nulled forum hacklink satın al hacklink al Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled Adalet.az | Dörd ölkənin məşhur sənətkarları Bakıda eyni səhnəni bölüşəcək Adalet.az | Dörd ölkənin məşhur sənətkarları Bakıda eyni səhnəni bölüşəcək Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏDƏNİYYƏT

Dörd ölkənin məşhur sənətkarları Bakıda eyni səhnəni bölüşəcək

27720    |   2020-01-13 09:36
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında fevralın 1-də görkəmli italyan bəstəkarı Rudjero Leonkovallonun "Payatsı” operası nümayiş olunacaq.

Adalet.az Mədəniyyət Nazirliyinə istinadən bildirir ki, səhnə əsərində Azərbaycanın opera ustaları ilə yanaşı, Almaniya, Rusiya və Gürcüstandan dəvət olunmuş tanınmış sənətkarlar da iştirak edəcəklər.

Operanı idarə etmək üçün Almaniyanın Ştutqart Opera və Balet Teatrının baş dirijoru, dirijorların beynəlxalq müsabiqələrinin laureatı Mixail Aqrest dəvət olunub.

Operada əsas partiyalardan biri - Kanio partiyasını Tbilisi Dövlət Opera və Balet Teatrının solisti, Gürcüstanın Xalq artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı, professor Teymuraz Ququşvili ifa edəcək.

Tonio rolunu Rusiya Böyük Teatrının solisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Andjey Beletski canlandıracaq.

Səhnə əsərində, həmçinin Azərbaycanın Əməkdar artistləri Afaq Abbasova (Nedda), Cahangir Qurbanov (Silvio), Əliəhməd İbrahimov (Arlekin) və Tural Ağasıyev (Kəndli) çıxış edəcəklər.



İmza:
SON XƏBƏRLƏR
2020-02-27
2020-02-26


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90%)
Pullsuz (10%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Əsgər qaça-qaça gəlir:

- Cənab kapitan, cənab kapitan, bizim taqım komandiri yenə içib…

Kapitan:

- Hardan bilirsən?

Əsgər:

- Necə yəni hardan bilirəm? Üzünü sabunlayıb güzgünü qırxır.





digər lətifələr
ARXİV
FACEBOOK