hacklink Adalet.az | Əbülfət MƏDƏTOĞLU: GÖRÜŞÜNƏ TƏLƏSDİKLƏRİM... Adalet.az | Əbülfət MƏDƏTOĞLU: GÖRÜŞÜNƏ TƏLƏSDİKLƏRİM... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Əbülfət MƏDƏTOĞLU: GÖRÜŞÜNƏ TƏLƏSDİKLƏRİM...

Doymadığım səfərin təəssüratları

6170    |   2019-10-07 09:58
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

(Əvvəli burada)

Bəli, bu da Trabzonun girişi. Şəhərə doğru bir az hərəkət edəndən sonra Əhməd qardaşıma özünün dediyi kimi, bir çağrı atıram. Dərhal da cavab verir:

- Əfəndim, hardasan?

- "Cəvahirlər”i keçdim...

- Oldu, beş dəqiqəyə terminaldayam...

Doğrudan da mən terminala çatanda artıq Əhməd Varol orada məni gözləyirdi. Avtobusdan enən kimi ən doğma adamlar kimi bir-birimizə sarıldıq. Dediyim kimi, son dərəcə diqqətli olan Əhməd bu dəfə də bir nüansı gözdən qaçırmadı:

- Abi, mən sənə söylədim ki, Trabzona çatmamış məni ara. Sən isə Trabzonun içərisində məni aradın. Yəqin istəmisən ki, əziyyət çəkməyim. Amma belə olmaz. Haqqıma müdaxilə etmə. Qoy işlərimi ürəyimcə görüm.



Üzrxahlıq edirəm. Yol-yorğunluğu, yuxusuzluq bəhanələri köməyimə çatır. Və bir də görürəm ki, Əhməd yol çantamı artıq maşına qoyub. Və biz onun öncədən mənim üçün müəyyən etdiyi – ayırdığı otelə gəlirik. Burada da hər şey öz qaydasındadı. Beşmərtəbəli otelin ikinci qatında çox xudmani bir otaq ayrılıb mənim üçün. Demək olar ki, onun pəncərə və balkonundan ətrafı seyr etmək mümkündür. Bizi səhər yuxusundan oyadıb oda açarını istədiyimiz cavan bir oğlan 3-cü mərtəbəyə qaldırdı. Mən öncə söylədiyim kimi, elə Əhmədin yanında da soruşdu:

- Hocam, oda xoşunuza gəldi, yoxsa başqa bir odaya dəyişim sizi?

Ona təşəkkürümü bildirdim:

- Hər şey gözəldi! – dedim. Ən gözəli də sizin varlığınızdı.

Otel işçisi sağollaşıb gedəndən sonra Əhməd qardaşım da mehriban bir təbəssümlə dedi:

- Abi, sən də yuyun, istirahət et, saat doqquzda gəlib səni götürəcəm, səhər yeməyini birlikdə yeyərik. Orada da görəcəyimiz işləri, proqramımızı müəyyənləşdirərik.

Əhməd Varola təşəkkür edərək vurğuladım ki:

- Qardaşım, sən əziyyət çəkmə. Mən artıq buralı sayılıram. Özüm muxtarlığa gələrəm. Həm də bir az hərəkət etmiş olaram – dedim.

Əhməd Varol mənimlə razılaşmadı:



- Olmaz! – dedi. Yürümək məsələlərinə sonra baxarsan. Bu sabah səni özüm götürəcəm. Saat doqquza hazır ol...

Onu yola salıram və sonra otelin balkonuna çıxıram. Trabzonun səhər havası, qızaran göy üzü, güclə də olsa eşitdiyim dənizin səsi məni otaqda dayanmağa qoymur. Və əl-üzümə bir ovuc tələm-tələsik su vurub həyətə enirəm. Otelin bir neçə yüz addımlığında dəniz mənzərəsi açıq-aydın görünür. Ona görə də mənə elə gəlir ki, mütləq onun ziyarətinə getməliyəm, mütləq dənizlə görüşüb hal-xoş etməliyəm. Və mən özüm də hiss etmədən içimin bütün titrəyişini, bütün pıçıltılarını dənizin səsinə qatmağa və bu qovuşmağı Qara dənizin suyunda yuyundurub gün işığına çıxarmağa tələsən bir duruma düşürəm.

Bilmirəm, bu yazdıqlarım, bu dediklərim sizdə hansı hissləri, duyğuları oyadır, amma həqiqətən gözəllik, xüsusilə sahilləri səliqə-səhmana bürünmüş Qara dəniz, bu dan üzü qeyri-adi idi. Ona görə də ağlımdan, ürəyimdən süzülən hər şeyi burda misralamağa, şeirə çevirməyə daxili bir ehtiyac duydum. Və elə həmin ehtiyacın diqtəsilə də sözü necə gəldi, necə yaşadım, necə duydumsa o cür də addımlaya-addımlaya yaddaşıma yazmağa, pıçıldamağa başladım. Yazdım ki:


Sübh döydüm qapısını

Susmuşdu Qara dəniz...

Gecikmişdim onunçün –

Küsmüşdü Qara dəniz...


Nə qırçınlı ləpələr,

Nə də coşqun dalğa var...

Elə bil çəkilmişdi –

Uzaqlara dalğalar...


Mən sarılmaq istədim

O üzünü çevirdi...

Amma hiss edirdim ki –

O da məni sevirdi...


Çünki toxunan kimi

Ləpə öpdü əlimi...

Bağışladı deyəsən –

Bu dəniz mən dəlini...

***

Sahil boyu gəzirəm. Və mənə elə gəlir ki, bu yerlərdə milyon il bundan öncə olmuşam. Elə bu dəniz də milyon il bundan öncə gözlərimin qarşısında dünyaya gəlib. Həmin duruluğuyla, həmin ləpələriylə və bir də təbii ki, gecə-gündüz öpməkdən doymadığı sahilləriylə...



Sahildəki daşlara əlimi vururam. Mamırlanmış bu daşların üstü sabun kimidi. Əl öz-özünə sürüşür daşın üzərində. Sanki bu daşların da isti bir toxunuşa, xoş bir nəvazişə ehtiyacı var. Mən də oxşayıram bu daşları. İstəyirəm ki, onların da könlünü alım, onları da dinləyim. Görüşlərinə gec gəldiyim üçün onların da könlünü alım... Təbii ki, bütün bunlar bir şair duyğusallığıdı. Bu dənizi, bu torpağı sevən bir adamın ürəyinin, iç dünyasının ifadəsidi. Ona görə də dəyərli oxucular bu duyğusallıqda gərək məni üzrlü saysınlar. Axı, sevgi etiraf tələb edir. Xüsusilə o yerdəki o yer xatirələrin ünvanıdı, dostluğun, doğmalığın timsalıdı. Bax, bu mənada indi gəzdiyim bu sahildə mən bir neçə dəfə doğmalarımla birlikdə addımlamışam. Burda şəkillər çəkdirmişəm, burda dənizin suyunu ovcuma alıb həmin o doğmaların üst-başına çiləmişəm. Nə isə...

Elə bu məqamda yenə ilham pərisi gəlib durur gözümün önündə. Necə deyərlər, şairliyim vurur başıma. Və mənə duyğularımı, burda yaşadıqlarımı sözə çevirməyə çağırır, hökm edir. Mən bu istəyə tabe oluram. Təbii ki, nəticədə də bu misralar yaranır.


Mən kiməm ki, haqq danam

Görüş umdum haqdan an!

Bir elçiyəm - haqdanam –

Özümdən özüm sənə...


Ömür bitən bir an ki

Səndə keçir hər an ki!

Sına səbri inan ki –

Bitməz heç sözüm sənə...


Dünyaca günahları

Yıx boynuma ahları...

Açılan sabahları –

Qoy baxsın gözüm sənə!


Çığırın, ya izin ver

Söykəndiyim dizin ver...

Sən dözmürsən izn ver –

Ölüncə dözüm sənə...


Ömür an yonqarıdı

Ərimiş son qarıdı...

Xatirə tonqalıdı –

Gülüm, hər közüm sənə...

***

Bəli, bir də onda hiss edirəm ki, günəş artıq dənizdə çimib. Və mənim də kölgəm yavaş-yavaş sahildən dənizin içərisinə doğru gedir. Elə bir yuxudan ayılıram. Mobil telefonda saata baxıram. Türkiyə vaxtı ilə saat 8-di. Ağlıma ilk gələn bu olur ki, otelə, odaya qayıdım. Çünki dostumun xasiyyətinə yaxşı bələdəm. Bilirəm ki, dediyi vaxtda gəlib odanın qapısını döyəcək. Və hətta bəzən yoldanca zəng vurur ki:

- Abi, mən çatıram, düşə bilərsənmi?



Bax, bütün bunları dəqiq bildiyimdən dənizə "hələlik” deyib üzü geri otelə doğru qayıdıram. Getdiyim yolu öncədən sizə təsvir etmişdim. Yəni gedəndə dağdan üzü yenişə, dənizə doğru gedirdim. İndi isə qayıdıram. Deməli, sahildən üzü dağa yerimək, addımlamaq lazımdı. Bunun bir az çətin olduğunu hər kəs bilir. Amma həm havanın təmizliyi, həm mənzərənin yaratdığı ovqat, həm də bu yerə candan olan sevgim üzü yoxuşa olan yolda mənim əlimdən tutur. Çox rahatlıqla bu yoxuşu dırmaşıram və gedə-gedə də keçdiyim yerlərdə nələrin dəyişib, nələrin dəyişmədiyinin fərqinə varmaq istəyirəm. Küçə boyu getdikcə artıq müştərilərini qarşılayıb yola salan və meşə odunu ilə kürələrdə bişirilən müxtəlif formalı Trabzon çörəkçilərinin əl işlərinin ətri adamı bihuş edir. Həqiqətən kəndimizdə bişirilən çörəyin ətri gəlir mənə. Hətta bir anlıq dayanıb çörək almaq istəyi də gəlib keçir içimdən. Amma Əhmədin onsuz da məni səhər yeməyinə aparacağını bildiyimdən bu fikirdən vaz keçirəm.

Qulağıma tanış bir səs gəlir:

- Hocam, günaydın!

Səsə çevrilib baxıram. İsa əfəndidi. Yolun o biri üzünə keçib köhnə dostla-tanışla görüşürəm, hal-əhval tuturam. Nə vaxt gəldiyimi soruşur.



Burda əlavə edim ki, İsa Əhməd bəyin yaxın arkadaşlarından biridi. O elə muxtarlığın önündəcə açdığı mağazasında "ikinci əl” əşyalarını satır. Və bir də açar təmiri ilə məşğuldu. Yanında oturub onun işinə diqqət yetirdiyim vaxtlar çox olub. Bu adam civə kimidi, yorulmur, usanmır. Hamıya xoş münasibət bildirməkdən çəkinmir. Onun müştərilərindən çoxu öyrəncilərdi, xüsusilə ali məktəb tələbələri. Çünki onların bir qismi kirayə qaldıqlarından İsa bəyin satdığı işlənmiş əşyalar – stol, stul, qaz sobası, şkaf, tozsoran, paltaryuyan, televizor, yataq dəsti, servislər və sairəni məmnuniyyətlə ucuz qiymətə satır. Və o da maraqlıdır ki, o, tələbələrə həmişə güzəşt edir.

(Ardı var)



İmza:

YAZARIN ARXİVİ

2018-11-18 : DOYMUŞ MƏHLUL
2018-10-23 : YARIMÇIQ MƏKTUB
2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
SON XƏBƏRLƏR
2019-12-06


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK