hacklink Adalet.az | İNSANIN ƏN ƏSAS ZİNƏTİ ONUN TƏMİZ ADIDIR Adalet.az | İNSANIN ƏN ƏSAS ZİNƏTİ ONUN TƏMİZ ADIDIR Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

İNSANIN ƏN ƏSAS ZİNƏTİ ONUN TƏMİZ ADIDIR

2641    |   2019-11-07 10:42
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan Prezidenti cənab İlham Əliyevin bu günlərdə çox böyük siyasi iradə ortaya qoyaraq qətiyyətlə elan etdiyi, cəmiyyət tərəfindən olduqca müsbət qarşılanan kadr gəncləşdirmə siyasətini əsaslandıran son çıxışlarından birində dediyi sözlər bütün saf əqidəli media mənsublarını ruhlandırmışdır. Dövlətimizin başçısı Öz nitqində media nümayəndələrini Özünün köməkçiləri hesab etdiyini bir daha vurğulamış, bəzi hallarda dözülməz vəziyyətlə bağlı məlumatları məhz mediadan xəbər tutduğunu qeyd etmişdir.

Tərəqqipərvər media mənsubları Azərbaycanda həyata keçirilən, iqtisadi inkişafı şərtləndirən mütərəqqi islahatların, onları müşayiət edən sosial proqramların əhəmiyyətini xalqa - KİV izləyicilərinə həvəslə çatdırdıqları kimi, həmin islahatlara mane olmağa çalışan destruktiv ünsürləri də tənqid etməkdən, neqativ hallara rəvac verən şəxsləri ictimai qınağın obyektivinə tuş gətirməkdən çəkinməməli, tərəqqipərvər qüvvələrə dəstək verməyə çalışmalıdırlar.

Azərbaycanda 100 illik fəaliyyət tarixinə malik 1 saylı Lombardın xələfi olan "Məlahət" MMC-nin direktoru Məlahət xanım Qurbanova da tərəqqipərvər, fəal vətəndaşlıq mövqeyinə malik, siyasi orientasiyasını düzgün müəyyənləşdirmiş ziyalı Azərbaycan qadınlarındandır. Məşğul olduğu fəaliyyət sahəsinin aparıcı simalarından olmaqla, əsas ixtisası hüquqşünasdır, həm də xeyriyyəçi kimi tanınır. Müşahidəli oxucu mətbuat səhifələrindən, elə bu sətirlərinin müəllifinin əvvəlki məqalələrindən öyrənə bilər ki, Məlahət Qurbanova öz biznesini və paytaxtın elit nahiyəsində yerləşən ofisini əldə saxlamaq üçün necə keşməkeşli mübarizə yolu keçib. Zamanla ictimai-siyasi, sosial-iqtisadi formasiyalar dəyişib, hər dəyişiklik dövründə o, müxtəlif təzyiqlərə məruz qalıb, lakin çətinliklərə mətinliklə sinə gərərək, öz savadına, qabiliyyətinə güvənib, Allahına və daim dəstəklədiyi Heydər Əliyev siyasi kursuna inanıb, nəhayətdə qalib çıxıb.

Məlahət xanımın mütləq qələbə çalacağına qətiyyən şübhə etmədiyi savaşı hələ bitməyib, davam edir. Amma ölkə başçısının son həftələrdə ortaya qoyduğu qətiyyətli siyasətlə sürət götürən, yeni təkan alan islahatlar Məlahət Qurbanovanın qəlbinə bir xatircəmlik işığı salmışdır ki, onun haqq işi uğrunda apardığı mübarizə də tezliklə zəfərlə bitəcək, "İmprotex" şirkətinin ona qarşı irəli sürdüyü əsassız tələblər, mülki iddialar ədalətli məhkəmə müstəvisində dəstəklənməyəcəkdir.

Məlahət Qurbanova prinsipial adamdır. Lakin onun prinsipləri xırda hisslərə, kin-küdurətə, şəxsi mənafeyə deyil, ali məqsədlərə, insani hisslərə və ülvi duyğulara əsaslanır. Gördüyünü, eşitdiyini, oxuduğunu əqlin süzgəcindən keçirməyi bacardığına görə çox zəngin mənəvi aləmi var. Məhz könlünün zənginliyi və əməlləri ilə dostlar, tanışlar, işçilər və digər insanlar arasında böyük nüfuza yiyələnib. İşlə yoldaşlığı, vəzifə ilə dostluğu balanslaşdırmağı bacarıb. Bütün çətin anlarda həmişə öz savadına, bacarığına güvənib. Rəhbər statusundan sui-istifadə etməyib, əməkdaşlarına qarşı diqqətcil olub. Halallığı, şükürkarlığı qiymətləndirən adil Yaradan bu sevimli bəndəsinə ruzi-bərəkəti də əsirgəməyib. Səxavətli, geniş ürəkli Məlahət Qurbanovanın alicənablığından, yardımından çoxları bəhrələnib. Etibarından, etimadından sui-istifadə edənlər də olub. Lakin Məlahət xanım həmin adamlar yıxılanda onlara balta vurmayıb. Elələri Məlahət xanımın mərhəmətinin bunca nəhayətsiz, ölçüəgəlməz səviyyəsini görəndən sonra peşiman olublar, ondan üzr istəyiblər, səhvlərini düzəltmələri, borclarından çıxmaları üçün möhlət alıblar.

Yaxşı həmsöhbətdir. Şəffaf fəaliyyətindən dolayı qapısı KİV-in üzünə daim açıq olan Məlahət Qurbanova ölkə həyatında baş verən ictimai-siyasi hadisələrə də məmnunluqla münasibət bildirir, jurnalistlərə müsahibə verməkdən imtina etmir. Ən naqolay, iş reqlamentinin gərgin olduğu anlarda belə verilən sualları telefonla da olsa cavablandırır.

Dövlət başçısı cənab İlham Əliyevin yürütdüyü kadr gəncləşdirmə siyasətinin əhəmiyyətini təsdiqləyən Məlahət Qurbanova bu məsələyə münasibətini soruşduğumuz vaxt bildirdi ki, zamanın gənc kadrlara meydan vermə tələbi sahibkarlıq strukturlarının və seçkili orqanların rəhbər vəzifəli şəxslərinə aid olmasa da, onlar da dövrün çağırışlarına hay verməli, təfəkkürlərini təzələməli, bəzilərinə xas olan nepotizm, yerlibazlıq, feodal düşüncə tərzindən qurtulmalıdırlar: "Məsələn, bildiyimiz kimi, Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar Prezidentin iradəsi ilə 2021-ci ilədək dayandırılıb. Təəssüf ki, bəzi fürsətcil iş adamları onlara verilmiş bu rüsxəti fəaliyyətlərini nizama salmaq üçün vaxt kimi deyil, zəhmətkeşlərin əmək və istirahət hüquqlarını pozmaq imkanı kimi dəyərləndirirlər. Hətta bəzi sahibkarlar leqal işçilərini bayram və istirahət günlərində belə əlavə haqq ödəmədən işləməyə məcbur edirlər. Bu, gəlin razılaşaq ki, sui-istifadədir".

Söhbətimiz 9 noyabr - Dövlət Bayrağı Günü ərəfəsinə təsadüf etdiyindən, hüquqşünas Məlahət Qurbanovadan bu günün əhəmiyyəti haqda danışmağı xahiş etdik. Bu mövzuda söhbətinin əvvəlində xatırlatdı ki, Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyi rəmzi kimi ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Məmməd Əmin Rəsulzadənin rəhbərlik etdiyi Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qəbul edilmiş və qaldırılmışdır: "Möhtərəm Prezidentimiz İlham Əliyevin 2009-ci ildə imzaladığı sərəncama əsasən, hər il 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd edilir. Ginnes Dünya Rekordları Təşkilatı tərəfindən dünyada ən hündür olduğu təsdiqlənmiş Azərbaycan Dövlət Bayrağı Dirəyinin təqdimat mərasimində keçirdiyimiz fəxarət və qürur hissi ölkəmizin, xalqımızın gələcəyi ilə bağlı nikbinliyimizi son dərəcə artırmışdır. Şükürlər olsun ki, bu gün memarı Ümummilli liderimiz Heydər Əliyev olan Müasir Azərbaycan Dövləti Azərbaycan Demokratik Respublikasının hüquqi varisi olaraq, Ulu Öndərimizin layiqli davamçısı cənab İlham Əliyevin rəhbərliyi ilə öz suverenliyini daha da möhkəmləndirməkdə, dünya birliyində öz layiqli yerini tutmaqdadır. İnanıram ki, vaxt gələcək, respublikamızın ərazi bütövlüyü bərpa olunacaq, bayraqlar arasında öz əzəməti, möhtəşəmliyi ilə seçilən Azərbaycanın Dövlət Bayrağımızın kölgəsi işğaldan azad edəcəyimiz torpaqlarımıza da düşəcəkdir".

Adamlar var ki, inadla yaxşılıq etmək istəmirlər. Bu, onların imkansızlıqlarından deyil, acıqlı və kinli olmalarından irəli gəlir. Məlahət Qurbanovanın böyük qəlbində isə belə cılız hisslərə yer yoxdur. O üzdən yaxşılıq etməkdən usanmır, xeyirxah işlər görməyə xəsislik etmir. Onu yaxşı tanıyanlar heyrətamiz savab xəzinəsinin tükənməz olduğuna şübhə etmirlər. Bəlkə də fikirləşir ki, insanlara onun xeyirxahlığının sərhəddini bilmələrinə imkan versə, məyus olarlar.

"İnsanın ən əsas zinəti təmiz adıdır" - deyir Məlahət xanım. Qoy həmişə paklığı, saflığı, şərəfi onu əzəmət şəfəqinə bürüsün!


Ceyhun Rüstəmov




İmza:
SON XƏBƏRLƏR
2019-11-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK