ANA SƏHİFƏ / SİYASƏT

Hikmət Hacıyev: Ermənistanın Azərbaycanla sərhəddəki təxribatı tam fiaskoya uğradı

16448    |   2020-08-01 14:35
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ermənistanın Azərbaycanla sərhəddəki təxribatı tam fiaskoya uğradı.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Rusiyanın "Natsionalnaya oborona" jurnalına müsahibəsində deyib.

O bildirib ki, Azərbaycan-Ermənistan dövlət sərhədində Tovuz istiqamətində baş vermiş gərginlik erməni təxribatının nəticəsi idi:

"Bu hərbi avantüra ilə rəsmi Yerevan bir neçə hədəf güdürdü. Şərti olaraq onları daxili və xarici məsələlərə bölmək olar".

H.Hacıyev bildirib ki, daxili məsələlər Ermənistanda COVID-19 pandemiyası ilə bağlı güclənməkdə olan ağır siyasi və sosial-iqtisadi vəziyyətlə əlaqədardır:

"Məlum olduğu kimi, 2018-ci ildə Paşinyan Ermənistanda erməni xalqına populist vədləri fonunda hakimiyyətə gəldi. Amma zaman göstərdi ki, onun hökuməti həmin vədləri yerinə yetirmək, ölkədə həyatı yaxşı yönə dəyişmək iqtidarında deyil. COVID-19-la bağlı vəziyyət Ermənistan hökumətinin qeyri-effektivliyini aydın şəkildə göstərdi".

Onun sözlərinə görə, xarici səbəblər arasında Azərbaycanın beynəlxalq arenada nəhəng uğurlarını qeyd etmək lazımdır:

"Bizim beynəlxalq mövqelərimizin güclənməsi, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi məsələsində mövqelərimizin güclənməsi Ermənistanın paxıllığına səbəb olur. Bu şəraitdə destruktiv siyasət yürüdən və Azərbaycan ərazilərinin işğalını davam etdirən Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini iki ölkə arasında, bu dəfə dövlət sərhədində yeni gərginlik ocağı yaratmaqla beynəlxalq ictimaiyyətin diqqətini Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərdən yayındırmağa çalışır".

Prezidentin köməkçisi vurğulayıb ki, bu cür təxribatlarla rəsmi Yerevan guya Azərbaycanın Ermənistan ərazisinə hücum etməsi barədə rəy yaratmağa və Ermənistan-Azərbaycan münaqişəsinə üzv olduğu hərbi-siyasi təşkilatları cəlb etməyə çalışır:

"Bundan başqa, Ermənistanın məqsədləri arasında ixrac neft-qaz kəmərləri, "Şərq-Qərb" nəqliyyat dəhlizi kimi strateji beynəlxalq layihələrə təhdid yaratmaq yer alır. Əminliklə deyə bilərik ki, Ermənistan qarşıya qoyduğu məqsədlərə çatmadı və onun təxribatı tam fiaskoya uğradı".

H.Hacıyev qeyd edib ki, hərbi əməliyyatlara ilk olaraq Ermənistan qoşunları başlayıb. O, əlavə edib ki, Azərbaycanın Ermənistanla dövlət sərhədində heç bir hərbi planı və ya məqsədi yoxdur:

"Bir müddət əvvəl baş vermiş təxribat zamanı Azərbaycan Silahlı Qüvvələrinin döyüş tapşırığı dövlət sərhədlərinin və dinc əhalinin təhlükəsizliyinn qorunması idi. Azərbaycan ordusu düşmənə layiqli cavab verdi və öz döyüş qabiliyyətliliyini və yüksək döyüş ruhunu bir daha təsdiq etdi. Döyüş əməliyyatları zonasında vəziyyət barədə tam məlumatlı olan Azərbaycan Silahlı Qüvvələri operativ vəziyyətə səmərəli şəkildə nəzarət edirdi".

Prezidentin köməkçisi əlavə edib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının prinsipləri çoxdan məlumdur:

"Münaqişə BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbu etdiyi dörd qətnamə, Helsinki Yekun aktı, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll olunmalıdır. Digər həll yolu yoxdur və ola da bilməz. Bu prinsipləri əsas tutaraq mərhələli nizamlama prosesində Ermənistan öz işğalçı qüvvələrini Dağlıq Qarabağdan və ətraf rayonlardan çıxarmalı və məcburi köçkünlərin öz evlərinə təhlükəsiz qayıtmaları üçün şərait yaratmalıdır".

Prezidentin köməkçisi vurğulayıb ki, Azərbaycan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin siyasi-diplomatik nizamlanması məsələsinə sadiq qalmaqdadır:

"Amma danışıqlar xətrinə danışıqlar qəbuledilməzdir. Münaqişənin həlli üçün ATƏT-in Minsk qrupu çərçivəsində Azərbaycan ərazilərinin azad edilmısi məsələsinin məqsədilə predmet danışıqları lazımdır. Azərbaycan bu danışıqlar prosesində Ermənistan işğalçı qüvvələrinin Dağlıq Qarabağdan və ətraf rayonlardan çıxarılması və məcburi köçkünlərin öz evlərinə təhlükəsiz qayıtmasında təkid edir. Öz növbəsində, beynəlxalq ictimaiyyət Ermənstana təcavüzkar ölkə olaraq açıq şəkildə bildirib ki, güc yolu ilə beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişdirilməsi qəbuledilməzdir. Sonda bir daha Azərbaycan Prezidenti İlham Əliyevin "Valday" beynəlxalq diskussiya klubunun plenar sessiyasında səsləndirdiyi mövqeyi təkrar etmək istəyirəm: "Qarabağ Azərbaycandır və nida işarəsi!".




İmza:

Ədalət Vəliyev Azərbaycan Milli Hərəkat Partiyasının sədri ilə görüşdü

Azərbaycan və Türkiyənin parlament sədrləri arasında telefon danışığı olub

Ermənilərin soydaşlarımıza qarşı nifrət zəminində törətdiyi cinayətlər Xorvatiya mətbuatında

Hikmət Hacıyev: BMT-nin xüsusi sessiyası 5-6 ay, hətta bir il davam edə bilər

XİN-dən erməni əsilli livanlıların işğal olunmuş ərazilərə köçürülməsi haqqında məlumatlarla bağlı AÇIQLAMA

Deputatlar avqustun 5-də plenar iclasa toplanır

AXCP və "Milli Şura"nın növbəti qeybətxana şousu: Karantinə görə insanların narahatlığı artır, bu da bizə sərf edir...

Milli Məclisin sabahkı iclasının gündəliyi açıqlandı

Azərbaycanın İtaliyadakı səfirindən dünya ölkələrinə ÇAĞIRIŞ

Hikmət Hacıyev Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının üzvləri ilə görüşüb

YAP İdarə Heyətinin videokonfrans formatında iclası keçirilib

Hikmət Hacıyev: Ermənistanın Milli Təhlükəsizlik Strategiyası sanki saxta tarix dərsliyidir

Ceyhun Bayramov "CNN Türk"ə Ermənistanın Tovuz istiqamətində törətdiyi təxribat barəsində danışıb

24 subartezian quyusunun qazılmasına 756 min manat ayrılıb - SƏRƏNCAM

Azərbaycan və Türkiyə arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub

Ceyhun Bayramov Türkiyə televiziyasına müsahibə verib

Vilayət Eyvazov Serbiyalı həmkarı ilə görüşüb

Telekommunikasiya ilə əlaqədar İnzibati Xətalar Məcəlləsində cərimələr müəyyənləşib

Rəcəb Tayyib Ərdoğan Ceyhun Bayramov və Zakir Həsənovu qəbul edib

Baş Nazir Əli Əsədov ilə BP qrupunun baş icraçı direktoru arasında telefon danışığı olub

Ankarada Azərbaycan və Türkiyə Xarici İşlər nazirlərinin görüşü keçirilib - YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan-Türkiyə münasibətləri bütün sahələrdə uğurla inkişaf edir

SON XƏBƏRLƏR
2020-08-12


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.95%)
Pullsuz (12.05%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylını dostlardan biri qonaq çağırır.

Qonaqlığa tez gəlmiş şair süfrə düzələnə kimi dostunun dərs hazırlayan oğlu ilə başını qatmağa çalışır.

Əlini uşağın telinə çəkib qabağındakı riyaziyyat dəftərinə baxır.

-Nağayrersan?

Uşaq:

-Vəli əmi,ən kiçik ortaq böləni axtarıram..

Şair təəccüblə:

-Ayə,hələ onu tapbeflarmı,mən uşaq olanda da onu axtarerdılar)

Paylaşdı: Ayaz Arabaçı



digər lətifələr
ARXİV
FACEBOOK