ANA SƏHİFƏ / TEXNOLOGİYA

Azercell-dən Samsung smartfonları üçün xüsusi təklif!

31059    |   2019-11-08 14:05
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Azercell Telekom” MMC yeni "Samsung smartfonları” kampaniyası çərçivəsində abunəçilərə 12 aylıq 1GB internet paketi hədiyyə edir

Ölkənin rəqəmsal həllər təqdim edən lider mobil operatoru "Azercell Telekom” MMC ən son model smartfonları daha da əlçatan etmək məqsədilə, abunəçilərə xüsusi şərtlər ilə yeni kampaniya təqdim edir. Ən sərfəli təkliflərlə seçilməyi hədəfləyən şirkət müştərilərin qarşısına Azercell-in innovativ xidmətləri və Samsung brendinin etibarlılığını özündə cəmləşdirən yeni "Samsung smartfonları” kampaniyası ilə çıxır. 07.11.2019-15.01.2020 tarixləri ərzində Azercell-in Eksklüziv mağazaları və ya rəsmi diler dükanlarında A seriyalı Samsung smartfonu və yeni Azercell nömrəsi əldə etməklə, hər bir abunəçi 12 ay boyunca 1GB internet paketindən pulsuz yararlanmaq üçün əvəzolunmaz fürsət qazanacaq.

Bu yeni ili yeni Samsung smartfonunuz ilə qarşılayın! Artıq ünsiyyətiniz daha dinamik, xatirələriniz daha rəngarəng olacaq!

Kampaniya haqqında ətraflı məlumatla https://www.azercell.com/az/personal/campaigns/monthly/samsung_a/ səhifəsindən tanış olun.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi "Azercell Telekom” MMC 1996-cı ildə təsis edilmişdir. Hazırda 4,8 milyon abunəçi Azercell-i seçir. Bazar payı 49%; ölkə ərazisi üzrə əhatə dairəsi: 99.2% (işğal altında olan ərazilər istisna olmaqla); ölkə əhalisi üzrə əhatə dairəsi: 99,8% təşkil edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, Azercell Ekspres ofisləri, M2M, 4G texnologiyası, mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti "Asan İmza” və s. Azercell-in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell-in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq "İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.




İmza:

Azercell “Telegram Bot” - rəqəmsal dünyada yeni bələdçiniz!

“Facebook” ABŞ-da etirazçılara silah verilməsini müzakirə edən səhifələri blokladı

Azercell uşaqlar üçün “Mobil TV” xidmətini istifadəyə verdi

“Google” yeni əməliyyat sisteminin təqdimatını təxirə salıb

“Google” insanlara sosial məsafəni tənzimləməyə yardım edəcək - VİDEO

28 may Respublika günü münasibətilə Azercell-dən şəhid və əlil ailələrinə sovqat

Yaponiyanın kosmik yük daşıyıcısı Beynəlxalq Kosmik Stansiyası ilə birləşib

Bölgələrdə yaşayan 4000-dən çox ailə Azercell-dən dəstək aldı!

“Bakcell”dən Azərbaycanın ən sürətli mobil şəbəkəsində 50 GB trafiki cəmi 30 manata

Yeni “iPhone” qulaqlıqlar olmadan satışa çıxarılacaq

Bakıda internet xidmətinin kəsilməsinin səbəbi AÇIQLANDI

Hakerlər aviaşirkətin 9 milyon müştərisinin məlumatlarını ələ keçirib

SON XƏBƏRLƏR
2020-06-05


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.39%)
Pullsuz (10.61%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK