hacklink Adalet.az | BİR DAŞ LÖVHƏ ÜZƏRİNDƏ... Adalet.az | BİR DAŞ LÖVHƏ ÜZƏRİNDƏ... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

BİR DAŞ LÖVHƏ ÜZƏRİNDƏ...

34201    |   2013-05-18 00:25
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Hərdən özümü uzaq bir yolçuluqdan dönmüş kimi yorğun, üzgün hiss eləyirəm. Əslində belə deyilmi?! Ömür dedikləri dünya adlanan məkanda sadəcə bir yolçuluqdan (uzun ya qısa olsun, fərq etməz) başqa nədir ki?! Elə bir yol ki, nə başlanğıcı, nə də sonu ömür daşıyana bəlli deyil. O, sadəcə boynunun borcunu yerinə yetirir. Yola çıxıb, sona qədər getməlidi, vəssalam... Özünü ağıllı bilən də, ağlı bir şey kəsməyən də bu yolun yolçusudu. Ancaq ikisinin də arasında bir elə fərq yoxdu. Düşünən, xəyallar quran, diləklər bəsləyən də, heç nə düşünmədən özünü taleyin ümidinə buraxan əhlikef də eyni sonluğun qurbanıdı...

Ömür dedikləri bir udum nəfəsdi. Aldın, verdin-qurtardı...

Bu dünya bir dolu

küzəyə bənzər,

Suyu həm şirindi,

həm də ki, zəhər.

Çox da öyünmə ki,

uzundur ömrüm,

Əcəl köhlənində

hazırdır yəhər...

Bu gözəl şair, gözəl xanım olan-qalan ümidlərimizi də yelə verdi bu rübaisiynən. Amma dəqiq olan hər şey gözəldi, inkaredilməzdi...

***

Bəs, insandan nə qalır bu dünyada?! Tikdiyi evlər, çəkdiyi yollar, yazdığı kitablar, törətdiyi oğul-uşaq, elədiyi yaxşılıqlar, qazandığı dostlar (ya da düşmənlər)mi?!. Yox, inandırıcı deyil. Hamısı etibarsızdı, qısa ömürlüdü saydıqlarımın. Elə bu qısa ömrümüz də yetir ki, çox zaman tikilənin, qurulanın uçduğunu, dağıldığını görək, qazanılanın itirildiyinə yanaq, dost vəfasızlığının, unudulmaq göynərtilərinin şahidi olaq...

Görəsən, insan ömrü adicə bir qədəhdən ibarət olsaydı, onu necə içərdilər?! İçində balmı, zəhərmi olduğunu kimsənin bilmədiyi bir qədəh! Hə, necə içərdilər onu? Qurtum-qurtum, ağız ləzzətiynən, yoxsa, bir uduma? Mənciyəz birincini seçərdim. Hər şeyi dərindən duymaq, hiss eləmək istəyirəm. Elə ağrını-acını da, istini-soyuğu da... Onsuz da qalanları ani, ötücü bir şeydi. Nədənsə, yaxşı şeylərin ömrünü uzatmaq olmur. Əzablarsa bitib-tükənmək bilmir. Yəqin insan ömrü ancaq xoş anlardan ibarət olsaydı, çox sürətlə ötüb keçərdi.

İşığın hər şeydən

sürətli olması kimi...

Qaranlıqlarsa

çox asta çəkilir...

Ömrümüzdən də,

könlümüzdən də...

Hərdən insanın bir ömürçün doğulduğuna inanmıram. Hər kəs bir ömürdə (bu qısa ömürdə) bir neçə ömür yaşayır. Lap elə xasiyyətcə. Hamı bizi eyni cür görüb tanıya bilmir. Ətrafımızdakılara sərt, mülayim, səbrli, əsəbi, qaraqabaq, deyib-gülən, bədbin, həyatsevər, diqqətli, laqeyd, ətiacı, istiqanlı görünə bilirik. Əslində belə olmasa da, hər kəs görmək istədiyini tapır bizdə. Bütün bunlar ovqatımızın çalarları da ola bilər, başqalarının uydurması da...

Payıma bir neçə ömür düşsəydi... Birinci ömrümü ibtidai-icma dövründə yaşamaq istərdim. Sağlam, bəsit, riyasız bir həyat. Nə əzirsən, nə əzilirsən. Nə həsəd var, nə paxıllıq, nə də yaltaqlıq. Qeybət, ikiüzlülük, yarınmaq barədə söz açmağa da dəyməz, yəqin ki... Bircə arzu: Yaşamaq! Bircə qorxu: Ölmək! Zatən elə ömür düsturu bu iki sözdən ibarət deyilmi?! Nə qədər düşünüb-daşınsaq da bundan dəqiqini, qətisini kəşf edə bilməyəcəyik. Kimlərsə zaman-zaman saxtakarlıqla qəlizləşdirdilər hər şeyi... Ömrümüz elə bir mötərizəyə sığmırmı?! Bir gün açılır, bir gün bağlanır...

Yeniliklər eləmək istədik. Nəyisə dəyişəcəyimizə ümid bəslədik. Ancaq deyilənləri, edilənləri bir başqa şəkildə (çox zaman da bayağı bir şəkildə) təkrarlamaqdan başqa əlimizdən bir şey gəlmədi. Filosoflardan birinin dediyi kimi, çox gözəlliklər cızma-qaralarımızın altında qaldı... Sovet dövründə Nikolay Ostrovskinin "Həyat insana bir dəfə verilir..." cümləsi ilə başlanan məşhur fikri dillər əzbəri idi. (Elə buradaca etiraf edim ki, mən bu yazıçını da, onun qəhrəmanını da indiyədək sevir və heyranlıqla xatırlayıram). Nəsillər tərbiyələndi şəxsiyyəti və qəhrəmanıynan. Ancaq bu deyimi ortaya atanlar özləri çaşdırdılar bizi. "Bir dəfə verilən" həyatımızı istədiyimiz kimi yaşamağa qoymadılar. Bir gün göylərdən enəndə ayağımızın altında quru torpaqdan başqa heç nə görmədik...

***

Hər nə isə... Bayaqdan bəri sözü hərləyib-fırlayıb bir mətləb üstünə gətirmək istəyirəm ki, bu həyatdan izsiz-tozsuz çəkilib getmək fikri incidir məni. Şan-şöhrət eşqində deyiləm. Çox darıxdırıcı şeydi bunlar... Ola bilməz, axı... Bu dünyaya gələsən, bir ömür yaşayasan, sonda da unudulub gedəsən... İnsanların yaddaşına da, etibarına da inanmıram. Unutqandılar. Həm də çox zaman gərəkli olanı unutmağa meyllidirlər. Yaddaşları, xatirələri də məqsədli, təmənnalıdı. Bir barmaq işarəsiynən oturub-durandılar... Desələr, "unut" unudacaqlar. Yaşatmaqla araları yoxdu, amma...

Kainatın yaddaşında qalmaq istəyirəm. Ya bir daş lövhə olsun, ya bir ağac gövdəsi... Bir qaya parçası, bir dağ yamacına da razıyam. Təki unutmasın bu dünya məni.

Bir az səsimdən saxlasın, bir az nəfəsimdən, bir az da gülüşlərimdən. Gözümdə qalan arzularımı da saxlasın qoynunda. Bəlkə kiməsə gərək oldu... Həsrətimdən, göz yaşlarımdan da pay götürsün bu dünya...

Etibarlı bir kəsim olsaydı... Şəklimi bəbəklərində saxlasaydı...

Çəkdirdiyi bütün acıları bağışlardım bu dünyaya...

Yoxdu...

Vəsilə USUBOVA

vasila-usubova@mail.ru



İmza:

YAZARIN ARXİVİ

2015-01-10 : ƏN UZUN GECƏ
2014-11-15 : QIRMIZI İP
2014-07-12 : GEC OLMAYAN
2014-07-05 : SAMAN ÇÖPÜ
2014-06-21 : GÜNAHSIZ
2014-06-14 : GÜNAHSIZ
2014-06-07 : GÜNAHSIZ
2014-05-31 : GÜNAHSIZ
2014-05-24 : GÜNAHSIZ
2014-05-17 : GÜNAHSIZ
2014-05-09 : GÜNAHSIZ
2014-05-03 : GÜNAHSIZ
2014-04-26 : GÜNAHSIZ
2014-03-15 : SONUNCU YARPAQ
2014-03-08 : MONMARTR, 18-40
2014-03-01 : Marsa da uçsaq
2014-02-22 : DƏRD ZİRVƏSİ
2014-02-15 : GEC DƏ OLSA...
2014-01-25 : GÜNDƏLİK
2014-01-18 : XİLASKAR
2013-10-12 : NƏNNİ
2013-09-21 : PAYIZ GƏLİR...
2013-08-17 : ADSIZ DUYĞULAR
2013-08-03 : ƏHYA GECƏLƏRİ
2013-07-06 : Sən dönsən...
2013-06-22 : KÖYNƏK
2013-05-25 : ÖZGƏ DƏRDİ
2013-02-09 : AĞILDAN BƏLA
2013-01-26 : DARIXAN ADAMLAR
2013-01-19 : DƏLİLİK ZAMANI
2013-01-12 : ƏSKİ YARALAR
2012-12-01 : SUSUZ DƏNİZ
2012-09-22 : GƏLDİN...
2012-09-15 : BİR QUCAQ SABAH
2012-09-08 : ANGEDONİYA
2012-08-18 : "DÜBEYTİ"
2012-06-30 : O TƏNHA AĞAC...
2012-06-02 : AĞ QARANQUŞ
2012-02-18 : HARMONİYA
2012-01-14 : QONŞU QIZ
2011-12-31 : TƏLƏSİRİK...
2011-12-10 : AYAQYALIN
2011-11-19 : XƏZAN YELİ
2011-10-15 : TƏSƏLLİ
2011-08-06 : DƏYİRMAN
2011-07-16 : ÇOX AZ ŞEY
2011-06-25 : SAVAŞIN 70 YAŞI
2011-05-14 : "QARA QUTU"
2011-03-19 : VƏDƏ KÜLƏYİ
2011-03-05 : KİŞİSİZ...
2011-02-26 : YAZA NƏ QALDI?!.
2011-02-19 : ADİ HƏYAT
2010-12-31 : İL KEÇDİ...
2010-11-06 : İMTİNA
2010-08-21 : KİBRİT FALI
2010-07-24 : YEL DƏYİRMANI
2010-05-08 : XİLASKAR
2010-04-10 : QİYAMƏT
2010-03-20 : XINAYAXDI
2010-02-27 : BOŞLUQ
2010-01-09 : KARVAN GETDİ...
2009-12-26 : YUXU KİMİ...
2009-12-19 : DARIXANDA...
2009-12-12 : İMTAHAN
2009-12-05 : QUYU
2009-10-17 : ELDƏN AYRI...
2009-10-10 : GÖZÜ YOLDA...
2009-10-03 : TARAZLIQ
2009-09-26 : ...YALVARMA!
2009-09-12 : İLĞIM
2009-09-05 : BİR STƏKAN ÇAY
2009-08-08 : QIRMIZI
2009-08-01 : SƏKKİZ SAAT
2009-07-11 : AĞIRLIQ
2009-04-25 : SIĞINACAQ
2009-04-11 : SÖZ VAXTI
2009-02-14 : ÜÇÜNCÜ YOLÇU
2009-01-31 : BİXƏBƏR
2009-01-24 : QIRMIZI VƏ QARA
2009-01-17 : BAŞQA ADAM
2009-01-10 : 3 SAATLIQ NƏFƏS
2008-12-31 : QUM SAATI
2008-12-13 : QURBANSIZ
2008-11-22 : CİDDİ MÖVZU
2008-11-15 : ÜMİD VƏ QORXU
2008-11-01 : AĞ YOL
2008-10-18 : AG VƏ QARA
2008-10-11 : KÜTLƏ
2008-09-20 : TƏSƏLLİ
2008-09-06 : YAZIQLIQ
2008-08-23 : ATA EVİ
2008-08-02 : ÇAY PULU
2008-07-05 : YADDAŞ AĞRISI
2008-06-14 : ÇƏRÇİVƏ
2008-04-19 : SÖZ ARDINCA...
2008-03-30 : İRƏVANLILAR
2008-03-20 : YAZA ÇIXDIQ...
2008-03-08 : UTANCAQ
2008-02-23 : BOZ AY
2007-12-15 : DARIXAN ADAMLAR
2007-12-01 : BİZƏ QALSA...
2007-11-24 : İŞIQSIZ DÜNYA
2007-10-27 : ETİRAF
2007-10-06 : GÜNLƏR VARDI...
SON XƏBƏRLƏR
2019-11-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.33%)
Pullsuz (6.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK