ANA SƏHİFƏ / SİYASƏT

Siyavuş Novruzov: Radikal ünsürlər Ermənistanın təcavüzkar siyasətini dəstəkləməkdən çəkinmirlər

6562    |   2020-07-16 11:21
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

14-15 iyulda Azərbaycan Ordusuna dəstək aksiyasından məkrli məqsədlər naminə istifadə cəhdləri müşahidə olundu ki, bu, tamamilə yolverilməzdir. Bu, özünü orduya dəstək prosesinə siyasi rəng qatmaq, aksiyanı nəzarətdən çıxararaq xaos yaratmaq cəhdlərində göstərdi. Trend-in məlumatına görə, bunu YAP İcra katibinin müavini, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, əlbəttə, sərhəddə hərbi əməliyyatların davam etdiyi, işğalçıya adekavat cavab verildiyi zaman bir qrup şəxsin paytaxt Bakıda iğtişaş yaratmağa çalışması, hətta Azərbaycan Respublikasının Milli Məclisin binasına daxil olaraq qanunazidd əməllər törətməsi, asayiş keşikçilərinə qarşı zorakılıq və müqavimət göstərilməsi qəbulolunmazdır:

"Bu, həm dövlətimizin milli maraqlarına, həm ölkə Konstitusiyasına və qanunlara ziddir, həm də Vətənimiz, ərazi bütövlüyümüz uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərin ruhuna sayğısızlıqdır.

Şübhəsiz ki, 1990-cı illərin psixologiyasından qurtula bilməyən antimilli ünsürlərin dəstəklədiyi bu proseslərin hədəfi birmənalı olaraq Azərbaycanın inkişafına maneə yaratmaq, ölkəmizdə sabitliyin pozulmasına və xaosun yaranmasına nail olmaqdır. Bütün bunlar isə Ermənistanın, ermənipərəst və anti-Azərbaycan dairələrin maraqlarına xidmət edir. Azərbaycan Xalq Cəbhəsi dövlətin deyil, düşmənin yanındadır

Radikal düşərgədə cəmləşmiş antimilli ünsürlər, o cümlədən Azərbaycan Xalq Cəbhəsinin nümayəndələrinin də kütlənin içinə daxil olaraq insanları qanunsuz əməllərə sövq etməyə çalışmaları aşkardır. Onlar 1992-1993-cü illərdə hakimiyyətdə olarkən yol verdikləri xəyanətkarlıq və satqınlığı indi də düşmən dəyirmanına su tökməklə davam etdirirlər. AXC-Müsavat cütlüyünün antimilli fəaliyyəti nəticəsində Azərbaycanın torpaqlarının, o cümlədən Kəlbəcərin, Şuşanın, Laçının işğal altına düşməsi danılmaz həqiqətdir.

Bu radikal qruplaşma o zaman hakimiyyətə gəlmək üçün Azərbaycanın torpaqlarının işğalı faktına göz yummuş, dövlətin milli maraqlarını qurban vermişdilər. Bu gün isə həm adını "müxalifət” qoyaraq ölkə daxilində təxribatçı fəaliyyətlə məşğul olan radikal ünsürlər Ermənistanın təcavüzkar siyasətini dəstəkləməkdən çəkinmirlər. Onlar bilavasitə ermənipərəst dairələrin sifarişlərini yerinə yetirməklə dövlətin deyil, düşmənin yanında olduqlarını nümayiş etdirirlər. Dövlət başçısının qətiyyətlə ifadə etdiyi kimi: "Erməni açıq düşməndir. Oturub orada, bunlara görə torpaqlarımızı işğal edib. Bu Xalq Cəbhəsinin fərarilərinə görə bu gün o torpaqlardadır. Amma bu, oturub bizim içimizdə. Xaricdən pul alır, təlimat alır, mühiti zəhərləyir, bizim təmiz havamızı üfunət iyi ilə çirkləndirir və belə məqamlarda dövlətin yanında yox, düşmənin yanındadır”.

Bir sözlə, "beşinci kolon” bir daha Azərbaycan xalqına və dövlətinə qarşı düşmənçilik mövqeyi nümayiş etdirməklə əsl simasını, kimlərə xidmət etdiyini ortaya qoydu. Azərbaycan Prezidentinin bildirdiyi kimi: "Bu gün bu düşmənçiliyin başında dayanan Azərbaycan Xalq Cəbhəsidir, onun çirkin, satqın rəhbərləridir, özünü lider sayan qorxaqlar, fərarilərdir. Onlar artıq Azərbaycan xalqı tərəfindən dəfələrlə öz yerini görüblər və görəcəklər”.




İmza:

Ədalət Vəliyev Azərbaycan Milli Hərəkat Partiyasının sədri ilə görüşdü

Ermənilərin soydaşlarımıza qarşı nifrət zəminində törətdiyi cinayətlər Xorvatiya mətbuatında

Azərbaycan və Türkiyənin parlament sədrləri arasında telefon danışığı olub

Hikmət Hacıyev: BMT-nin xüsusi sessiyası 5-6 ay, hətta bir il davam edə bilər

AXCP və "Milli Şura"nın növbəti qeybətxana şousu: Karantinə görə insanların narahatlığı artır, bu da bizə sərf edir...

XİN-dən erməni əsilli livanlıların işğal olunmuş ərazilərə köçürülməsi haqqında məlumatlarla bağlı AÇIQLAMA

Deputatlar avqustun 5-də plenar iclasa toplanır

Milli Məclisin sabahkı iclasının gündəliyi açıqlandı

Azərbaycanın İtaliyadakı səfirindən dünya ölkələrinə ÇAĞIRIŞ

Hikmət Hacıyev Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının üzvləri ilə görüşüb

Hulusi Akar: Türkiyə ilə Azərbaycanın silahlı qüvvələri arasında əməkdaşlıq bu gün deyil, hər zaman mövcud olub

Ermənistan kimi təcavüzkar ölkənin silahlandırılması təəssüfedici faktdır - Aydın Quliyev

Ermənistanın silahlandırılması onun Azərbaycan torpaqlarını işğal etməsinə dəstək vermək deməkdir - Deputat

Ərdoğanla Merkel arasında telefon danışığı olub

XİN-də Azərbaycan-Gürcüstan əlaqələri müzakirə edilib

Prezident İlham Əliyev Türkiyənin Milli Müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Zakir Həsənov: Türkiyə Silahlı Qüvvələrinin dəstəyi ilə Azərbaycan öz müqəddəs borcunu yerinə yetirəcək

“Azərbaycan tək deyil, 83 milyonluq Türkiyə yanındadır” - Hulusi Akar

Könül Nurullayeva Türkiyə mətbuatına açıqlama verib

Xalqı aşağılayan radikallar erməni çörəyi yeyirlər - Siyavuş Novruzov

Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə telefonla zəng edib

Azərbaycanın Los Ancelesdəki baş konsulu Amerika Yəhudi Komitəsinin üzvləri ilə görüşüb

SON XƏBƏRLƏR
2020-08-13


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.95%)
Pullsuz (12.05%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylını dostlardan biri qonaq çağırır.

Qonaqlığa tez gəlmiş şair süfrə düzələnə kimi dostunun dərs hazırlayan oğlu ilə başını qatmağa çalışır.

Əlini uşağın telinə çəkib qabağındakı riyaziyyat dəftərinə baxır.

-Nağayrersan?

Uşaq:

-Vəli əmi,ən kiçik ortaq böləni axtarıram..

Şair təəccüblə:

-Ayə,hələ onu tapbeflarmı,mən uşaq olanda da onu axtarerdılar)

Paylaşdı: Ayaz Arabaçı



digər lətifələr
ARXİV
FACEBOOK