warez script warez forum Leaks Forum orkide Link kısaltma sitesi shell indir mavi orkide Link kısalt PHP Scriptler Ataşehir kadın kuaförü Warez forumu hacklink satın al cialis yorumları Adalet.az | "VƏTƏN SƏSİ"NƏ QARIŞMIŞ SƏS Adalet.az | "VƏTƏN SƏSİ"NƏ QARIŞMIŞ SƏS Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

"VƏTƏN SƏSİ"NƏ QARIŞMIŞ SƏS

O səsin 60 yaşı olur

20560    |   2012-12-12 22:42
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Neçə vaxtdır götür-qoy edirəm. Çünki yazmaq istədiyim bu fikirlər mənim iç dünyamdan gəlsə də, qarşı tərəfi də duyğulandırmalıdır. Ona görə də çox fikirləşmək, hətta xəyallara da dalmaq zorunda qalıram. Bu da təsadüfi deyil. Barəsində yazmaq niyyətində olduğum insan da söz adamıdır. Necə deyərlər, sözün içərisində yaşayır, sözlə nəfəs alır, çörəyini qələmlə çıxarır. Özü də bu işi həyat amalına çeviribg

...Ha fikirləşirəm yadıma sala bilmirəm. Daha doğrusu, dəqiqləşdirməyə gücüm çatmır. Əslinə qalanda dəqiqləşdirmək istədiyim çox sadə bir sualın cavabıdır. Bu cavab yəqin ki, məndən yaşca böyüklərə bəllidir. Amma onlardan soruşmaq istəmirəm, əziyyətlərinə qıymıram, yaddaşlarını oyatmağa, yaralarının qabığını qoparmağa ürəyim gəlmir. Odur ki, cavabını axtardığım sualı içimdə təkrarlayıram:

- Görəsən, 60 il bundan öncə, daha doğrusu, 60 il bundan öncəki tarixi yazını siz oxuduğunuz gün hava necə olub? Qar-çovğun idimi? Yağışmı yağırdı? Günəşmi boylanırdı? Ümumiyyətlə, 60 il bundan öncə, dekabr ayının 17-də indi həsrətlə baxdığımız, ağrısını canımızdan çıxara bilmədiyimiz Qərbi Azərbaycanda görəsən hava necə olub? Qar-sazaqmı? Çovğunmu, boranmı qopub? Günəşmi gülümsəyib? Yağışmı yağıb? Bilirsiniz bu sual məni niyə narahat edir? Həmin o 60 il öncəki havanın damarına düşmək istəyirəm. Ritmini tutmaq və o hava üstündə köklənmək keçir könlümdən. Amma alınmır ki, alınmır. Çünki indi Bakıda elə bir alaşıq-dolaşıq, elə bir qarmaqarışıq hava var ki, heç adını baş sındırsan da tapa bilməzsən. Bəziləri deyir kasıbın havasıdır, bəziləri deyir imkanlıların. Amma mənə elə gəlir ki, bu hava elə Allahın havasıdır. Biz də Allahın bəndələri kimi bu havanın içində yaşayırıq...

Onu qiyabi tanıyırdım. Yazılarına rast gəlmişdim, imzasını görmüşdüm. Özü də 90-cı illərin əvvəllərində. O vaxtlar ağrılı-acılı yazılar daha çox yazılırdı. Dərdimiz də təzə-təzə alovlandığından həmin o yazılar bizi özünə çəkirdi. Mən də o dərdin içində yaşayan, ondan çıxıb gələn bir Allah bəndəsi kimi dərdimin o biri üzünü yazan bu insanı həvəslə oxuyurdum, təsəlli tapırdım. Ya da hansısa bir məqamda onun dərdimi bu formada açıb-ağartmasına daxilən etiraz edirdim. Təbii ki, bu mənim oxucu haqqım idi və mənim bu oxucu haqqımdan onun xəbəri yox idi. Mənə elə gəlir ki, hətta xəbəri olsa da heç nə deyə bilməyəcəyik. Çünki o yazırdı, mən də oxuyurdum. Dərdi yarı bölürdük, birimiz yazar kimi, birimiz oxucu kimi. Onun yazıları "Vətən səsi" qəzetində çap olunurdu və vətənin səsi öz oxucu auditoriyasına görə, məhdud görünsə də, dairədə səslənsə də, amma özünü eşitdirə bilirdi.

Sonra imzasını tanıdığım həmkarımla görüşdük. Ortaq dostlarımızın saldığı dostluq körpüsündən gediş-gəlişlərimiz başladı. Bəlli oldu ki, sən demə, o da məni oxuyurmuş, o da mənim düşündüklərimi, yaşadıqlarımı eyni ilə qəlbimdən keçirirmiş. Axır ki, bu düşüncələr, bu duyğular üz-üzə gəldi, biz onları bölüşməyə başladıq. Artıq onda Rafiq müəllim "Vətən səsi" qəzetinin redaktoru idi. Amma həmin bəlli tarixə qədər o, müəyyən bir missiyanın daşıyıcısı, müəyyən bir zaman kəsiyinin ortağı olmuşdu. Elə həmin o zaman kəsiyi də 60 il bundan öncəki dekabr gününə təsadüf edir.

Mən fəhmlə təxmin edirəm ki, həmin gün Qərbi Azərbaycanın Ağbulaq kəndində hava qarlı-çovğunlu olub. Amma bu qar, bu çovğuna baxmayaraq, kəndin sayılıb-seçilən insanlarından olan məktəb direktoru Ocaqqulu müəllimin evində əməlli-başlı bir yaz havası yaşanırdı. Sifətlər işığa bürünmüşdü, gözlər od saçırdı. Çünki üç bacının qardaşı gəlmişdi dünyaya... üç qızın ardınca oğul payı sevincini yaşayan bu ailə heç ağlına da gətirmirdi ki, bu oğlanın dünyaya gəlişi ilə onların həyatında nələr dəyişəcək və bütövlükdə bu ailənin övlad sevincləri necə də artacaq. Belə də oldu. Üç qız, bir oğuldan sonra ailəyə üç oğul, bir qız da təşrif buyurdu. İndi bu evdə dörd bacı, dörd qardaş yaşayırdı. Sevincin şadyanalığı, çoşğusu bir eldən bir nəsilə, bir nəsildən bir kəndə qanadlandı. Məclis düzəldi. Bu qarlı-çovğunlu havanı qaldırılan badələr, səslənən xeyir-dualar əməlli-başlı isitdi. Və...

Rafiq Fərəcov ali təhsilini başa vurub doğulduğu kəndə qayıtdı. O, ixtisasca filoloq olsa da, jurnalistikaya olan sevgisi onu məktəbə getməkdən daşındırdı və tərəddüd etmədən Qərbi Azərbaycanın Krasnoselski rayonunda çıxan "Dostluq" qəzetində əmək fəaliyyətinə başladı. Onda qəzetin baş redaktoru şair Eldar İsmayıl idi. Rafiqin ilk yazıları qəzetin səhifəsində göründükcə, onu yazmaq, araşdırmaq həvəsi də artır, ona ətrafdakıların münasibəti də dəyişirdi. Hətta öz doğma kəndində yazdığı tənqidi yazıya görə doğmaları ondan incidilər də. Ancaq o, haqlı olduğuna görə müəyyən vaxtdan sonra küsənlər barışdı, inciyənlər incikliklərini unutdular. Sadəcə, onun üçün yadda qalan o oldu ki, tənqidinin ünvanı yaxın dostunun atası idi. Lakin bu yazıya görə dostu ona heç nə demədi, heç üstünə də gəlmədi. Rafiq Fərəcov onda hiss etdi ki, həqiqi qəzetçilikdə, həqiqi jurnalistikada təhqirə, şantaja yer yoxdu.

"Dostluq" qəzetində artıq imzası get-gedə daha çox tanınan, rayonun ictimai-siyasi həyatında daha çox iştirak edən bu cavan jurnalist günlərin bir günündə özünün xəbəri olmadan bir sevgi oduna düşdü. Tədbirlərinə qatıldığı bir məktəbdə gözəl-göyçək bir xanım onun könlünü ovladı. Bu atəş, bu alov onun həyatının mənasına çevrilməklə günlərin birində o xanımı uşaqlarının anası olmaqla ömrünün çiyindaşına çevirdi...

Hə, 60 ildi rəngarəng bir ömür yaşayır Rafiq Fərəcov. Bu ömrün Qərbi Azərbaycanda qalan hissəsi Rafiq üçün son dərəcə doğmadı. Çünki o, Ağbulaq kəndində yurd sahibi, ocaq sahibi olmaqla yanaşı, orda dünyaya gələn, ordan dünyanı tanıyan bir söz adamı idi. Orda Göyçə gölü, orda bulaqlar, ormanlar onun üçün sirdaş idi, dost idi, həmsöhbət idi. Rahatca pıçıldaşır, rahatca qol-boyun olur, sözüylə, qələmiylə həyatın dadını çıxarırdı. Bunu ona çox gördülər. Düşmən hamı kimi onun da arzularının qanadlanmasına imkan vermədi... yurd-yuvasından didərgin düşdü...xatirələrin ümidinə qaldı.

Artıq Rafiq Fərəcovun Bakıda yaşadığı illərin də sayı kifayət qədərdi. Amma mən hər dəfə onunla qarşılaşıb onunla həmsöhbət olanda Bakıda keçən illərin işığını onun çöhrəsində, gözlərində görə bilmirəm. Nə qədər danışıb gülsə də, dostlarla zarafatlaşsa da, nəvəsini dilə gətirsə də, amma gözün dibindəki kədər öz yerindən tərpənmir. Sanki o kədər onun ətəyindən tutub üzü geriyə, Ağbulağa tərəf çəkir. Görünür, onun taleyi də belə yazılıbmış, belə işarələnibmiş...

Bəli, bu gün "Vətən səsi"nin səsini oxuculara çatdırmaq və öz səsini də o səsin içində yaşatmaq üçün bacardığı kimi işləyən, yazan, redaktə edən, tədbirlərə qatılan Rafiq Fərəcov 60 yaşını qeyd edir. Özü də səssiz, heç kimə demədən, heç kimi narahat etmədən. Onun 60 yaşının tamam olduğunu yəqin ki, çalışdığı dövlət qurumunda da bilmirlər. Amma məncə bilsələr daha yaxşı olardı. Ən azı həmin qurum Vətənin səsini çatdıranların himayədarıdı. Vətən səsini çatdıranlar isə heç vaxt umacaqlı olmurlar. Onların istəyi yalnız diqqətdi. Mən öz növbəmdə bir dost diqqəti ortaya qoymaq istədim. Bilmirəm, necə alındı, amma həqiqətən istəyimi yazdım. Bir istəyim də var. Çox istərdim ki, mən də, Rafiq də heç olmasa son anımızı, son ünvanımızı doğulduğumuz ocaqda qarşılayaq.

P.S. Düşünməyin ki, mən 60 yaşı təbrik etmək əvəzinə nisgilli bir arzu dilə gətirdim. Düşünüb buna görə nə məni qınayın, nə də qanınızı qaraldın. Axı biz həmişə hər yerdə deyirik ki, Allah qoysa, növbəti tədbirimizi o yerdə, o yurdda qeyd edərik. Axı biz bunu həmişə deyirik!...



YAZARIN ARXİVİ

2018-11-18 : DOYMUŞ MƏHLUL
2018-10-23 : YARIMÇIQ MƏKTUB
2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
SON XƏBƏRLƏR
2019-05-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Kubokun sahibi kim olacaq?

"Qarabağ" (71.43%)
"Qəbələ" (14.29%)
"Sumqayıt" (7.14%)
"Zirə" (7.14%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Aqşin Yenisey dostları ilə babat yeyib-içir, sonra gedir əmisigilə. Həyətdə it daraşır buna, qolun-qılçın cırmaqlayır. Evə girəndə əmisi deyir:

- Ay bala, bu nə haldı?

- İt tutdu.

- Ə, it bağlıydı axı?!

Aqşin:

- Əmi, it bağlıydı ey, amma mən açıqıydım.





digər lətifələr
ARXİV
FACEBOOK