hacklink Adalet.az | PASSİO Adalet.az | PASSİO Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

PASSİO

SÖZGƏLİŞİ

30655    |   2006-11-03 20:25
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Evini təmir etdirənlər bilir ki, bu necə məşəqqətdi. Gərək gəzəsən, axtarasan, ürəyin istədiyini tapasan. Dükanları gəzməyi xoşlamasam da, bunun yaxşı tərəfləri də var. Məsələn, xalqla ünsiyyətdə olursan. Bu günlərdə bir dükana girmişdim. Gördüm son vaxtlar təyin olunmuş nazirlərdən biri özü sürdüyü CİP-indən düşdü, cangüdənsiz-filansız daxil oldu içəri . Son vaxtlar, yəni nisbətən son vaxtlar. Çünki 10-12 illik nazirlərlə müqayisədə bu nazir təzə sayıla bilər. Mən həmin nazirin efirdə çıxışlarını izləmişəm. Abırlı adam təsiri bağışlayır. Hər halda köhnəsi kimi göylərdə uçmur, küləyi yeri-göyü dağıtmır. Bilmirəm, bəlkə hələ təzədir, çox artırmayıb, amma hal- hazırda burnu havalarda deyil. Nə isə nazirin dükana girməsi ilə satıcının onun üstünə cumub canfəşanlıq eləməyi bir oldu. Dükandakı mallara bir azacıq arayış verəndən sonra başladı nazirə tərif vurmağa. Dedi ki, biz sizi ailəliklə çox sevirik, sizinlə fəxr edirik və sairə və sairə. Mən də gözümün ucuyla bu mənzərəni seyr edirdim, gördüm nazir də bu boşboğazlıqdan bezdi, həm də mənim bu görüntüləri izlədiyimdən utandı deyəsən. Tez-tələsik dükandan çıxdı. Özlüyümdə fikirləşdim ki, naziri niyə tərifləyəsən? Böyük sənətkar deyil, böyük alim deyil, böyük siyasətçi heç deyil. Dükançı qadın mənə yaxınlaşdı və yenə naziri tərifləməyinə davam etdi":: "Bilirsiniz necə gözəl insandı, necə sadə insandı".Mənə də bir hirs, əsəb gəldi. Qayıtdım ki"::"Yəqin ağıllı adamdı da. Özündən əvvəl bu vəzifədə işləyənlərin indi harda olduğunu unutmur, aqibətlərindən xəbərdardır. Anlayır ki, bu gün nazir kreslosunda oturan sabah çox-çox fərli yerdə oturar və müstəntiqin suallarına cavab verə bilər". Mən bu sözləri dedim deməyinə, amma beyni unitazdan çox da fərqlənməyən o unitaz satan qadın canlı nazirlə görüşündən o qədər xoşbəxt, məst olmuşdu ki, heç nə anlamadı, gözlərini döydü. Yəqin mən də böyük səhv elədim, əgər kiminsə nazirlə görüşdən kefi belə durulursa niyə ona soğan doğrayasan? Onsuz da böyük əksəriyyət belədir. İnsanlara kim olduğuna görə yox, nəçi olduğuna görə qiymət verilir.
   
   Dükandan çıxdım və yol boyu özümüz haqqında fikirləşdim. Nazirbaycan məmləkəti və nazirsevən vətəndaşları düşündüm. Düşündüm ki, biz kimik, hardan gəlib hara gedirik? Neçə illərdi tariximizi yazanlar öz aralarında vuruşa-vuruşa dədə-babamızın kim olduğunu niyə müəyyən edə bilmirlər? Bu qədər çoxsaylı əcdadlarımız ola-ola niyə indi danışdığımız dildə danışırıq? Tarixçilərimiz hər zaman didişirlər - şəxsi münasibətlər zəminində bizim xələflərimiz ortaya qoyulur. Bəlkə doğrudan bizim etnos ancaq gəlmə , yad təsirlərlə formalaşıb? Bəlkə ona görə biz hər zaman güclülərin qarşısında ikiqat olmuşuq, etiraz eləmək heç ağlımıza da gəlməyib. Etnogenez böyük bir elmdi, mən bildiyimə görə bizdə bu elmlə məşğul olanlar demək olar ki, yoxdur. Amma hər halda dünyada bu elmi tədqiq eləyənlər var. Onlar da etnos anlayışının nə olduğuna birmənalı cavab verə bilmirlər. Etnos - sosial anlam deyil. Etnos- irq deyil. Etnos - populyasiya da deyil. Qumilyovun fikrinə görə, etnos coğrafi anlayışdır. Qidalandığı landşafta adaptə olunan toplum etnos adlanır. Deməli, landşaftlar müxtəlif olduğu kimi etnoslar da müxtəlifdir. Amma bu müxtəlif etnosların hər birinin özünəməxsus cizgiləri, cəhətləri var. Və bu cizgilər onu başqa etnoslardan fərqləndirir.
   
   Gəlin bir fikirləşək, adının hələ də qeyri-müəyyən olduğu bizlərin müəyyən cizgiləri nədir? Öz yoldaşlarım arasında kiçik bir sorğu keçirdim. Bizim topluma xas olan qabarıq keyfiyyətləri sadalayın - dedim. Belə bir mənzərə alındı. Biz - yəni bu gün azərbaycanlılar dediyimiz insanlar - haqqını-hüququnu qorumaq istəməyən, assimilyasiyaya uyğunlaşan, zülmə baş əyə bilən, başqalarına qarşı tolerant, özümüzə münasibətdə dözümsüz, doğru danışmağı bacarmayan, vicdanı ilə sövdələşməyi bacaran, xırda istəklərə qane olub, böyük ideallar arxasınca getmək istəməyən... Onlar sadaladılar, gördüm başım gicəllənir. Soruşdum ki, heçmi müsbət keyfiyyətimiz yoxdur? Dedilər var, qonaqpərvərik. Fikirləşirəm ki, heç bu da bir şey deyil - qıraqdan gələn hər kəsi mindiririk boynumuza, sonra düşürdə bilmirik. Heç indiyə qədər fikir verməmişdim. O gün bir dükanın qarşısında maşında oturub oğlumu gözləyirdim. Gördüm beş -altı diri toyuğu satmaq üçün atıblar dükanın qabağına. Toyuqlar da elə ordaca eşələnirlər, önlərinə atılmış yemi dənləyirlər, qaçıb eləmirlər. Müştərilər gəlir, elə ordaca toyuğu seçir, kəsib verirlər, başını da tullayırlar o biri toyuqlara. Bayaqdan bir yerdə eşələnən toyuqlar da başlayırlar həmin kəsilmiş başı dimdikləməyə. Baxdım, baxdım, fikirləşdim ki, bizim bu quşbeyin toyuqlardan heç bir fərqimiz yoxdur. Birinin başı kəsilən kimi hamı tökülür onu dimdikləməyə. Heç düşünmürlər ki, təzə müştəri gələn kimi onların da aqibəti belə olacaq.
   
   Niyə belədir? Araşdırmağa çalışaq. Bizim indi mövcud olduğumuz coğrafi ərazidə heç zaman böyük, qüdrətli, mərkəzləşmiş dövlətimiz, altında durub qürur duya biləcəyimiz bayrağımız olmayıb. Qərbdən- Şərqə Şərqdən-Qərbə gedən axınların keçid məntəqəsi olduğumuzdan başımıza enəcək yumruqların zərbəsindən necə qaçmaq fərasətini formalaşdırmışıq. Yəni uyğunlaşmışıq. Həmin yumruqların zərbəsini yumşaltmaq üçün onların dilində tərifnamələr öyrənməyə başlamışıq. Yəni dilimizi unudub assimilyasiya olmuşuq. Biz diriləri ilə rus dilində, ölüləri ilə ərəb dilində danışan toplumuq. Ədalı ağalar heç zaman həqiqət dinləmək istəmədiklərindən doğru danışmağın necə qorxulu olduğunu anlamışıq və vicdanımızla sövdələşmə prinsipi formalaşıb. Yəni enində-sonunda hər anlamın altında tarix yatır, tarixi proseslər yatır. Həmişə fəxrlə deyirik ki, biz sülhsevər adamlarıq. Heç kəsin bir qarış torpağında gözümüz yoxdur. Elə bilirsiniz bu yaxşı keyfiyyətdir? Heç vaxt ərazimizi genişləndirmək haqqında düşünməmişik. Həmişə bizim əlimizdən torpağımızı alıblar. Əgər biz də nə zamansa tarixin hansı dönəmindəsə əlində bayraq təbil-zurna ilə döyüşə getsəydik indi bizdən də qorxardıldar. İndi bizə də fateh xalq deyərdilər. Adımızı nə qədər başqa etnoslara bağlasalar da - gah farsdan əmələ gəlmə, gah alban desələr də, düşünürəm ki, biz hər halda türklərin bir qoluyuq. Amma hansı qolu? Silah qaldıra bilməyən qolu, əli tətiyə yatmayan qolu, hər havaya oynayan qolu. Deyəcəksiniz ki, belə deyil?
   
   Qumilyovun fikrinə görə, hər toplumun formalaşıb dünyaya öz varlığını sübut etməsi üçün içində passionar insanların yetişməsi vacib şərtdir. Hansı ölkələrdə ki, bu anlayış geniş vüsət alır, ən geridə qalmış xalqlar belə inkişaf fazasına qədəm qoyurlar. Məhz bu anlayış balaca Makedoniyanı böyük İsgəndərin adı ilə dünyaya tanıtdı. Hunlara Avropanı fəth etməyə imkan yaratdı. Bədəvi ərəblərə İslamın işıq kimi neçə qitədə yayılmasına güc verdi. Kiçik bir köçəri qəbilənin Osmanlı imperiyası səviyyəsinə qalxmasına şərait yaratdı. "Passio" latın dilindən tərcümədə ehtiras deməkdir. Amma bu ehtiras şöhrətə, gücə, tarixə yönəli bir ehtirasdır. Biz kainatın bir parçasıyıq. Kosmik fəzada baş verən hər hansı bir hadisə Yer kürəsinə, insanlara təsir edib. Yəqin tariximizdə belə bir təsir heç zaman olmayıb. Yeni asteroid bu prosesi sürətləndirəcəkmi, yoxsa üzümüzü yuxarı qaldırıb yalvarmalıyıqmı? Yuxarı deyəndə elə bilməyin nazirləri nəzərdə tuturam. Nazirlərə unitaz-vanna satanlar dua eləsin. Mən göylərdən həmin o "passio" payımızı gözləyirəm .


YAZARIN ARXİVİ

2019-04-07 : Olsunmu?!
2018-09-22 : LEYSAN ÖZLƏMİ
2018-06-23 : İNSAN
2018-05-27 : 100 cavan oğlan
2018-05-10 : SEÇİLMİŞ
2018-02-13 : Qızım...
2018-02-09 : GEDİŞ
2018-01-19 : MÜƏLLİM
2017-11-25 : Sincab günü
2017-09-24 : Miqr - A - siya
2016-12-16 : CANAVAR VAXTI
2016-07-04 : Polis günü...
2014-12-11 : SEÇİLMİŞ
2014-11-07 : BU DA MƏN...
2014-08-21 : BEŞ
2014-04-02 : Elegiya
2014-03-14 : Quo vadis?..
2012-11-02 : ƏQRƏB BÜRCÜ
2012-10-11 : KÖRPÜ
2012-08-18 : NEKROFİLİYA...
2012-06-23 : İNSAN
2012-02-22 : SOYQIRIM
2011-12-15 : CANAVAR VAXTI
2011-10-29 : Yol ROMANI
2011-10-22 : Yol ROMANI
2011-10-08 : Yol ROMANI
2011-10-05 : MÜƏLLİM GÜNÜ
2011-05-21 : TELESKOP
2011-04-30 : MAY NƏĞMƏSİ
2011-04-23 : SEVGİ ADASI
2011-04-16 : SEVGİ ADASI
2011-04-09 : SEVGİ ADASI
2011-03-12 : MÜƏLLİM
2010-12-18 : MÜSAHİBƏ
2010-10-02 : WOMAN IN LOVE
2010-09-22 : LEYSAN ÖZLƏMİ
2010-05-08 : SEÇİLMİŞ
2010-05-01 : MAY NƏĞMƏSİ
2009-11-14 : SARI ODALAR
2009-08-22 : BEŞ
2009-05-19 : ATA OLMAQ HAQQI
2009-03-20 : ƏNƏNƏLƏR
2009-02-28 : FALA BAXIRAM
2009-02-07 : ANANIN KİTABI
2009-01-31 : BLOKADA
2009-01-24 : YADA DÜŞDÜ
2009-01-17 : İKİ SEVGİ
2008-12-31 : BİS SEXTUS...
2008-07-12 : SEZON FİNALI
2008-06-28 :
2008-06-24 : İNSAN
2008-06-21 :
2008-06-07 : NATURALİST YAZI
2008-05-31 : 555
2008-05-24 : YÜZ CAVAN OĞLAN
2008-05-17 : SORĞU
2008-05-03 : MAY NƏĞMƏSİ
2008-04-26 : ƏLAC NƏDİR?
2008-04-05 : DEPRESSİYA
2008-03-20 : ƏNƏNƏLƏR
2008-03-15 : QUO VADIS?..
2008-03-12 : ETİRAF
2008-02-16 : PAY
2008-02-12 : MƏN VƏ SƏN
2008-01-08 : İKİ ÜZLÜ AY
2007-12-12 : SEÇİLMİŞ
2007-11-24 : RƏĞBƏT
2007-11-17 : AY ÖLKƏSİ
2007-11-15 : ƏZİZ İNSAN
2007-10-06 : YOLDAŞ ÇE
2007-09-29 : DAMA ÇIXAQMI?
2007-09-15 : LEYSAN ÖZLƏMİ
2007-09-11 : BİR GÜN...
2007-07-09 : SƏS
2007-06-30 : HAVA AXINLARI
2007-06-23 : İNSAN
2007-06-09 : İMTAHAN
2007-05-26 : J F K
2007-05-19 : ATA OLMAQ HAQQI
2007-05-09 : SEÇİLMİŞ
2007-05-05 : BƏHANƏ
2007-04-28 : NAĞIL
2007-03-10 : İT DƏFTƏRİ
2007-03-08 : QADIN BAYRAMI
2007-02-24 : SOYQIRIM
2007-02-17 : KÖRPÜ
2007-02-16 : TƏZADLAR
2007-02-16 : İMTAHAN
2007-02-16 : SAKİT MÖVSÜM
2007-02-16 : MÜƏLLİM GÜNÜ
2007-02-16 : DAŞ
2007-02-12 : QƏLƏBƏ GÜNÜ
2007-02-10 : MÖVZU
2007-01-27 : İKİ ÜZLÜ AY
2007-01-20 : SAKİT MÖVSÜM
2007-01-13 : Ehtiyac
2006-12-30 : HƏMRƏYLİK
2006-12-16 : CANAVAR VAXTI
2006-12-13 : QOVŞAQ
2006-12-09 : QOVŞAQ
2006-11-25 : ZƏİF BƏND
2006-11-11 : ƏQRƏB BÜRCÜ
2006-11-04 : PASSİO
2006-10-28 : ŞƏKİLÇİ
2006-09-25 : DAŞ
SON XƏBƏRLƏR
2019-12-14
2019-12-13


VİDEO