ANA SƏHİFƏ / SİYASƏT

Vilayət Eyvazov kolumbiyalı səfirlə görüşüb

11640    |   2019-12-05 16:24
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov dekabrın 5-də Kolumbiya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Luis Antonio Dimate Kardenası qəbul edib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Adalet.az -averilən məlumata görə, qonağı salamlayan nazir onu yeni təyinat münasibətilə təbrik edib və diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Nazir iki dövlət arasında siyasi, mədəni və humanitar sahələrdə əməkdaşlığın mövcudluğunu, qarşılıqlı səfərlərin bu əlaqələrin genişləndirilməsinə və inkişafına təkan verdiyini, beynəlxalq arenada Kolumbiya Hökumətinin Azərbaycanın mövqeyini hər zaman dəstəklədiyini məmnunluqla diqqətə çatdırıb.

Daxili İşlər Nazirliyi ilə Kolumbiyanın Milli Polisi arasındakı əlaqələrdən söz açan general-polkovnik V.Eyvazov transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizə sahəsində qarşılıqlı əməkdaşlığın yaradılması və təcrübə mübadiləsi məqsədilə bu ölkənin asayiş keşikçilərindən ibarət nümayəndə heyətinin dörd il öncə Azərbaycanda olduqlarını, səfər çərçivəsində nümayəndə heyəti ilə DİN-də görüş keçirildiyini, onların "102" Zəng Mərkəzi Sistemi, "Təhlükəsiz Şəhər" Avtomatlaşdırılmış İdarəetmə Mərkəzi, habelə Əlahiddə Çevik Polis Alayının fəaliyyəti ilə yaxından tanış olduqlarını xatırladıb.

Problemlərə toxunularkən transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərinin, xüsusən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin diqqət mərkəzində dayandığı və belə qlobal xarakterli təhlükəli cinayətlərlə səmərəli mübarizədə səylərin birləşdirilməsinin zəruriliyi nəzərə çatdırılıb.

Səfir Luis Antonio Dimate Kardenas səmimi qəbula və ətraflı məlumata görə təşəkkür edib, paytaxt da daxil olmaqla ölkəmizin bütün bölgələrində yaradılmış təhlükəsiz və əmin-amanlıq şəraitindən məmnunluq duyduğunu, respublikamızdakı diplomatik fəaliyyəti dövründə ikitərəfli əlaqələrin inkişafına öz töhfəsini verəcəyini bildirib.




İmza:

“Artıq nakişi olmaqdan bezmişik, kütləvi qeyrətsizləşmə başa çatmaq üzrədir...”

Ağstafaya yeni icra başçısı təyin olundu - SƏRƏNCAM

İlham Əliyev: Azərbaycanın bu çətin gündə Moldovaya həmrəylik göstərməsi təbiidir

İlham Əliyev yeni təyin olunan icra başçılarını qəbul edib - YENİLƏNİB

Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi təbrik edib

Adil Əliyev: ABŞ-ın maraqları Azərbaycanla strateji tərəfdaşlığı diktə edir

Azərbaycanla Fransa arasında əməkdaşlıq yüksək səviyyədədir

Prezident İlham Əliyev: Azərbaycanda 30-dan çox DOST mərkəzinin fəaliyyətə başlaması nəzərdə tutulur

Gürcüstanın dövlət başçısı Prezident İlham Əliyevə təbrik məktubu göndərib

Azərbaycanda koronavirus və karantin rejimi ilə bağlı son vəziyyət açıqlanıb - VİDEO

Həsən Ruhani Prezident İlham Əliyevi təbrik edib

Dağlıq Qarabağda keçirilmiş saxta "seçkilər"lə bağlı BTM-nin Baş katibinə məktub ünvanlanıb

“The Jerusalem Post” qəzeti Azərbaycan müxalifətində yaşanan gey qalmaqalından yazır

Milli Məclis deputatların maaşı ilə bağlı məsələyə aydınlıq gətirdi

Aleksandr Lukaşenko Prezident İlham Əliyevi təbrik edib

Tahir Rzayev: Karantinlə bağlı təlimatlara əməl etməyənlər barəsində...

Vətəndaşlar Prezidentə yazırlar: Belə bir çətin zamanda ölkəmizdə islahatların davam etdirilməsi bizi çox sevindirir

İtaliyanın dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib

Qurbanqulu Berdiməhəmmədov İlham Əliyevə təbrik məktubu göndərib

Mövlud Çavuşoğlu: Azərbaycanın dərdi bizim dərdimiz, sevinci bizim sevincimizdir

Prezident İlham Əliyev Gürcüstanın dövlət başçısı Salome Zurabişvilini təbrik edib

Azərbaycan XİN İordaniyanı təbrik edib

SON XƏBƏRLƏR
2020-05-26
2020-05-25


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK