Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Diktatorun oğlunun maşınları 27 milyon dollara satıldı Adalet.az | Diktatorun oğlunun maşınları 27 milyon dollara satıldı Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / DÜNYA

Diktatorun oğlunun maşınları 27 milyon dollara satıldı

12896    |   2019-09-30 14:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır


Ekvatorial Qvineyanın lideri Teodoro Obianq Nquemanın oğlunun müsadirə edilən maşınları İsveçrə hərraclarında satıldı.

Ölkəni 40 ildir idarə edən Nquemanın oğluna aid maşınlar isveçrəli məsul şəxslərin apardığı araşdırma nəticəsində müsadirə edilib.

Aralarında "Ferrari”, "Lamborcini”, "Bentli”, "Rols Roys” markalalarının da olduğu 25 maşın İsveçrənin Cenevrə şəhərinin yaxınlığında yerləşən Çesereks kəndindəki qolf klubunda ümumi 27 milyon dollara satıldı.

Vəkillərlə gəlinən razılaşmaya görə bu məbləğin 23 milyonu kasıblığın geniş yayıldığı Ekvatorial Qvineyada sosial proektlərə xərclənəcək.

Avtomobillər arasında ən diqqət çəkən maşın, 2014-cü il istehsalı olan "Lamborcini”nin "Veneno Roadster” modeli anonim satıcıya düz 8.3 milyon dollara satıldı.

Bu məbləğ "Lamborcini” markalı bir maşının indiyə kimi hərraclarda satıldığı ən yüksək qiymət oldu.

"Lamborcini”nin 50 illik yubileyi üçün xüsusi istehsal edilən və 354 km/s sürətlə gedən bu maşın təxmin ediləndən 50 faiz daha yuxarı qiymətə alıcı tapdı.

Bəs Teodoron Nquema Obianq kimdir?

Atasının 1979-cu ildən bəri oturduğu taxtın varisi kimi görülən Obianq keçmişdə atasına müşavirllik və kənd təsərrüfatı naziri işlədikdən sonra 2012-ci ildə prezident köməkçisi oldu.

51 yaşındakı Obianq beynəlxalq mediada böyük pullar xərcləməsi və əyləncə düşkünlüyü ilə anılır.

2004-cü ildə "Nyu-York Times” qəzetində yayımlanan bir məqalədə Obianq "Rep musiqisini sevən, hedonist, "Lamborcini” düşkünü, Hollivud və Rio De Janeyro səyahətlərini sevən” biri kimi tanıdılır.

İsviçreli savcılar Obiang’ı para aklama ve kamu fonlarını kötüye kullanma suçlarından soruşturmuş, Şubat ayında ise dosyayı kapatmıştı.

Qeyd edək ki, Obianq isveçrəli vəkillər tərəfindən çirkli pullarının yuyulması və sosial fondlarını istismar etmək cinayətlərinə görə mühakimə edilmişdi.

Daha sonra vəkillər Obianqla razılaşmaya gəldiklərini bildirdi. Razılaşmaya görə Obianq avtomobillərini satıb gəliri sosial proqramlara xərcləyəcəyini deyib.

2017-ci ildə isə Obianq Fransa məhkəməsindən 3 illik həbs cəzası almış, cəza isə ertələnmişdi.



İmza:
SON XƏBƏRLƏR
2019-10-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (85.71%)
Pullsuz (14.29%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK