hacklink satın al hacklink al warez forum warez script hacklink Adalet.az | Aqil Abbas: “Stadiona dronla nənələrinin tumanını gətirmişdilər” Adalet.az | Aqil Abbas: “Stadiona dronla nənələrinin tumanını gətirmişdilər” Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / İDMAN

Aqil Abbas: “Stadiona dronla nənələrinin tumanını gətirmişdilər”

38226    |   2019-10-05 10:12
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Avropa Liqasının qrup mərhələsinin II turunda Lüksemburqda keçirilən "Düdelanj” və "Qarabağ” qarşılamasında baş verən erməni təxribatı birinci deyil, dəfələrlə belə hadisələr olub.

Adalet.az xəbər verir ki, bunu Azvision.az -a açıqlamasında Milli Məclisin deputatı, Ağdam klubunun azarkeşi Aqil Abbas deyib. Millət vəkilini sözlərinə görə, ermənilər belə təxribatlarla komandanı ruhdan salmağa çalışırlar.

"İnsanların əsəbləri ilə oynayırlar. Bu dəfə ermənilər dronla stadiona girib, nənələrinin tumanını, əski parçasını endiriblər. Ora bomba da endirə bilərdilər, böyük faciə olardı. Görünür, orada təhlükəsizlik xidməti yaxşı işləmir. Bu hadisənin nəticəsində ermənilər də cavablarını alacaqlar".

A.Abbas qeyd edib ki, bu məsələ mütləq araşdırılacaq, Luksemburq klubu və əski parçasını stadiona gətirənlər cəzalandırılacaq.

"AFFA da məsələ ilə bağlı rəsmi etirazın bildirməlidir. Oyun ərəfəsində rəhbərlik etirazını bildirdi, onlar da üzr istədilər”.

Qeyd edək ki, "Düdelanj” - "Qarabağ” matçının 31-ci dəqiqəsində dron vasitəsilə stadionun üzərinə Qarabağ separatçılarının qondarma "bayrağı" gətirilib. Futbolçularımız buna qəti etirazlarını bildiriblər. Meydanda gərgin anlar yaşanıb. Qarşılaşmanın baş hakimi bu səbəbdən oyunu dayandırıb. Görüş 30 dəqiqəlik fasilədən sonra bərpa edilib.



İmza:

Formula 1-in Azərbaycana gətirdiyi gəlirin məbləği açıqlanıb

Baş təlimatcıların ümumrespublika seminarı keçirildi

Suares 4 ay meydana çıxa bilməyəcək

Boks yığmamız İstanbulda beynəlxalq turnirdə iştirak edəcək

“Fənərbağça”ya azərbaycanlı ulduz - Mahir Əmrəli

Elbrus Abbasov: "Ağdamda bir gün yaşamaq milyardlara dəyər" - MÜSAHİBƏ

Ağdam klubunun prezidentinə federasiyada yüksək vəzifə verildi

İlan-qurbağa - Elçin CƏLİLOV yazır

FHN-in taekvondo komandasının idmançıları yeni uğurlar qazanmaqda davam edir

“Qarabağ”la maliyyə məsələsində razılığa gələ bilmirik”

Nazir: “Yüksəliş”in məqsədi yeni nəsil idarəçilərin ortaya çıxarılmasıdır

Agentlik: Bəzi məqşçilər idmançıları gizlədir, antidopinq testinə mane olurlar

SON XƏBƏRLƏR
2020-01-27


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.32%)
Pullsuz (9.68%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Sovet dönəmi. Vəli Xramçaylı universitetin jurnalistika fakültəsində oxuyur. Ateizm müəllimi Qədim Mustafayev Allahın yoxluğu ilə bağlı mühazirə oxuyur və sonda bir-bir tələbələri durğuzub deyir:

- Denən Allah yoxdur.

Hamı bir-bir deyir ki, Allah yoxdur. Axırda sıra Vəli Xramçaylıya çatır, o dillənmir. Qədim müəllim soruşur:

- Sən niyə demirsən?

Vəli Xramçaylı:

- Məllim, yoxdusa yoxdu, varsa niyə yoxdu deyib Allahla aramı vurum?!





digər lətifələr
ARXİV
FACEBOOK