ANA SƏHİFƏ / GÜNDƏM

Paşinyan: Misli görünməmiş miqdarda silah almışıq.

5825    |   2019-12-06 15:45
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

2018-ci ilin mayından 2020-ci ilə qədər (2020-ci il büdcəsi hesaba alınmaqla) Ermənistanın müdafiə xərcləri 66 milyard dram və ya 28 faiz artıb. Bu haqda baş nazir Nikol Paşinyan parlamentdə büdcə müzakirələri zamanı deyib. Əlavə edib ki, 2018-ci ilin mayından, yəni o hakimiyyətə gələndən bəri Ermənistan "misli görünməmiş miqdarda silah, texnika və sursat” əldə edib.

"Ermənistan regionda hərbi balansın bərpasına yönəlmiş siyasətini davam etdirəcək”,-Paşinyan bildirib.

Jurnalistlər isə parlament kuluarlarında Paşinyanın hansı "misli görünməmiş” silahlardan danışdığını müdafiə nazirinin müavini Qabriel Balayandan soruşublar. O deyib ki, alınan silahların siyahısını açıqlaya bilməz, çünki hərbi sirrdir. Bununla belə Balayan Ermənistanın son iki ildə "intensiv şəkildə yeni, müasir silahlar aldığını” deyib.

"Bundan əlavə, artıq məlumdur ki, təyyarələr (Su-30SM) gətirilmək üzrədir. Qalanları hərbi sirrdir”,-o əlavə edib.

Xatırladaq ki, Rusiya güzəştli kredit hesabına Ermənistana 4 Su-30SM qırıcısı satıb, həmin təyyarələrin yaxın aylarda təhvil veriləcəyi gözlənilir. O ki qaldı "misli görünməmiş miqdarda” silahlara, Ermənistanın həmin silahları hansı imkanlarla aldığı müəyyən deyil. Çünki büdcə imkanları məhduddur və Paşinyanın bəhs etdiyi 28 faizlik artım hesabına ancaq məhdud sayda silah, texnika almaq olardı.



İmza:

Azərbaycanda xüsusi karantin rejimi növbəti dəfə yumşaldılır

Dünya çempionu: “Şəhid olaq, təki torpağımız azad olsun” - VİDEO

Akademik: "Dağlıq Qarabağ" anlayışı olmayıb!

“Vətənin müdafiəsinə hazırıq” adlı onlayn görüş keçirilib

“TurAz Qartalı - 2020” birgə taktiki-uçuş təlimlərinin birinci mərhələsi davam edir - VİDEO

Şəhid vərəsələrinə birdəfəlik ödəmə proqramı 100 faizə yaxın icra olunub

Azərbaycanda pandemiya ilə mübarizə tədbirləri beynəlxalq səviyyədə yüksək qiymətləndirilib

SABAH qruplarına müəllimlərin işə qəbulu üzrə müsabiqə keçirilir

Azərbaycanda koronavirusa yoluxanların sayı 129-a qədər azalıb, 421 nəfər isə sağalıb

DEYİRSİNİZ YƏNİ «AZAL»ın PREZİDENTİ CAHANGİR ƏSGƏROV

Azərbaycan İnvestisiya Holdinqi yaradılır - Fərman

Prokurorluğun və ya DTX-nin əlində bir içim su

SON XƏBƏRLƏR
2020-08-07


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.65%)
Pullsuz (12.35%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylı 1-mərtəbədə yeməkxanaya gəlir. Ofisant Anara:

-Ayə qağa, dünən bərk kefliydimmi?

Anar:

- Vəli nətər vurmuşdumsa, elə zornan mənə dirənmişdin ki, "Anar qapını gətir, çıxım gedim".




digər lətifələr
ARXİV
FACEBOOK