ANA SƏHİFƏ / SİYASƏT

Azərbaycan və İran XİN arasında telefon danışığı olub

9486    |   2020-04-15 22:47
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan Xarici İşlər nazirinin müavini Xələf Xələfovun İran Xarici işlər nazirin müavini Abbas Əraqçı və səfir Cavad Cahangirzadə ilə telefon danışıqları baş tutub.

Xarici İşlər Nazirliyindən Adalet.az-a bildirilib ki, danışıq zamanı X.Xələfov Azərbaycanın tərəfinin yüksək səviyyədə olan Azərbaycan İran əlaqələrini qorumaq üçün səylərini əsirgəmədiyini bildirərək pandemiya dövründə sərhədlərimizin bağlı olmasına baxmayaraq ölkələrimiz arasında tranzit daşımalarını və ticarət əlaqələrini qoruduğunu bildirib. Nazir müavini eyni zamanda, son günlər Ermənistan mətbuatında İran dövlət nömrə nişanlı yük avtomobillərinin Azərbaycanın işğal olunmuş ərazilərinə yanacaq, xammal və ərzaq daşımaları barədə məlumat və videogörüntülərin Azərbaycan Hökumətinin ciddi narahatlığına və ictimaiyyətin dərin narazılığına səbəb olduğunu vurğulayıb. Belə halların baş verməsinin işğalçı Ermənistana dəstəyə və münaqişənin şiddətlənməsinə xidmət etdiyini qeyd edib. Sözügedən məsələ ilə bağlı İranın Bakıdakı səfirliyinin təkzib bəyanatına istinad edən X.Xələfov İran tərəfinin Azərbaycan-İran ikitərəfli münasibətlərinin prinsiplərinə uyğun olaraq bu yayılan məlumatı və videogörüntüləri araşdıraraq Azərbaycan tərəfinə aydınlıq gətirəcəyinə ümidvar olduğunu bildirib.

İran Xarici İşlər nazirinin müavini İranın Azərbaycan ilə münasibətlərinə önəm verdiyini bildirərək, dost və qardaş münasibətlərin davam etdiriləcəyini qeyd edib. O, İran-Azərbaycan mehriban dost münasibətlərinin düşmənlərinin mövcudluğunu qeyd edərək, həmin qüvvələrin mütəmadi olaraq bu cür məlumatları ortaya ataraq ikitərəfli münasibətlərimizə xələl gətirməyə çalışdıqlarını vurğulayıb. A.Əraqçi, videogörüntülərin ortaya çıxmasından dərhal sonra Bakıdakı səfirliyə məlumatın yalan olduğuna və təkzib olunmasına dair təlimatın verildiyini söyəyib. İran İslam Respublikasının xarici işlər nazirinin müavini, həmçinin pandemiya ilə mübarizəyə Azərbaycan Hökumətinin etdiyi yardıma və pandemiya dövründə ölkə sərhədlərinin tranzit və yük daşımalar üçün açıq saxladığına görə təşəkkürünü bildirib.

Öz növbəsində, səfir Cavad Cahangirzadə Azərbaycan və İran Prezidentlərinin dostluq münasibətlərini qeyd edərək, ikitərəfli münasibətlərə önəm verdiklərini qeyd edib. Səfir, eyni zamanda Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Azərbaycan-İran münasibətlərinə daim qayğı göstərdiyinə və İİR-ə pandemiya ilə əlaqədar göstərilən köməyə, tranzit daşımalarına imkan yaradılmasına görə İran tərəfinin dərin minnətdarlığını ifadə edib.




İmza:

Ermənistanın Şuşa təxribatına Türkiyədən - RƏSMİ MÖVQE – VİDEO

Gürcüstandan Ermənistana növbəti cavab: “Xoşunuza gəlmirsə, alternativ yollardan istifadə edin”

ABŞ-ın paytaxtında Azərbaycan Milli Günü bəyan edildi

Prezident İlham Əliyev Gürcüstanın dövlət başçısı Salome Zurabişvilini təbrik edib

Adil Əliyev: Şərqdə ilk Cümhuriyyətin Azərbaycanda qurulması təsadüfi hadisə deyildi

ABŞ koronavirus səbəbilə G7 sammitinin vaxtını dəyişdi

Həsən Ruhani Prezident İlham Əliyevi təbrik edib

Kamran Bayramov: Karantin qaydalarının pozulmasına görə cəzalar sərtləşdirilməlidir

Türkiyə səfirliyi Azərbaycanı Respublika günü münasibətilə təbrik edib

Tacikistan dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib

Dövlət büdcəsinin icrası ilə bağlı məsələ parlamentin plenar iclasına tövsiyə olundu

“İnzibati tədbirlər vətəndaşlarının sağlamlığı, təhlükəsizliyi üçün vacibdir” - Tahir Rzayev

Vitse spiker: Azərbaycanda şəhid və qazi ailələrinə dövlətin və Prezidentin xüsusi qayğısı var

Milli Məclisin növbəti iclasının vaxtı məlum oldu

Milli Məclisdə Kanada parlamentarisinin Dağlıq Qarabağa qanunsuz səfəri pislənildi

Parlament Jurnalistləri Birliyinin bir qrup üzvü 100 il əvvəlki sələflərini belə yad etdi - VİDEO

Azərbaycan XİN İtaliyanı təbrik edib

Prezident İlham Əliyev: Azərbaycanın vaxtında gördüyü tədbirlər sayəsində biz minimum itki vermişik

Deputatlar bu gün üç mühüm məsələ üçün toplaşır

Milli Məclisin növbədənkənar iclasının gündəliyi məlum oldu

Zahid Orucdan müharibə anonsu

Adil Əliyev bəzi deputatları susqunluqda ittiham etdi

SON XƏBƏRLƏR
2020-06-02


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.39%)
Pullsuz (10.61%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK