nulled forum sanal pezevenk hacklink satın al hacklink al Sit Giriş Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled hack forum spyhackerz warez php script Adalet.az | DİN və Baş Prokurorluq Oqtay Gülalıyevin qəsdən vurulması xəbərini təkzib etdi Adalet.az | DİN və Baş Prokurorluq Oqtay Gülalıyevin qəsdən vurulması xəbərini təkzib etdi Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / HÜQUQ

DİN və Baş Prokurorluq Oqtay Gülalıyevin qəsdən vurulması xəbərini təkzib etdi

37524    |   2019-12-28 13:26
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi (DİN) hüquq müdafiəçisi Oqtay Gülalıyevin qəsdən vurulması ilə bağlı yayılan məlumatları təkzib edib.

Adalet.az-ın məlumatına görə, DİN və Baş Prokurorluğun yaydığı birgə məlumatda bildirilir ki, 29 oktyabr 2019-cu il tarixdə paytaxtın Nəsimi rayonunun 28 May və Puşkin küçələrinin kəsişməsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində piyada, Bakı şəhər sakini Oqtay Gülalıyevin avtomobillə vurulması faktı üzrə başlanmış cinayət işi üzrə Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsində istintaq tədbirləri davam etdirilir.

Aparılmış istintaq-əməliyyat tədbirləri nəticəsində əldə edilmiş sübutlarla oktyabrın 29-da çağrı nömrəsi "9933” olan "A taksi” şirkətində taksi sürücüsü kimi işləyən Kənan Abdullayevin idarə etdiyi "Hyundai Accent” markalı avtomobillə saat 17:22-də Nəsimi rayonunun 28 May və Puşkin küçələrinin kəsişməsində sola dönərkən Puşkin küçəsindəki piyada keçidi ilə yolu keçən O.Gülalıyevi ehtiyatsızlıqdan vuraraq onun ağır dərəcəli bədən xəsarəti almasına səbəb olması müəyyən edildiyindən K.Abdullayev Cinayət Məcəlləsinin 263.1-1-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və barəsində "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilib.

"Təhlükəsiz Şəhər” Xidmətinin müşahidə kameraları tərəfindən qeydə alınmış görüntülər Daxili İşlər Nazirliyinin Mətbuat xidməti tərəfindən hadisədən dərhal sonra kütləvi informasiya vasitələrinə təqdim edilməsinə, hadisə barədə oktyabrın 30-da Bakı şəhər Baş Polis İdarəsi tərəfindən, daha sonra hadisənin təfərrüatları və istintaqın gəldiyi ilkin nəticələrə əsasən hadisənin qəsdən törədilməməsi barədə oktyabrın 31-də Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətləri tərəfindən ictimaiyyətə ətraflı məlumatlar verilməsinə baxmayaraq, bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkə istifadəçiləri tərəfindən qərəzli olaraq hadisənin guya qəsdən törədilməsi ilə bağlı cəmiyyətdə yanlış fikirin formalaşdırılmasına xidmət edən əsassız məlumatlar yayılıb.

Həmin məlumatlar aparılmış istintaqla sübuta yetirilmədiyindən qəti şəkildə təkzib olunur.

Belə ki, istintaq zamanı müəyyən edilib ki, O.Gülalıyev hadisə yerindən tamamilə kənarda, Xətai rayonu ərazisində yaşayır və həmin gün hadisə yerinə şəxsiyyəti istintaqa məlum olan tanışı ilə görüşmək məqsədilə ilə gəlib, həmin marşrutdan gündəlik və ya daimi olaraq istifadə etməyib. Həmçinin müəyyən edilib ki, sürücü K.Abdullayev sentyabr ayından etibarən Nizami küçəsində fəaliyyət göstərən hazırlıq kursundan qonşusunun övladını saat 17:30-da götürmək üçün həmin istiqamətdə hər gün hərəkət edib.

Bundan başqa, hadisədən əvvəl təxminən 2 saat ərzində sürücü K.Abdullayevin və O.Gülalıyevin hərəkət trayektoriyaları, hadisədən sonra sürücü K.Abdullayevin O.Gülalıyevi 1 saylı Kliniki Tibbi Mərkəzə apardığı marşrut "Təhlükəsiz Şəhər” Xidmətinin kameraları, eləcə də istifadə etdikləri telefon nömrələrinin anten dairələri vasitəsilə tam müəyyən edilib. Məlumatlardan görünür ki, onlar hadisədən əvvəl müxtəlif istiqamətlərdə hərəkətdə olmuş, hərəkət istiqamətləri hadisədən əvvəl heç bir halda kəsişməyib, sürücü tərəfindən O.Gülalıyevin güdülməsi, izlənilməsi halları müəyyən edilməyib.

Bakı Nəqliyyat Agentliyindən verilmiş məlumata əsasən həmin vaxt yaranan tıxaclar nəzərə alınmaqla sürücü K.Abdullayev zərərçəkmiş şəxsi ən optimal marşrut üzrə saat 18:16-da 1 saylı Klinik Tibbi Mərkəzə çatdırıb.

İstintaq zamanı sürücü K.Abdullayevin şəxsiyyəti, əlaqələri, ailə vəziyyəti və barəsində digər zəruri məlumatlar əməliyyat yolu ilə toplanılıb. Müəyyən edilibki, o, 1984-cü ildə Mingəçevir şəhərində anadan olmuş, 2009-cu ildə işləmək məqsədilə Bakı şəhərinə gəlmiş, 2019-cu ilin iyun ayından etibarən Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olmağa başlayıb. Ailəlidir, bir övladı vardır. Əvvəllər məhkum olunmayıb.

Aidiyyəti dövlət qurumları tərəfindən aparılmış əməliyyat tədbirləri nəticəsində K.Abdullayevin həyat tərzi ilə bağlı hər hansı şübhəli məqamların, zərərçəkmiş şəxs O.Gülalıyevlə əvvəllər tanışlığının, ədavətinin olmaması müəyyən edilib, eləcə də sonuncunun hadisədən əvvəl izlənilməsi, təqib edilməsi və təzyiqlərə məruz qalması barədə yayılmış informasiyalar, xüsusilə O.Gülalıyevin olduğu yerin hər hansı kənar şəxs vasitəsilə telefon və ya internet vasitəsilə sürücü K.Abdullayevə bildirilməsi fərziyyəsi istintaqla təsdiq olunmayıb.

Bu və digər hallar üzrə, o cümlədən zərərçəkmiş şəxsə göstərilmiş tibbi yardımın qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması hissəsində istintaq tədbirləri davam etdirilir.

Cinayət işi üzrə tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla təqsirkar şəxsin məhkəmə məsuliyyətinə verilməsi təmin ediləcək.




İmza:

Türkiyədəki azərbaycanlı tələbələr dövlətə aid yataqxanalardan çıxarılmayıb - Erkan Özoral

Deputatların heç birində koronavirus aşkarlanmadı - RƏSMİ

Dövlət başçısı: “Yaşı 65-dən yuxarı insanlar evdə oturmalıdırlar. Vəssalam, birmənalı şəkildə!”

Koronavirus səbəbindən bəşəriyyətin yarısı karantindədir

İlham Əliyev koronavirusa görə karantin üçün hotellərini ayıran iş adamlarına təşəkkür etdi

İlham Əliyev və Mehriban Əliyeva Bakıda tibb müəssisəsinin açılışında - YENİLƏNİB

Çinin dövlət müşaviri: Koronavirusla mübarizədə Azərbaycana yardım göstərməyə hazırıq

Bakıda qadın vəhşicəsinə döyüldü: Polis araşdırmalara başladı

Cəlilabadda polisi güllələyən şəxs həbs edildi - RƏSMİ

Azərbaycan Afrika İttifaqı Komissiyasına 20 min dollar yardım edib

Prokurorluq orqanlarında vətəndaş müraciətlərinin elektron qaydada və telefon rabitəsi vasitəsilə qəbulu davam etdirilir

Penitensiar Xidmətdən Tofiq Yaqublu ilə bağlı AÇIQLAMA

Konstitusiya Məhkəməsi Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait ayırıb

Azərbaycanda koronavirusla bağlı yalan məlumat yayan 3 nəfər həbs edild

Tofiq Yaqublu barəsində həbs qətimkan tədbiri seçilib - Bakı şəhər prokurorluğu

Avropada koronavirusun yayılmasının ilkin mənbələrindən biri bəlli olub

Elmar Vəliyevə sui-qəsd edənlərin məhkəməsi təxirə salındı

Konstitusiya Məhkəməsinin onlayn iş rejimi belə olacaq

Ali Məhkəmə vətəndaş müraciətlərini onlayn formada qəbul edəcək

Yaponiyada 19 ruhi xəstəni öldürən şəxs edama məhkum edildi

Koronavirusla bağlı şayiələr yayanlar cərimələnəcək

Baş Prokurorluq KİV-lər və sosial şəbəkə istifadəçilərinə bir daha xəbərdarlıq edib

SON XƏBƏRLƏR
2020-03-30


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir adam xoşbəxtcəsinə dostuna deyir ki,

indiyədək həyatımda koronavirus kimi məni sevindirən bir hadisə olmamışdı:

- Arvad artıq səyahətə getmək istəmir!

-Artıq heç bir şey satın almır, çünki hər şey Çindən gəlir.

- Alış-veriş mərkəzlərinə də getmir ki, oralarda qələbəlikdi.

- Bütün günü də ağzına maska taxıb danışmır.

Bu virus deyil ey, Allahın mənə bir lütfüdü, kefdəyəm.





digər lətifələr
ARXİV
FACEBOOK