SARI ODALAR

İRADƏ TUNCAY
54581 | 2009-11-14 00:04

- Gəl, gəl görüm, balaca. Nədi, nə atılıb-düşürsən? Darıxmışdın? Elə mən də darıxıram, gəl bir az söhbətləşək. Qulaq asmaq istəyirsən mənə? Üzbəüz oturub danışmaq üçün bir kimsənə yoxdu. Hərçənd... Nə isə... Bax o gün ad günümdə bir cavan dostum təbrik yazıb mənə. Yazıb ki, "Siz çox dözdünüz, hər şeydən əvvəl ədəbiyyat mənasında, sonra dilləndiniz". Gör ha, mən elə fikirləşirdim dözə-dözə yaşadığım bilinmir, dişimi sıxıb yaşadığım bilinmir. Bilənlər varmış - amma ədəbiyyatdan əvvəl dözdüyüm nələrsə daha çoxdur. Ədəbiyyat bilirsən nədi? Yox? Yaxşı ki bilmirsən...
   
   Balaca, bax yarım əsri qatlayıb qoydum bir tərəfə. Bunun 30 ilini də ayırım başqa tərəfə. Əvvəlki 20 ili yada salıram. Hımm... ORDA QARANLIQ DA VARDI A

TƏQVİM / ARXİV