ANA SƏHİFƏ / GÜNDƏM

“Azərsun Holdinq” insan resursları sahəsindəki fəaliyyətinə görə Türkiyədə mükafata layiq görüldü

5329    |   2019-10-16 13:50
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İnsan resursları sahəsində Türkiyənin ən böyük təşkilatı olan PERYÖN artıq 11-ci ildir ki, "İnsana dəyər mükafatları” mərasimini həyata keçirir.

"İnsana dəyər mükafatları”nın əsas məqsədi şirkətlərdəki innovativ/yaradıcı və uğurlu təcrübələri öyrənmək, nümunəvi çalışmaları hamıya tanıtmaq, bir birindən öyrənmə prosesini təşviq etmək və dəstəkləməkdir.

Ölkəmizin qeyri-neft sektorunun aparıcı şirkətlərindən olan "Azərsun Holdinq” bu il təşkil edilən mükafatlandırma prosesində yüksək qiymətləndirilib. Türkiyə xaricindən ilk müraciət edən şirkət olan "Azərsun Holdinq”in istedadların inkişafı və idarə edilməsi kateqoriyasındakı təcrübəsi öncə Deloitte Türkiyə tərəfindən incələnmiş və uyğun görülən şirkətlərlə birlikdə jüri qiymətləndirmə mərhələsinə dəvət alıb. Müstəqil ekspert və professorlardan ibarət jüri qarşısında təqdimat edilərək suallar cavablandırılıb. Daha sonra təşkil edilmiş PERYÖN Gala Gecəsində ilk dəfə bu prosesdə iştirak edən "Azərsun Holdinq” Türkiyənin öndə gələn şirkət və holdinqlərini geridə qoyaraq nümunəvi təcrübə kimi finalist mükafatına layiq görülüb. "Azərsun Holdinq”in bu uğuru təkcə Türkiyədə deyil, eyni zamanda mükafatlandırma prosesinin tərəfdaşı olan Avropa insan resursunun idarə edilməsi cəmiyyəti – EAPM nəzdində də böyük maraq və təqdirlə qarşılanıb.

Qeyd edək ki, 2019-cu ildən etibarən PERYÖN "İnsana dəyərdə liderlik” böyük mükafatı Avropa insan resursunun idarə edilməsi cəmiyyəti – EAPM (European Association of People Management) tərəfindən tanınaraq beynəlxalq müstəvidə öz əhəmiyyətini daha da artırmış oldu.




İmza:

ALİMPAŞA MƏMMƏDOV ƏSHABƏLƏRİ İLƏ YAS YERİNDƏ EHSAN YEYİBMİ?

DTX Xarici İşlər Nazirliyindəki əməliyyatla bağlı məlumat yaydı: Üç vəzifəli həbs edilib

Əsir ömrü: Qarabağ, Dilqəm, Şahbaz...

Çindən gəlib Bakı Limanından keçən daha bir qatar Ankaraya çatıb

Azərbaycanda daha 523 nəfər koronavirusa yoluxdu, 451 nəfər sağaldı, 9 nəfər öldü

İqtisadiyyat Nazirliyi icazələrin ləğv edilməsi ilə bağlı məsələyə aydınlıq gətirdi

Böyük Şor gölündən götürülən su nümunəsi ilə bağlı analizlərin nəticəsi məlum olub

Azərbaycan Ordusunda koronavirusa yoluxma halı yoxdur - PA rəsmisi

Azərbaycanda daha 513 nəfər koronavirusa yoluxdu, 440 nəfər sağaldı, 8 nəfər öldü

BŞBPİ bir qadının polisə tabesizlik etməsini əks etdirən görünütüləri araşdırıb

Nazirlik bəzi şəxslərin 190 manat almaması ilə bağlı suallara aydınlıq gətirdi

Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi - SƏRƏNCAM

“Sumqayıt Texnologiyalar Parkı”nın Baş direktoru işdən azad olunub

Cahangir Əsgərov “Şərəf” ordeni ilə təltif edilib - SƏRƏNCAM

Əsir ömrü: Qarabağ, Dilqəm, Şahbaz...

Komitə: Auditin nəticələri əsasında tədbirlər keçirilir

Ədliyyə Nazirliyi: İşçilər və məhkumlardan 13 minədək test götürülüb, 18 nəfərdə virus aşkarlanıb

Azərbaycan Ordusunda koronavirusa yoluxma halı yoxdur - PA rəsmisi

Metronun bağlanmasının səbəbi açıqlandı

Nadir Zeynalov: Səhiyyə nazirinin səhhətində heç bir problem yoxdur

Azərbaycanın xaricdə xidmət aparan hərbçisi koronavirusa yoluxub

Nazirlər Kabineti yanında Operativ Qərargah brifinq keçirir - CANLI

SON XƏBƏRLƏR
2020-07-12
2020-07-11
2020-07-10


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.89%)
Pullsuz (11.11%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Siyasətçi ilə dolu bir avtobus seçki kampaniyası üçün kənd-kənd gəzirlərmiş. Avtobus böyük bir fermanın yanından keçərkən avtobus sürücünün diqqətsizliyindən dərəyə aşır.

Fermer qaçaraq gəlir və gecə qurda-quşa yem olmasın deyə cəsədləri basdırmağa başlayır.

Ertəsi gün polis sorğu üçün fermaya gəlir.

Fermerdən soruşur:

- Deməli, avtobusdakı bütün siyasətçiləri basdırdın. Hamısının ölü olduğundan əminsən?

Fermer cavab verir:

- Bəziləri yaşadıqlarını iddia elədilər, amma siyasətçiləri bilirsiniz də, necə yalan danışırlar. Amma məni aldada bilmədilər.




digər lətifələr
ARXİV
FACEBOOK