hacklink Adalet.az | BİR SEVGİNİN ETİRAFI: FƏLSƏFƏSİNDƏ NƏ DAYANIR Adalet.az | BİR SEVGİNİN ETİRAFI: FƏLSƏFƏSİNDƏ NƏ DAYANIR Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

BİR SEVGİNİN ETİRAFI: FƏLSƏFƏSİNDƏ NƏ DAYANIR

Allahverdi Eminov

8162    |   2019-11-30 10:30
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

(Şairə Kəmalənin "Məni bağışlama” şeiri haqqında düşüncələr)

Mən iradəsiz deyiləm və yaddaşıma da arxayınam: keçmişə qaytarır məni, ol­muşların həsrətinə aparır və kövrəldir. Ötən əsrin 60-cı-80-ci illərinə. Kənd müəl­­limliyimdən Bakıya gəlib aspiranturaya girmişdim, elmə və publisistikaya atıl­­­mış­dım. Şairlərlə, jurnalistlərlə, yazıçılarla, pedaqoqlarla yaxın ünsiyyətim ya­ran­­­mış­dı. Xüsusilə, gənc yazıçılarla. Redaksiyaya ("Azərbaycan müəllimi” qə­ze­tin­də ça­lışırdım, 1976-1984), üzündə və saçlarında kənd koloritini saxlayan, iri ca­zi­­bəli göz­lərilə məftunedici təsir oyadan, xoş səsli bir gənc xanımla tanış oldum, de­­dilər ki, şeir yazır, müəllimədir, fizikadan dərs deyir 31 saylı tam orta məktəbdə. Ana­­sı Pe­daqoji İnstitutunun dosentidir, tanıdım... Təvazökarlıq edib şeir oxumadı, hət­ta "mən şeir yazmıram” – dedi. Mənim üçün "yazmıram” feili kifayət etdi ki, şair­dir! Ya­nılmamışdım...

İllər keçdi. İmzası müntəzəm göründü, bəstəkarlar onun sözlərinə mahnılar bəs­tələdilər. Və şeir kitabları işıq üzü gördü. Müəllim səriştəsilə də maraqlandım. Va­­­lideynlər və pedaqoqlar bu gənc müəllimədən razılıq etdilər, bu səriştəsilə də se­vin­dim. "Fiziklər və liriklər” adlı geniş məqalə çap etdirdim (70-ci illərdi). İlk mə­sə­­ləni ortaya atdım, məndən 45-50 il sonra Milli Elmlər Akademiyası "ayıldı”, mən isə xatırlanmadım... Amma mən gənc şairə – müəllimə Kəmalə Abıyevanı, onun güclü hisslə qələmə aldığı şeirlərindən süzülüb gələn lirikasını unutmadım. Qə­­­zetlərdə oxuyanda mənə gələn bir hiss də şairənin yaşadığı olmuşlara, ötənlərə və əl yetməyən nəsnələrə aşinalığıdır! Şeir dünəndir, "dünənin” xatirəsindən doğu­lan poetik sızıltıdır. Şeir boş gurultu və tappıltı deyil, qulaq pərdəsinə güc gəlsin. Şeir ürəkdə qövr edən, pak sevgisini itirən sızıltıdır, amma ah – nalə də deyil!

Kəmalə Abıyevada poeziya ona görə canlıdır, misralar diridir, sözlər biçim­li­dir – şairin içindən gələn və bu daxili ahəngi enerjisi ilə oyadan bir nəsnədir. Şeir Kə­­malə üçün bir daha geri qayıtmayan taledir, hansı ki, tale ilə zarafat etməyəsən, özün­dən küsdürməyəsən. "Bağışla”, "Eh, bir yanılma idi” etirafları səndən üz dön­də­­rir. Mən A.Kəmalənin şeirlərində, düzü, sosial möhür axtarmamışam, naməlum mə­murun ərköyünlüyünə gülməyini eşitməmişəm, acizanə şikayətini duymamı­şam, yoxsa o, məni bir oxucu kimi itirərdi. Mən isə şairənin "Məni bağışlama” şei­ri­ni itirərdim. Nə gizlədim, şeiri ("Ədalət” qəzeti, 02.11.2019) payızın bir səhər ça­ğın­­da sübh vaxtı oxudum. Təsadüfdənmi, bəxtimdənmi günəş dan yerində qərar tut­­murdu, buludlar onun qabağını kəsmişdi, amma əbəs cəhd idi. Dünənin qayğıla­rın­­dan sıxılmamışdım, pəncərəmdən aydınca görünən yaşıl yarpaqlı zeytun ağac­la­rı hələ oyanmamışdı, yarpaqlarını: nəvə – nəticələrini ağuşunda qoruyurdu. Bir az­­dan yan – yörəsində gizlənən tüstü axını yarpaqların gözlərini qamaşdıracaqdı. Mən isə Kəmalənin "Məni bağışlama” poetik yarpağının pıçıltısını eşidirdim mis­ra-mis­ra və ürəyimdən keçirirdim ki, vacib idimi bu şeiri oxuyum? Axı, qəzet səhi­fə­­­sində "Ba­ğışlaram”, "Külək saçlım”, "Nə qəribə havadı”, "Getmə demədim”, "Son sev­gim­sən” şeirləri də yer alıb, onlar məgər sənin təştəni söndürməyəcək? Ca­­vabım birmənalı idi? Deyə bilmərəm! Ona görə ki, bu yaşımda içimi silkələdi, hər şeyə tə­slim olmayan xatirələrimi "təslim etdi” və çəkilib kənarda durdu. Ona gö­rə ki, pe­şiman-peşiman bir zaman içimdə doğulmuş və ölmüş gənclik sevgimi ye­nidən qay­tarırdı?

