ANA SƏHİFƏ / YAZARLAR

Faiq QİSMƏTOĞLU: ERMƏNİLƏRİN ÖLDÜRƏ BİLMƏDİYİ POLİS POLKOVNİKİ

Onu koronavirus da özünə təslim edə bilməyəcək

8602    |   2020-04-06 13:20
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

... Onunla nə az, nə çox düz 25 ildir dostluq eləmişik, duz-çörək kəsmişik.Və bu müddətdə onun necə böyük vətənpərvər, xalqını sevən və qürurlu insan olduğunun dəfələrlə şahidinə çevrilmişəm. Bu adam vətəni, torpağı və elini-obasını balalarından çox istəyir. Bu adam düz 25 il Füzuli rayonunda yaşayıb və çalışıb. Və bu adam Füzuli rayon Polis Şöbəsinin rəis müavini və rəisi vəzifəsində çalışıb.

Onunla məni istedadlı jurnalist və bu gün də AzTV-də çalışan Faiq Sadıqov 1991-ci ilin avqust ayında tanış edib. Elə birinci dəfə görən kimi bir-birimizə qanımız qaynadı. O vaxt Faiq Sadıqov "Ədalət”in Qarabağ üzrə xüsus müxbiri vəzifəsində işləyirdi. Gedib üç qardaş bir yerdə oturduq, çörək kəsdik, bax, beləcə, dostluğumuz başladı.

... 1991-ci ildə müharibənin ən şiddətli vaxtlarına qədər mən tez-tez Füzuliyə gedərdim. Və orda da bir neçə yaxın dostum olan insanlarla görüşüb səngərə gedər və sonra da xəbərlər, reportajlar, müsahibələr hazırlayardım. Bəzən elə olurdu ki, 10 gündən bir torpaq məni özünə çəkərdi. Və onda da Füzuli şəhərinə düşən kimi Füzuli rayon Polis Şöbəsinin rəisi Binnət Məmmədovla görüşərdim. Döyüşün ən ağır, ən çətin məqamlarında özü birinci öndə gedərdi. Və arxasınca da digər polislər gələrdilər. 1992-ci ilin aprelində Füzulinin bir neçə kəndi işğal olundu. Hətta şəhərin yaxınlığındakı Məngələnata yüksəkliyi ermənilər tərəfindən ələ keçirildi. Az qalırdı ki, ermənilər Füzuli şəhərini işğal eləsinlər. Bax, həmin vaxt mən də özümü rayona çatdırdım və həmin döyüşdə oldum.

Heç vaxt yadımdan çıxmır, Məngələnata yüksəkliyi ermənilərdən azad ediləndən sonra bizim döyüşçülər və eləcə də polis əməkdaşları necə böyük sevinc yaşayırdılar. Hamı bir-birini qucaqlayıb göz aydınlığı verirdi. Onda sevincindən ağlayan Binnət müəllimin də göz yaşlarını gördüm. Və bu göz yaşları bizim hər birimizi kövrəltdi...

Ermənilər həmin dövrdə iki polis rəisinin məhv edilməsi üçün külli miqdarda vəsait ayırmışdılar: Onun biri Cəbrayıl rayonunun polis rəisi Rəşid Məmmədov idi, biri də Füzulinin polis rəisi Binnət Məmmədov! Səhv eləmirəmsə, hər ikisi üçün milyondan çox pul ayırmışdılar. Amma nə Rəşid müəllim, nə də Binnət müəllim asanlıqla düşmənə can verən deyildilər. Hər ikisi ilə tez-tez görüşərdim. Və bir dəfə də Rəşid Məmmədovla görüşüb Füzuliyə qayıtdım. Aprel ayı idi, vəziyyət də yenə ağır idi. Binnət Məmmədov dedi ki, Aşağı Veysəlliyə gedirəm, qorxmursansa, gəl min "Niva”ya, gedək. Mənə də əlavə bir avtomat verdilər. Sürücü, Binnət müəllim və mən Aşağı Veysəlliyə çatdıq. Ermənilər Qızılqayadan bizi gördülər və gülləni bizə yağış kimi yağdırdılar. Sürücü cəld tərpənib maşını bir təpənin dalına verdi və biz hər üçümüz "Niva”da tullanıb təpənin arxasında mövqe tutduq. Nə az, nə çox, atışma düz bir saat davam elədi. Hətta "Niva”ya da güllələr dəymişdi. Həmin anda da Binnət müəllim özü haqqında deyil, mənim sağ qalmağım barəsində düşünürdü. Dedi ki, nahaq yerə səni gətirdim. Birdən bir şey olar, balalarımın yanında üzüqara qalaram. Gördü ki, qorxmuram, ürəkliyəm, bir qədər sakitləşdi. Axşama qədər həmin təpənin arxasında gizləndik. Ermənilər elə bildi ki, bizi öldürüblər...

... Qaranlıq düşəndə maşının işığını yandırmadan sürücü sükan arxasına keçdi və yavaş-yavaş o təhlükəli yerdən uzaqlaşdıq. Dodağım qurumuşdu. Elə bil bir balaca qorxu hissi keçirmişdim. Bunu dostum Binnət müəllim də hiss eləmişdi. Sonra zarafatla dedi ki, bu gün bizim yenidən anadan olduğumuz gündü. Yoxsa, üçümüz də ölmüşdük. Bizi Allah qorudu...

... Hər döyüşdə onu Allah qoruyurdu. Və Allahın qoruduğu bu insan da düz 20 il ermənilərlə döyüşdü. Öz vəzifə borcunu namusla, qeyrətlə, kişi kimi yerinə yetirib təqaüdə çıxdı. Füzulinin tarixində hamı tərəfindən sevilən polis rəisləri elə də çox olmayıb. Onlardan biri də polis polkovniki Binnət Məmmədovdu. O, indi təqaüdə çıxıb. Amma hər dəqiqə, hər an ürəyi Füzuliylə döyünür. Hətta balaca oğlunun adını Füzuli qoyub.

Biz onunla tez-tez zəngləşirik. Hər bayram ya o məni təbrik edir, ya da mən onu. Bayram günlərində müxtəlif saytlarda xəbərləri izləyirdim. Bir də gördüm ki, bir saytda yazılıb: "Sabiq polis rəisi koronavirusa yoluxub”. O dəqiqə ürəyimə nəsə damdı. Dedim bu, yəqin mənim hansısa tanıdığım rəislərdən biridir. Xəbəri oxuyub başa çatandan sonra gözlərim doldu və qəhər məni boğdu. Sən demə, koronavirusa yoluxan mənim yaxın dostum, Füzuli rayonun sabiq rəisi, polis polkovniki Binnət Məmmədovmuş.

Elə həmin an mobil telefonuna zəng çaldım. Telefon söndürülmüşdü. Bir neçə dostuma zəng vursam da, onlardan da Binnət müəllimlə bağlı bir xəbər ala bilmədim. Sonra dostum, kordio-cərrah Rafiq Yusifliyə zəng elədim. O dedi ki, mənim də xəbərim var. Deyirlər ki, xəstəxanadan çıxıb.

Bu xəbəri eşidən yüzlərlə füzulili onun barəsində məlumat almaq istəyirdi. Eləsi də var idi ki, mənə zəng eləyirdi. Hamı da deyirdi ki, balam, bu Binnət müəllim çoxuna yaxşılıq eləyən adamdı, noldu belə bu virus pis adamlara dəymədi, onu tutdu?!

... Fasilə vermədən hər gün ona zəng eləyirdim. Nə az, nə çox yüz dəfə mobil telefonuna zəng vurmuşdum. Üç-dörd gün bundan qabaq ya Allah deyib, yenə ona zəng çaldım. Telefon 4-5 dəfə çağırandan sonra onun səsini eşitdim.

- Binnət müəllim, səni narahat eləyən Faiqdi.

- Qardaş, eşidirəm – dedi.

- Neçə gündür ki, səndən çox narahatıq. Füzulidən o adam yoxdur ki, narahat olmasın. Sən Allah, durumun necədi?

- Beş gündür ki, xüsusi xəstəxanada yerləşdirilmişəm. İndi də sistemin altındayam. Sən bilirsən ki, mən 25 il ermənilərlə döyüşmüşəm. Onlar mənə bir şey eləyə bilməyib. İndi də koronavirusla mücadilə eləyirəm. Şəkərim və digər xəstəliyim olduğu üçün bir az çətindir. Amma dözməliyəm, başqa çıxış yolum yoxdu. Çünki məni dostlarım, tanışlarım və evdə doğmalarım gözləyir.

- Qardaş, səni çox yormaq istəmirəm. Allah sənə şəfa versin. Sən güclü adamsan. Güclü insanlarsa bütün çətinliklərə üstün gəlir...

Bir balaca duruxdu və yenidən dilləndi:

- O qədər zəng eləyən var ki, çoxuna cavab verə bilmirəm. Baxdım ki, sənsən, telefonu açdım. Mənim üçün narahat olanların hamısına salam söylə və de ki, tezliklə bir bir yerdə olacağıq!

- Qardaş, hər səhər sənə və bütün xəstələrə Allah-Təaladan şəfa diləyirəm. Və inanıram ki, sən tezliklə Allahın köməkliyi ilə ayağa qalxıb ailənə qovuşacaqsan.

Allahın sevdiyi adamları həmişə Allah özü qoruyur. Və Allah sevdiyi adamları həm də xəstəliklə, ehtiyacla, sıxıntıyla tez-tez sınağa çəkir. Görünür, Allah-Təala çox sevdiyi polis polkovniki Binnət Məmmədovu bu dəfə də sınağa çəkib. Ermənilərlə döyüşən və həmişə onlara üstün gələn Binnət Məmmədovu Allahın köməkliyi ilə bu xəstəlik də özünə təslim edə bilməyəcək, o ayağa qalxacaq və o, yenidən dostlarının arasında olacaqdır.




İmza:

YAZARIN ARXİVİ

2018-11-24 : ONLUQ QIZIL
2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2020-06-03


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.39%)
Pullsuz (10.61%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK