nə fərqi nəyi, kimi gözləyirsən.Yəni səni yadlıqdan qurtaracaq bu nəsə-bu kimsə .Gözləyirsən bir-bir ölməyəsən deyə.
Alik bu ölümdənmi qorumaq istəyir bizi-insanları? Yəqin ki,elədi.Düzdü onun yazılarında ,şeirlərində anlamadığım fikirlər də olur. Amma indi özünü dahi hesab edib də heç kimi bəyənməyən elə cavan yazarlarımız var ki,ümumiyyətlə nə ,niyə və kim üçün yazdıqlarını müəyyən etmək olmur.Özləri demiş":hamı üçün yazmırlar" və yəqin ki, kim üçün yazdıqlarnı özləri bilirlər. Alik isə sadəcə yazır,çalışır,vuruşur, bizimçün yazır."Qaraçı qadının günəşi"ndə qaraçı qadının "GÜNƏŞ mənimdi" ifadəsiylə deyir ki,hər birimizin içində bir günəş var-o bizimdi,hamımızındı-onu itirməyək.
-Mən yeni kinoyam davamım ümidsiz,
sonu kədərli-amma möhtəşəm.
Ümidsizdimi hər şey.Təbii sonu Ölümə bağlanan həyat kədərlidi-amma yaşaya bilsən Möhtəşəmdi.Sevilən, ən əsası seçilən imza olmaq ədəbiyyatda yaşaya bilməkdi elə. Hamı üçün sonu ölümdü həyatın , amma hamı üçün möhtəşəm olmur həyat. Alikə sadəcə bunu arzulayıram:Mən yeni kinoyam...amma möhtəşəm.
Və bir də...Bir də sonda bu misraları xatırladım:Tarixi eşələdim, mən yox idim. Xəritəyə baxdım, tapammadım...
Düşündüm.Düşündürdü yəni; illərdi ah-of elədiyimiz, arzuladığımız Bütöv Azərbaycanımı tapa bilməyib, bizimi, ya özünümü? İstənilən halda düşünməyə dəyər.
Hamımıza tarixdə qalmaq, xəritədə tapılmaq arzusu ilə...

Kamalə ABİYEVA


İmza:

YAZARIN ARXİVİ

2015-02-21 : BEZDİM
2014-12-13 : CAN BORCU
2014-07-19 : ELƏ SEVİNİRƏM
2014-07-05 : CEYHUN olmasaydı
2014-05-09 : Möhtəşəm gün
2014-04-19 : Eyibdi axı
2014-02-22 : ALİK-ALEKO-ƏLİ
2014-02-08 : NƏ DEYİRSİZ
SON XƏBƏRLƏR
2019-09-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Məktəbli formalarının qiymətlərindən razısınızmı?

Hə (25%)
Yox (75%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK