hacklink Adalet.az | ADU-da Beynəlxalq Parlament Təqaüdü proqramı haqqında müzakirə aparılıb Adalet.az | ADU-da Beynəlxalq Parlament Təqaüdü proqramı haqqında müzakirə aparılıb Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ELM VƏ TƏHSİL

ADU-da Beynəlxalq Parlament Təqaüdü proqramı haqqında müzakirə aparılıb

3596    |   2019-10-16 14:57
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla Almaniyanın ölkəmizdəki səfirliyinin birinci katibi Andreas Hohlt ilə görüşüb.

 Andreas Hohlt Almaniya Bundestaqı Berlin şəhəri müstəqil universiteti, Humboldt adına Berlin şəhəri universiteti, Berlin şəhəri texniki universiteti ilə birlikdə təşkil etdiyi Beynəlxalq Parlament Təqaüdü (IPS) proqramı haqqında məlumat verib. Qonaq təqaüd proqramının təqdimat mərasiminin ADU-da keçirilməsi ilə bağlı təklif irəli sürüb. Təqdimat mərasiminin proqramı haqqında məlumat verən A.Hohlt təqaüd proqramı çərçivəsində Bundestaq üzvünün yanında 15 həftəlik fəaliyyət ərzində Almaniyanın parlament sistemi və siyasi qərarvermə prosesləri ilə tanış olmaq və parlament işi sahəsində praktiki təcrübəyə malik olmağa imkanı yaratdığını qeyd edib. O, 120-yə yaxın gəncin müraciət etdiyi proqrama 9 nəfər azərbaycanlı gəncin seçiləcəyini diqqətə çatdırıb. Qonaq, həmçinin ADU-nun Almaniya təhsil müəssisələri ilə münasibətdə seçilmiş universitet olduğunu vurğulayıb.

ADU-nun rektoru Kamal Abdulla təqaüd proqramının ciddi məsələ olduğunu diqqətə çatdırıb və proqramın təqdimat mərasiminin həyata keçirilməsini yüksək qiymətləndirib. Kamal Abdulla təqaüd proqramının Almaniyanın təbliği istiqamətində böyük rol oynayan məsələ olduğunu deyib. ADU-nun beynəlxalq əlaqələrindən söz açan rektor universitetin sonuncu kurs tələbələrinin yollandıqları pedaqoji və istehsalat təcrübəsi zamanı bir sıra Almaniya məktəbləri ilə danışıqlar aparıldığını söyləyib. O, Almaniya səfirliyi ilə ADU arasında əlaqələrin yüksək səviyyədə qurulmasından da söz açıb.

Görüşdə gələcək perspektivlər, iki ölkənin universitetləri arasında əlaqələrin qurulması haqqında məsələlər, tələbə-müəllim mübadiləsi müzakirə olunub.




İmza:

Azərbaycanda ilk Erasmus+ və Beynəlxalq Proqramlar Ofisi Bakı Ali Neft Məktəbində açılıb

Dillər Universitetində Çinin jurnalistlər günü qeyd olunub

UNEC-də xarici dilin tədrisində yeni standartlar

Bakı Ali Neft Məktəbindən innovasiya: Azərbaycanda ilk dəfə robotlar biznes təhsildə tətbiq olunub

Bakı Ali Neft Məktəbinin tələbəsi Ramil Şükürlü Beynəlxalq Astronavtika Konqresində iştirak edib

Evoğlu kənd tam orta məktəbinin 90 illik yubileyi qeyd edilib

Azərbaycanda ilk: UNEC tələbələrinə “Smart tələbə kart”ları təqdim olundu

TƏLƏBƏLƏRİ YOX, MÜƏLLİMLƏRİ GÜNAHLANDIRIN

Bakı məktəblərində müəllimlər üçün təlimlərə start verilib

Bakı Ali Neft Məktəbinin tələbələri ölkəmizi ümumdünya gənclər sammitində təmsil edib

Bakı Ali Neft Məktəbində Layihə İdarəetmə Məktəbinin M7 qrupunun açılışı olub

Dillər Universiteti Konfutsi İnstitutu beynəlxalq forumda iştirak edib

SON XƏBƏRLƏR
2019-11-13


VİDEO