hacklink Adalet.az | Enerji daşıyıcılarının qiymətinə ekonofizik baxış Adalet.az | Enerji daşıyıcılarının qiymətinə ekonofizik baxış Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ELM VƏ TƏHSİL

Enerji daşıyıcılarının qiymətinə ekonofizik baxış

3316    |   2019-10-25 14:34
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

UNEC-in Ekonofizika Tədqiqat Mərkəzində "Enerji daşıyıcılarının qiymətinə ekonofizik baxış” mövzusunda tədbir keçirilib.

UNEC-in rektoru, professor Ədalət Muradov "Elm həftəsi" çərçivəsində keçirilən tədbirin yeni elm sahəsi olan ekonofizikaya həsr olunduğunu bildirib. UNEC-in dünya səviyyəli universitet olması üçün böyük elmi potensiala malik olduğunu deyən rektor, bu potensialdan istifadə edərək rəqəmsal iqtisadiyyat və ekonofizika kimi yeni elm sahələrində uğur əldə ediləcəyinə əminliyini vurğulayıb. Ekonofizikanın iki elmin kəsişməsindən yarandığını qeyd edən rektor, bugünkü tədbirdə enerji daşıyıcılarının qiymətinə ekonofizik baxışın ortaya qoyulacağını diqqətə çatdırıb.

UNEC-in Ekonofizika Tədqiqat Mərkəzinin rəhbəri, professor Şahlar Əsgərov mövzu ilə bağlı təqdimatla çıxış edib. Professor təqdimatında Beynəlxalq Valyuta Fondunun və Beynəlxalq Enerji Agentliyinin hesabatlarından istifadə edərək, enerjinin iqtisadi tərəqqiyə təsirini açıqlayıb. Enerji resursları zəngin olan ölkələrdə əhalinin rifah halının daha yaxşı olduğunu deyən Ş.Əsgərov, bəzi dövlətlərin makroiqtisadi göstəricilərini və adambaşına düşən enerji asılılığını qrafik təsvirlərlə göstərib. Təqdimatın sonunda professor auditoriya qarşısında "Tərəqqi üçün hansı yolu seçək: enerjinin qiymətini qaldıraq yoxsa, endirək?” sualını qoyub.

Tədbirdə mövzu ilə bağlı suallar cavablandırıldıqdan sonra, müzakirələr aparılıb. Müzakirələrdə enerji daşıyıcılarının qiymətinə iqtisadi baxışın qoyulmasının əhəmiyyəti qeyd edilib. Enerji daşıyıcılarının qiymətinin aşağı olduğu ölkələrin xarici investorların diqqətini daha çox cəlb etdiyi vurğulanıb.




İmza:

Azərbaycanda ilk dəfə DOTNET Developerlər Konfransı keçiriləcək

UNEC İsralin ali təhsil müəssisəsi ilə əməkdaşlığa başlayır

Bakı Ali Neft Məktəbi kibertəhlükəsizlik üzrə nüfuzlu təşkilatın rəsmi Akademiya Partnyoru seçilib

Azərbaycanda ilk Erasmus+ və Beynəlxalq Proqramlar Ofisi Bakı Ali Neft Məktəbində açılıb

Dillər Universitetində Çinin jurnalistlər günü qeyd olunub

UNEC-də xarici dilin tədrisində yeni standartlar

Bakı Ali Neft Məktəbindən innovasiya: Azərbaycanda ilk dəfə robotlar biznes təhsildə tətbiq olunub

Bakı Ali Neft Məktəbinin tələbəsi Ramil Şükürlü Beynəlxalq Astronavtika Konqresində iştirak edib

Evoğlu kənd tam orta məktəbinin 90 illik yubileyi qeyd edilib

Azərbaycanda ilk: UNEC tələbələrinə “Smart tələbə kart”ları təqdim olundu

TƏLƏBƏLƏRİ YOX, MÜƏLLİMLƏRİ GÜNAHLANDIRIN

Bakı məktəblərində müəllimlər üçün təlimlərə start verilib

SON XƏBƏRLƏR
2019-11-16
2019-11-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.33%)
Pullsuz (6.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK