ANA SƏHİFƏ / YAZARLAR

Faiq QİSMƏTOĞLU: ZƏHƏRLİ İLAN

16393    |   2020-05-02 10:19
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

... Dünyada təkcə ilan zəhərli deyil. Ilandan da zəhərli məxluqlar, adamlar var. Bunlar heç də zəhərliylə, heç də əməliylə ilandan geri qalmırlar. Harda oldu, harda gəldi, harda oturdular, ancaq əllərindən pis işlər gəlir. Yəni onlar yaxşı yox, pis iş görməklə özlərində bir sakitlik, rahatlıq tapmağa çalışırlar...

Indi ölkəmizdə böyük islahatlar gedir, böyük layihələr həyata keçirilir, böyük işlər görülür. Amma bu böyük islahatlara, böyük işlərə kölgə salan çoxlu sayda vəzifəli şəxslər var. O vəzifəli şəxslər ki, xalqa deyil, dövlətə deyil, prezidentə deyil, ancaq özlərinə, qohum-əqrabalarına və yaxınlarına xidmət eləyirlər. Elə ki, vəzifə kreslosunda əyləşdilər, elə ki, gəlib həmin zirvəyə çatdılar, gözləri ayaqlarının altını görmür və başlayırlar dünyanın altını üstünə çevirməyə. Bax, belə adamlar heç də uzağa gedə bilmirlər.

Bayaq dedik axı, ölkəmizdə böyük islahatlar gedir. Bu islahatları da həyata keçirən cənab prezident İlham Əliyevdir. Və o, dəfələrlə çıxışlarında bildirib ki, mən xalqa xidmət etməyən, xalqı incidən, xalqa əzab verən məmurları cəzalandıracam. Cənab prezident bu sözləri bəyan edib və sonra da öz əməlinə sadiq qalaraq xalqa xidmət etməyən, xalqın haqqına girən vəzifəli şəxsləri ya vəzifədən azad edib, ya da cəzalandırıb...

Heç uzağa getməyək, son vaxtlar Azərbaycanda üç icra başçısı cinayət məsuliyyətinə cəlb olunub. Bu bəs deyilmiş kimi, dördüncü icra başçısı və onun müavinləri də Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb və onlar barsində cinayət işi qaldırılıb. Hansı ki, dəfələrlə cənab prezident öz çıxışında deyib ki, bu ölkədə toxunulmaz şəxs yoxdur, heç kimin də xidmətləri nəzərə alınmayacaq. Ona görə də vəzifəli şəxslər tapşırılan işi vicdanla, namusla yerinə yetirməlidilər. Görünür, bəzi icra başçıları bu məsələləri yaddan çıxarırlar...

Cənab prezident onu da deyib ki, o insanlara ki, etimad göstəririk, onları vəzifəyə təyin edirik, onlar gedib xalqa, millətə, dövlətə xidmət eləməlidir. Təəssüf ki, bir çox icra başçıları cənab prezidentin bu tövsiyələrini bu qulağından alıb, o qulağından verir. Elə ki, vəzifəyə keçdilər, tamamilə başqa bir yer tuturlar. Ona görə də onlar gec-tez öz cəzalarına çatırlar. Əlbəttə, bütün bunlar reallıqdır və bunlardan qaçmaq mümkün deyil. Bu hadisələr bir daha onu göstərir ki, Azərbaycanda bu islahatlar, bu addımlar davam edəcək. Amma təəssüf ki, bundan nəticə çıxaran vəzifəli şəxslər çox azdır...

Düşünürdük ki, üç icra başçısı cinayət məsuliyytinə cəlb ediləndən sonra digərləri heç olmasa çəkinər, heç olmasa əvvəlki mövqelərindən kənar durar və xalqa, millətə, dövlətə xidmət eləyər. Əfsuslar olsun ki, bu gün ölkəmizdə yenə kifayət qədər vəzifəli şəxslər var ki, onlar cənab prezidentin tapşırıqlarına məhəl qoymur, öz bildikləri kimi hərəkət edir, sonra da beləcə cəzalanırlar.

Cənab prezident İlham Əliyev humanist insandı, humanist prezidentdir. Çox təəssüf ki, bəzi vəzifəli şəxslər cənab prezidentin humanistiliyindən sui-istifadə edir və sonra da cəzalanırlar. Cənab prezident düz edir. Addımını düz atmayan şəxs təbii ki, məsuliyyətə cəlb edilməlidir...

Heç uzağa getməyək. İsmayıllı rayonuna gənc kadr icra başçısı təyin edilib. Cənab prezident onları vəzifəyə təyin edərkən bir daha bildirdi ki, bax, sizi bu vəzifəyə təyin edirəm, siz yaxşı işləməsəniz, cəzalandıracam! Bəli, həmin icra başçılarından biri, yəni İsmayıllı rayon icra hakimiyyətinin başçısına işində verdiyi nöqsanlara görə, cənab prezident tərəfindən cəzalandırılaraq töhmət verildi. Bax, əsas məsələ odur ki, heç kimə güzəşt edilmir. Hamı zəhmət çəkib bu xalqa, bu dövlətə, bu ölkəyə, bu prezidentə xidmət eləməlidirlər...

"Böyük dayaq” filmində çox maraqlı bir epizod var. Filmdə kolxoz sədri Rüstəm kişi barəsində müxtəlif təşkilatlara imzasız məktublar gedir. Və həmin məktublar da kolxoz sədrinin əleyhinə yazılan məktublar olur. Raykomun birinci katibinin apardığı araşdırmadan sonra məlum olur ki, bu məktublar kənd sakini Yarməmmədin imzasıyla yazılıb. Kolxozçuların iştirakı ilə keçirilən iclasda Yarməmməd tutduğu əməlindən peşman olduğunu etiraf edir. Sədr onu "Ə, sən nə zəhərli ilan imişsən?” – deyə acılayır. Birinci katib söhbətə müdaxilə edir: - Bəli, o zəhərli ilandı, amma ondan da zəhərli ilan daş altında yatıb - deyə bildirir...

Bəli, bu gün ölkəmizdə vəzifədə olan bəzi zəhərli ilanlar daş altında yatıb. Və onların da ölkədə dövlət əmlakının mənimsənilməsində, talanmasında kifayət qədər öz "payları” var. Onlar heç olmasa qorxmalı, çəkinməli, bir daha yəqin etməlidilər ki, onların bu cinayət əməllərinin üstü gec-tez açılacaq. Ona görə də bu şəxslər heç olmasa vicdanları qarşısında hesabat verməli, düşünməlidirlər ki, ziyanın yarısından qayıtmaq da xeyirdir. Amma çox təəssüf ki, pis vərdişlərə öyrəşən adam çətin ki, ondan xilas olsun. Bizdə elə vəzifəli şəxslər var ki, həmin vərdişlərdən əl çəkmir. Çünki onların əli hər gün, hər ay rüşvət almağa öyrəşib. Onlar milləti, xalqı incitməyə alışıblar. Kabinetlərinin qarşısında vətəndaşları günlərlə, həftələrlə süründürməyə çox böyük həvəs göstərirlər. Təbii ki, bütün bunlar insanların hüquqlarının pozulması, insanların əsəbləşməsi, başqa sözlə demiş olsaq, onların həyat tərzinin pozulmasına gətirib çıxarır. Aydındır ki, bu məsələlər həmişə gündəmdə olmalıdır. Gündəmdə o mənada olmalıdır ki, vəzifəli şəxs səhər işə gələndə düşünməlidir ki, mən bu vətənə, bu millətə, bu dövlətə, bu xalqa, bu prezidentə nə ilə xidmət eləyəcəm - insanlara vicdanla yanaşmaqla, yoxsa onları incitməklə?!.

Təbii ki, ölkədə müəyyən korrupsiya halları da var, rüşvətxorluq da var, neqativ hallar da mövcuddur. Amma ölkədə böyük təmizləmə prosesi gedir. Və bu prosesdə DTX çox böyük, əvəzsiz işlər görür və prezidentə sadiqliyi ilə seçilir. Biz bu addımları alqışlayırıq və bir daha bəyan edirik ki, ölkəmizdə doğrudan da tək icra başçıları deyil, digər vəzifəli şəxslər də qanunauyğun hərəkət etmir, külli miqdarda pul alır, camaatı incidir, başqa sözlə demiş olsaq, əliəyri işlərlə məşğuldur. Heç uzağa getməyək, Bakıda elə məktəb direktorları var ki, özlərin hətta icra başçısından da üstün vəzifədə hiss edirlər. Adi bir məktəb direktoru gəlir, 3-4 ildə ev də tikir, maşın da alır. Hansı pulla? Məktəb təhsil verir, yoxsa məktəb biznes mərkəzidi?!.

Təbii ki, bütün bunlar gələcəkdə o sahələrdə də təmizlənmə prosesində özünü göstərəcək, əliəyri icra başçıları, əliəyri hüquq-mühafizə orqan işçiləri.... cinayət məsuliyyətindən kənarda qala bilməyəcəklər. Təbii ki, biz buna inanırıq. Və inanırıq ki, ölkədə gedən bu cür islahatlar xalq tərəfindən böyük dəstək alacaq və xalq prezidentin həyata keçirdiyi bu cür islahatları alqışlayacaqdır.

Bir daha demək istəyirik ki, vəzifəli şəxslər heç olmasa gözü çıxan qardaşlarına baxıb nəticə çıxarmalıdırlar. Nəticə çıxarmalıdırlar ki, ay dadi-bidad, daha bəsdir, yetər, xalqa bu qədər zülm eləmək, xalqın bu qədər haqqına girmək, xalqın bu qədər əlində, ovcunda olanı almaq, dövlətin büdcəsini talamaq bəsdir, yetər! Heç olmasa Allahdan qorxmaq lazımdır... heç olmasa qanundan qorxmaq lazımdır... heç olmasa bu xalqdan qorxmaq lazımdır... Belə şeylərin də axırı təbii ki həbsdir! Həbs, həbs, yenə də həbs! Hamı bilməlidir ki, dövlətə, vətənə, ölkəyə, onun büdcəsinə xəyanət eləyən vəzifəli şəxlər beləcə, cəzalanacaqlar...




İmza:

YAZARIN ARXİVİ

2018-11-24 : ONLUQ QIZIL
2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2020-05-27


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK