ANA SƏHİFƏ / HÜQUQ

Baş prokurorun yeni köməkçiləri təyin olunub

5444    |   2020-05-19 10:44
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin imzaladığı əmrlə Baş prokuror yanında Korrupsyaya qarşı mübarizə Baş İdarəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Elnur Musayev tutduğu vəzifədən azad edilərək Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi vəzifəsinə təyin olunub.

Adalet.az-ın məlumatına görə, bunu Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov öz facebook profilində məlumat yayıb.

Məlumatda bildirilir ki, Elnur Musayev Bakı Dövlət Universitetinin, Böyük Britaniyanın Şeffild Universitetinin hüquq fakültələrini və Beynəlxalq Antikorrupsiya Akademiyasını fərqlənmə ilə bitirərək ikinci magistr dərəcəsini qazanıb.

O, 1998-ci ildən prokurorluq orqanlarında müxtəlif vəzifələrdə, o cümlədən 2005-2020-ci illərdə Baş prokuror yanında Korrupsyaya qarşı mübarizə Baş İdarəsində böyük prokuror vəzifəsində işləyib.

Beynəlxalq ekspert qismində BMT-nin, Avropa Şurasının və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) monitorinq mexanizmlərində 14 ölkənin, o cümlədən Meksika, Norvec, Polşa, Rumıniya, Serbiya, Ukrayna və digər ölkələrin monitorinqini həyata keçirib. Avropa Şurasının çirkli pulların yuyulması sahəsində Moneyval mexanizmi çərçivəsində Xorvatiya üzrə montorinq eksperti seçilmişdir. Avropa Birliyinin Tvinninq layihəsinin əlaqələndicisi olmuş, Avropa Şurasının bir neçə beynəlxalq layihəsini həyata keçirib.

Peşəkar fəaliyyəti dövründə göstərdiyi xidmətlərə görə dövlət təltiflərinə layiq görülmüşdür. İngilis, fransız və rus dillərini sərbəst bilir.

Baş prokurorun digər əmri ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Müabrizə Baş İdarəsinin böyük prokuroru, kiçik ədliyyə müşaviri Emin Nəsibov tutduğu vəzifədən azad edilərək Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi vəzifəsinə təyin olunub.

Emin Nəsibov Bakı Dövlət Universitetinin hüquq fakültəsinin bakalavr və həmin universitetin cinayət hüququ, cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası ixtisası üzrə magistr pillələrində təhsil alıb.

O, 2010-cu ildən prokurorluq orqanlarında müxtəlif vəzifələrdə, o cümlədən 2019-cu ildən Baş prokuror yanında Korrupsyaya qarşı mübarizə Baş İdarəsində böyük prokuror vəzifəsində işləyib.

Avropa Komissiyasının TAIEX proqramı çərçivəsində İtaliyanın məhkəmə sistemində korrupsiyaya qarşı mübarizə üzrə təcrübənin öyrənilməsi, Avropa İttifaqının Əmlakın bərpası üzrə Qurumların Platforması tərəfindən təşkil edilən virtual valyutalar üzrə təlimlərdə, habelə bir sıra beynəlxalq tədbirlərdə fəal iştirak etmişdir.

Hazırda Beynəlxalq Antikorrupsiya Akademiyasında Antikorrupsiya Təlimləri üzrə magistr proqramı üzrə təhsilini davam etdirir. İngilis və rus dillərini sərbəst bilir.




İmza:

“Azərişıq” əməkdaşlarının güllələnməsi ilə bağlı cinayət işi başlanıldı - RƏSMİ

Azərbaycanda pandemiya dövründə 624 məhkum azadlığa buraxılıb - RƏSMİ

Azərbaycan məhkəmələri xaricdəki mülkləri müsadirə edə biləcək

Oğuzda 13 yaşlı şəxsin meyiti çaydan tapılıb - RƏSMİ

Baş Prokurorluq Goranboydakı hadisə ilə bağlı xəbərdarlıq etdi

Prokurorluq işçilərinə “Əməkdar hüquqşünas” fəxri adı verildi - SƏRƏNCAM

Baş Prokurorun yeni müavinləri - ADLAR

Mingəçevirdə qadının qətli ilə bağlı cinayət işi başlandı - RƏSMİ

İnsan alverindən zərər çəkmiş əcnəbilərin qeydiyyatının aparılması proseduru müəyyən edilib

Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib

Gədəbəy və Samux rayonlarına prokuror təyin olundu

Dövlət Təhlükəsizliyi Xidməti sisteminə işə götürülən işçilərin ştat sayı həddinə dəyişiklik təsdiqləndi - FƏRMAN

SON XƏBƏRLƏR
2020-05-28
2020-05-27


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK