ANA SƏHİFƏ / YAZARLAR

Yaşlılar - Uğur Dündar yazır

10179    |   2020-04-09 09:40
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Biri var imiş, biri yox imiş…

Hər şey adətə uyğun edilərmiş.

Buna görə əldən-ayaqdan çəkilib işə yaramayan yaşlılar bir küncdə ölmək üçün tərk edilirlərmiş.

Adət-ənənəyə uyğun olmayanlar isə cəza olaraq həyatdan qoparılırlarmış.

Bu sistemin tətbiqi o qədər qatı imiş ki, buna qarşı çıxmaq heç kimin ağlının ucundan da keçməzmiş.

★★★

Bu ölkədə bir müdrik adam və onun atasını çox sevən bir oğlu varmış.

Adam müəyyən yaşa çatandan sonra oğlu onu çiyninə alıb meşənin dərinliklərində bir yerə gətirib qoyubmuş.

Elə qayıtmaq istəyirmiş ki, "ata, indi geri necə qayıdacam, meşədən necə çıxacağımı bilmirəm” deyə soruşmuş.

Atası "oğlum, sən məni çiynində daşıyarkən ağaclardan quru budaqları qırıb keçdiyimiz yerlərə tulladım. Onları izlə, yolunu rahatca tapacaqsan” demiş.

★★★

Oğul öz-özünə "bu adama da pislik etmək olar?” deyib yola düzəlir, rahatca quru budaqları izləyib evinə çatır.

Atasının meşədə aclıq və susuzluqdan ölməyinə razə ola bilməmiş, adət-ənənəyə zidd gedərək ona yemək-içmək aparmış.

★★★

Günlər günləri qovarkən oğul hər gedişində atasını ölkədə olub-bitənlərdən xəbərdar edirmiş.

Bir gün dəllallar yollara tökülüb "hər kim ki, toxmaqsız nağara çalmağı bacarsa, hökümdarımız onu vəzir edəcək” deyə bağırmağa başlamışlar.

Oğul bu söhbəti atasına çatdıran kimi yaşlı adam "bundan asan nə var ki?!” demiş. "Nağaranın içinə arı doldur, hökümdarın hüzuruna çıxanda nağaranı yuvarla, yetər”.

Oğul da atasının dediklərinə əməl eləmiş və vəzir olmuş.

Təbii ki, bunu da atasından öyrəndiyini heç kimə deməmiş.

★★★

Günlər keçmiş, dövran dönmüş, dəllallar yenə yollara tökülüb "hər kim ki küldən xalat düzəldə bilsə, padşahımız ona sədrəzəm edəcək” deyə xalqa xəbər vermişlər.

Təbii ki, oğul yenə atasının yanına getmiş. Müdrik "Oğlum, xalatı daşın üstünə qoyarsan, üstünə də qaz yağı töküb tutuşdurarsan. Al, bu da sənə küldən xələt!” demiş.

Beləcə oğul sədrəzəmliyi də heç kimə qapdırmamış.

★★★

Bir müddət sonra yeni bir xəbər çıxmış:

"Hər kim ki, kağızda od daşıyarsa, kökmdarımız qızını ona verəcək!”

Qoca ölkədə heç kim həll tapmayınca oğul yenə atasının yanına getmiş.

Müdrik adam da həllini ona demiş:

"Çox asandır, oğlum! Kağızdan bir fənər düzəldərsən, içində də şam yandırarsan. Al, bu da sənə kağızın içində yanan od!”

Oğul bu imtahanı da uğurla keçincə padşah "Sən bunları öz ağlınla həll edə bilməzsən. Sirrini açıqlasan, həm qızımla evlənəcəksən, həm də heç bir cəza verməyəcəm” demiş.

Atasını çox sevən qədirbilən oğul da hər şeyi açıb danışmış.

Padşah diqqətlə dinlədikdən sonra "Demək ki, yaşlılarımızın fiziki güclərindən də olmasa, ağıllarından yararlana bilərikmiş” deyə adəti aradan qaldırmış!

★★★

Dəyərli yazar Şadan Gökovalının danışdığı nağıldan çıxardığımız nəticə böyük filosof Kantdan gəlsin:

"Yaşlanmaq bir dağa dırmaşmaq kimidir. Çıxdıqca yorğunluğunuz artar, nəfəsiniz daralar, amma dünya görüşünüz artar”.

Gözəl yaşayanlar, gözəl yaşlanarlar...


Dilimizə uyğunlaşdıran: Eminquey


İmza:

YAZARIN ARXİVİ

SON XƏBƏRLƏR
2020-05-31
2020-05-30


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK