hacklink Adalet.az | ADU Təhsil Nazirliyinin Akkreditasiya qiymətləndirilməsindən uğurla keçib Adalet.az | ADU Təhsil Nazirliyinin Akkreditasiya qiymətləndirilməsindən uğurla keçib Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ELM VƏ TƏHSİL

ADU Təhsil Nazirliyinin Akkreditasiya qiymətləndirilməsindən uğurla keçib

4427    |   2019-10-12 12:25
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2010-cu il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş "Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları” və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 26 aprel 2011-ci il tarixli 656 nömrəli əmri ilə təsdiq edilmiş "Təhsil müəssisəsinin fəaliyyətinin dövlət təhsil standartlarının tələblərinə uyğunluğunu müəyyənləşdirən meyarlar” əsasında 2018/2019-cu tədris ilində Azərbaycan Dillər Universitetinin akkreditasiya qiymətləndirilməsi keçirilib və qiymətləndirilmənin nəticələri açıqlanıb.

Universitetdən bildirilib ki, qərara əsasən, Azərbaycan Dillər Universiteti akkreditasiyadan keçmiş hesab olunub və tipi ali təhsil müəssisəsi, növü universitet kimi müəyyənləşdirilib. Azərbaycan Dillər Universitetinin akkreditasiyasının etibarlılıq müddəti 2019-2024-cü tədris illəri üzrə müəyyən olunub.

Eyni zamanda Azərbaycan Dillər Universitetinin təhsil proqramları (ixtisaslar və ixtisaslaşmalar) 2019-2024-cü tədris illəri üzrə mütəxəssis hazırlığını həyata keçirmək məqsədilə akkreditasiyadan keçmiş hesab olunub.
ADU-nun ali təhsil müəssisəsi kimi 2019-2024-cü illər üçün akkreditə olunmuş ixtisasların (ixtisaslaşmaların) siyahısı da dərc olunub. Akkreditasiya haqqında Azərbaycan Respublikasın Təhsil Nazirliyinin sertifikatı Azərbaycan Dillər Universitetinə təqdim olunub.

Qeyd edək ki, Azərbaycan Dillər Universitetinin 2019/2020-ci il tədris ilində qəbul göstəricisi 95 faiz olub. Statistika göstərir ki, universitetə maraq ildən ilə artmaqdadır. Bunun səbəblərindən biri müasir dövrdə xarici dillərə yaranan ehtiyac olsa da, əsas səbəb tədrisin keyfiyyətinin yüksək olması ilə bağlıdır. ADU-nun nüfuzu, universitetdə təşkil olunan tələbəyönümlü, mobil, yüksəkkeyfiyyətli tədris və bu istiqamətdə davam edən işlər sayəsində qəbul səviyyəsi hər il artan dinamika ilə özünü göstərir.




İmza:

Azərbaycanda ilk dəfə DOTNET Developerlər Konfransı keçiriləcək

UNEC İsralin ali təhsil müəssisəsi ilə əməkdaşlığa başlayır

Bakı Ali Neft Məktəbi kibertəhlükəsizlik üzrə nüfuzlu təşkilatın rəsmi Akademiya Partnyoru seçilib

Azərbaycanda ilk Erasmus+ və Beynəlxalq Proqramlar Ofisi Bakı Ali Neft Məktəbində açılıb

Dillər Universitetində Çinin jurnalistlər günü qeyd olunub

UNEC-də xarici dilin tədrisində yeni standartlar

Bakı Ali Neft Məktəbindən innovasiya: Azərbaycanda ilk dəfə robotlar biznes təhsildə tətbiq olunub

Bakı Ali Neft Məktəbinin tələbəsi Ramil Şükürlü Beynəlxalq Astronavtika Konqresində iştirak edib

Evoğlu kənd tam orta məktəbinin 90 illik yubileyi qeyd edilib

Azərbaycanda ilk: UNEC tələbələrinə “Smart tələbə kart”ları təqdim olundu

TƏLƏBƏLƏRİ YOX, MÜƏLLİMLƏRİ GÜNAHLANDIRIN

Bakı məktəblərində müəllimlər üçün təlimlərə start verilib

SON XƏBƏRLƏR
2019-11-16
2019-11-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.33%)
Pullsuz (6.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK