nulled forum sanal pezevenk hacklink satın al hacklink al Sit Giriş Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled hack forum spyhackerz warez php script Adalet.az | Tanrının Məzahir Əhmədoğluna pıçıltıları - “Metamorfoz” Adalet.az | Tanrının Məzahir Əhmədoğluna pıçıltıları - “Metamorfoz” Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Tanrının Məzahir Əhmədoğluna pıçıltıları - “Metamorfoz”

20678    |   2020-03-16 13:13
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Qarşımda bir kitab var, sahibi kimi ağır, samballı, zəhmli, bir az da mübhəm...bir az da qəribə...Düz 2015-ci ildə "Gənclik” nəşriyyatında çapdan çıxıb, 296 səhifədən ibarətdi. Adı "Metamorfoz”, müəllifi çağdaş mətbuatımızın tanınmış publisistlərindən biri kimi tanınan, Ali Media Mükafatı laureatı Məzahir (Əhmədzadə) Əhmədoğlu! Dostluğun, səmimiyyətin, insanlığın, münasibətlərin, sevgilərin, nifrətlərin, bir sözlə hər şeyin, hətta zövqlərin bayağılaşdığı belə bir dövrdə ağır , samballı, zəhmli, bir az mübhəm, bir az qəribə olan bir kitabı oxumağa ehtiyac varmı? Vərəqləyirəm. Elə ilk səhifədəcə, yazıcı-publisist Loğman Rəşidzadə nə oxuyacağını, niyə oxuyacağını bir az açıq, bir az eyhamlı dillə sənə başa salır, sənə o kitabı oxumağı mütləq ehtiyac oduğunu, vacib gördüyünü anladır:

"Dan üzünün qızartısına nə vaxtsa tapınmısanmı?Sevincin dadına-tamına necə, aldanmısanmı? Kədərin necə, o qoca, qosqoca kədərin nə vaxtsa şəklini çəkmisənmi?...Cəkə bilmisənmı? Xatirələr, necə, bilirsənmi nə rəngdədi? Ölmüş duyğularla baş-başa qalanda Tanrıya deməyə söz tapdınmı, dualara tapına bildinmi?Əllərin dərgaha uzananda, əllərinindən yapışan oldumu?Suallar nə qədər desən...Dünya bütövlükdə elə özüdə bir sual işarəsi deyilmi? Cavab axtarırsansa, Məzahir Əhmədoğlunu oxu!Amma bu suallar onda cavablanmaq əvəzinə yeni bir suallaşma biçimində boylanacaq”.

Məhz elə bu sətirlərdən sonra içində gəzdirdiyin müəmmalara cavab tapmaq üçün Məzahir Əhmədoğlu ilə görüşməyə can atırsan! Görəsən, o da iki müxtəlif dünyanın sakinidir? Görəsən, o da hamıdan gizlətdiyi, adını heç özünə də etiraf etmədiyi öz dünyasına çəkilir? Görəsən, o da öz dünyasında özü olur? Qorxusuz , qayğısız, çəkinmədən ətrafın zərbələrindən qorxmadan özü ilə danışır, dərdləşir, sevinir, gülür, kədərlənir? Görəsən, görəsən, görəsən....Bir anın içində min cür sual keçir adamın ağlından.



Və bir də hiss edirsən ki, vərəqləri oxuya-oxuya, çevirə-çevirə Məzahir müəllimlə dərdləşirsən, dərdlərini bölüşürsən, bəzən müqayisə edirsən, bəzən etiraf edirsən, amma etiraz edə bilmirsən.Söz, sözə, cümlə cümləyə calandıqca, vərəqlər çevrildikcə, L.Rəşidzadənin təbirincə desək, "Ölmüş duyğularla baş-başa qalanda Tanrıya deməyə söz tapdınmı, dualara tapına bildinmi?”cümləsinin açması ilə tanışırıq. Demək, "Metamorfoz”nın müəllifinin simasına nur, işıq, ziya boş yerdən axmayıb , xəyanət edən dostlarından inciyəndə, ona yuxarıdan aşağı baxan doğmalarından küsəndə, dərdini özündə-içində gizli saxladığı dünyasına, dərgaha daşıyıb, Tanrısı ilə tapışıb, üzləşib, söhbətləşib. Bax, elə o zaman, yaradılışından içində xəlq olan, tufanlı-qasırğalı illərin söndürə bilmədiyi nura, işığa, ziyaya bir də Tanrının mərhəmətindən ,sevgisindən doğan daha parlaq nur, işıq, ziya əlavə olunub. O həm də gücdür! O gücdür ki, çiyinlərindəki, ürəyindəki ağır yüklər, bir kəlməsi bir batman balla həzm edilməyən insanlar Məzahir müəllimi dəyişdirməyi bacarmadı. Elə uşaqlıqdan, genetik koddan gələn hansı xarakterdədirsə, bu gün də o xarakteri daşıyır. Olduğu kimi qalıb.

Vərəqləri oxuduqca, səhifələri çevirdikcə,”Metamorfoz”un zəhminə vaqif olduqca müəllifi də kəşf edirsən. Qənaətim budu, oxuduqca qənaətim də möhkəmlənir.

"Sevginin yaşını bilən varmı? Bəlkə o doğrudan da 15-20 yaşında olur? Min illər yol gəlsə də. Sevgi bəlkə təzəlikdədir?Duyğular da köhnəlir, hisslər də korşalır...sevgi də qocalır?Bəlkə sevgi müəmmadadır, anlaşılmazlıqdadır? ”

M.Əhmədoğlu "Sevgi məktubları kimi...” kiçik həcmli əsərdə Tanrısı ilə danışa bilməyənlərə, Tanrısını görməyənlərə, Tanrısını tanımayanlara üz tutub suallar verir. Bilir cavab gəlməyəcək, gəlsə də bəsit, gülməli bir şey olacaq. Odur ki, sevginin açmasını da çözür, SEVGİ-nin də, İSTEDAD-ın da Tanrıdan gəldiyinə oxucunu inandırır...

Vərəqlər yenə çevrilir, anlaşılmazlara, mübhəmlərə, sirri xudalara işıq düşür... müəllif ciddi –cəhdlə hər cümləsində oxucularına bayağılığı, qeyri səmimiliyi, bəsit münasibətləri içindən qırıb –qovub atmağı tövsiyyə edir, işarələrlə, qüdrətli SÖZlərlə, Tanrının verdiyi güc və bəsirətlə!

"Nostalji”sində, "Kəndin bəyaz gecələri”ində, " Siz yıxılan ucalıqlar hardadır?”, "O bir şahzadəmi, başında tacı?”, "Tale oyunumu, yoxsa intihar”, "Monoloq”, "”İt ömrü”nə rekviyem” və digər yüzlərlə yaradıcılıq nümunəsində oxucuya şüuraltı mesajlar göndərir. O mesajlarda "bir kərə sən də, daxili dünyana dön, orda özün ol, orda cirkinliklərdən arın, orda Tanrını tap, görüş, danış. Çünki Tanrı təmiz, aydın , işıqlı yerdə olur... içində tap o işığı, axtar Tanrını” .

Şair, publisist, tərcüməçi Mahir Qarayev Məzahir Əhmədoğlu haqqında düşüncələrini oxucularla bölüşərkən onun günümüzdə hər kəsə məxsus olmayan iç gözəllikləri haqda belə deyir:”Mən Məzahir bəydən içərisində Ramiz Rövşənnin, Sabir Rüstəmxanlının, Eldar Baxışın, Anarın, Elcinin, Əkrəm Əylislinin, İsi Məlikzadənin yeni dərc olunmuş yazılarının qəzet-jurnal kəsikləri olan məktublar alırdım və Məzahir bəy də buna uşaq kimi sevinirdi... O sevinc nə sevinc idi ilahi? Burasını Vaqif Cəbrayılzadə "kəşf” elədi: Günlərin bir günü Bakıdan Göyçaya, Məzahir bəyin toyuna getdi və geri qayıdandan sonra özünün ən yaxşı şeirlərindən birini yazdı:”Qonşu toyuna dörd hasar o yana oynayan uşaq”...

Onda Məzahir bəy əsla uşaq –filan deyildi, amma onun sevinci üzündə heç bir qırışığı olmayan və qonşu toyuna dörd hasar aralıdan sevinməyi də bacaran həmin şeirdəki uşağın təmənnasız sevincinə çox oxşayırdı”.

