ANA SƏHİFƏ / GÜNDƏM

Lavrov: Dağlıq Qarabağ ətrafındakı vəziyyətin nizamlanması üzrə siyasi proses dayanıb

7509    |   2019-10-02 17:19
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Dağlıq Qarabağ ətrafındakı vəziyyətin nizamlanması üzrə siyasi proses dayanıb, hələlik bu prosesi yerindən tərpətmək alınmır.

Adalet.az-ın məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Valday” beynəlxalq diskussiya klubunun iclasında deyib.

O bildirib ki, son dövrlərdə təmas xəttində vəziyyət kifayət qədər sakitdir, insidentlər azdır və onlar iri deyil:

"Həlak olanların meyitləri mübadilə olunub, indi saxlanan şəxslərin mübadiləsinə hazırlıq gedir. Çox az sayda olsa da, istənilən halda, proses işə düşüb. ATƏT Minsk qrupunun həmsədrləri bir-biri ilə sıx işləyir və bu il xarici işlər nazirləri ilə artıq 3 dəfə görüşüblər. Bölgədəki vəziyyətə gəldikdə isə bir il əvvəlkindən daha sakitdir, amma siyasi proses dayanıb, və bu prosesi yerindən tərpətmək alınmır. Əlaqələr var, amma nizamlama ilə bağlı dialoq hələlik bərpa olunmayıb. Amma mən bu halda iri əməliyyatların başlaması üçün hər hansı bir aşkar və ya qeyri-aşkar təhdid görmürəm”.

S.Lavrov əlavə edib ki, Rusiya bunun baş verməməsi üçün əlindən gələni edəcək.



İmza:

Mülki aviasiya işçiləri təltif edilib - SƏRƏNCAM

Prezident İlham Əliyev mülki aviasiya işçilərinə fəxri adlar verdi

DİN metroda polis əməkdaşları ilə bir neçə vətəndaşın mübahisəsinə aydınlıq gətirdi

Dərslər tədris ilinin sonunadək dayandırıldı - SƏRƏNCAM

Dini qurumlara maliyyə yardımı ayrıldı - SƏRƏNCAM

Deputat məmurları örüş yerlərini zəbt etməkdə ittiham etdi

İşəgötürənlər üçün yeni tələblər təsdiq edildi: Qaydaları pozanlar cərimələnəcək

Milli Qurtuluş Günü ilə bağlı yazı müsabiqəsi keçiriləcək

Prezidentə yazırlar: Xalqımızın sağlamlığı, rifahı üçün göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarıq

“AzerGold” və “Regional İnkişaf” İctimai Birliyi “Kitab sovqatı” aksiyası keçirib

BŞBPİ: Qanunsuz aksiya keçirməyə cəhd edən 7 nəfər saxlanıldı

“Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edildi - FƏRMAN

SON XƏBƏRLƏR
2020-06-02


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.39%)
Pullsuz (10.61%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK