hacklink satın al hacklink al warez forum warez script hacklink Adalet.az | Yol polisi "Eurohome"dakı yanğınla bağlı sürücülərə müraciət etdi Adalet.az | Yol polisi "Eurohome"dakı yanğınla bağlı sürücülərə müraciət etdi Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

Yol polisi "Eurohome"dakı yanğınla bağlı sürücülərə müraciət etdi

3580    |   2019-12-10 11:10
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bakı şəhər Baş Polis İdarəsi "Eurohome" Ticarət Mərkəzində baş verən yanğınla bağlı sürücülərə müraciət edib.

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov açıqlamasında bildirib ki, sürücülərə alternativ yollardan istifadə etmək tövsiyə olunur: "Xəbər verdiyimiz kimi, səhər saatlarında "Eurohome” Ticarət Mərkəzində baş verən yanğın səbəbindən Bakı-Sumqayıt yolunda hərəkət tam məhdudlaşdırılıb. Vəziyyəti təhlil etdiyimiz zaman məsləhət görərik ki, Bakıdan Sumqayıt istiqamətində gedən sürücülər Sabunçu-Zabrat-Novxanı-Balaxanı yolu ilə hərəkət etsinlər. Çox sürücü düşünür ki, Biləcəridən keçmək daha məqsədə uyğundur. Ancaq hazırda bütün nəqliyyat vasitələri həmin istiqamətə hərəkət etdiyi üçün ərazidə yolda sıxlıq müşahidə olunur.

Sumqayıtdan Bakı istiqamətinə gələnlər isə ən yaxşı halda Sumqayıt daxili dənizkənarı yolla Mehdiabad-Digah-Məmmədli-Maştağa-Sabunçu-Ziya Bünyadov yolu ilə hərəkət etsin. Xırdalan dairəsi kimi tanınan ərazidən avtomobillərin hərəkəti sadəcə Xırdalan qəsəbəsinin daxilinə yönləndirilib.

Sürücülərdən xahiş edirik ki, yaranmış vəziyyəti təhlil edib düzgün qərar versinlər. Məhdudiyyət tam yanğın söndürülənə qədər davam edəcək”.

V.Əsədov əlavə edib ki, hazırda Bakıdan Sumqayıt istiqamətində hərəkət edənlər Biləcəri qəsəbə dairəsindən keçməklə Ekologiya postundan sağa, körpü üzərindən, eyni zamanda həmin körpü vasitəsilə Biləcəri qəsəbəsi daxilindən Bakı-Binəqədi yolundan istifadə etdiyi üçün Şamaxı istiqamətində nəqliyyat sıxlığı yaranıb:

"Tıxacın qarşısının alınması üçün sürücülər digər alternativ yollardan istifadə etsinlər. Biləcəri istiqamətində hərəkət edənlər isə Bakı-Binəqədi yoluna üstünlük versinlər. Həmçinin Sumqayıtdan Bakıya gələnlər üçün "VAZ" və Xırdalan dairəsi kimi tanınan ərazidən hərəkət Abşeron rayonu daxilinə, yaxud yeni Dairəvi yolla Novxanı istiqamətinə dəyişdirilib".




İmza:
SON XƏBƏRLƏR
2020-01-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90%)
Pullsuz (10%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Sovet dönəmi. Vəli Xramçaylı universitetin jurnalistika fakültəsində oxuyur. Ateizm müəllimi Qədim Mustafayev Allahın yoxluğu ilə bağlı mühazirə oxuyur və sonda bir-bir tələbələri durğuzub deyir:

- Denən Allah yoxdur.

Hamı bir-bir deyir ki, Allah yoxdur. Axırda sıra Vəli Xramçaylıya çatır, o dillənmir. Qədim müəllim soruşur:

- Sən niyə demirsən?

Vəli Xramçaylı:

- Məllim, yoxdusa yoxdu, varsa niyə yoxdu deyib Allahla aramı vurum?!





digər lətifələr
ARXİV
FACEBOOK