ANA SƏHİFƏ / GÜNDƏM

“Haqqı çatanlar mükafatlandırılacaq” - Jurnalistlər Prezidentə təşəkkür etdilər

13167    |   2020-07-02 16:50
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Prezident İlham Əliyev Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda mətbuatın keçdiyi inkişaf yolu qiymətləndirilərək qarşıda duran vəzifələr qeyd olunub. Eyni zamanda, ölkə başçısı rəsmi sənəddə jurnalist təşkilatlarının və redaksiyaların təklifləri əsasında Azərbaycan milli mətbuatının inkişafında xüsusi xidmətləri olan jurnalistlərin mükafatlandırılması məsələsinə toxunub.


Prezidentin bu təşəbbüsünü media nümayəndələri necə qiymətləndirir?


Modern.az mövcud sualla bağlı bəzi mətbuat nümayəndələrinin fikirilərini öyrənib:

Parlament Jurnalistləri Birliyinin (PJB) sədri Elşad EyvazlıMilli Mətbuatımızın 145 illiyi ilə bağlı ölkə Prezidenti tərəfindən imzalanan sərəncamı yüksək qiymətləndirib:


"Bu sərəncam bütün ölkə jurnalistləri tərəfindən yüksək dəyərləndirilir. Çünki jurnalistlər sərəncamdan da gördülər ki, dövlət başçısı onların müdafiəçisidir və mətbuatın inkişafında çox maraqlıdır.

Bundan başqa, görünən mənzərə odur ki, jurnalist təşkilatlarının və redaksiyaların təşəbbüslərinə dəstək veriləcək.

Artıq jurnalistlərə böyük dəyər verilir və bizlər də öz növbəmizdə Prezidentin bu addımını alqışlayırıq. Eyni zamanda, təşkilat kimi də öz üzərimizə düşən yükü yerinə yetirməyə borcluyuq. Əminik ki, əvvəlki illərdən fərqli olaraq bu dəfə mətbuat nümayəndələri heç bir haqsızlıqla üzləşməyəcək. Çünki artıq informasiyaları ölkə rəhbərliyinə çatdıracaq doğru-dürüst adamlar var. Buna mən KİVDF-nin icraçı direktoru Əhməd İsmayılovla görüşdə bir daha əmin oldum. Əhməd İsmayılov mətbuatın problemləri barədə kifayət qədər məlumatlıdır, medianın inkişaf konsepyiası ilə bağlı da maraqlı və fərqli üslubda, mətbuatı qabağa aparacaq fikirləri var. Yeni rəhbərlik "mən hər şeyi düzgün bilirəm” iddiasını irəli sürüb heç bir jurnalistin fikrinə əhəmiyyət verməmək kimi məsələlərdən uzaqdır və jurnalistlərə açıqdır. Düşünürük ki, Azərbaycan mediasının inkişafını istəyən jurnalistlərin təklifləri ölkə rəhbərliyinə çatdırılacaq. Bu da bizdə həmin sərəncamdan irəli gələn müddəaların yerinə yetirilməsində ruh yüksəkliyi yaradır.

Ümumilikdə, hesab edirəm ki, jurnalistikanın inkişafında əməyi keçənlərin heç biri diqqətdən kənarda qalmayacaq. Biz Prezidentimizə təşəkkürümüzü bildiririk”.

"Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad PaşasoyPrezidentin "jurnalistlər mənim köməkçilərimdir” ifadəsinin sərəncamla bir daha sübut olunduğunu deyir:


"Pandemiyanın ortaya çıxardığı reallıqlar və fəsadlar çox təəssüf ki, təkcə bizim cəmiyyəti deyil, ümumiyyətlə, bütün bəşəriyyəti bir sıra məsələlərdən məhrum edib. Belə bir durumda Azərbaycan Prezidentinin Milli mətbuatımızın 145 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncam imzalaması təqdirəlayiq addımdır və media ictimaiyyəti tərəfindən məmnunluqla qarşılanır. Koronavirus pandemiyası səbəbindən Azərbaycan daxil, dünya boyunca bir çox mühüm tədbirlər, idman oyunları və digər planlaşdırılmış mərasimlər təxirə salındığı halda, dövlətimizin başçısının Milli mətbuatın yubiley tədbirini keçirməklə bağlı müvafiq qurumların qarşısında konkret vəzifələr qoyması sıradan bir məsələ deyil. Ölkə rəhbəri bununla bir daha nümayiş etdirdi ki, mətbuata böyük önəm verir, onun inkişafında maraqlıdır və təsadüfən "jurnalistlər mənim köməkçilərimdir” deməyib. Cənab İlham Əliyev fəaliyyəti dövründə medianın inkişafı istiqamətində çox ciddi və tarixi addımlar atıb. Elə KİV-ə Dövlət Dəstəyi Fondunun yaradılması, jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə dövlət büdcəsindən jurnalistlər üçün evlərin tikilməsi, mətbuatımızda xidmətləri olan həmkarlarımızın mükafatlandırılması kimi addımlar bu qəbildəndir. Ölkə rəhbəri hətta bir sıra hallarda məmurların ona çatdırmadığı informasiyaları alternativ mənbələrdən, konkret halda mətbuatdan aldığını deyirsə və medianın rolunu qiymətləndirirsə, bu, sıradan bir məsələ deyil. Odur ki, yubiley tədbiri barədə sərəncam da məhz bu kontekstdən qiymətləndirilməlidir”.

E.Paşasoy mətbuatın 145 illiyi ilə bağlı yubileyin keçirilməsi qərarınından xeyli məmnun qalıb:

"Dünyada elan olunmamış müharibənin davam etdiyi və nə zaman bitəcəyi bəlli olmadığı halda, Ali Baş Komandan, Prezident Azərbaycanın Milli mətbuatının 145 illik yubileyinin, Operativ Qərargahın tətbiq etdiyi qaydalar nəzərə alınmaqla da olsa, keçirməyi tövsiyə edib, bu, mətbuatımızın tarixinə həkk olunacaq qədər önəmli qərardır.

Milli mətbuatımızın yaradıcısı, böyük ədibimiz Həsən bəy Zərdabi zamanında "Əkinçi” qəzetini yaratmazdan öncə belə qənaətə gəlmişdi ki, "mütləq qəzet nəşr etdirmək gərəkdir. Hər il qəzet oxuyanlardan 10 nəfər anlasa, onların sayı hər il artacaq”. Görün mətbuatımızın qurucu siması hansı arzu-istəkdə idi, oxucu və anlayan sayının hər il on nəfər artması diləyindəydi. Ancaq o, torpağa elə bir dən səpdi ki, çox keçmədi nəinki "Əkinçi”dən boy atan imzalar, eyni zamanda çoxsaylı qəzetlər və dərgilər işıq üzü gördü,cəmiyyətimizin maariflənməsinə hədəflənən ziyalıların çevrəsi genişləndi və Həsən bəyin arzuları yüz qat çiçəkləndi. Bu mənada Milli mətbuatımızın yarannma günü sıradan bir tarix deyil. Kim bilir, bəlkə həmin tarix olmasa,”Əkinçi”dən bəhrələnən ziyalılarımızın Cümhuriyyət arzuları da çin olmazdı. Bu mənada Azərbaycan Prezidentinin Milli mətbuatımızın tarixinə Cümhuriyyət tariximiz qədər önəm verməsi qürurvericidir və sərəncamın tarixi əhəmiyyətini daha da artırır”.

