ANA SƏHİFƏ / ELM VƏ TƏHSİL

Bakı Ali Neft Məktəbinin tələbələrinin ifasında “O olmasın, bu olsun” operettası tamaşaya qoyulacaq

18333    |   2019-10-16 11:31
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bakı Ali Neft Məktəbinin (BANM) tələbələrinin ifasında dahi bəstəkar Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun” operettası səhnələşdirilib.

Musiqili komediya bu il dünyada quruda ilk neft platforması olan Neft Daşları yatağının 70 illiyinə həsr olunub.

Operetta 23 oktyabr 2019-cu il tarixində saat 18:00-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində oynanılacaq.

Musiqili komediyanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Hafiz Quliyev, bədii rəhbəri, Bakı Ali Neft Məktəbinin müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Kəmalə Mehdiyeva, konsertmeysteri əməkdar müəllim Zülfiyyə Sadıqovadır.

Tamaşada Bakı Ali Neft Məktəbinin yerli və əcnəbi tələbələri çıxış edir. Bu, Ali Məktəbin tələbələrinin ifasında səhnələşdirilən ikinci tamaşadır. İlk olaraq BANM tələbələrinin rol aldığı Mirzə Fətəli Axundzadənin komediyası əsasında "Hekayəti-Müsyö Jordan və Dərviş Məstəli şah” tamaşaya qoyulub.

Qeyd edək ki, "O olmasın, bu olsun” 1910-cu ildə Üzeyir Hacıbəyli tərəfindən yazılıb və bu, bəstəkarın musiqili komediya janrında yazdığı ikinci əsəridir. Dörd pərdədən ibarət olan əsərdə Azərbaycan xalq musiqisi-muğamdan və orta əsr Azərbaycan şairi Füzulinin qəzəllərindən istifadə edilib.




İmza:

Peşə təhsili üzrə teledərslərin 6 iyul cədvəli

SABAH təcrübəsi əsasında yeni pilot layihə

Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzinin birgə məlumat YAYDI

Pilot peşə təhsil proqramları üzrə tələbə qəbuluna başlanılır

Macarıstanda təhsil almaq hüququ qazananlar müəyyənləşib

Şagirdlərimiz beynəlxalq müsabiqədə qalib oldu

Peşə təhsili müəssisələrinin əməkdaşları üçün təlimlər yekunlaşıb

Hökumətlərarası Təqaüd Proqramlarına dair internet səhifəsi istifadəyə verilib

Tələbələrin köçürülməsi üzrə qeydiyyat müvəqqəti təxirə salınır

Dizayn ixtisasında təhsil almaq istəyənlərə UNEC-dən yeni fürsətlər

Sosial şəbəkələrdə DİM-in saxta səhifə və qrupları yaradılıb

Bakıda 53 şagird respublika fənn olimpiadasının qalibi olub

SON XƏBƏRLƏR
2020-07-06


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.57%)
Pullsuz (11.43%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK