nulled forum sanal pezevenk hacklink satın al hacklink al Sit Giriş Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled hack forum spyhackerz warez php script Adalet.az | DİN-dən əməliyyat: Tibbi maskaları baha satan bir neçə dəstə saxlanıldı Adalet.az | DİN-dən əməliyyat: Tibbi maskaları baha satan bir neçə dəstə saxlanıldı Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / KRİMİNAL

DİN-dən əməliyyat: Tibbi maskaları baha satan bir neçə dəstə saxlanıldı

17184    |   2020-03-09 10:49
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən ölkə ərazisində son günlər tibbi maskalara artan tələbatdan sui-istifadə edərək bu ləvazimatların real dəyərindən dəfələrlə baha qiymətə satışını həyata keçirməyə cəhd edən, habelə qaçaqmalçılıq yolu ilə ölkə hüdudlarından kənara çıxarmağa çalışan şəxslərə qarşı kompleks əməliyyat tədbirləri həyata keçirilib.

Daxili İşlər Nazirliyindən (DİN) Adalet.az-a verilən məlumata görə, tədbir zamanı yaranan vəziyyətdən sui-istifadə edərək qanunsuz yolla gəlirlərini artırmaq istəyən, ayrı-ayrılıqda fəaliyyət göstərən, içərilərində xarici ölkə vətəndaşları da olan bir neçə dəstə ifşa edilib və onların hər bir üzvü saxlanılıb.

Belə ki, əməliyyat zamanı İran İslam Respublikasının vətəndaşları Bahadur Davud, Moenifard Seyidməhəmməd, Saviz Amiryusif külli miqdarda tibbi maskaları satmaq istəyən zaman tutulublar. Həmçinin, Baş İdarə əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı Çin Xalq Respublikasının vətəndaşları Yang Kun və Yiming Liunun ölkədən qaçaqmalçılıq yolu ilə öz vətənlərinə göndərmək məqsədilə tədarük etdikləri külli miqdarda tibbi maskalar onların Bakı şəhəri Yasamal rayonunda kirayədə yaşadıqları mənzildən aşkar olunaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq Çin vətəndaşlarını külli miqdarda tibbi maska ilə təmin etməkdə şübhəli bilinən paytaxt sakini Arif İsmayılov da müəyyən edilərək saxlanılıb.

Baş İdarə əməkdaşları tərəfindən keçirilən daha bir tədbir zamanı Xaçmaz rayon sakini Elvin Balamətov, Bakı şəhər sakini Elşən Ələkbərov, eləcə də paytaxt sakinləri Aslan Musayev, Şahin Fərzəliyev və Vaqif Mehbalıyev tibbi maska satarkən saxlanılıblar. Qeyd edək ki, bu şəxslər tibbi maskaları real dəyərindən dəfələrlə baha qiymətə satışa təqdim etdikləri üçün ifşa ediliblər.

Baş İdarənin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində ümumilikdə 1 milyon ədədə yaxın tibbi maska müəyyən edilərək dəstə üzvlərindən maddi sübut kimi götürülüb.

Aşkar edilən faktlarla bağlı Baş İdarədə araşdırmalar davam etdirilir.



İmza:

Bərdədə baş verən qətl hadisəsi ilə bağlı Dövlət Komitəsindən AÇIQLAMA

Salyanda əməliyyat: “Topal” ləqəbli narkotacir saxlanıldı

Bakıda mağazalardan oğurluq edən qardaşlar saxlanılıb

Bakıda qadın paltarı geyinmiş kişi oğurluq etmək istəyərkən kameralara düşdü - VİDEO

Mağaza və avtomobillərdən oğurluq edən keçmiş məhkumlar saxlanıldı

Azərbaycanda “WhatsApp” mübahisəsi qanlı bitdi: “Söhbətə çağırılan” gənc ürəyindən bıçaqlandı

Ötən gün 15 cinayətin üstü “isti izlər”lə açılıb

Hacıqabulda avtomobildən pul və qızıl qolbaq oğurlayan şəxs saxlanılıb

Bakı sakinlərindən marixuana götürüldü

Sirli qətl: İsmayıllıda yandırılmış və vəhşi heyvanların gəmirdiyi kişi meyiti tapılıb

Bakıda cibgirlik edən şəxs saxlanılıb - FOTO

Bakıda "Rais" ləqəbli narkotacir saxlanıldı: Onlayn yolla narkotik satırmış

Astara sakini narkotik vasitə satarkən saxlanıldı

Bakıda keçmiş məhkum narkotiklə saxlanıldı

Bakı sakinlərindən marixuana götürüldü

Keçmiş məhkumun evindən 5 kiloqramdan çox heroin götürülüb

Sirli qətl: İsmayıllıda yandırılmış və vəhşi heyvanların gəmirdiyi kişi meyiti tapılıb

Paytaxt polisi bir gündə 20 cinayətin üstünü açdı

Hacıqabulda avtomobildən pul və qızıl qolbaq oğurlayan şəxs saxlanılıb

Həkim onu koronavirusa yoluxduran sevgilisini boğub öldürdü

Ötən gün 15 cinayətin üstü “isti izlər”lə açılıb

Azərbaycanda “WhatsApp” mübahisəsi qanlı bitdi: “Söhbətə çağırılan” gənc ürəyindən bıçaqlandı

SON XƏBƏRLƏR
2020-04-04


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

-Sonuncu dəfə deyirəm, vətəndaş, damdan düş, gir evə, səninlə burda çənə-boğaz eləməyə vaxtımız yoxdu - polis mayoru həyətdən səs gücləndirici ilə binanın başındakı kişiyə səsləndi - hamımız eyni vəziyyətdəyik, amma dözürük, sən də dözməlisən!

Kişi etiraz etdi:

-Dedim yox! Mən dözmək istəmirəm! Mən bu qədər özümü çeynətməm!
Mayor nişan alıb tapança ilə adamı çiynindən vuraraq dama sərdi...
Kişi gözünü açdı ki, xəstəxanada çarpayıdadı. Mayor da oturub çarpayının yanında.

-Nahaq vurdun məni! - mayora baxıb narazı dilləndi - kişi-kişinin arvad-uşaq yanında sınmasına razı olmasın gərək!

Mayor başını aşağı salıb gileyləndi:

-A kişi bezmişik ey əlinizdən, biriniz dama çıxırsınız, biriniz yuxu dərmanı içirsiniz, hələ o gün biri evində üstünə benzin tökmüşdü ki, "mənə söz deyən olsa, özümü yandıracam". Boğaza yığmısınız ey bizi. Bilmirik asayişi qoruyaq, ya sizinlə uğraşaq. Ə, elə bilirsən bizə asandı? Biz də kişiyik, anlayırıq sizi! Ama day intihara cəhd etmək nədi?! Allah bu koronavirusa lənət eləsin!

Kişi əlini uzadıb mayorun qolundan tutdu - bilirəm qardaş, sizin işiniz lap ağırdı, özü də indiki vəziyyətdə, amma məni də başa düş - kişini qəhər boğdu - əşşi mən arvada dedim köməyə ciddi ehtiyac yaransa, kartof qızardaram, uzağı bozbaş bişirərəm. Day əriştə kəsmək nəymiş! Bu qədər də yox də! Bax, cənab mayişor, mən deyiləm sənsən, arvad desəydi əriştə kəs, kəsərdin? Yox vallah! Dama çıxmaq nədi ey, bəlkə də sən tapança ilə məni vurduğun kimi, arvadı da vurardın!

-A kişi nə kartof qızartması, nə bozbaş, nə əriştə? Orda sənə dedim axı, hamımız eyni vəziyyətdəyik - mayor yerindən qalxdı, gətirdiyi meyvə dolu torbanı çarpayının ayaq tərəfindən götürdü, bayaqdan oturduğu kətilin üstünə qoydu, kövrəlmiş halda sözünə davam etdi - tez sağal, get evinə qardaş, ta bir də dəlilik eləmə! Görünür bu da bir sınaqdı, dözməliyik. Bax, mən dünən gecə, növbədən sonra, evdə yarpaq dolması bişirmişəm, bu günə də düşbərə sifariş ediblər...





digər lətifələr
ARXİV
FACEBOOK