"Report.az” İnformasiya Agentliyinin redaktoru İmdad Əlizadəçətin pandemiya şəraitində bu cür sərəncamın verilməsinin prezidentin mətbuata olan xüsusi diqqətindən irəli gəldiyini bildirib:

"Prezident İlham Əliyevin Azərbaycan mətbuatının yaranmasının 145 illiyi ilə bağlı verdiyi sərəncamda Azərbaycan mətbuatının yaranması, keçdiyi inkişaf yoluna toxunmaqla yanaşı, qarşıda duran vəzifələr də aydın şəkildə göstərilib. Sərəncamda Azəbaycan mətbuatının tarixinə toxunulur, eyni zamanda müasir dövrdə həll olunacaq məsələlər öz əksini tapır. Qeyd olunduğu kimi Azərbaycan mətbuatının qarşısında modernlik, obyekilik, rasionallıq və s. məsələlər dayanır. Bu məsələlər uzun illərdir ki, həllini gözləyir, zaman-zaman müzakirə olunub və Prezident həll yolunu zəruri sayır. Bundan başqa, diqqət yetirilməli əsas məqamlardan biri sənədin dünyada və ölkədə koronavirus pandemiyasdının yaranması və belə ağır dövrdə imzalanmasıdır. Hazırda Azərbaycanda pandemiya ilə ciddi mübarizə aparılsa da, Prezident yubileyin keçirilməsini unutmayaraq bununla bağlı qərar verdi.
Sərəncamda da qeyd olunur ki, Prezident Administrasiyası Operativ Qərargahın tövsiyələrini nəzərə almaqla yubiley tədbirlərinin keçirilməsini təmin etməlidir. Bu, məbuata göstərilən diqqətdir və eyni zamanda mükafatların verilməsi məsələsi mətbuata xidmət edən insanların qiymətləndirilməsi deməkdir.

Sərəncama uyğun olaraq aidiyyatı strukturlar, qurumlar və jurnalist təşkilatları mətbuatın inkişafı istiqamətində islahatlar aparılmalıdır ”.


İ.Əlizadə jurnalistlərin mükafatlandırılma məsələsinə də toxunaraq mükafata namizəd olan olacaq şəxslərin seçilməsində həmkarlarını obyektiv olmağa çağırıb:


"Jurnalist təşkilatları və redaksiyalar mətbuatda xüsusi xidmətləri olan jurnalistlərin mükafatlandırılması ilə bağlı siyahı təqdim etməlidirlər. Mən bütün təşkilalardan, baş redaktorlardan xahiş edirəm ki, siyahıları tərtib edərkən doğurdan da mətbuatın inkişafında əməyi olan, öz zəhməti ilə ortaya iş qoya bilən jurnalistlərin namizədliklərini irəli sürsünlər. Çünki layiq olmayan adamların namizədliyi irəli sürülüb sonradan onlar tətlif olunanda narazılıqlar yaranır. Bu baxımdan redaksiyaların üzərinə böyük iş düşür ki, sonradan mükafatlandırma müzakirələrə səbəb olmasın. Hamımız Azərbaycan mətbuatında kimin nə işlə məşğul olduğunu bilirik və hər kəsi yanıyırıq. Ona görə də sabah haqqı olmayan jurnalist təltif olunanda haqqı çatan kənarda qalmamalıdır”.

"ASAN Radio”nun baş redaktoru İlkin KərimovPrezident tərəfindən verilən sərəncamı jurnalistlərə olan dəyərin növbəti təcəssümü kimi qiymətləndirir:


"Azərbaycan öz tarixinə bağlı dövlətdir. Minillərdən gələn dəyərləri yaşadır. Milli Mətbuatımız tarixi dəyərimizdir. H.Zərdabi və digər fikir adamlarının yaratdığı ənənələr yaşadılır. Nə əkiriksə, onu da biçirik. İşinə məsuliyyətlə, vicdanla yanaşan mətbuat nümayəndələri üçün iyul ayı önəmlidir. Dövlət başçısı bu tarixə böyük önəm verib. 22 iyul - Milli Mətbuatımızın yaranmasının 145 illiyi dövlət səviyyəsində qeyd ediləcək. Prezident İlham Əliyev tərəfindən imzalanan sərəncam mətbuata verilən diqqət və dəyərin növbəti təcəssümüdür.

Müstəqil Azərbaycan tarixində ilk dəfə bu il xüsusi günü pandemiya şəraitində qeyd edəcəyik. İnanıram ki, əlaqədar qurumların tələb və tövsiyələri nəzərə alınmaqla, builki Mətbuat günü ilə əlaqədar yubiley tədbirləri yaddaqalan olacaq. Uğurlar diləyir, həmkarlarımı təbrik etmək istəyirəm”.

"Ədalət” qəzetinin əməkdaşı Nicat NovruzoğluPrezident tərəfindən verilən busərəncamın mətbuatımızın cəmiyyətdəki roluna olan dəyər kimi qiymətləndirir:

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında” imzaladığı sərəncamı mətbuatımızın dünəninə bu gününə və gələcəyinə, inkişafına, cəmiyyətdəki roluna verdiyi dəyər kimi qiymətləndirirəm. Ölkə rəhbəri hər zaman mətbuatımıza dəyər verib. Zaman-zaman mətbuatın yubileyləri təntənəli şəkildə və dövlət səviyyəsində qeyd edilib. Bu yubileylər ərəfəsində həmkarlarımız dövlət təltiflərinə layiq görülüb, onların əməyi qiymətləndirilib. Bu bir faktdır ki, ölkəmizdə söz və mətbuat azadlığı üçün heç bir maneə və təhlükə yoxdur, jurnalistlər istədikləri mövzunu açıq şəkildə cəmiyyətin diqqətinə çatdıra bilirlər. Peşəkar jurnalistlər mövcuddur və onların vətəndaş cəmiyyəti quruculuğu prosesində rolu olub, bu gündə var, sabah da olacaq. Təbii ki, bütün sahələr kimi mətbuatda da müəyyən problemlər mövcuddur. Şükürlər olsun ki, bu problemlər dövlət başçısının, eləcə də birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğıları nəticəsində aradan qaldırılır, mətbuatın inkişafı istiqamətində mühüm addımlar atılır. Azərbaycanda nəşr olunan qəzetlərə dövlət tərəfindən maliyyə yardımı göstərilir, mətbuat işçilərinin mənzil şəraitinin yaxşılaşdırılması üçün "Jurnalistlər şəhərciyi” tikilib istifadəyə verilib və s.

Ölkə rəhbərinin sənəddə də göstərildiyi kimi, xüsusi karantin rejimi dövründə, belə bir sərəncam imzalamasını bir daha dövlət tərəfindən mətbuata verilən yüksək dəyər kimi qiymətləndirirəm”.


"Olaylar” İnformasiya Agentliyinin əməkdaşı Alim Hüseynlibu sərəncamın müstəqil medianın inkişafına şərait yaradacağını deyir:


"Birmənalı şəkildə qeyd edilməlidir ki, sözügedən sərəncam dövlət, dövlət başçısı tərəfindən mətbuata verilən yüksək qiymətin təzahürüdür. Hazırda Azərbaycanda mətbuata dövlət tərəfindən xüsusi qayğı göstərilir. Xüsusən, dövlət başçısı İlham Əliyev azad sözün cəmiyyətdə aşkarlıq və plüralizm prinsiplərinin bərqərar edilməsinin qarantı kimi çıxış edir. Dövlət başçısının jurnalistlərlə səmimi münasibətlər, daim onlarla ünsiyyət qurması bu reallığın təzahürüdür. Mətbuatımızın qabaqcıl və mütərəqqi ənənələrə əsaslanmaqla, xalqımızın tarixi-milli xüsusiyyətlərini qorumaqla inkişaf etməsini vacib sayan Prezident İlham Əliyev söz və mətbuat azadlığını demokratiyanın fundamental şərti hesab edir. Təsadüfi deyil ki, prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanda aparılan siyasi islahatların əsas mənası, məqsədi ondan ibarətdir ki, ölkəmiz hərtərəfli inkişaf etsin, ölkədə yaşayan hər bir vətəndaş bütün azadlıqlardan istifadə etsin. Qeyd edim ki, Azərbaycanda mətbuatın inkişafına qayğı dövlət siyasətinin tərkib hissəsidir. Məhz bu siyasətin tərkib hissəsidir ki, Azərbaycanda yüzlərlə qəzet, jurnal, 50-dən çox televiziya və radio kanalı fəaliyyət göstərir. Hesab edirəm ki, dövlət başçısının bu sərəncamı da müstəqil medianın inkişafına təkan verəcək”.




İmza:

Azərbaycan-Türkiyə birgə genişmiqyaslı taktiki təlimlərinin növbəti mərhələsi icra olunub - VİDEO

Azərbaycanla Türkiyə arasında qarşılıqlı vizadan azad etmə haqqında saziş avqustun 13-dən qüvvəyə minir

BU İLQAR RƏSUL NƏ ƏRİNCƏK ADAMIYMIŞ

Baş nazir: Operativ Qərargah yaxın zamanlarda bir sıra yumşalma proseslərinə də hazırlıq işləri görür

İlham Əliyev: Bizim üçün birinci məsələ insanların həyatı, onların sağlamlığıdır

Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimlərin müxtəlif elementlərini icra ediblər - VİDEO

İlham Əliyev və Mehriban Əliyeva meşə tipli yeni parkda görüləcək işlərlə tanış olublar - YENİLƏNİB

Fəttah Səməd oğlu Heydərov

Azərbaycan-Türkiyə birgə genişmiqyaslı taktiki təlimləri davam edir - VİDEO

Müdafiə Nazirliyindən Polad Həşimovun səngərdən uzaqda şəhid olması iddiası ilə bağlı RƏSMİ AÇIQLAMA

“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanuna dəyişiklik edildi

Təlimlərdə iştirak edən Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının istirahət günlərində gəzintiləri davam edir

“İcra məmurları haqqında” Qanuna dəyişiklik edildi

QHT-lər qrant müqavilələrinin qeydə alınması üçün elektron formada müraciət edə bilərlər - QANUN

Azərbaycan və Türkiyə HHQ-nin qırıcıları təlim-məşq uçuşları keçiriblər - VİDEO

Dövlət Komitəsi “Öncə Vətən” adlı sosial layihəyə start verib

Maraqlıdır, bəs, bizim partiyaların nə qədər üzvü, nə qədər gəliri var?

Prezident “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınma mərasimində - YENİLƏNİB

AzTV-nin xanım əməkdaşını şantaj edən şəxs həbs edildi

Rafiq Tağının ailəsi Prezidentə müraciət etdi: Sizi bu cinayət işinə yenidən baxmağa səsləyirik

Kəngərli sülaləsinin sonuncu generalı Cəmşid xan Naxçıvanski - Etibar Əliyev yazır

Madəm, vətən xaini idim, nəyə görə bu çirkin iftiranı 4 il sonra əleyhimə irəli sürdülər..?!"

SON XƏBƏRLƏR
2020-08-10


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.95%)
Pullsuz (12.05%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylını dostlardan biri qonaq çağırır.

Qonaqlığa tez gəlmiş şair süfrə düzələnə kimi dostunun dərs hazırlayan oğlu ilə başını qatmağa çalışır.

Əlini uşağın telinə çəkib qabağındakı riyaziyyat dəftərinə baxır.

-Nağayrersan?

Uşaq:

-Vəli əmi,ən kiçik ortaq böləni axtarıram..

Şair təəccüblə:

-Ayə,hələ onu tapbeflarmı,mən uşaq olanda da onu axtarerdılar)

Paylaşdı: Ayaz Arabaçı



digər lətifələr
ARXİV
FACEBOOK