ANA SƏHİFƏ / AVTOMOBİL

Sürücülərin NƏZƏRİNƏ: “Apteçka”da kifayət qədər tibbi ləvazimat olmalıdır

52697    |   2020-06-16 20:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İlkin tibbi yardım zamanı zərərçəkənlərə ixtisasca həkim olmayan şəxslər tərəfindən hər hansı dərman vasitələrinin verilməsinin məqbul hesab olunmaması və dərmanların avtomobildə saxlanması şəraitinin onun keyfiyyətinin pozulmasına səbəb ola biləcəyinə görə nəqliyyat vasitələrində dərman vasitələrinin saxlanılması məqsədəmüvafiq hesab edilmir.

Bu barədə İnzibati Xətalar Məcəlləsinə, "Yol hərəkəti haqqında” qanuna və həmin qanuna 1 saylı əlavəyə nəzərdə tutulan dəyişiklik layihəsində bildirilir.

Layihədə yazılıb ki, bunu nəzərə alaraq, ilk tibbi yardım qutusunda yol-nəqliyyat hadisələri zamanı yardım göstərilməsinə kifayət edə biləcək qədər və çeşiddə tibbi ləvazimatlar, dərman vasitələri nəzərdə tutulmalıdır.

Layihəyə əsasən, həmin sənədlərdəki "dərman qutuları” sözləri "ilk tibbi yardım qutusu” sözləri ilə əvəz olunur.

Nəqliyyat vasitəsi deyərkən avtobus, minik və yük avtomobilləri, təkərli traktor nəzərdə tutulur.

Layihə Milli Məclisin Səhiyyə komitəsinin iyunun 16-da keçirilən iclasında müzakirəyə çıxarılıb. Sənəd parlamentin plenar iclasına tövsiyə edilib.




İmza:
SON XƏBƏRLƏR
2020-07-12
2020-07-11


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.89%)
Pullsuz (11.11%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Siyasətçi ilə dolu bir avtobus seçki kampaniyası üçün kənd-kənd gəzirlərmiş. Avtobus böyük bir fermanın yanından keçərkən avtobus sürücünün diqqətsizliyindən dərəyə aşır.

Fermer qaçaraq gəlir və gecə qurda-quşa yem olmasın deyə cəsədləri basdırmağa başlayır.

Ertəsi gün polis sorğu üçün fermaya gəlir.

Fermerdən soruşur:

- Deməli, avtobusdakı bütün siyasətçiləri basdırdın. Hamısının ölü olduğundan əminsən?

Fermer cavab verir:

- Bəziləri yaşadıqlarını iddia elədilər, amma siyasətçiləri bilirsiniz də, necə yalan danışırlar. Amma məni aldada bilmədilər.




digər lətifələr
ARXİV
FACEBOOK