nulled forum sanal pezevenk hacklink satın al hacklink al Sit Giriş Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled hack forum spyhackerz warez php script Adalet.az | Zamanın sınağı - Pərvanə Bayramqızı yazır Adalet.az | Zamanın sınağı - Pərvanə Bayramqızı yazır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Zamanın sınağı - Pərvanə Bayramqızı yazır

17831    |   2020-02-26 17:46
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır


Zamanın sınağı


İldən-ilə yaşa dolan,

Yad gözünə bıçaq olan,

Doğma Vətən, Azərbaycan,

Sənə yağı çıxdı zaman.


Qəm buludu gəldi sənə

Döydü dolu səni yenə.

Səni ələ verə-verə

Şimşək kimi çaxdı zaman.


Aldı səndən sərvətini

Puç eylədi zəhmətini,

Aparmadan möhnətini

Bir çay kimi axdı zaman.


Torpağını yağı böldü.

Uğrunda çox canlar öldü.

Göz yaşımız selə döndü

Bizə əyri baxdı zaman.


Oldun bizə doğma ana.

Parçalandın iki yana!

Kaş ki indi bəxt oyana!

Həqiqətdi, haqdı zaman.


Əlində


Qorxuluymuş səssiz axan lal sular...

Bu sularda axıb getdi duyğular.

Mən boğmağa qıymadığım arzular

Məhv oldular bircə qəsdin əlində.


Qolda qüvvət tükəndiyi anımda

Gənclik eşqi de qaynarmı qanımda?

Düşmən vuran böyük zərbə yanında

Dəhşət olur silah dostun əlində!


Bəd işlərlə insanlıqdan seçilən,

Qanqal kimi çəmənlikdən biçilən,

Sağlığına yaltaqlıqla içilən

Heçə dönüb yalan tostun əlində.


Kimsə bilmir bu möcüzə, sirr nədir

Dünya bizi barmağında hərlədir.

Dərd muğamtək varlığımı tərpədir

Ürək qalıb vallah "Rast”ın əlində.


Gəlimmi


Hicran tufan kimi kəsdi yolumu

Üzdü əllərimdən əlini sənin.

Qırıb ayrılığın dəmir qolunu

Təzədən yanına gəlimmi sənin?


Bir ömür gizlicə bir eşq yaşadım

Bu peşə sayılsa ustaddır adım.

Dönüb köhnə izlə hey addım-addım

Təzədən yanına gəlimmi sənin?


Heyf itirdiyim günümə heyf

Dadıma yetməyən ünümə heyf

Hələ də səninəm sözünü deyib

Təzədən yanına gəlimmi sənin?


Yağdırma üstümə bu qarı yenə

Qəlbim dara çəkir vüqarı yenə

Götürüb sevgitək nübarı yenə

Təzədən yanına gəlimmi sənin?


Səni məhəbbətə bağışlamışam


Sən ömür ipimdən qırdın bir ucu

Gizlətdim sevgidən etdiyin suçu.

Özünü basılmaz, güclü bir qoçu

Mənisə sanma ki, cılız bir quşam

Səni məhəbbətə bağışlamışam.


Söndürdün, közərir əvvəlki odum.

Sənin günahını yenə mən yudum.

Hicran yağışından eşqi qorudum

Nə olsun islandım, hələ də yaşam.

Səni məhəbbətə bağışlamışam.


Sığınıb könlümün yenə küncünə

Təzədən gedirsən o xoşbəxt günə

Mən heyran qalmışam sevgi gücünə

İndi nə payızam, nə qarlı qışam

Səni məhəbbətə bağışlamışam.


İnciklik


Dağ deyilsən, sən xırdaca təpəsən.

Yox zirvəndə tülə bənzər duman, çən.

Qəribədir, ay vəfasız, bəs görən,

Hansı dağın dumanında azmışam?


Gözdən axan yaşlar mavi gölümdür.

Niyə onun saf suları bölündü?

Bu məhəbbət mənim üçün ölümdü

Öz qəbrimi əllərimlə qazmışam.


Küsdüm bəxtdən eşitdikcə dilini

İtirmişəm ömrümün çox ilini.

Sızıldatdın ürəyimin telini

Qəm üstündə köklənən bir sazmışam.


Dərd gözləyir məni hələ qabaqda.

Öləziyir ömrümdəki çıraq da

Yan-yörəmdə hamı gülən bir çağda

Mən kədəri uda-uda yazmışam.


Köhnə şeir


Şeir də köhnələrmiş...

Birnəfəsə geynilən nimdaş paltarlar kimi

şeir dəbdən düşərmiş.

Köhnəlmiş paltarları

alırsan bir-bir ələ

Bəyənmirsən atırsan.

Bəzən bəxşiş verirsən,

bəzən ucuz satırsan.

Şeirisə satmaq olmur.

Nə qədər incisən də

övladı atmaq olmur.

Oxunmayan şeirlər elə bil ki, yetimdir.

Qayğısına qalan yox,

kifir bir insan kimi üzünə də baxan yox.

Amma…

nə qədər köhnə olsa,

nə qədər kifir olsa

şeir elə şeirdir.

Kəlmə-kəlmə yaranır.

Ruhun dərbədər olur,

Beynin əlinə "enib”

Bir ovuc sözə dönür.

Ətrafı unudursan,

Bir şeiri yazan zaman nə qədər dərd udursan.

Köhnəlmiş şeirlər də bizdən bir nişanədir.

Bəlkə, əlavəniz var

köhnə şeir daha nədir?


Sevgidən üstün sevgi


Sən bilmirsən, hələ varsan

Xatirimdə, yaddaşımda.

Ancaq sanma ilk baharsan

Yaşayırsan sərt qışımda.


Xatirələr dəftərimdə

Qəmli sətrim – sənin adın.

Sevgi adlı hünərimdə

Zəfər niyə sən olmadın?


Bizə düşmən çıxan illər

Məni səndən ayrı saldı.

Qəm yeməzdim mən bu qədər

Ürək səni unutsaydı.


İnan mənə, hər istəyə

Nə aldandım, nə də uydum.

"Qəlbimdəsən” deyə-deyə

Mən ömrümü başa vurdum.


Bircə mənə unutdurur

Sığalını Vətən yeli.

Hər sevgidən öndə durur

Doğma yurdum – Odlar eli.



İmza:

Aqil Abbas: “Azərbaycan bu məsələyə vaxtında və çox ciddi yanaşdı”

YOLUXMUŞLAR - Nicat Novruzoğlu yazır

Bizim müğənnilər, hardasınız? - Murat Bozdan nümunə götürün!

Təkrarını gözlədiyimiz şərəf dönəmi - Aprel döyüşlərinin zabitləri ilə söhbət!

Koronadan daha qorxulu xəstəlik - soyqırım! - Emin Piri yazır

Siz onları yox, onlar sizi seçdi... - Soner Yalçın

Xalq artisti koronavirusu alqışladı: “Təbiət öz qucağını necə də gözəl təmizlədi”

Dərdim, kədərim, dərdli səhərim, KƏLBƏCƏR!-27 ilin ağrısı...

Prezident: “Pandemiya Azərbaycanda geniş vüsət alarsa, bizdə də çox faciəvi inkişaf dinamikası qaçılmazdır”

Prezident İlham Əliyev: Əgər kimsə hansısa vəzifədə olan dostlara arxalanırsa səhv yoldadır

SON XƏBƏRLƏR
2020-04-07


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Deməli, belə. Səyavuş Novruzov əsgərlikdədi. Ali təhsilli olduğuna görə, onu bölmə komandiri qoyurlar. Və deyirlər ki, bölmə yeddi nəfərdən ibarətdi, siz də komandirsiniz.

Bölməni yığır və sayır. Görür altı nəfərdilər. Soruşur ki, bəs, yeddinci hanı? Axtarın tapın. Bölmə axtarır. Nəhayət, əsgərlərdən biri deyir ki, mən tapdım.

Deyir ki, komandir, sıraya düzülək. Düzülürlər sıraya. Əsgər başlayır saymağa: bir, iki, üç, dörd, beş, altı da Səyavuş Novruzovdu. Sonra da deyir:

-Yeddinci də mən.

Səyavuş Novruzov həmin əsgərin təpəsinə bir şapalaq vurur:

- Bir saatdı səni axtarırıq, hardasan?





digər lətifələr
ARXİV
FACEBOOK