Nə olsun ki, sənə "bağışla” dedim.

Nə olsun qayıtdım, əlindən tutdum,

Bağışlama məni, qurbanın olum,

Məni bağışlama, qoy çıxım gedim.

Baxma, sevgi dolu baxışlarınla

Mən sənin dünyanı yıxıb getmişəm.

Sən həsrət qaldığın baxışlarıma

Özgə bir həsrəti yığıb getmişəm.




Bu, etirafdırmı, Kəmalə xanım, yoxsa poetik qüdrətin çəkib gətirdiyi xül­ya­dır? Bəlkə heç biridir, sevən insanların son elegiyasıdır? Bu yozum da deyil. Mə­nim, onun haçansa itirdiyi bir həsrətdir? Bəlkə bu, sevən bir insana məxsus enerji­dir – vaxtında yanmayanda, yaxud vaxtsız sönəndə kiçik bir təmasdan zamanı ça­ğı­­rıb gətirir. Bəlkə bu, yalnız sevənlərə xas ali müdriklikdir – üz çevirəndə ən əziz­lə­­diyinə belə "Məni bağışlama” demək cəsarətinə gəlir. Mən indi də bilmirəm niyə "Mə­ni bağışla” dedim və sanki yüngünləşdim, bu, düşündüyüm və özümə arxayın ol­­duğum peşimançılıq idi. Kəmalə xanım isə qadın qəlbilə etiraf edir, kişilərdən ürə­­yinin daha dözümlü olduğuna inandırır. O, həssas duyumla itirilmiş sevginin ürək­­­də ölməmiş, ruhunu – canını heç vaxt tapşırmamış bir möcüzəsinə baş əyir. Se­­­­vən birisi (kişi) təmasa – "əlindən tutmuşuq” fiziki oyanış kimi yanaşa bilər və bu­­­na sevginin ilk simptomları gözüylə yanaşırdı. Antik filosof Platonda belə nəva­ziş hissiyyatın gözəlliyi kimi səciyyəlnir, dərk olunmağa səsləyir. Şərqdə isə hələ mə­­­həbbət – sevgiyə çevrilməmiş vurğunluğun ilkin əlamətləri nəzərə çarpır; əldən tut­ma oğlanda (kişidə) zahiri gözəlliyin cizgiləri birbaşa şüura – yaddaşa ötürülür və hissiyyata çevrilir. Təbii ki, bu fenomenal nəsnə həyata əksərən keçirilmir, ya ki­­­şi, ya da qadın tərəfindən və bu, həsrətdə toxdayır. Şairlərdə (Kəmalə xanım da is­­­tisna deyil) həsrət anlamı poetik obrazı özündə ehtiva edir, mənəvi yaşantı olaraq ma­d­diləşir. Şair neçə-neçə illərdən sonra bu mövzuya təsadüfi qayıtmır, keçmiş sev­­ginin oyanışı təsiri altında da olur, yaxud bir təsadüfi rastlaşma zamanı da. İkin­ci­də, şeir daha həzin, kövrək və kədər bağışlayır; müəllifə də, oxucuya da! Bu "rast­­laşma” – mən bu cür düşünürəm: Şairə Kəmalə xanım şeirin yaranması fakto­run­­dan belə unikal şeiri yaza bilmişdir, keçmişlə indisinin xəyali müşahidəsində:

Sənin üzündəki qəmin izləri,

Mənim üzümdəki qəmdən dərindi.

Ağarmış saçların, nəmli gözlərin

Qatili olduğum ayın – ilindi.

Bəlkə bu etiraf deyil, itirilmiş sevginin – mənəvi cinayətin atributudur, bunu hər qadın şairə ümumiləşdirmək səlahiyyətinə, daha doğrusu, cəsarətinə malik ol­mur. Şeirin cövhərində sadəcə lirik təəssürat, içimizi göynədən pafos – poetik eh­ti­ras dayan­mır, sevən tərəflərin münasibətlərindəki fiziki görüm və ruh. Bir sev­gi da­şı­yı­cı­sı­nın (oğlanın) zövqü və cinsi instikti üz-üzə gəlir və şairin fəlsəfi təsəv­vü­rün­də poe­tik­ləşir. Birinci tərəf oğlan impressiv – təəssüratoyadıcı olur. İkinci tə­rəf – qız on­dan xəbərsiz yaşlaşmış, saçları ağarmış, sevgisinə biganə qalmamış qey­ri gü­­nahka­rın qarşısında özünü təmizə çıxarmağı belə bacarmır. Müəllifin qəlb ge­­niş­li­­yi­ni, həs­rətə bələnmiş sevgiyə verdiyi ən ülvi qiyməti duymaya bilmərik. Şair bu­nun­la özü­nü sığorta etsəydi nəyi xatırladardı: emosionallığı, yoxsa in­tel­lek­tual­lığı? Kiçik ha­şiyə: itirilmiş sevgi (bu, onun taleyidir) iki canla, obyektin – tərəf – mü­qa­bil­­lərin bir­ləşməsini – simbioz münasibətini şərtləndirir, necə ki, şairlə (ümu­­miy­yət­lə, ya­ra­dıcı şəxslərlə) şeir, (poeziya) arasındakı sevgi bənzəyişi, ox­şar­lı­­ğı möv­cud­dur. Şai­rənin təxəyyülündə "Məni bağışla” təsadüfdən doğulmamışdır – mo­tiv­ləş­mişdir, bu, psixoloji anların hesabınadır. Psixoloq Leon Edel yazırdı ki: "Ədə­­biy­yatla (şeirlə – A.E.) psixologiya ortaq zəmində yüksəlir, ikisi də insan mo­tiv­lə­ri­lə, dav­ra­nışları ilə bağlıdır, birinin nifrətilə ayrılmasının, digərinin sevgilə birləş­mə­sini in­cə­ləyir”. Şairin hər iki amili nəzərdə tutması belə, əzəmi misraları ürəyin­də bəs­lə­yib intellektinə ötürə bilməz, bunu yalnız ilhamı oturuşmuş şairlər yaradar. Be­lə bir priz­madan bircə şeiri lap "Məni bağışlama”nı necə hasilə gətirmək olar? Təsəvvür et­mirəm ki, mən oxucu olaraq şeiri ruhumun çağırışında yaşamağı ba­car­mı­şam. Kə­malə xanımın o hissləri var – poeziyanın ilahi pıçıltısında yazdığına mö­cü­zə ki­mi baxdım:

Ömründə yer vermə, indi sən məni

Ölən arzuların qoy arasına.

Mənim öz dünyam var qoy çıxım gedim,

Gedim xəyalların xarabasına.

Bu obrazlar assosiativ çevrilmələr, sözlərin zərif ucundan sızan bənzət­mə­lər – daha nələr – şairə – müəllifə həm nicat, həm də həsrət hissi bağışlayıb ayaq sax­­la­ma­mışdır. Belə məqamlarda gizlin deyil, qadın şairələrdə ovqat – əhval – ru­hiy­yə sev­gi həsrətini özündə ehtiva edir, hətta onu reallıqdan uzaqlaşdırıb "xə­yal­la­rın xa­ra­balığına” aparır. Çünki qadın şairlər şeirə köklənərkən sevgi (bu, poezi­ya­ya aid­dir) hissindən asılı olur, elə bir əsər yaranır ki, oxucunun məmnunluq payına dü­şür. Unut­mayaq ki, şair qadınlar yaradıcı enerjinin səfasını görür: meyl, ovqat azad­­dır­sa, hələki onun poetik məhvərindən uzaqlaşmayıbsan, ürəyində doğulan və ye­nidən oya­nan sevgisi qarşısında "köhnə yaraları” təzələmək istəmirsən. Poetik ener­ji­si şeiri duy­ğularda ifadə edir.

Bağışlama məni, başına dönüm,

Bir də bu yaralar köz bağlamaz ki.

Qoy öz günahımın oduna yanım,

Cəzam günahımdan ağır olmaz ki...

Bu poetik etirazdır iki sevən arasında, tərəflərdən kimsə nə səbəbdənsə (yu­xa­rıda vurğulamışdım) birgə ömür yolunu keçmək istəməmişdir, görünür, iqtidarı, ya­xud iradəsi çatmaqdan qorxmuşdur, özünü fədaya rəva görməmişdir, yaxud hazır ol­mamışdır. Lev Tolstoyun "Anna Karenina”dakı Anna – Vronski və "Levin – Ki­ti” xətlərini xatırlayaq. Oxucu dərhal təsəvvürünə gətirir cütlüyün axıracan get­mə­yin məsuliyyətini – hətta həqiqi sevgi olsa belə. Birinci xətdə həzin hissin fiziki mə­həbbətə xidmətini, ikinci xətdə məhəbbətdə valideynlik məsuliyyətinin idrakı. "Mə­ni bağışlama” deyərkən sevən tərəfin səmimiyyətinə oxucu inanır, peşiman­çı­lı­ğından çəkinir, daha o çağlar, o günlər... arxada qalmamışdır, bəlkə də o ehtiras­lar sönmüşdür!

Sevib qovuşmayanlar da yaşın artımında həyatın qayğıları ilə əhatə olun­muş­lar, o vaxt bir-birini anlamamışlar, bu günsə varlıqlarını saran müəmmalı bir his­­sin baş qaldırmasını istəmirlər, əslində, heç də müəmmalı deyil, maddiləşməmiş mü­nasibətlərin harmoniyasıdır ki, ölməmişdir, yaşamaqdadır. Halbuki, bir zaman qey­ri – rəsmi cütlər mənəvi – sosial münasibətlərin qiymətini ölçüb-biçməmişlər, la­kin fiziki və mənəvi dəyərlərini qorumuşlar, qadın tərəf şahlığından düşmə­miş­dir. Şairə Kəmalənin poetik hünəridir, – desəm yanılmaram!

"Məni bağışlama” şei­ri­nin son misralarını oxumaq istəmədim – bilərəkdən, onu da kəsdirmədim səbəbi nə­dir? Dü­zü, şeirin təsirilə təhtəlşüur "qatına” düş­müş­düm, bir yandan da günəş sübh­dən ara­lanmışdı, şəfəqləri zeytun ağaclarının yar­paq­larını dəlib budaqlardan torpağa sü­zülürdü. Açıq pəncərədən səmanın buludsuz azadlığını görürdüm, bu isə mə­ni şei­rin təsirindən azad etdi və inandırdı ki.

Ömrün baharı qarlı-qış oldu,

Bir də o bahara dönə bilmərik.

Bağışlama məni, qurbanın olum,

Biz xoşbəxt hekayə yaza bilmədik.

Peşimanlamadım: şeirin poetik ruhu təbiətlə ahəng yaradırdı, itmiş sevgi qış ov­qatında qalmışdı, əli bahara çatmırdı. Qarşıda isə yaz gəlirdi, beləcə fəsillər bir-bi­rini əvəz edir, təzələnir. Sevgisə... Təzələnmir. Nə yaxşı belədir, yoxsa "Məni ba­ğış­lama” şeiri qələmə gəlməzdi, poeziya isə yalnız itirərdi! Kim axtaracaqdı onu: Kə­malə xanım Abıyeva, yoxsa bir oxucu?! Kim belə bir möcüzəli poetik hekayəni ya­­zacaqdı?! Bu cür şeiri ilahidən pay olan, yaradıcılığına hörmətlə yanaşan şairə xa­nım Kəmalə yarada bilərdi.

Yaradıcılıq mürəkkəb və dolanbac işin son mərhələsi, dağınıq, səpələnmiş fi­kirlərin, ideyaların, dəlillərin bir-birini bağlayan nostalji hisslərin əks-sədasıdır.

09.11.2019




İmza:
SON XƏBƏRLƏR
2019-12-13


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88%)
Pullsuz (12%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Yayın cırhacırı Abdal Qasım oturubmuş, görür iki erməni bərkdən danışa-danışa gəlir.

Yanındakı dostuna deyir:

- Ə, bu köpəyuşağları bu istidə bu dildə nətəhər danışırlar ey?!





digər lətifələr
ARXİV
FACEBOOK