hacklink Adalet.az | 200 milyon uşaq aclıq və piylənmədən əziyyət çəkir Adalet.az | 200 milyon uşaq aclıq və piylənmədən əziyyət çəkir Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / DÜNYA

200 milyon uşaq aclıq və piylənmədən əziyyət çəkir

15839    |   2019-10-16 11:48
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Dünyada 5 yaşına qədər hər üç uşaqdan biri, təxminən 200 milyon uşaq aclıqdan və ya piylənmədən əziyyət çəkir.

Bu barədə UNİSEF-in hesabatında qeyd edilib. Hesabat əsasən, 6 aydan 2 yaşına qədər hər 3 uşaqdan 2-i sağlam qidalanmır, onların böyüməsi və inkişafı üçün zəruri maddələri qəbul etmir.
Bu, uşaqların immunitetinin aşağı düşməsinə, infeksiyalara qarşı həssaslıq, öyrənmə qabiliyyətinin azalması və intellektual inkişafın ləngiməsi kimi problemlərə yol aça bilər.

Hesabata görə, dünyada 5 yaşdan balaca 150 milyon uşaq lazımı qədər qidalanmadığı üçün inkişafdan geri qalır, 50 milyon uşaq isə az çəkilikdən əziyyət çəkir. Bu yaşda olan 40 milyon uşaq düzgün qidalanmadığı üçün piylənmə problemi ilə üzləşir.

Ekspertlər hesab edirlər ki, qidalanma problemi uşağın ilk ayından başlayır. Belə ki, yeni doğulan uşaqların yalnız 42 faizi ana südü ilə qidalanır. Brazilya, Çin, Türkiyə kimi orta gəlirli ölkələrdə körpələrə uşaq qidalarının verilməsi son 5 ildə 72 faizə qalxıb.

6 aydan 2 yaşına qədər uşaqların 60 faizi yumurta, süd məhsulları, ət və balıq yemir. Məktəb yaşlı uşaqlar isə yarımfabrikatlardan və "fastfood”lardan istifadə edir. Aşağı gəlirli ölkələrdə məktəblilərin 42 faizi hər gün şirin qazlı içkilər içir, 46 faizi həftədə bir dəfə "fastfood” yeyir. Yüksək gəlirli ölkələrdə bu göstərici müvafiq olaraq 62 və 49 faizdir.

Ekspertlər bildirir ki, 2000-2016-ci illərdə artıq çəkidən əziyyət çəkən uşaqların sayı 2 dəfə artmışdısa, bu gün 5-19 yaş arası uşaqların hər beşindən biri piylənmədən əziyyət çəkir.(azvision.az)



İmza:
SON XƏBƏRLƏR
2019-11-11
2019-11-09
2019-11-08


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (92.31%)
Pullsuz (7.69%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qazaxda Aslanbəyli kəndinin camaatı sünnüdür, Ürkməzli kəndinin camaatı isə şiədir. Həmin kəndlərə 10 dəqiqə intervalnan iki avtobus işləyir.

Bir dilənçi Aslanbəyli kəndinə gedən avtobusa minib əl açıb yolboyu camaatdan sədəqə istəməyə başlayır:

- Siz Həzrəti Əli xatrinə mənə kömək eləyin!

Bir-bir hamıya yaxınlaşır, amma heç kim pul vermir.

Şair Elnur Aslanbəyli də oturubmuş arxada. Üzünü dilənçiyə tutub deyir:

- Ay dayı, bu Ömərin avtobusudur, sən düş arxadan gələn Əlinin avtobusuna min!




digər lətifələr
ARXİV
FACEBOOK