"Metamorfoz” u oxuduqca gəldiyim qənaəti ifadə etmək üçün daha səlis cümlələr axtardığım vaxt tanınmış yazıçı, millət vəkili Aqil Abbasın dostu, iş yoldaşı Məzahir müəllim haqqında söylədikləri yadıma düşdü: "...Məzahirin jurnalistikaya dəxli yoxdu. Jurnalist yazıları var, hamımız kimi o da yazıb. Amma Məzahirin özü, bütövlüyü onun publisistikasındadı. Publisistika isə jurnalistikadan yuxarıda dayanır. Publisistika yazıçılıqdı. Əhməd bəy Ağayev, Ömər Faiq Nemanzadə, Əli bəy Hüseynzadə, Mirzə Cəlil, Haqverdiyev, dahi Üzeyir Hacıbəyov... onlar publisistikanı yazıçılıq səviyyəsindən də yuxarı qaldırdılar.
...Məzahirin nə demək istədiyini bilmək istəyirsinizsə gərək onun yazdıqlarının hamısını oxuyasınız, çünki bütün yazıları bir-biri ilə bağlanır, yəni onun dediklərində nəyi tuta bilmədinizsə, ya yazını ikinci dəfə oxuyun, ya da geri qayıdın, əvvəlki yazılarına bir də baxın. Gözəl bir şeir ağacı kimidi, onun kökü var, gövdəsi var, budaqları var, yarpaqları var, çiçəkləri var. Hamısı bir yerdə gözəldi, bitib. Məzahirin publisistikası hamısı bir yerdə bir şeirdi. Gərək onun özülünü də biləsən, budaqlarını da, çiçəklərini də və sonra da meyvəsindən dadıb ondan sonra görəsən ki, Məzahir sənə dünyanın hansı tamını verib".

"Sezarın qayıtması”, "Sfinks”, "Çətin söhbət”, "Dahi bir nostalji”, "Kanyon”, "İstanbulda İstanbul həsrəti”, "Dağlar hara söykənsin?”, "Kəndin bəyaz yuxuları”, "Orda bir ev var, uzaqlarda”, "Soçi: təzadlar, sirlər və gözəlliklər şəhəri”, "Bu adamlar hara gedir, əllərində işıq parçası?”, "Onlar... sonbahar vurğunu”, "Buludmu olum, yoxsa ki, gəmi?”, "Şota”, "Ondan yaxşı qardaş yox idi”, "Yorulmayan ataları... dinləyin”, "Qartalı sevmək”, "Yıxılan aylara kimlər ağlayar?”, "Yarımçıq ev”, "Baksovet xatirələri”, "Bir gün belə xoşbəxt olmaq”, "Adı "Forbes”ə düşməyən milyoner”, "Azəri deyirəm, Azər Abdullanı!”, "Əmircan dahisi-1”.

Əziz oxucu, bunları mütləq oxuyun, əgər iç dünyanızın, adi və fani bildiyiniz ümumi dünyanızın rəngi, mövzusu dəyişəcək. Ruhunuz arınacaq. Tanrıyla dərdələşəcəksiniz, mütləq ilahi bir varlığa ulaşdığınızın fərqində olacaqsınız...Mütləq!

Əntiqə Rəşid




İmza:

Deputatların heç birində koronavirus aşkarlanmadı - RƏSMİ

Türkiyədəki azərbaycanlı tələbələr dövlətə aid yataqxanalardan çıxarılmayıb - Erkan Özoral

Koronavirus səbəbindən bəşəriyyətin yarısı karantindədir

Dövlət başçısı: “Yaşı 65-dən yuxarı insanlar evdə oturmalıdırlar. Vəssalam, birmənalı şəkildə!”

İlham Əliyev koronavirusa görə karantin üçün hotellərini ayıran iş adamlarına təşəkkür etdi

İlham Əliyev və Mehriban Əliyeva Bakıda tibb müəssisəsinin açılışında - YENİLƏNİB

Çinin dövlət müşaviri: Koronavirusla mübarizədə Azərbaycana yardım göstərməyə hazırıq

Bakıda qadın vəhşicəsinə döyüldü: Polis araşdırmalara başladı

Azərbaycan Afrika İttifaqı Komissiyasına 20 min dollar yardım edib

Cəlilabadda polisi güllələyən şəxs həbs edildi - RƏSMİ

SON XƏBƏRLƏR
2020-03-31


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir adam xoşbəxtcəsinə dostuna deyir ki,

indiyədək həyatımda koronavirus kimi məni sevindirən bir hadisə olmamışdı:

- Arvad artıq səyahətə getmək istəmir!

-Artıq heç bir şey satın almır, çünki hər şey Çindən gəlir.

- Alış-veriş mərkəzlərinə də getmir ki, oralarda qələbəlikdi.

- Bütün günü də ağzına maska taxıb danışmır.

Bu virus deyil ey, Allahın mənə bir lütfüdü, kefdəyəm.





digər lətifələr
ARXİV
FACEBOOK