ANA SƏHİFƏ / MƏDƏNİYYƏT

Xalq artisti Mirzə Babayevin doğum günüdür: "Düşürsən yadıma"...

16985    |   2020-07-16 10:48
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Estrada musiqimizin korifeylərindən biri, sevimli sənətkar, Xalq artisti Mirzə Babayevin ad günüdür.

Adalet.az xəbər verir ki, M.Babayev 1913-cü ildə Bakı şəhərində dünyaya gəlib. O, ilk təhsilini M. Əzizbəyov adına Sənaye İnstitutunun memarlıq fakültəsində alıb. Mirzə Babayev Bakıda ("Nizami” muzeyi) və Azərbaycanın digər şəhərlərində olan bir çox binaların və muzeylərin layihə müəllifidir. Estradanın çevik, həyatsevər, səmimi sənətkarı müğənnilik fəaliyyətinə müharibədən qayıdan zaman – görkəmli bəstəkar Tofiq Quliyevin rəhbərlik etdiyi caz orkestrində başlayıb.

1948-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına, məşhur müğənni Bülbülün sinfinə daxil olub. Uzun illər Azərbaycan Dövlət Filarmoniyasında çalışıb. O, "Limanda”, "Saçlarına gül düzüm”, "Uzaq yaşıl ada”, "Kəpənək”, "Bahar sənsiz”, "Bir axşam”, "Dayan, zaman”, "Gəlmədi”, "Kimlər gəldi, kimlər getdi”, "Möcüzələr adası”, "Naxçıvanım”, "Çiçək kimi”, "Tanqo”, "Axı niyə danırsan?” kimi gözəl mahnıların ifaçısıdır.. Korifey sənətkar ifa etdiyi mahnılara öz möhürünü vurmuşdur.

İxtisasca arxitektor olan Mirzə Babayev "Dərviş Parisi partladır” "Qorxma, mən səninləyəm”, "İşarəni dənizdən gözləyin”, "Bəyin oğurlanması”, "Dəli Kür” və s. filmlərdə unudulmaz obrazlar yaratmışdır. Hərtərəfli istedada malik Mirzə Babayev, eləcə də 30-dan artıq filmdə yaddaqalan obrazlar yaradıb.

M. Babayev Əməkdar artist, Xalq artisti, iki dəfə "Humay” mükafatı laureatına layiq görülüb.

Görkəmli sənətkar 2003-cü il yanvarın 13-də vəfat edib.

Əntiqə Rəşid





İmza:
SON XƏBƏRLƏR
2020-08-14


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.95%)
Pullsuz (12.05%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylını dostlardan biri qonaq çağırır.

Qonaqlığa tez gəlmiş şair süfrə düzələnə kimi dostunun dərs hazırlayan oğlu ilə başını qatmağa çalışır.

Əlini uşağın telinə çəkib qabağındakı riyaziyyat dəftərinə baxır.

-Nağayrersan?

Uşaq:

-Vəli əmi,ən kiçik ortaq böləni axtarıram..

Şair təəccüblə:

-Ayə,hələ onu tapbeflarmı,mən uşaq olanda da onu axtarerdılar)

Paylaşdı: Ayaz Arabaçı



digər lətifələr
ARXİV
FACEBOOK