ANA SƏHİFƏ / GÜNDƏM

"KOB könüllüləri" sahibkarlara və vətəndaşlara qoruyucu maska və əlcək paylayıb

2147    |   2020-05-22 16:30
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Qəbələ-Oğuz "KOB Dostu” ofisinin və Qəbələ Gənclərin İnkişaf və Karyera Mərkəzinin könüllüləri Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin başlatdığı "Bir-birimizi qoruyaq" kampaniyası çərçivəsində rayonda xidmət, ticarət və sənaye sahəsində fəaliyyət göstərən sahibkarlara qoruyucu maska və əlcək paylayıblar.

KOBİA-dan Adalet.az-a bildirilib ki, ölkəmizdə koronavirus (COVID-19) pandemiyasının yayılmasına qarşı həyata keçirilən sosial izolyasiya tədbirlərinə dəstək məqsədilə təşkil olunmuş aksiya çərçivəsində müəssisə və ictimai iaşə obyektləri ilə yanaşı, əhalinin daha çox toplaşdığı yerlərdə vətəndaşlara da qoruyucu vasitələr təqdim edilib.

Ümumilikdə aksiya çərçivəsində indiyədək "KOB könüllüləri” və Qəbələ Gənclərin İnkişaf və Karyera Mərkəzinin könüllüləri tərəfindən 250-yə yaxın sahibkar və vətəndaşa maska və əlcək paylanılıb.
Həmçinin könüllülər Nazirlər Kabineti yanında Operativ Qərargahın və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi qaydalara əməl etməklə özlərinin və yaxınlarının sağlamlıqlarını qoruya biləcəklərini bir daha sahibkarların və vətəndaşların diqqətinə çatdırıb, onlara maarifləndirici bukletlər təqdim ediblər.

Aksiya may ayının sonuna qədər davam edəcək. Könüllülərin bu nəcib aksiyası Qəbələ sakinləri tərəfindən maraqla qarşılanıb.



İmza:

Hava Hücumundan Müdafiə bölmələri mövqelərini tutublar - VİDEO

İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Naxçıvan Qarnizonu Qoşunlarında komanda-qərargah təlimi davam edir

Təlimə cəlb edilən tank bölmələri tapşırıqları yerinə yetirir - VİDEO

DÖVLƏT-VƏTƏNDAŞ HƏMRƏYLİYİNƏ TÖHFƏ

Azərbaycanda daha 131 nəfər koronavirusa yoluxdu, 143 nəfər sağaldı, 1 nəfər vəfat etdi

Müdafiə Nazirliyi: Orduya qarşı aparılan təxribat xarakterli kampaniya ilə bağlı hüquqi müstəvidə tədbirlər görüləcək

SƏN NİYƏ UTANIRSAN, QIZIM?

Azərbaycan və Türkmənistan arasında fiber-optik xəttin çəkilməsi müzakirə olunub

Müdafiə naziri təlimlərdə məruzələri dinləyib və qoşunlar start mövqelərinə çıxarılıb - VİDEO

Milli Məclisin qarşısında aksiya keçirməyə cəhd edildi - RƏSMİ AÇIQLAMA

Deputat köməkçilərinin maaşı açıqlandı

Nizami Cəfərov: “Onun bir rektor kimi ən böyük uğuru ondan ibarətdir ki...”

Baş infeksionist: Qapalı yerlərdə maskadan istifadə edilməməsinə görə cərimə tətbiq edilməlidir

Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat-taktiki təlimləri başa çatdı

Firdovsi Umudov: “5-ci kolon”a xidmət edənlər barəmdə təxribata cəhd edirlər”

Azərbaycanda daha 140 nəfər koronavirusa yoluxdu, 101 nəfər sağaldı

Kim yaxşı dədəsini sizə verəcək? - Rəsulzadə ilə Nərimanovu söyənlərə

Azərbaycanda Ramazan bayramı qeyd olunur

Ölkəyə gətirilən tibbi ləvazimatlara görə daha bir ay gömrük rüsumu ödənilməyəcək

Naxçıvan Qarnizonu Qoşunlarında komanda-qərargah təlimi başa çatıb - VİDEO

Rəşad Mahmudov: Son günlərin statistikası pandemiyanın “ikinci dalğası”nın yetərincə real olacağını göstərir

SON XƏBƏRLƏR
2020-05-26
2020-05-25


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK