Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Dövlət Komitəsinin nümayəndə heyəti ABŞ-da səfərdədir Adalet.az | Dövlət Komitəsinin nümayəndə heyəti ABŞ-da səfərdədir Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SİYASƏT

Dövlət Komitəsinin nümayəndə heyəti ABŞ-da səfərdədir

9395    |   2019-09-27 12:35
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Amerika Birləşmiş Ştatlarında səfərdə olan Diasporla İş üzrə Diaspor Komitəsinin nümayəndə heyəti Boston və Portlənd şəhərlərində yaşayan soydaşlarımızla görüşlər keçirib.

Komitədən verilən məlumata görə, tədbir­lərdə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev və digər məsul şəxslər, Boston və Portləndəki diaspor təşkilatlarının, türk icmasının nümayən­dələri, ABŞ-ın məşhur Universitetlərində, o cümlədən Harvard Universitetində təhsil alan gənclərimiz, dünyanın müxtəlif ölkələrindən gələn qonaqlar iştirak ediblər.

Hər iki tədbirdə Dövlət Komitəsinin fəaliyyətini əks etdirən videomaterial və Azərbaycan Diasporuna Dəstək Fondunun tanıtım çarxı nümayiş etdirilib.

Daha sonra Azərbaycan Diasporuna Dəstək Fondunun təqdimatı olub. Fondun fəaliyyət istiqamətləri və fonda müraciət formaları, ölkəmizin diaspor siyasəti, Vətəni­mizin müxtəlif tarixi mərhələlərdə inkişafı, beynəlxalq əlaqələr, xüsusən də Dağlıq Qarabağ problemi barədə ətraflı məlumat verilib.

Görüşün təşkil edilməsinə görə Diaspor Komitəsinə minnətdarlıqlarını bildirən soydaşlarımız Bostonda bu qədər azərbaycanlının bir araya gəlməsinin ilk dəfə baş verdiyini vurğulayıblar. Onlar bu addımı həmyerlilərimizin şəbəkələşməsi və təşkilatlan­ması üçün atılan ən mühüm addım kimi dəyərləndiriblər. Portlənddə isə soydaşlarımızın təşkilatlanması, onların müxtəlif platformalar üzərindən birləşməsi üçün atıla biləcək addımlardan, dünyada Vətənimizin daha da yüksək səviyyədə tanıdılma imkanlarından danışılıb.

Görüşlərdə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə və Amerika cəmiy­yətinə çatdırılmasında soydaşlarımızın rolundan danışılıb, bu istiqamətdəki fəaliyyətin əhəmiyyəti vurğulanıb.

Tədbirlər qarşılıqlı fikir mübadiləsinin aparılması və sualların cavablandırılması ilə yekunlaşıb.

Daha sonra, ABŞ-da səfərdə olan nümayən­də heyətinin üzvləri Men ştatının Portlənd şəhər meriyasında, Cənubi Men Univer­sitetində, senator Syuzan Kollinzin ofisində, "Study Maine” təhsil mərkəzində görüşlər keçirib.

Şəhər meneceri Con Cenninqs və İqtisadi Potensial Bürosunun direktoru Culia Truksio Luenqo, Cənubi Men Universitetinin prezidenti Glen Kamminqs, prezidentin müxtəliflik və qəbul üzrə xüsusi məsləhətçisi professor Reza Celali, dövlət idarəsinin nümayəndəsi Keyt Simpson, eləcə də "Study Maine” şirkətinin direktoru və baş ticarət mütəxəssisi Zeynəb Türklə görüşlər zamanı Azərbaycan və ABŞ arasında ikitərəfli strateji tərəfdaşlıq, ölkəmizin sosial-iqtisadi inkişafı, Prezident İlham Əliyevin rəhbərliyi ilə müxtəlif sahələr üzrə həyata keçirilən dövlət proqramları, Dağlıq Qarabağa dair Azərbaycan həqiqətləri, ölkəmizin diaspor siyasəti, Dövlət Komitəsinin fəaliyyəti, azərbaycanlıların Portləndin yerli cəmiyyətinə uğurlu inteqrasiyası məsələləri, şəhərin ictimai-siyasi və sosial həyatında onların fəal iştirakı, təhsil sahəsində mübadilə proqramları və s. məsələlər müzakirə olunub.

Cənubi Men Universitetinin kitabxanasına Azərbaycandan gətirilən kitablar hədiyyə edilib.




İmza:

Nazir: “Macarıstanla 40-dan çox sənəd imzalanıb”

Xarici mətbuat Ərdoğanla Putinin Soçi görüşündən nə yazdı?

Zərif Bakıdan dünyaya SƏSLƏNDİ: “ABŞ-ı bu təhlükəli kursu dəyişməyə məcbur edin"

XİN rəhbərlərinin Bakı görüşü: Sədrlik Azərbaycana keçdi - Yenilənib

Elmar Məmmədyarov: “Ermənistan Azərbaycan torpaqlarının işğalını davam etdirir”

İlham Əliyev Macarıstan Prezidentinə təbrik məktubu göndərib

Qənirə Paşayevadan ÇAĞIRIŞ

Vitse-spikerdən deputata irad: “Bura selfi çəkmək yeri deyil”

Vitse-spiker: “Onların məqsədi islahatları dayandırmaq idi”

Vitse-spiker: Əli Kərimli vaxtilə Elçibəyə necə xəyanət edibsə, bu gün də dövlətə xəyanət edir

Tahir Kərimli: “Orada YAP da mitinq keçirə bilməz”

Bakı sammitində 4 sənəd imzalanacaq

SON XƏBƏRLƏR
2019-10-23
2019-10-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK