nulled forum hacklink satın al hacklink al epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled Adalet.az | Faiq QİSMƏTOĞLU: AĞAPPAQ QAR Adalet.az | Faiq QİSMƏTOĞLU: AĞAPPAQ QAR Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Faiq QİSMƏTOĞLU: AĞAPPAQ QAR

31034    |   2020-01-18 10:42
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

... Otaqda əyləşmişdi. Və otaqda əyləşdiyi anda ötən günlərini yada salırdı. Yada salırdı ki, niyə onun başına belə müsibətlər, çətinliklər, sıxıntılar gəldi? Nərgiz elə bir adam idi ki, ömrü boyu heç kısı pislik elıməmişdi və ömrü boyu heç kimin paxıllığını da çəkməmişdi. Belə baxanda gərək onun taleyi və həyatı bu qədər acınacaqlı, bu qədər dərdli və bu qədər çıxılmaz vəziyyətdə olmamalıydı...

... Çox vaxt da özünü qınayırdı. Və deyirdi ki, bəxtim gətirmədi. Qız vaxtı həmişə ona deyirdilər ki, Nərgiz, sən nə gözəl qızsan? O da bu sözü eşidəndə sevinər və ürəyi atlanardı. Anası da deyərdi ki, ay bala, gözəl olana qədər gözəl bəxtin olsa yaxşıdı! Bu gözəllik nə vaxtsa Nərgizdən uzaq düşəcək, amma yaxşı bəxtsə bütün qapıları onun üzünə açacaq...

... Nərgiz o vaxtlar anasının dediklərinə bir o qədər də əhəmiyyət vermirdi: çünki onu nə bəxt düşündürürdü, nə də gözəllik! Özü də bilirdi ki, məhəllədə bütün qızlardan gözəldi. Və məhəllənin oğlanlarının da çoxunun gözü Nərgizdəydi. O da hər adamı bəyənib seçməz, hər adamın da sevgisinə cavab verməzdi. Qapılarına gündə bir elçi gələrdi. Atası da, anası da bu elçilərin əlindən lap boğaza yığılmışdılar. Tay kişi də, arvad da elçilərə "yox” deməkdən lap təngə gəlmişdilər...

... Günlərin birində oğlanlardan biri Nərgizin "saqqızını” oğurlaya bildi. İşdən qayıdanda onun qabağını kəsdi və dedi:

- Sənə qurban olum, iyirmi dəfə elçilərimizi qapınızdan kor-peşman yola salmısınız. Dədən də ipə-sapa yatmır. Elə iki ayağını bir başmağa dirəyib deyir ki, mənim sizin oğlunuza verəsi qızım yoxdu, gedin tayınızı tapın! Sənin dədənə də, nənənə də canım qurban. Vallah, tay elçilər də utandığından sizə gəlmək istəmirlər. Hər dəfə oturanda çay gətirirlər, dədəngil də "hə” demədiyinə görə çay buz kimi olur və yenidən əliboş geri dönürlər. Qadan alım, heç olmasa bu dəfə bizimkilərə pis sifət göstərməyin. Axı mən yazığam?!

... Nərgiz diqqətlə oğlanın dediklərinə qulaq asdı, sonra isə özünün uzun, qumral saçlarını sığallayaraq nazlı ədayla dilləndi:

- Sənin özün də az aşın duzu deyilsən. İndi ilan kimi dil çıxarırsan, amma evlənəndən sonra sifətin dönüb olacaq mürdəşir. Oğlanlar hamısı ilk vaxtlar belə danışırlar. Elə ki, qızı evlərinə apardılar, bax, onda əsl sima üzə çıxır. Mən dədəmgilə heç nə deyə bilmərəm...

... Oğlan yenidən basıb-bağlamağa, dil tökməyə başladı:

- Sənin başına dönüm, məni kor-peşman eləmə! Əgər "yox” desən özümü öldürəcəm!..

Nərgiz gülərək:

- Sən özünü öldürən adama oxşamırsan, afiristin birisən – dedi.

Oğlan pörtdü:

- Allaha and olsun, mən sözümün üstə möhkəm duracam. Nə desən nazınla oynayacam, təki razı ol!..

... Oğlanın ilan kimi dil çıxarması Nərgizi yumuşaltdı və əvvəlki Nərgizdən əsər-əlamət qalmadı. Gözünü bir nöqtəyə zilləyərək dedi:

- Qoy onda elçilərin axşam gəlsinlər! Mən razıyam!

"Razıyam” sözünü eşidəndə Oqtayın gözünə işıq gəldi. İstədi Nərgizin əlindən tutsun, qız əlini geri çəkdi. Nərgizin qırımını görən Oqtay büzüşüb qaldı. Handan-hana dilləndi:

- Elçilərimiz axşam sizdədilər...

... Üç gündən sonra elçilər Nərgizgilə gəldilər. Yenə dədəsi fısqırıq çıxardı, ipə-sapa yatmaq istəmədi. Anası dedi ki, ay kişi, çox da zilə qalxma ey, oğlan qızın saqqızını oğurlayıb. Nərgiz deyir ki, razıyam. O deyəndən sonra tay biz neyləməliyik? Çıx elçilərin qabağına, xeyir-duanı ver!

... Elçilər masanın arxasında oturub Nərgizin atasını gözləyirdilər. Əvvəl anası gəldi, sonra da atası Yaqub kişi içəri daxil oldu. Arvadı onun "havasını” almışdı. Bayaqkı görkəmindən əsər-əlamət qalmamışdı. Kişi mum kimi yumuşalmışdı. Masanın üstünə pürrəngi çay da gətirilmişdi. Elçilərin qabağında çay buğlana-buğlana qalmışdı. Onlar gözlərini Yaqub kişiyə zilləmişdilər. Və gözləyirdilər ki, nə deyəcək. Zarafat deyil, bu tərs kişi dəfələrlə onları kor-peşman geri göndərmişdi. Kişi diqqətlə bir elçilərə baxdı, bir avadına baxdı, bir də masanın üstündə buğlanan armudu stəkanlardakı çaya baxdı. Çöhrəsində əvvəlki zəhər-zəhrimar təbəssümlə əvəzlənmişdi. Əvvəl "xoş gəlmisiniz” – dedi. Sonra da gözünü hərləyib oğlan tərəfin elçilərinə zillədi. Onlar hamısı Yaqub kişinin son sözünü gözləyirdi. Kişi də bunu hiss edirdi və bilirdi. Yaqub kişi bir daha buğlanan çaya baxdı. Bir daha gözlərini elçilərə sarı zillədi. Bir daha arvadına dönüb tamaşa etdi. Və sonra da dedi:

- Allah mübarək eləsin! Çayınızı şirin eləyin!

... Bir aydan sonra Nərgiz və Oqtayın toyu oldu. Toya o qədər adam gəlmişdi ki, iynə atsan yerə düşməzdi. Bir neçə il mehriban dolandılar və hətta bir qızları da dünyaya gəldi. Amma sonradan onların dedi-qoduları, söz-söhbətləri daha da çoxaldı. Oqtay gündə bir bəhanə edirdi: ya deyirdi işdən gec gəlirsən, ya da deyirdi məhəllədə filan oğlana niyə salam verdin?! Belə mənasız söz-söhbətlər onların ayrılmasına gətirib çıxardı...

... Otaqda tək oturmuşdu. Və bu hadisələrin hamısı onun gözünün önündə yenidən canlanırdı. Nərgiz neçə illərdi tənha yaşayırdı. Nə atasına yük olur, nə də anasına. Bir qızı barəsində də səhərdən-axşama qədər götür-qoy eləyirdi. Deyir mən xoşbəxt olmadım, heç olmasa qızım xoşbəxt olsun. Və bu tək otaqda Nərgizi arayıb-axtaran da yoxdu, bir rəfiqəsi Xuramandan başqa. Elə bir bayram, elə bir gün olmaz ki, Xuraman o qapını açıb içəri girməsin...

... Və bəzən Nərgiz günlərlə, həftələrlə evdən çölə çıxmaq istəmir, özünə qapanır. Ən yaxşı halda evdəki televizor ona hayan olur. Kirayənişin qaldığı ev də onu sıxır. Çarpayının üstündə uzanıb öz-özünə düşünəndə anasının dediyi sözlər yenidən yadına düşür: "Qızın özü gözəl yox, bəxti gözəl olsun”. Bax, bu sözdən düz 30 il vaxt keçir. Nərgiz elə indi də gözəldi... Nərgiz elə indi də qəşəngdi... Nərgiz elə indi də kimlər tərəfindənsə sevilir... Ancaq o, heç kəsin sevgisini qəbul eləmir. "Bir dəfə ailə qurdum bəxtim gətirmədi, ikinci dəfə bu addımı atmaram” - deyir. Heç atmır da.

... Əlini mobil telefonuna aparır. Yenidən rəfiqəsi Xuramana zəng vurur:

- Ay qız, hardasan? Neçə gündü görünmürsən. Bəlkə xəstələnmisən?

Xuraman:

- Gözümdə mirvari suyu vardı. Ona görə də əməliyyat olunmuşam. Üç-dörd gün keçsin, gələcəm!

... Xuraman Yeni Günəşlidə yaşayırdı. Özü də rus dili müəlliməsyidi. Və onların uzun illərdi dostluğu, rəfiqəliyi təmənnasız olaraq davam eləyir. Nərgiz on gün, bir ay Xuramanı görməyəndə sanki dünya uçub altında qalır. Çünki uçub altında qalan dünyada ona Xuramandan savayı ikinci bir yaxın simsar insan yoxdu. Xuramanın da işi başından o qədər aşır ki, bəzən rəfiqəsinə gec dəyir. Bax, onda da Nərgiz um-küsə eləyir. Xuraman təqaüddə olsa da, yenə fərdi qaydada şagirdlər hazırlayır və onlara rus dilini öyrədir. Çünki Nərgizin rəfiqəsi Xuraman çox savadlı, əxlaqlı və ziyalı bir xanımdı. Elədiyi yaxşılığı heç vaxt kiməsə minnət qoyan deyil...

... Nərgiz yenidən darıxır. Düşüncələr onu lap yeniyetməlik, uşaqlıq dövrünə aparır. Bayırda yağan qar onu bir qədər üşütsə də, amma evin içində sobanın hərarəti qəlbinə bir rahatlıq gətirir. Pəncərədən yağan qara tamaşa edir. O yağan qar ağ kəpənək kimi yerə düşür və əriyir. Pəncərədən çölə baxanda kiminsə gəldiyini görür. Ancaq aydınlaşdıra bilmir ki, gələn kimdi. Qapı döyülən kimi açır və Xuramanı görür:

- Bayaqdan ürəyim partlayırdı. Nə yaxşı gəldin. Düşünürdüm ki, görəsən mən tək-tənha bu gün neyləyəcəyəm? Amma sənin gəlməyin məni sıxıntıdan xilas elədi.

Xuraman diqqətlə Nərgizə baxdı:

- Gör sənə nə gətirmişəm? Ürəyin istədiyi meyvələri, şirniyyatları almışam. Bir az bunlardan ye, sonra şəhərə çıxarıq. Rəngin-rufun da saralıb. Baxıram ki, kefin yoxdu.

... Hər ikisi o şirniyyatı səliqə ilə süfrənin üstünə düzürlər və pürrəngi çayla çox ləzzətlə dadına baxırlar. Doyunca yeyəndən sonra Xuraman yenidən səslənir:

- Ay qız, dur gedək şəhərə! Bir az mağazaları gəzərik, sonra da gedərik bulvara. Evin havasını udmaqdan rəngizmiz saralıb. Heç olmasa ayda-ildə bir dəfə dənizin havasını udaq. Özü də görürsən nə gözəl qar yağır?!

... Nərgiz onunla razılaşır. Və hər ikisi qoşulub əvvəl ticarət mərkəzinə gedir, sonra da bulvara üz tuturlar. Qar bir az da möhkəm yağır. Onlar uzaqlaşdıqca yağan qarın içində görünməz olurlar...




İmza:

YAZARIN ARXİVİ

2018-11-24 : ONLUQ QIZIL
2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2020-02-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90%)
Pullsuz (10%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir nəfər məscidə namaz qılmağa gəlir. Namaz qılarkən biri yaxınlaşır ki, alnını canamaza düz qoymursan. Başqası deyir, ayaqlarını düz cütləməmisən. Bir başqası deyir ki, əllərini dizinin üstünə düz qoymursan. Birisi də deyir, əllərini sinəndə düz tutmursan.

Dilxor olur, kövrəlib məsciddən çıxır.

Göydən səda gəlir ki, ey mənim övladım, niyə ağlayırsan?

- Allahım, məni məscidə buraxmadılar.

Göydən yenə səda gəlir:

- Dilxor olma, övladım, heç çoxdandı məni də məscidə buraxmırlar.





digər lətifələr
ARXİV
FACEBOOK