nulled forum sanal pezevenk hacklink satın al hacklink al Sit Giriş Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled hack forum spyhackerz warez php script Adalet.az | Azərbaycan xalçaları İstanbulda sərgilənir Adalet.az | Azərbaycan xalçaları İstanbulda sərgilənir Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏDƏNİYYƏT

Azərbaycan xalçaları İstanbulda sərgilənir

13116    |   2020-03-14 21:37
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

13 mart 2020-ci il tarixində İstanbulda "Türk və İslam Əsərləri Muzeyinin kolleksiyasından Azərbaycan xalçaları” adlı sərgi və eyni adlı kitab-kataloqun təqdimatı keçirildi. Sərgi Türk və İslam Əsərləri Muzeyində təşkil edilib. Layihə Azərbaycan Milli Xalça Muzeyinin təşəbbüsü, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycanın Mədəniyyət Nazirliyi, Azərbaycanın Türkiyədəki Səfirliyi, Türk və İslam Əsərləri Muzeyi, Azərbaycan Milli Xalça Muzeyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin təşkilatçılığı ilə həyata keçirilir.

Mədəniyyət Nazirliyindən Adalet.az-a verilən məlumata görə, tədbir Azərbaycan Milli Xalça Muzeyinin yaranmasının 53-cü ildönümü və Azərbaycan xalça sənətinin UNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsinin 10 illiyinə həsr olunub.

Qeyd edək ki, "Türk və İslam Əsərləri Muzeyi kolleksiyasından Azərbaycan xalçaları” layihəsini Azərbaycan Milli Xalça Muzeyi "Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” çərçivəsində reallaşdırır. 2018-ci ildən həyata keçirilməyə başlanılan layihənin əsas məqsədi Türk və İslam Əsərləri Muzeyinin kolleksiyasında qorunub saxlanılan Azərbaycan xalçalarının elmi atribusiyası sahəsində tədqiqatın aparılması, onun əsasında kataloqun hazırlanması və nadir xalça nümunələrinin sərgisinin təşkilindən ibarətdir.

Açılış mərasimində hər iki muzeyin direktorları Şirin Məlikova və Seracettin Şahin, İstanbul İl Kültür və Turizm müdir müavini Mümin Yıldıztaş çıxış edərək bu layihənin hər iki qardaş ölkənin mədəni həyatında böyük əhəmiyyətindən danışdılar.

Daha sonra muzey direktorları son illər ərzində muzeylərin çap etdikləri nəşrləri bir-birinə təqdim etdilər.

Rəsmi hissədən sonra qonaqlar sərgi ilə tanış oldular. 13 iyun 2020-ci il tarixinədək davam edəcək sərgidə Türk və İslam Əsərləri Muzeyinin kolleksiyasındakı XVII-XIX əsrlərə aid on iki ədəd nadir Azərbaycan xalçaları təqdim olunub. Onların arasında Azərbaycan xalçaçılığının unikal qoluna aid "Xətai” ("Əjdahalı”) və "Çələbi”, özünün mükəmməl bədii ornamentlərində Qarabağın gözəlliyini əks etdirən "Qoca” və qədim türk tayfalarının simvolları olan damğalarla bəzədilmiş "Dağkəsəmən” xalçaları da var. Sərgidə Türk və İslam Əsərləri Muzeyinin kolleksiyasındakı Azərbaycan xalçaları yenilənmiş atribusiya mətnləri ilə təqdim edilir.

Tədbir iştirakçıları sərgi ilə yanaşı yeni işıq üzü görmüş "Türk və İslam Əsərləri Muzeyinin kolleksiyasından Azərbaycan xalçaları” kitab-kataloqu ilə tanış oldular. Türk və ingilis dillərində hazırlanan nəşr Türkiyə ictimaiyyətində Azərbaycan xalçaları haqqında geniş və dolğun məlumatın yaranmasına xidmət edəcək.




İmza:

Türkiyədəki azərbaycanlı tələbələr dövlətə aid yataqxanalardan çıxarılmayıb - Erkan Özoral

Koronavirus səbəbindən bəşəriyyətin yarısı karantindədir

Bakıda qadın vəhşicəsinə döyüldü: Polis araşdırmalara başladı

65 yaşdan yuxarı insanlara xidmət edəcək şəxslərin sayı artırılacaq - İbrahim Məmmədov

Cəlilabadda polisi güllələyən şəxs həbs edildi - RƏSMİ

Deputatların heç birində koronavirus aşkarlanmadı - RƏSMİ

Azərbaycan Afrika İttifaqı Komissiyasına 20 min dollar yardım edib

Azərbaycanla Gürcüstan sərhədi aprelin 20-dək bağlı saxlanılacaq

Azərbaycanda ərin arvadını xəstəxananın həyətində amansızlıqla öldürməsinin təfərrüatı - VİDEO

Keçid postlarından 7545 avtomobil geri qaytarılıb - RƏSMİ

Mədəniyyət Nazirliyi Xalq artistinin dəfni ilə bağlı vətəndaşlara müraciət etdi

“CinemaPlus” Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 min manat ayırdı

Azərbaycanda aprel döyüşlərindən bəhs edən serial yayımlanacaq - VİDEO

Əbülfəs Qarayev: Virtual layihələr də artıq hər kəs üçün əlçatandır

SANKON Xocalı Soyqırıma aid film çəkəcək

Xalq artisti Rafael Dadaşov dəfn olunub

Mehriban Əliyeva: 80 illiyi qeyd olunan Vaqif Mustafazadənin adı yaşayır və yaşayacaqdır

Rafael Dadaşov vəfat etdi

Azərbaycan xalçaları İstanbulda sərgilənir

Mədəniyyət naziri və müavinləri bölgələrdə vətəndaşlara görüşüb

Müslüm Maqomayevin qızı: “İlham Əliyev və Mehriban Əliyevaya sonsuz təşəkkürümü bildirirəm”

Naxçıvanın bəzi arxeoloji tapıntıları Milli Azərbaycan Tarixi Muzeyinə veriləcək

SON XƏBƏRLƏR
2020-03-29


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir adam xoşbəxtcəsinə dostuna deyir ki,

indiyədək həyatımda koronavirus kimi məni sevindirən bir hadisə olmamışdı:

- Arvad artıq səyahətə getmək istəmir!

-Artıq heç bir şey satın almır, çünki hər şey Çindən gəlir.

- Alış-veriş mərkəzlərinə də getmir ki, oralarda qələbəlikdi.

- Bütün günü də ağzına maska taxıb danışmır.

Bu virus deyil ey, Allahın mənə bir lütfüdü, kefdəyəm.





digər lətifələr
ARXİV
FACEBOOK