hacklink Adalet.az | Qarabağın azərbaycanlı icması fransız professorlara etiraz etdi Adalet.az | Qarabağın azərbaycanlı icması fransız professorlara etiraz etdi Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SİYASƏT

Qarabağın azərbaycanlı icması fransız professorlara etiraz etdi

8443    |   2019-10-29 15:09
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Fransanın Lill Universitetinin müəllim və professor heyətinin Qarabağa qanunsuz səfəri ilə bağlı etiraz bəyanatı verib.

Bəyanatda bildirilir ki, Dağlıq Qarabağdakı qondarma rejimin yaratdığı "Azad Vətən” adlı "partiya”nın təşkilatçılığı ilə Fransanın Lill Universitetinin bir qrup müəllim və professor heyəti Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərinə qanunsuz səfər ediblər.

"Ermənistan mediasının verdiyi məlumata görə, nümayəndə heyətinin tərkibində müxtəlif sahələr üzrə elm adamları yer alıb. Qanunsuz səfər zamanı Lill Universitetinin əməkdaşları "Şuşa Texnologiya Universitetin”dəolub, gələcək "əlaqələrə” dair fikirlər səsləndiriblər.

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması bildirir ki, qədim ənənələri olan Lill Universitetinin müəllim və professorlarınınAzərbaycanın işğal altında olan ərazilərinə qanunsuz səfər etməsini ciddi məsuliyyətsizlik və beynəlxalq hüquqa hörmətsizlik kimi qəbul edir. Həmçinin bu "səfər” dünyada elektronika və nanotexnologiyalar sahəsində elmi kəşflərə imza atan bir universitetin nüfuzuna ciddi şəkildə xələl gətirir. Necə ola bilər ki, belə bir universitetin müəllim və professor heyəti hansı ərazilərə gətirildiklərindən xəbərsiz olsunlar? Görəsən bir dəfə də olsun bu insanlar internetdə Dağlıq Qarabağın tarixi, Ermənistanın bu əraziləri necə işğal etməsi haqqında bilgi toplamağa çalışıblarmı? Ən əsası, Lill Universitetinin müəllim və professorlarınınFransanın Azərbaycanın ərazi bütövlüyü ilə bağlı mövqeyindən və Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğundan xəbəri varmı?Əgər yoxdursa, bu elm adamları üçün həqiqətən utanc gətirən bir məsələdir. Yox əgər Lill Unversitetinin professorları Fransanın mövqeyini bilə-bilə Dağlıq Qarabağa qanunsuz səfər edirlərsə, deməli bu həm də Fransanın rəsmi mövqeyinə hörmətsizlikdir.

Digər tərəfdən Fransa ATƏT-in Minsk Qrupunda həmsədr ölkə kimi Ermənistanla Azərbaycan arasında vasitəçilik missiyası həyata keçirir. Belə olan halda Lill Unversitetinin müəllim və professorlarının Dağlıq Qarabağa qanunsuz səfər etmələri həm də bu ölkənin danışıqlarda tərəfsiz vasitəçi nüfuzunu şübhə altında qoyur.

Biz, Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması etirazımızı Fransanın Lill Universitetinin rəhbərliyinə də çatdırırıq. Hesab edirik ki, sözügedən universitetin rəhbərliyi Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən qovulmuş azərbaycanlı sakinlərin təbii insan hüquqlarına təhqir hesab edilən bu qanunsuz səfərlə bağlı ciddi tədbirlər görəcək və bu kimi halların təkrarlanmasına yol verməyəcək", - deyə bəyanatda bildirilir.




İmza:

Lavrov: "Rusiya bundan sonra da Dağlıq Qarabağ nizamlanması üzrə..."

Prezident İlham Əliyev Kamboca kralını təbrik edib

Əli Əhmədov: Bayraq xalqın qürur mənbəyi, özünütanıma və özünüifadə formasıdır

Bayrağımız - milli qürur mənbəyimiz

Nazirdən şad xəbər: Bu məhsullar ƏDV-dən azad olunacaq

Baş nazirdən qərar - Agentlik nümunələri müəyyən etməlidir

Bələdiyyə seçkiləri

Prezident İlham Əliyev Argentinanın yeni Prezidentini təbrik edib

Diasporla İş üzrə Dövlət Komitəsində kollegiya iclası keçirilib

Azərbaycan Müdafiə Nazirliyi ilə Türkiyə Baş Qərargahı arasında protokol imzalanıb

Vitse-spiker: “Əhaliyə ödənişlərin məbləği artacaq”

Vidadi Məmmədov: 1998-ci ildən bu yana müxalifətin yaratdığı birliklər

SON XƏBƏRLƏR
2019-11-11
2019-11-09
2019-11-08


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (92.31%)
Pullsuz (7.69%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qazaxda Aslanbəyli kəndinin camaatı sünnüdür, Ürkməzli kəndinin camaatı isə şiədir. Həmin kəndlərə 10 dəqiqə intervalnan iki avtobus işləyir.

Bir dilənçi Aslanbəyli kəndinə gedən avtobusa minib əl açıb yolboyu camaatdan sədəqə istəməyə başlayır:

- Siz Həzrəti Əli xatrinə mənə kömək eləyin!

Bir-bir hamıya yaxınlaşır, amma heç kim pul vermir.

Şair Elnur Aslanbəyli də oturubmuş arxada. Üzünü dilənçiyə tutub deyir:

- Ay dayı, bu Ömərin avtobusudur, sən düş arxadan gələn Əlinin avtobusuna min!




digər lətifələr
ARXİV
FACEBOOK